Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyində bir sıra departamentin adı dəyişib.
Banker.az xəbər verir ki, Dövlət Məşğulluq Agentliyinin 4 departamentində struktur dəyişikliyi aparılıb.
Təhlil və strateji planlaşdırma departamentinin adı dəyişərək Əmək bazarının təhlili departamenti, Sosial tərəfdaşlarla iş departamentinin adı Sosial tərəfdaşlar və layihələr departamenti, Rəqəmsal həllər departamentinin adı Rəqəmsal məşğulluğun təşkili departamenti, Beynəlxalq əlaqələr və layihələr departamentinin adı isə Beynəlxalq tərəfdaşlıq və strateji inkişaf departamenti adlanıb.