Ermənistan dörd qonşunun hədəfinə çevrildi .....                     Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər .....                     Bu holdinqin maliyyə problemləri bitmir .....                     Xəstəxanada səs-küy salan həkim .....                     Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi .....                     Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi .....                     Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib .....                     Aktrisa Çimnaz Sultanova vəfat edib .....                     ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: .....                     Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? .....                     “Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” .....                     Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına .....                     İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb .....                     Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri .....                     İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb .....                     ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? .....                     ADY-nın bahalı “sürət qatarı”: 3 saatlıq yolu 8 saata gedir... .....                     Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... .....                     "Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." .....                     Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib .....                     “AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” .....                     Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar .....                     Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı .....                     Bu, erməni xalqına baha başa gələcək .....                     Rusiya-Ukrayna müharibəsi başa çatır? .....                     Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm .....                     Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib .....                     "4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..." .....                     "Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" .....                     ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ .....                     AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir .....                     Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb .....                     Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? .....                     “Tərtər işi”nə görə həbs edilən generalın işi .....                     Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır .....                     Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı .....                     “Ermənistanın qonşularla ticarəti məhv olacaq” .....                     Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib .....                     Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? .....                     Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib .....                 

ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? - Bahəddin Həzi yazır...
Tarix: Bu gün, 17:59 | Çap et
ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir?
Yanvarın 14-də Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq xartiyasını imzalayıblar. Bu xartiya çərçivəsində ABŞ-la Ermənistan arasında iqtisadiyyat, o cümlədən energetika, eləcə də, müdafiə, təhlükəsizlik, demokratiyanın inkişafı, ədalət mühakiməsi sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
ABŞ-ın dövlət katibi Entoni Blinken deyib ki, Vaşinqton Ermənistanla strateji tərəfdaşlıq üzrə komissiya yaradıb Ermənistana göndərəcək. Eləcə də, Ermənistana sərhəd təhlükəsizliyi üzrə qrup göndərilməsi planlaşdırılır.

Blinken deyib ki, sülhün möhkəmləndirilməsi və Ermənistan sərhədlərinin müdafiəsi üçün Eagle Partner təşəbbüsü davam etdiriləcək. O, həmçinin bildirib ki, Ermənistan "İslam Dövləti əleyhinə qlobal koalisiyaya qoşulub".

Eyni zamanda tərəflər atom energetikası sahəsində də əməkdaşlıq edəcəklərini açıqlayıblar.

Bundan qısa müddət əvvəl isə "Ermənistan Respublikasının Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında" qanun layihəsi Ermənistan parlamentində qəbul olunub. Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos bildirib ki, əgər Ermənistan üzvlük üçün müraciət edərsə, bu, "hərtərəfli araşdırılacaq". Avrokomissar onu da dərhal xatırladıb ki, bu məsələ "öhdəliklərlə bağlıdır". Yəni Ermənistan Avropa İttifaqına üzv olmaq istəyirsə, öz üzərinə xeyli öhdəlik götürməli və onları yerinə yetirməlidir.

Həm bu qanun, həm də Vaşinqtonda imzalanan xartiya bir-biri ilə sıx bağlıdır. Bu, 2024-cü il aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistan rəhbərləri arasında keçirilmiş görüşün, Ermənistan üçün "miniMarşall planı"nın davamıdır. Vaşinqton və Brüssel Ermənistanı Moskvadan mümkün qədər tez qoparmağa çalışırlar. Bunun üçün rəsmi İrəvana "cənnətə bilet" vəd edirlər. Ancaq Rusiya bunu ""Titanik" gəmisinə bilet" adlandırıb.

Ümumiyyətlə, götürdükdə Rusiya bir yandan xarici işlər naziri Sergey Lavrovun və Prezidentin mətbuat katibi Dmitri Peskovun dili ilə Ermənistanın seçiminə "hörmətlə" yanaşdıqlarını ifadə edirlər, o biri tərəfdən isə, Rusiya baş nazirinin müavini Aleksey Overçuk və Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev bu addımların Ermənistan üçün ağır nəticələr doğuracağını bildiriblər. Rusiya Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə də bağlı xəbərdarlıq edib: "Ermənistan bir gün KTMT-ni xatırlayacaq" deyilib.

Ermənistanın üzvü olduğu daha bir Rusiya mərkəzli təşkilata gəlincə, Aleksey Overçuk açıq şəkildə bildirib ki, bu ölkə "həm Avrasiya İqtisadi Birliyində, həm Avropa Birliyində eyni vaxtda üzv ola bilməz". Rusiyada Ermənistanın hər iki təşkilatdan Avrasiya İqtisadi İttifaqından və KTMT-dən qovulması çağırışları da eşidilir.

