Aktyor Azər Baxşəliyev müalicə aldığı xəstəxanada vəfat edib.
Bu barədə musavat.com-a onun yaxınları məlumat verib. Onlar bildirib ki, aktyor evindən son mənzilə yola salınacaq.
Qeyd edək ki, aktyor uzun müddət idi ki, böyrək çatışmazlığından əziyyət çəkirdi. Bir neçə gün öncə xəstəxanaya yerləşdirilən aktyorun ölüm xəbəri yayılsa da, daha sonra Azər Baxşəliyevin reanimasiyaya yerləşdirildiyi və süni tənəffüs aparatına qoşulduğu açıqlanmışdı.