!["Məsul şəxslər cəzalarını alacaqlar" "Məsul şəxslər cəzalarını alacaqlar"](https://dia-az.info/uploads/posts/2025-02/thumbs/1738746374_0001.jpg)
Xəbər verdiyimiz kimi, Sabirabad rayonu Sarxanbəyli kənd tam orta məktəbində biabırçı hal müşahidə olunub. Belə ki, məktəbin içərisində xoruzların gəzdiyi, həyətində isə qoyunların otladığı anın videosunu yayımlamışdıq.
Məsələ ilə bağlı Sabirabad rayon təhsil sektorunun müdiri Mircamal Həşimov "Unikal"a açıqlama verib:
"Mən hazırda yayılan görüntülərlə bağlı həmin məktəbə gedirəm. Məsul şəxslər cəzalarını alacaqlar. Əlavə məlumat veriləcək", - deyə M.Həşimov bildirib.