Rusiya rəsmi İrəvanın son addımlarını Azərbaycanla Ermənistan arasındakı sülh gündəliyi kontekstində də qiymətləndirib. Sergey Lavrov Rusiyanın Ermənistanla münasibətlərini "mürəkkəb", Rusiya-Azərbaycan münasibətlərini isə "etibarlı" adlandırıb. Bu, Ermənistanın Rusiyaya qarşı etibarsız çıxdığının etirafı ilə yanaşı, Moskvanın Cənubi Qafqazda yeganə etibarlı tərəfdaşının Azərbaycan olduğunun da təsdiqidir. Lavrov Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə də toxunaraq rəsmi İrəvanı Bakının şərtlərinə ya "hə", ya da "yox" deməyə çağırıb.

Ermənistanın ABŞ-la, Avropa İttifaqı ilə münasibətləri dərinləşdirmək cəhdləri göz qabağındadır. Həm Avropa İttifaqına üzvlüyə hazırlığın başlanması haqqında qanun, həm ABŞ-la strateji tərəfdaşlıq sənədi Ermənistanın Rusiyadan daha iki addım uzaqlaşması deməkdir. Rəsmi İrəvan Rusiya mərkəzli Avrasiya İqtisadi İttifaqında qalmaqla yanaşı ABŞ-dan və Avropa İttifaqından maliyyə yardımları alır. Ancaq bu yardımlar Ermənistanın Rusiya ilə iqtisadi tərəfdaşlıqdan qazandığını kompensasiya edə bilməz. 2024-cü ildə Ermınistanla Rusiya arasında qarşılıqlı ticarət dövriyyəsi 15 milyard ABŞ dolları olduğu halda, Ermənistanla Avropa İttifaqı arasında həmin göstərici cəmi 2 milyard ABŞ dolları olub. Fərq 7 dəfədən çoxdur. Həm də Ermənistanın ixracında Rusiya əsas yer tutur. Hər halda yaxın müddətdə Avropa bazarı Ermənistan üçün Rusiya bazarını əvəz edə bilməz. Bunu İrəvanın özündə də yaxşı anlayırlar. Ona görə də Ermənistanın iqtisadiyyat naziri bəyan elədi ki, ölkəsinin Avrasiya İqtisadi İttifaqından çıxması gündımdə deyil.

Beləliklə, Rusiya Ermənistanın Qərbə doğru hərəkət sürətini artırdığına görə onu cəzalandıracağına eyham vursa da, hər halda yaxın müddətdə konkret addımlar atmağa da tələsməyəcək. Çünki Ermənistan Rusiyanı Qərbin sanksiyalarından yayındıran azsaylı ölkələrdən biridir. Hazırda Rusiya Ukraynada hərbi əməliyyatları davam etdirir, müharibəyə isə pul lazımdır. Moskvanın qısa müddətdə Ermənistanı başqa bir partnyorla əvəzləməsi indilik çətin görünür. Ermənistan isə bu vəziyyətdən maksimum istifadə edir; Rusiya tərəfdən hər hansı ciddi cəza almayacağını hiss edir və ya düşünür, buna görə də sürətlə Qərbə doğru dreyf etməyə çalışır. Nə qədər mümkündürsə, uzun müddət eyni vaxtda "iki stulda oturmaq", sonrakı proseslərdən asılı olaraq tərəfini seçmək niyyətindədir. Bu niyyəti Moskvada da bilirlər.

Ancaq Ermənistanın bu "geosiyasi kaprizlər"inə hələlik "dözümlü" yanaşırlar. Bunun da səbəbi Rusiyanın başının Ukraynada qarışıq olmasıdır.

ABŞ-la Ermənistan arasında strateji tərəfdaşlıq sənədinin imzalnması, eləcə də, Ermənistanın Avropa İttifaqına üzvlüyə hazırlığının başlaması haqqında qanun Azərbaycan üçün heç də məqbul deyil.

Əvvəla, Ermənistanın strateji tərfdaşı olaraq ABŞ və üzvlük üçün müraciətdən sonra Avropa İttifaqı Ermənistana bütün sahələrdə dəstəyini artıracaq. O cümlədən, ABŞ-la, NATO üzvü olan başqa dövlətlərlə Ermənistanın müdafiə və təhlükəsizlik sferalarında işbirliyi leqallaşır və genişlənə də bilər. Avropa Müşahidə Missiyası adı altında NATO hərbi kontingentinin Ermənistanda mandatı uzadılacaq. Ermənistanın silahlandırılması sürətlənə bilər ki, bu da Azərbaycanı ən çox narahat edən məsələdir.

