Dünyanın yükünü daşıyan ADY-ni bataqlığa kim sürükləyir?! .....                     Gömrük sistemində rütbə ədalətsizliyi .....                     Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfəri .....                     ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib .....                     Çimərliyə maşınla girənlərə sərt sözlər: .....                     Paşinyan belçikalı həmkarı ilə sülh prosesini müzakirə etdi .....                     Nazirlik texnikasını yeniləyir: 3 milyonluq satınalma yekunlaşdı .....                     Təmir-tikinti materialları bazarı “od tutub yanır” .....                     Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olunub .....                     Dəfn müavinəti də hamıya veriləcək: .....                     Rusiyanın miqrasiya siyasətində sərt dəyişikliklər: .....                     “Trampın növbəti şousu” .....                     AzTV-nin keçmiş sədrinin qardaşı oğlunun vəsatəti təmin olunmadı .....                     Moskvadan Bakıya qarşı yeni plan: ruslar soydaşlarımıza qətl əmrini necə verib? .....                     Hərbi prokurora müavin təyin olunub .....                     Paşinyan 6 dəfə çağırdı, Makron niyə qəbul etmir? .....                     Mümkün müharibə təkcə Yaxın Şərq üçün yox, .....                     Zelenski Yuliya Sviridenkoya Ukraynanın Baş naziri postunu təklif edib .....                     Milli Məclisdə məmurlara etiraz: .....                     Rusiyadakı biznesi təhlükə altında olan sabiq məmurlar kimlərdir? .....                     Azərbaycanlı blogerə Rusiyada cinayət işi açıldı .....                     Cənubi Qafqazda dönüş nöqtəsi: Aİ Ermənistan–Azərbaycan sülhünü dəstəkləyir .....                     "Dənizkənarı Bulvar İdarəsi”nin sabiq sədrinin məhkəməsi başlayıb .....                     PKK silahı atdı... QƏLƏMİ TUTDU... .....                     "AccessBank"ın səhmdar kapitalı azalıb, borcu artıb .....                     “PAŞA Bank”da yeni təyinat .....                     “Beynəlxalq Bankı”ın mənfəəti azaldı .....                     Paşinyan 3 il ərzində 6-cı dəfə Makronu Ermənistana dəvət edib .....                     "Analar, oğlunuza tərbiyə verin, qadın qul deyil" .....                     Deputat Aqil Abbas ailəsi ilə birlikdə Ağdama köçmək istədiyini bildirib .....                     "Paşinyanın başqa yolu qalmayıb, Ermənistan Rusiyadan uzaqlaşacaq" .....                     Cənub-şərq küləyi əsəcək .....                     Razi Nurullayevdən yeni məmurlara etiraz: .....                     "Evimizdə xəyanət mövzusu gündəmə gəlməyib, səhvini üzünə vurmamışam" .....                     Kremlin Karapetyan planı: .....                     Üfüqdə görünən sülh: danışıqlar belə davam edərsə... .....                     Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb .....                     TRT-nin Azərbaycan səhvi: Ərdoğan cəzalandırdı? .....                     Putin Ukrayna müharibəsində ona pul toplayan azərbaycanlıları da hədəfə alır .....                     Cahid Şahbazovla bağlı .....                 

Gecə işığı yanan məktəblər araşdırılmalıdır - "Repetitor ovu" üçün təkliflər
Tarix: 13-02-2025, 11:00 | Çap et
Gecə işığı yanan məktəblər araşdırılmalıdır
"Repetitorluğun ləğv edilməsi mümkünsüzdür. Ən pis halda repetitor xidməti göstərən müəllim Dövlət Vergi Xidmətində qeydiyyatdan keçərək, VÖEN alaraq fəaliyyət göstərəcək. Bu, təhsil xidmətidir, bunun ləğvi mümkün deyil".
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında "Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti" İctimai Birliyinin sədri İlqar Orucov söyləyib.
Qeyd edək ki, bugünlərdə keçirilən brifinqdə Elm və təhsil naziri Emin Əmrullayev repetitorluğun mərhələli şəkildə ləğv ediləcəyini bildirib:
"Repetitorluğun birdən-birə ləğvi mümkün deyil. Dəbə görə də repetitor yanına gedənlər var. Müəllimin öz sinfində dərs dediyi uşağa dərsdən sonra da repetitorluq etməsi ayıbdır. Repetitorluğun ləğvi birdən-birə aparıla bilməz, mərhələli şəkildə ləğv edilməsi ilə bağlı təkliflər hazırlanır".

