Türkiyə ilə Suriya arasında dəniz yurisdiksiyası müqaviləsi imzalanacağı təqdirdə Yunanıstan və Cənubi Kipr Rum Administrasiyası ( GCASC ) Avropa Birliyinin ( Aİ ) Türkiyədəki qaçqınlar üçün vəd etdiyi 1 milyard avroya veto qoyacağı iddia edilib.
Publika.az xəbər verir ki, Yunanıstanda nəşr olunan “Parapolitika” qəzeti diplomatik mənbələrə əsaslanaraq yazıb ki, Yunanıstan və Cənubi Kipr Rum Administrasiyası Türkiyənin Suriya ilə belə bir müqavilə imzalayacağı təqdirdə, AB-nin Türkiyədəki qaçqınlar üçün hazırladığı maliyyə dəstəyinin qarşısını almaq üçün razılığa gəliblər. Bu yardımın bloklanacağı iddia edilib.
Xəbərdə həmçinin, Ankara ilə Dəməşq arasında dəniz idarəçiliyi müqaviləsi imzalanacağı təqdirdə beynəlxalq ictimaiyyətin Dəməşqə qarşı mənfi mövqe tutacağı və Heyət Təhrir əl-Şamın (HTŞ) terrorçular siyahısından çıxarılmasının qarşısını almaq üçün addım atılacağı da irəli sürülüb.