İkincisi, hadisələrin bu cür inkişafı "3+3" formatı çərçivəsində regionda çoxtərəfli diplomatik həllərə təhdiddir. Bu formatın əsas fəlsəfəsi ondan ibarətdir ki, regionun problemlərini yalnız region dövlətləri özləri həll etsinlər; kənar xarici güclər bölgəyə buraxılmasın. Azərbaycan bu mövqenin ən ardıcıl tərəfdarlarından biridir. Bu formatda Ermənistan da iştirak edir. Ancaq Rusiya ilə münasibətlərindəki problemlərə görə Gürcüstan burada iştirak etmir. Ancaq 2024-cü il oktyabr seçkilərindən sonra Rusiya ilə Gürcüstan arasında gərginliyin azaıdılması və rəsmi Tiflisin "3+3" platformasına aktiv qoşulacağı güman edilirdi. Buna isə Qərb güclərinin dəstəyilə müxalifətin ölkədə yaratdığı gərginlik imkan vermir. Bunun əksinə olaraq, Ermənistan həmin formatdan özünü uzaqlaşdırmaq kursu seçib.

Üçüncüsü, Ermənistanın Qərbi Cənubi Qafqaza daxil etməsi Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə, eləcə də, "Zəngəzur dəhlizi" məsələsinə dair müzakirələrə öz təsirini göstərə bilər. Ermənistan əlini gücləndirdikcə, danışıqlarda destruktivliyə daha çox meyl edəcək.

Bununla yanaşı ABŞ-Ermənistan strateji tərəfdaşlığı xartiyası və Ermənistanın Avropa İttifaqına üzvlük perspektivləri ilə bağlı başqa proqnozlar və mülahizələr də var. Bu da üç mühüm faktordan çox asılı olacaq: birincisi, seçilmiş prezident Donald Trampın səlahiyyətlərinin icrasına başlamasından sonra onun xarici siyasətində Cənubi Qafqaza, o cümlədən, Ermənistanla əlaqələrə necə yanaşacağı, ikincisi, ABŞ-ın yeni administrasiyası ilə Avropa İttifaqının, o cümlədən, Fransanın münasibətlərinin necə olacağı, üçüncüsü, Rusiya-Ukrayna müharibəsinin dayanıb-dayanmayacağı, necə bir sonluqla bitəcəyi məsələsidir.

Məlum məsələdir ki, Bayden administrasiyası özünün son günlərində Tramp üçün yeni, daha ağır gündəlik, yeni problemlər qoyub getmək istəyir. Azərbaycan prezidenti İlham Əliyevin də son müsahibəsində dediyi kimi, Bayden administrasiyası ABŞ-Azərbaycan münasibətlərini Erməmistan-ABŞ, Ermənistan-Azərbaycan münasibətlərindən asılı vəziyyətə salıb. Bu, Cənubi Qafqazda ABŞ-ın buraxdığı ən ciddi strateji yanlışdır. Bayden-Blinken cütlüyü bu yanlışın özlərindən sonra da davam eyməsini istəyirlər. Eyni zamanda bu addımlarla Demokratlar postTramp dövründə - növbəti seçkilərdə erməniəsilli seçicilərin səslərini indidən özləri üçün qarantiyalamağa çalışırlar. Başqa sözlə, xarici siyasət alətləri ilə daxili siyasətə, daxili auditoriyaya oynayırlar. Ancaq

ümid var ki, Donald Tramp bu oyunları poza bilər. ABŞ-ın yeni dönəmdə əsas strategiyası müharibələr üzərində deyil, iqtisadi-ticari əməkdaşlıq üzərində qurula bilər. Hər halda belə düşünmək üçün xeyli əsaslar var. Ermənistanla strateji tərəfdaşlıq sənədini hakimiyyətdən gedən hökumət imzalayıb, amma, Azərbaycanla strateji tərfdaşlıq sazişini yeni gələn hökumət imzalaya bilər. Hər halda Azərbaycan prezidentinin də gözləntisi, daha doğrusu, təklifi belədir. ABŞ-Ermənistan sənədinin əhəmiyyətini çox da şişirtmək lazım deyil. Çünki beynəlxalq siyasətdə çox şey bir anda dəyişə bilir. Ukrayna da ABŞ-ın strateji müttəfiqidir, amma seçilmiş prezident Donald Tramp bildirib ki,səlahiyyətlərinin icrasına başlayan kimi Ukrynada müharibəni dayandırmaq üçün Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Ukraynanın taleyini Ukraynanın prezidentindən qabaq Rusiya ilə həll etmək istəyir. Yaxud Müammər Qəddafi dövründə Liviya ilə Fransa dost dövlətlər idilər, amma Qəddafinin məhvi üçün düymə basılanda Liviyanı ilk bombalayan Fransız aviasiyası oldu. Bunu elə Ermənistanın öz nümunəsi də göstərir; dünənə qədər Ermənistan Rusiyanın qanadı altına sığınmışdı, bu gün Rusiyanı kürəyindən xəncərləyir. Odur ki, Trampın hakimiyyəti dövründə ABŞ-ın Cənubi Qafqazda Ermənistana deyil, Azərbaycana daha çox önəm verəcəyi gözlənilir. Trampı Mərkəzi Asiyanın resursları da çox maraqlandırır. Mərkəzi Asiyaya yol isə Azərbaycan üzərindən keçir. Həm də Azərbaycan artıq Cənubi Qafqazın açar ölkəsinə çevrilib. Bu reallığı isə ağlı başında olan hər beynəlxalq siyasətçi nəzərə alır.