İlqar Orucov isə deyir ki, nazirin müəllimlərin öz şagirdlərinə dərsdən sonra repetitorluq etməsi əleyhinə səsləndirdiyi fikirlər alqışlanmalıdır və bu məsələdə onunla həmfikirdir.
"Repetitorlar olmasa, universitetə qəbul planı 80 faiz boş qalacaq"
"Repetitorluq fəaliyyəti dünyanın təhsil tutumlu ölkələrinin hamısında var. Amma repetitorluğun dünyadakı mahiyyəti Azərbaycandan fərqlənir. Belə ki, xaricdə repetitor daha çox dərinləşmiş bilik əldə etmək üçün istifadə olunur və məktəb proqramı məzmunundan kənar biliklər verir. Azərbaycanda isə məktəbdə keçirilən proqram ali məktəbə qəbul üçün kifayət qədər bilik verə bilmədiyindən, valideynlər büdcələrindən kəsib övladları universitetə daxil olsun deyə, repetitor xidmətinə müraciət edirlər. Bizdə repetitorluq buna görə genişlənir. Məktəb xarici dildə danışmaq üçün şagirdə bilik verə bilmir. Kim xarici dildə danışırsa, onlar o biliyi orta məktəbdə almırlar. Repetitorlar olmasa, universitetə qəbul planı 80 faiz boş qalacaq. Çünki, ali məktəbə qəbul bu gün repetitorluq xidmətinin nəticəsidir. Təəssüf ki, orta məktəbin verdiyi biliklə bunu əldə etmək mümkün deyil".
Dərsdən sonra öz şagirdinə repetitor xidməti göstərən müəllimlər cəzalandırılmalıdır!
Müsahibimiz bildirir ki, Bakıdakı orta məktəblərdə gecə də işıqlar yanır:
"Buradan görünür ki, müəllimlər məktəb direktorlarına ödəniş edib məktəbdə dərsdən sonra repetitorluq edirlər. ETN ümumilikdə repetitorluğu yox, məktəbdə repetitorluğu ləğv edə bilər. Hansı müəllim ki, sinifdə dərs keçmir, öz şagirdlərini dərsdən sonra pulla öyrədir, belə müəllimlər aşkarlanaraq cəzalandırılmalıdır. Bu, təhsilimiz üçün faciədir, mənəviyyatsızlıqdır və müəllim əxlaqına yaraşmır".
Müəllimin maaşı artmasa…
İlqar Orucov deyir ki, müəllimdən işlərinə məsuliyyətli yanaşma tələb olunmalıdır:
"Məktəbdə təhsilin keyfiyyəti gücləndirilməlidir. Təhsilə cavab verən qurumlar funksionallıqlarını artırmalıdırlar. Müəllimin əməyi çox stimullaşdırılmalıdır. Yaxşı müəllimin əmək haqqı çox yüksək olarsa, o, məcbur olub dərsdən sonra dərs deməyəcək. Müəllimlər də insandır, onlar da işdən yorğun gəlib dincəlməyə, qohumları ilə ünsiyyət qurmağa ehtiyac duyurlar. Amma müəllimlər özləri etiraf edirlər ki, artıq bu cür işləməkdən yorulublar, özlərinə nifrət edirlər. Müəllimə ən azı 2500 manat əməkhaqqı verilməlidir ki, o, dərsdən sonra dərs keçməyə məcbur olmasın. Bu gün müəllimin maaşının az olması da repetitorluq xidmətini çiçəkləndirir".
"Təhsildə elə islahatlar aparılmalıdır k, bu xidmət kölgədə qalsın"
İxtisas seçimi və gələcək karyera üzrə mütəxəssis, təhsil üzrə ekspert Ramin Nurəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, repetitorluğun ümumilikdə ləğvi hələki mümkün olmasa da, məktəblərdə repetitorluğa qarşı addımlar atılmalıdır:
"Mən də bu məsələdə nazirlə tamamilə razıyam ki, müəllim əməkhaqqı aldığı dərsi keyfiyyətsiz keçib həmin şagirdləri dərsdən sonra pul qarşılığında öyrətməməlidir. Bu, doğurdan da ayıbdır. Amma bugünki təhsil sisteminə görə repetitorluğu bütövlükdə qadağan etsək, təhsilimiz iflic vəziyyətdə qalar. Çünki, məzunların ali məktəblə bağlı nailiyyəti repetitorluğun çiynində dayanır. Qanunla vergi ödəyib repetitor xidməti göstərməyin qarşısı isə hec çürə alına bilməz. Bu ancaq dərs proqramlarının dəyişməsi, dərs saatlarında dəyişikliklər, şagirdləri ixtisas qruplarına bölməklə həyata keçirilə bilər. Təhsildə bu dəyişikliklər aparıldıqdan sonra repetitorluq da tədricən azalacaq".
