Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri - Ukrayna açıqladı
Rusiya Silahlı Qüvvələrinin bölmələri son 10 gündə Donetsk ərazisində 11 yaşayış məntəqəsini ələ keçirib.
Publika.az xəbər verir ki, bu barədə “Strana.ua” “DeepState” analitik layihəyə istinadən məlumat yayıb.
Layihə məlumatları göstərir ki, bu müddət ərzində Rusiya hərbi qulluqçuları Ukrayna Silahlı Qüvvələrinin bölmələrini Kuraxovo, Yantarnoye, Lozovaya, İvanovka, Petropavlovka, Vozdvijenka, Solenoye və Zelenoe yaşayış məntəqələrindən, həmçinin Novoivanovka, Leonidovodan sıxışdırıb çıxarıblar.
Bundan əlavə, rus ordusunun Çasovoy Yarda irəlilədiyi qeyd edilir. Məlumata görə, Rusiya Silahlı Qüvvələrinin irəliləməsi Oktyabrski rayonu və şəhərin mərkəzində də müşahidə olunur.
Nəşr əlavə edib ki, rus qoşunları Kuraxovodan cənuba və Novoelizavetovkadan şimala doğru irəliləməkdə davam edir.