Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkiləri sorğusunda liderlik edir.
“Report” xəbər verir ki, bu, “Asal Araştırma”nın son sorğusunun nəticələrindən bəlli olub.
Sorğuda respondentlərə “Bu bazar günü seçkilər keçirilsəydi, prezident kimi görmək istərdiniz?” sualına açıq cavab vermək təklif olunub.
Nəticələrə görə, iştirakçıların 26 %-i Rəcəb Tayyib Ərdoğanı seçib. İkinci yerdə 17,3 % ilə Mansur Yavaş, üçüncü yerdə isə 14 % ilə Əkrəm İmamoğlu qərarlaşıb. Liderlərin siyahısında daha sonra Hakan Fidan (8,1 %), Özgür Özəl (7,2%), Selçuk Bayraktar (5,9%) və Kemal Kılıçdaroğlu (1,7%) yer alıb. Fatih Erbakan, Ümit Özdağ və digərləri daxil olmaqla qalan namizədlər 2 %-dən az səs toplayıb.
Sorğuya qatılanların 11 %-i cavab verməkdə çətinlik çəkdiklərini və ya bu məsələdə fikir sahibi olmadıqlarını açıqlayıblar.
Sorğu yanvar ayında 1 800 nəfər arasında aparılıb.