Ekspertin fikrincə, təhsildə elə islahatlar aparılmalıdır ki, bu yeniliklər zamanla repetitorluq fəaliyyətinə tələbatı azaltsın, bu xidməti kölgədə qoysun. İndiki halda isə müəllim məktəbdən sonra fəaliyyətlə məşğul ola bilər. Nazirlik dərsi keyfiyyətsiz keçib öz şagirdlərini dərsdən sonra pul qarşılığında öyrədən müəllimlərə qarşı tədbirlər görə bilər.
Şagirdlərin ixtisas qrupundan kənar dərslərdə iştirak etməsi əlavə vaxt itkisidir
R.Nurullayev yuxarı siniflərdə repetitorlara tələbatın artmasının səbəbini hazırlıq müəllimlərinin 6-7 tədris ilində keçirilən dərsləri sürətli öyrətməsi ilə izah edir:
"Repetitorların şagirdlərə iki ilə mənimsətdiyi 5-11 siniflər üzrə qəbul proqramının hamısı 10-11-ci sinflərdə təkrar proqrama salınsa, bu zaman müəyyən uğur qazanmaq olar. DİM bu işə sertifikasiyada yüksək nəticə əldə edən müəllimləri cəlb edə bilər. Yaxud da sinifləri ali məktəblərə qəbul qrupları üzrə bölməklə əsas fənlərin tədris edilməsi müsbət nəticə verə bilər. 10-11 ci siniflər üçün musiqi dərsini keçməyin elə bir mənası yoxdur. Şagirdin məqsədi ali məktəbə hazırlaşmaqdırsa, ona ixtisas qrupundan kənar dərslərdə iştirak etmək əlavə vaxt itkisidir.

Nurullayevin fiknrincə, hər qrup üzrə tədris proqramları müəyyən olunarsa, orta məktəblərdən şagirdlərin ali məktəblərə qəbulunda uğur əldə etmək olar. Bu həmçinin yuxarı sinif şagirdlərinin dərsdən yayınıb repetitora üz tutmasının da qarşısını alar. Məktəbə davamiyyətin zəif olmasının səbəbi şagirdlərin məktəbdə ali məktəbə qəbul üçün zəruri bilik əldə edə bilməməsidir.
"Məktəblərdə təhsilin keyfiyyəti aşağıdır"
Digər təhsil eksperti Kamran Əsədov da hesab edir ki, repetitorluğun tamamilə ləğvi çətindir. Onun təsirini minimuma endirmək üçün təhsildə əhəmiyyətli islahatlar həyata keçirilməlidir:
"Repetitorluğun geniş yayılmasının əsas səbəblərindən biri məktəblərdə təhsilin keyfiyyətinin aşağı olmasıdır. Bu vəziyyət şagirdləri əlavə dəstək axtarmağa məcbur edir. Təhsilin keyfiyyətini artırmaq üçün müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və siniflərdə şagird sayının azaldılması vacibdir ki, hər bir şagirdə fərdi yanaşma mümkün olsun. Bundan əlavə, müəllimlərin maaşlarının artırılması da repetitorluğun azalmasına təsir göstərə bilər. Yüksək maaşlar müəllimləri əlavə gəlir üçün repetitorluq etməyə ehtiyac duymadan, məktəbdəki fəaliyyətlərinə daha çox diqqət yetirməyə təşviq edər".

Əsədovun sözlərinə görə, Finlandiya, Estoniya kimi ölkələrdə repetitorluq demək olar ki, mövcud deyil, çünki müəllimlər kifayət qədər yüksək maaş alırlar və məktəblərdə tədris keyfiyyətlidir.
Ali məktəblərə qəbul imtahanının strukturu dəyişməsə…
O, əlavə edib ki, qəbul imtahanlarının strukturu da repetitorluğa tələbatı artıran amillərdəndir. Belə ki, hazırkı test sistemi şagirdləri repetitorlara yönləndirir. İmtahanların formatının dəyişdirilməsi, məsələn, kritik düşüncə və tətbiqi bilikləri qiymətləndirən yazılı imtahanlara keçid, şagirdlərin əlavə hazırlığa ehtiyacını azalda bilər.
