Blinken fransalı həmkarı ilə Suriyadakı vəziyyəti müzakirə edib
Tarix: 2-01-2025, 09:18 |
Çap et
ABŞ dövlət katibi Antoni Blinken Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baro ilə telefon danışığı aparıb.
APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Məlumata görə, Blinken telefon danışığında Suriyada baş verən hadisələrlə bağlı beynəlxalq humanitar hüquqa riayət edilməsinin, Suriyada mülki şəxslərin və azlıqların qorunmasının vacibliyini vurğulayıb.