![Azərbaycanda bullinqə məruz qalan şagird özünü öldürdü Azərbaycanda bullinqə məruz qalan şagird özünü öldürdü](https://dia-az.info/uploads/posts/2025-02/thumbs/1739187082_0001.jpg)
Biləsuvarda baş verən intihar hadisəsinin təfərrüatı məlum olub.
"DİA-AZ" Oxu.az-a istinadən xəbər verir ki, özünü öldürən Simuzər Heydərova 11-ci sinif şagirdi olub.
Onun məktəbdə bullinqə məruz qaldığı iddia edilib.
Qeyd edilib ki, Simuzər sinif yoldaşları tərəfindən ələ salınırmış. O, dərslərində kifayət qədər yaxşı nəticə göstərib.
Qeyd edək ki, hadisə 8 fevral gecə saatlarında məcburi köçkünlər üçün tikilən 6 saylı qəsəbədə baş verib.
17 yaşlı Simuzər Yaşar qızı Heydərova yaşadığı evin həyətində özünü asıb.
Faktla bağlı araşdırma aparılır.