Müsahibimiz bildirir ki, məktəb dərsliklərinin və kurikulumun yenilənməsi də vacibdir:
"Dərsliklərdə nəzəriyyədən çox, praktik biliklərə və tətbiqi bacarıqlara yer verilməlidir. Kurikulum daha interaktiv və maraqlı olarsa, şagirdlər məktəb dərslərində aktiv iştirak edər və əlavə hazırlığa ehtiyac duymazlar. Məktəbdaxili imtahanların və qiymətləndirmənin gücləndirilməsi də repetitorluğun azalmasına kömək edə bilər. Məktəbdə keçirilən imtahanlar ciddi və obyektiv olarsa, şagirdlər üçün məktəbdə təhsil almaq daha effektiv olar. Zəif şagirdlərə fərdi dəstək göstərilməsi üçün təkrar dərslər təşkil edilməlidir".

Əsədovun fikrincə, ali məktəblərin qəbul siyasətinin dəyişdirilməsi də repetitorluğun azalmasına təsir göstərə bilər. Universitetlərin qəbul meyarları təkcə test imtahanları ilə deyil, orta məktəbdəki akademik nailiyyətlərə, layihələrə və fərdi bacarıqlara əsaslanmalıdır. Məsələn, ABŞ və Kanada kimi ölkələrdə qəbul prosesi yalnız test nəticələrinə əsaslanmır, şagirdin məktəbdəki nailiyyətləri də nəzərə alınır.
Ekspert deyir ki, dünya təcrübəsinə nəzər saldıqda, repetitorluğun müxtəlif ölkələrdə fərqli səviyyələrdə olduğunu görmək olar. Məsələn, Banqladeşdə 2005-ci ildə ibtidai sinif şagirdlərinin 31%-i fərdi dərs alır. Kambocada isə 1997/1998-ci illərdə aparılan sorğuda ibtidai məktəblərin 31,2%-də şagirdlərin fərdi dərs aldıqları müəyyən edilib. Bu statistikalar göstərir ki, repetitorluq qlobal bir fenomendir və onunla mübarizə üçün hər bir ölkə özünəməxsus strategiyalar qurmalıdır.
"Nəticə olaraq, repetitorluğun tam ləğvi çətin olsa da, yuxarıda qeyd olunan islahatlar vasitəsilə onun təsirini minimuma endirmək mümkündür. Təhsilin keyfiyyətinin artırılması, müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılması, qəbul imtahanlarının formatının dəyişdirilməsi və məktəbdaxili qiymətləndirmənin gücləndirilməsi kimi addımlar repetitorluğa olan tələbatı azalda bilər" - Əsədov fikrini yekunlaşdırıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dünyanın yükünü daşıyan ADY-ni bataqlığa kim sürükləyir?! - GÖRÜNƏNİ ODUR Kİ...
Bu gün, 18:07
Gömrük sistemində rütbə ədalətsizliyi - NARAZILIQ VAR...
Bu gün, 18:06
Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfəri TƏKLİF OLUNDU
Bu gün, 17:58
ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib - Səfir
Bu gün, 17:44
Çimərliyə maşınla girənlərə sərt sözlər: - “Əllərinə bir az pul keçib, görməmişlər…”
Bu gün, 17:42
Paşinyan belçikalı həmkarı ilə sülh prosesini müzakirə etdi
Bu gün, 17:35
Nazirlik texnikasını yeniləyir: 3 milyonluq satınalma yekunlaşdı - QALİBLƏR
Bu gün, 17:28
Təmir-tikinti materialları bazarı “od tutub yanır” – Qiymətlər kəllə çarxa çıxdı!
Bu gün, 17:25
Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olunub
Bu gün, 17:21
Dəfn müavinəti də hamıya veriləcək: - “Yaxın zamanda...”
Bu gün, 17:08
Rusiyanın miqrasiya siyasətində sərt dəyişikliklər: - Çinlilər artır, Qafqazlılar sıxışdırılır
Bu gün, 17:02
“Trampın növbəti şousu” - Sky News
Bu gün, 17:00
AzTV-nin keçmiş sədrinin qardaşı oğlunun vəsatəti təmin olunmadı - TƏFƏRRÜAT
Bu gün, 16:53
Moskvadan Bakıya qarşı yeni plan: ruslar soydaşlarımıza qətl əmrini necə verib? – ŞOK detallar
Bu gün, 16:50
Hərbi prokurora müavin təyin olunub - ƏMR
Bu gün, 16:47
Paşinyan 6 dəfə çağırdı, Makron niyə qəbul etmir? - GƏLİŞMƏ
Bu gün, 16:04
Mümkün müharibə təkcə Yaxın Şərq üçün yox, ABŞ üçün də ciddi təhlükə mənbəyidir
Bu gün, 16:03
Zelenski Yuliya Sviridenkoya Ukraynanın Baş naziri postunu təklif edib - KİV
Bu gün, 15:59
Milli Məclisdə məmurlara etiraz: - “Hamıya oğru kimi baxırlar”
Bu gün, 15:58
Rusiyadakı biznesi təhlükə altında olan sabiq məmurlar kimlərdir? - TƏFƏRRÜAT
Bu gün, 15:53
Azərbaycanlı blogerə Rusiyada cinayət işi açıldı - BAŞLARI QAÇIB...
