Las Veqasda partlayan "Tesla Cybertruck": - hədəf Tramp və Maskdır, yoxsa...
Tarix: 2-01-2025, 12:28 |
Çap et
Musavat.com bildirir ki, ABŞ-ın Las Veqas şəhərində "Tesla Cybertruck" avtomobilinin partlaması ölkədə geniş müzakirələrə səbəb olub. Hadisə hotelə girişdə baş verib və partlayışın gücü yaxınlıqdakı insanlara təsir edib. Maraqlıdır ki, hotel ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın brendinə məxsusdur. Avtomobil yanacaq çənləri və fişənglərlə yüklənmiş vəziyyətdə olub.
Polis ilkin məlumatlara əsaslanaraq, avtomobilin sürücüsünün hadisə yerində həlak olduğunu, yeddi nəfərin isə yüngül xəsarətlər aldığını açıqlayıb. Lakin partlayışın məqsədyönlü bir akt, yoxsa təsadüfi bir hadisə olduğunu hələlik müəyyənləşdirmək mümkün olmayıb.
Səlahiyyətlilər, hadisənin Donald Trampa və ya Tesla-nın sahibi İlon Maska qarşı yönəlmiş ola biləcəyi ehtimalını araşdırır. Hadisənin təsadüfi yanacaq sızması nəticəsindəmi baş verdiyi, yoxsa siyasi bir motivlə törədildiyi araşdırmanın nəticəsində məlum olacaq.
Partlayış, xüsusilə Tramp və Maskın ABŞ ictimaiyyətindəki təsiri baxımından müzakirələri alovlandırıb. Bəzi siyasi müşahidəçilər, bu hadisənin son zamanlar Tramp və Maskın ətrafındakı mübahisələr fonunda baş verməsinin diqqətəlayiq olduğunu bildirirlər.
Musavat.com