Roma Papası Fransisk İraqa səfəri zamanı Britaniya kəşfiyyatı tərəfindən xilas edilib. AzVision.az bildirir ki, bu 2021-ci ilin martında pontifikin 2014-2017-ci illərdən İŞİD-in nəzarəti altında olan Mosula (İraq) səfəri zamanı baş verib.
“İraq polisi gənc qadın kamikadzenin bədənində yerləşdirilmiş partlayıcını işə salmaq üçün Mosula getdiyi barədə Britaniya kəşfiyyatından alınan məlumat barədə Vatikan jandarmını xəbərdar edib. Eyni məqsədlə orada bir mikroavtobus da yüksək sürətlə hərəkət edirdi. Buna baxmayaraq, səfər davam etdi”, - İtaliyanın “Corriere della Sera” və “Stern” nəşrləri dünya katoliklərinin Ali dini liderinin xatirələrindən sitat gətirirlər.
Roma Papası Mosula səfəri zamanı sui-qəsd hazırlayanların taleyi ilə maraqlandıqda jandarmların komandanı onların artıq orada olmadığını bildirib.
- İraq polisi onların yolunu kəsib və elə edib ki, onlar partlasınlar. Bu vəziyyət məni çox sarsıtdı. Müharibənin daha bir zəhərli meyvəsi”, - pontifik vurğulayıb.
Qeyd edək ki, Papa Fransisk Roma Papası Fransisk İraqa səfər edən Roma Katolik Kilsəsinin ilk rəhbəridir.