Bu gün, 15:46
Cənubi Qafqazda dönüş nöqtəsi: Aİ Ermənistan–Azərbaycan sülhünü dəstəkləyir - NƏ BAŞ VERİR?
Bu gün, 15:44
"Dənizkənarı Bulvar İdarəsi”nin sabiq sədrinin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 15:31
PKK silahı atdı... QƏLƏMİ TUTDU... - DAHA TƏHLÜKƏLİ...
Bu gün, 14:35
"AccessBank"ın səhmdar kapitalı azalıb, borcu artıb - HESABAT
Bu gün, 14:26
“PAŞA Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:03
“Beynəlxalq Bankı”ın mənfəəti azaldı - DETALLAR
Bu gün, 13:01
Paşinyan 3 il ərzində 6-cı dəfə Makronu Ermənistana dəvət edib
Bu gün, 12:58
"Analar, oğlunuza tərbiyə verin, qadın qul deyil" - ETİRAZ
Bu gün, 12:57
Deputat Aqil Abbas ailəsi ilə birlikdə Ağdama köçmək istədiyini bildirib
Bu gün, 12:48
"Paşinyanın başqa yolu qalmayıb, Ermənistan Rusiyadan uzaqlaşacaq" - ŞƏRH
Bu gün, 12:39
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36
Razi Nurullayevdən yeni məmurlara etiraz: - “Hamıya oğru kimi baxırlar”
Bu gün, 12:31
"Evimizdə xəyanət mövzusu gündəmə gəlməyib, səhvini üzünə vurmamışam" - Yaşar Nurininin həyat yoldaşı
Bu gün, 12:28
Kremlin Karapetyan planı: - Rusiya öz əlaltılarını indi də Ermənistanda hərəkətə keçirir
Bu gün, 12:26
Üfüqdə görünən sülh: danışıqlar belə davam edərsə... - GƏLİŞMƏ
Bu gün, 12:23
Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb – Boykot işə yaramayıb
Bu gün, 12:10
TRT-nin Azərbaycan səhvi: Ərdoğan cəzalandırdı? - VİDEO
Bu gün, 12:05
Putin Ukrayna müharibəsində ona pul toplayan azərbaycanlıları da hədəfə alır - FOOD CİTY-yə BASQIN GÖZLƏNİLİR
Bu gün, 11:55
Cahid Şahbazovla bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 11:53
36 ilin işçisi ixtisara salınır: HARA GETSİN BƏS? - MÜRACİƏT
Bu gün, 11:50
DİM sədri yenə ekspertlərin BOSTANINA DAŞ ATDI - Mediada işimizi müzakirə edənlər sanki paralel həyatda yaşayır
Bu gün, 11:43
“Təəssüf ki, bəzən yalnız ehsan süfrəsinə görə yasa gələnlər olur” -İLAHİYYATÇIDAN AÇIQLAMA
Bu gün, 11:40
Türkiyə bazaları Azərbaycana GƏLİR, ölkəmiz NATO-ya ÜZV OLUR – Rusiya ŞOKDA!
Bu gün, 11:37
Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
Bu gün, 11:35
Ukraynada hərbi vəziyyətin müddəti uzadılır
Bu gün, 11:31
Azərbaycan və yeni Suriya: Bakı Yaxın Şərqin yeni düzənini necə formalaşdırır - İNCƏLƏMƏ
Bu gün, 11:30
NDU-da QALMAQAL: “Dekan bizə cinsi əlaqə təklif etdi” - ŞOK TƏFƏRRÜAT
Bu gün, 11:23
Tender bazarının daha bir ”XODGEDƏNİ”: ”SAFFİRA PLUS”... - DETALLAR
Bu gün, 11:15
“Söz verdiyim kimi vəzifəmdən gedirəm, qoy sevincləri artıq olsun” - ANAR
Bu gün, 11:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru