Əsas Səhifə > Güney Press > Azərbaycanda bullinqə məruz qalan şagird özünü öldürdü
Azərbaycanda bullinqə məruz qalan şagird özünü öldürdüDünən, 15:30 |
![]() Biləsuvarda baş verən intihar hadisəsinin təfərrüatı məlum olub. "DİA-AZ" Oxu.az-a istinadən xəbər verir ki, özünü öldürən Simuzər Heydərova 11-ci sinif şagirdi olub. Onun məktəbdə bullinqə məruz qaldığı iddia edilib. Qeyd edilib ki, Simuzər sinif yoldaşları tərəfindən ələ salınırmış. O, dərslərində kifayət qədər yaxşı nəticə göstərib. Qeyd edək ki, hadisə 8 fevral gecə saatlarında məcburi köçkünlər üçün tikilən 6 saylı qəsəbədə baş verib. 17 yaşlı Simuzər Yaşar qızı Heydərova yaşadığı evin həyətində özünü asıb. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |