Milli Məclisin II çağırış deputatı Sudeyf İmamverdiyev məhkəməyə verilib.
Modern.az-ın məlumata görə, sabiq deputat barədə Cinayət Məcəlləsinin 147-ci (Böhtan) maddəsi ilə məhkəməyə müraciət edilib.
İş Nəsimi rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın icraatına verilib.
Qeyd edək ki, Sudey İmamverdiyev Azərbaycan Respublikasının əməkdar dövlət və elm xadimidir. O, Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının müdiridir.
Milli Məclisin II çağırışının deputatı məşhur "91"-lər sırasında Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri olub.