Bahəddin Həzi, bizimyol.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan dörd qonşunun hədəfinə çevrildi – ABŞ Paşinyanı “minalanmış” sahəyə buraxıb
Bu gün, 20:42
Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər - "...mənə yazdığı bütün mesajları silib"
Bu gün, 20:35
Bu holdinqin maliyyə problemləri bitmir - 550 min vergi borcu var
Bu gün, 20:16
Xəstəxanada səs-küy salan həkim - 100 manat cərimələndi
Bu gün, 20:14
Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi - "MOUZE"
Bu gün, 20:07
Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi - TƏFƏRRÜAT
Bu gün, 20:01
Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib - ÇÖKÜŞ?
Bu gün, 19:59
Aktrisa Çimnaz Sultanova vəfat edib
Bu gün, 19:56
ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: - “Kreml İrəvanı bağışlamayacaq”
Bu gün, 19:02
Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? - AKTUAL
Bu gün, 19:00
“Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” - buna görə seriallara çəkilmir
Bu gün, 18:58
Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına 26 milyon manat ayrılıb
Bu gün, 18:17
İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb
Bu gün, 18:15
Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri - Ukrayna açıqladı
Bu gün, 18:13
İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb - FOTO
Bu gün, 18:09
ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? - Bahəddin Həzi yazır...
Bu gün, 17:59
ADY-nın bahalı “sürət qatarı”: 3 saatlıq yolu 8 saata gedir... - MƏZƏLƏNİRLƏR?
Bu gün, 17:53
Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... -"Polis əməkdaşları ərazini tərk edən kimi iş yenidən başlayır"
Bu gün, 17:51
"Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." - deputat
Bu gün, 17:40
Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib - "GÜNAHSIZAM..."
Bu gün, 17:37
“AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” — Deputatdan ETİRAZ
Bu gün, 17:33
Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar
Bu gün, 17:27
Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı
Bu gün, 17:25
Bu, erməni xalqına baha başa gələcək - Karasin
Bu gün, 17:20
Rusiya-Ukrayna müharibəsi başa çatır? - “Reuters”
Bu gün, 17:19
Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm - Ermənistanın müdafiə naziri
Bu gün, 17:17
Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib
Bu gün, 17:16
"4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..." - ÇARƏSİZLİK...
Bu gün, 17:14
"Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" - Tural Abbaslı
Bu gün, 17:09
ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ - Görünəni odur ki...
Bu gün, 17:02
AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir - Qazaxıstan Nəqliyyat Nazirliyi
Bu gün, 16:58
Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb - TƏFƏRRÜAT
Bu gün, 16:56
Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? - SİYAHI
Bu gün, 16:55
“Tərtər işi”nə görə həbs edilən generalın işi 5 ay sonraya təxirə salındı
Bu gün, 16:48
Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır - AÇIQLAMA
Bu gün, 16:46
Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı - Sumqayıtda 14 yaşlı qıza verilən işgəncənin TƏFƏRRRÜATI
Bu gün, 16:43
“Ermənistanın qonşularla ticarəti məhv olacaq” - Sarukyan DANIŞDI
Bu gün, 16:24
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib - FOTO
Bu gün, 16:18
Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - AKTUAL
Bu gün, 16:17
Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib - TƏFƏRRÜAT
Bu gün, 16:14
Dövlət Gömrük Komitəsi NƏYİ NİYƏ GİZLƏDİR? - İLGİNC İDDİA
Bu gün, 16:12
ADSU-nun rektor əvəzi özü də tələbədir? - AÇIQLAMA
Bu gün, 16:01
Bayden və administrasiyası gedərayaq ermənilərə öz "borclarını" ödəyir -ŞƏRH
Bu gün, 15:59
Blinken Putinə “salam” göndərdi, Bakıya savaş şansı verdik!
Bu gün, 15:57
Azər Qasımlı ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 15:56
Mircəlal həkim dedi ki, pul bunlara, sonra Gömrük Hospitalına köçürülür - Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 15:53
Dünyanın ən amansız ordusu Ermənistana girə bilər
Bu gün, 15:39
“Diplomların tanınmamasının əsl səbəbi bunlardır..." - Ekspert
Bu gün, 15:35
“PASHA Real Estate”də yeni təyinat
Bu gün, 15:34
Ermənistan Kiselyovun "Vesti nedeli" verilişini bloklaya bilər
Bu gün, 15:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru