Asiya İnkişaf Bankına yeni prezident seçilib .....                     Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” .....                     Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, .....                     Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb .....                     Bayden Putini “qızıl nimçədə” Trampa verdi .....                     Qərbin radikal anti-Azərbaycan bəyanatlarının .....                     "Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" .....                     Şimali Kipri tanıya bilərik? .....                     FHN-nin idarə rəisi cərimələndi .....                     Azərbaycanda sabiq deputat .....                     Türkiyəli məşhur aktyor: .....                     Səhər açılanda artıq gec olur: .....                     Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır .....                     Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi .....                     “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” .....                     Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur .....                     Sərkisyanın müavini Dekotinini hiddətləndirdi .....                     Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi .....                     Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Ermənistanda "DİN davası" .....                     Ermənistan gec-tez bunu edəcək .....                     Bəşər Əsəd Moskvadadır .....                     DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb .....                     Quba RİH vəd verdi... .....                     Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır .....                     Ermənistana verilən silahlarla bağlı fərqli iddia: .....                     Tələbələr “asan qazanc” tələsinə düşür .....                     Ermənistan Macarıstanda səfirlik açacaq .....                     Paşinyan ordu komandanlarını dəyişdi .....                     Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi .....                     Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb .....                     Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? .....                     Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” .....                     "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" .....                     Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... .....                     Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? .....                     Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? .....                     Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... .....                     İrəvan Rusiyanı təkzib etdi: .....                 

Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Tarix: Bu gün, 13:06 | Çap et
Türkiyəli məşhur aktyor:
Türkiyəli məşhur aktyor Arif Selçuk “Cebheinfo.az”-ın “Türk Söhbəti” layihəsinin qonağıdır.

O, karyerası ərzində “Küçük Gelin”, “Seksenler”, “Adını Feriha Koydum”, “Kanıt”, “Fatmagülün Suçu Ne?”, “Sakarya Fırat”, “Böyle Bitmesin”, “Hanımın Çiftliği”, “Akasya Durağı”, “Asi”, “Kurtlar Vadisi Pusu”, “Arka Sokaklar” və “Teşkilat” kimi çox sayda yüksək reytinqli seriallarda rol alıb.

Arif Selçuk ilə karyerasına və çəkildiyi seriallara dair maraqlı bir müsahibə etdik.

Müsahibəni təqdim edirik:

- Arif bəy, sizi uzun müddətdir ekranlarda görə bilməməyimizin səbəbi nədir?

- Əslində, bir çox serialdan təklif alıram. Lakin mənə uyğun və gələcək karyerama müsbət təsir edəcək obrazları oynamaq istəyirəm. Bu səbəbdən də hazırda qısamüddətli rolları oynamağı qəbul etmirəm.

- Karyeranızda “Kurtlar Vadisi Pusu”, “Arka Sokaklar”, “Teşkilat” kimi çox sayda reytinqləri alt-üst edən seriallarda rol almısınız. Lakin onların hamısında qısa müddət davam edən obrazlara həyat vermisiniz. Bəs zamanında nə üçün belə qısa müddət davam edən rolları qəbul edirdiniz?

- O zamanlarda seriallarda mənfi obrazlara ehtiyac var idi. Həmin pis adamları oynamaq da mənim payıma düşürdü. Həm mənfi xarakterləri yaxşı oynadığım, həm də tip olaraq həmin obrazlara uyğun olduğum üçün bu rolları mənə təklif edirdilər, mən də qəbul edirdim. Fəqət bundan sonra üzərimə yapışan “pis adam” obrazını silmək istəyirəm. Yenə də mənfi obrazlar təklif olunduğu üçün qəbul etmirəm. Bir az da ailə-məişət seriallarında rol almaq istəyirəm.

- Bəli, oynadığınız mənfi obrazlar bəyənilmişdi. Bəs oynadığınız mənfi obrazların ən unudulmazı hansı idi?

- Bir çox serialda mənfi obraza həyat vermişəm. Lakin populyarlıq baxımından mənə ən çox təsir edən serial “Kurtlar Vadisi Pusu”dur. O serialın dünya səviyyəsində izlənməsi səbəbilə canlandırdığım “Baytar” obrazı ilə daha çox məşhurlaşdım.

İlk tanındığım rol isə “Küçük Gelin” serialında oynadığım “Camal” obrazı idi. Bu gün belə həmin serial İspaniya, Paraqvay kimi bir çox ölkədə yayımlanır. Məni tanıdan həmin obraz idi, amma mənfi obrazla “Kurtlar Vadisi Pusu” sayəsində daha çox populyar oldum.

- “Kurtlar Vadisi”nin aktyorları ilə dostluğunuz davam edir?

- Bəli, bəziləri ilə dostluğumuz davam edir. Məsələn, Gürkan Uygun (Memati) ilə “Teşkilat”da da birlikdə oynadıq. Onunla arada görüşürük. Həmçinin, Tayfun Sav və ekran işinin “ixtiyarlar heyəti”ndə rol almış bəzi aktyorlarla da arada danışırıq. Lakin zamanla insanlar başqa seriallarda çəkildiyi üçün istər-istəməz uzaqlaşırlar. Eyni layihədə rol aldığın aktyorla münasibətlərin daha yaxşı olur. Ancaq aktyorların layihələr bitdikdən sonra bir-birilə görüşmək imkanları çox olmur.

- İndiyə kimi “Arka Sokaklar”da bir neçə dəfə rol almısınız. Son olaraq ötən mövsüm “Rahmi” obrazına həyat verirdiniz. Lakin anidən layihədən ayrılmağınız təəccüb doğurdu. Bu ayrılıq niyə yaşandı?

- Mən “Arka Sokaklar”da indiyə kimi 5 fərqli obrazda çəkilmişəm. Keçən mövsüm isə ekran işinə əsas heyət üzvü kimi qatıldım. Serialda “Rahmi” obrazını canlandırdım. Lakin baş rol “Mesut” obrazını oynayan Şevket Çoruhun yenidən “Arka Sokaklar”a qayıtması ssenarinin dəyişməsinə səbəb oldu. Nəticədə, artıq mənim səhnələrim və replikalarım azaldı. Mən də səhnələrimin azalması ilə bağlı etiraz etdim. Ancaq “Mesut” obrazı qayıtdığı üçün bundan sonra onun üzərinə fokuslanacaqlarını dedilər. Mən də menecerimlə danışdım və müqaviləmə xitam verərək layihədən ayrıldım.

- Son illər çəkildiyiniz iddialı seriallardan biri də “Teşkilat” idi. Amma buna baxmayaraq, oradakı hekayəniz də çox qısa müddətdə bitdi...

- Əslində, “Demirci İbrahim” obrazının daha uzun müddət davam edəcəyini gözləyirdim. Obrazımın öləcəyi ilə bağlı ssenari gələndə təəccübləndim. Hətta Gürkan Uygun rejissora “Arif bəy obrazı yaxşı oynayır, onun obrazını belə tez öldürməyək, ssenarini dəyişdirək” dedi. Həmçinin, “Demirci İbrahim”in oğlu deyil, özünün davam etməsi barədə danışıldı. Onlar da dedilər ki, kaş ki, hekayəni sizin üzərinizdən davam etdirərdik. Lakin nəticə etibarilə yazılmış hekayəni dəyişdirmədilər. Yəni onlar da, biz də məyus olduq.

- Yaxın zamanda hansısa serial və ya filmdə çəkiləcəksiniz?

- Hazırda bir film üzərində çalışırıq. Filmin yarısı Türkiyədə, yarısı da Almaniyada çəkiləcək. Beynəlxalq bir film olacaq və orada fərqli bir obrazda çəkiləcəyəm. Seriallarla bağlı isə ata və ya əmi olaraq ailə hekayəsinin içərisində yer almaq istəyirəm. Buna uyğun bir təklif gəlsə, qəbul edərəm.

- Azərbaycanın mərhum Əməkdar artisti Cavanşir Məmmədov sizin keçmiş qayınatanız olub. Bu səbəbdən də onun ölüm xəbərini necə qarşıladınız...

- Cavanşir Məmmədov mənim keçmiş qayınatam olduğu üçün vəfat xəbərini mediada yayılan kimi bir çox dostum, tanışım mənə göndərdi. Həm elə öyrəndim, həm də özüm və qohumlarım keçmiş həyat yoldaşım Xatirə xanımla arada danışırdıq. Ona görə xəbərin doğru olub-olmadığını öyrənmək üçün Xatirə xanıma zəng etdim. Təəssüf ki, o da Cavanşir Məmmədovun ölüm xəbərini təsdiqlədi.

O an çox məyus oldum, gözlərim yaşardı. Hər halda uzun müddət mənim qayınatam olub. Üstəlik, Cavanşir Məmmədov çox yaxşı adam idi. Onunla birlikdə çörək kəsmişik, eyni evi paylaşmışıq, zaman keçirmişik. Mən onu, o, məni çox istəyirdi. Bütün bunlara görə də çox pis oldum.

- Cavanşir Məmmədovla bağlı xatirələrinizi bizimlə bölüşə bilərsiniz?

- Mən Xatirə xanımla evlənəndə Bakıda yaşayırdım. Azərbaycan adətlərinə uyğun olaraq tez-tez Cavanşir bəyin evinə də ziyarətə gedirdik. Mən hər qonaq gedəndə, Cavanşir Məmmədov türk yeməklərinə bənzəyən yeməklər hazırlatdırardı. Habelə, Azərbaycanın çox gözəl yeməklərini də mənə təqdim edirdi. Onunla birlikdə maraqlı söhbətlər edirdik, bir-birimizə böyük hörmət bəsləyirdik.

Hətta 2023-cü ildə Hatayda baş verən dəhşətli zəlzələdə də Cavanşir Məmmədov mənə zəng etmişdi. Neçə il öncə Xatirə xanımla boşanmağımıza baxmayaraq, Cavanşir bəy xəbərləri görən kimi dərhal mənə zəng edərək, keçmiş olsun diləklərini çatdırdı. Üstəlik, ailəmlə birlik də məni Bakıya - evinə dəvət etdi. Yəni, boşansaq da aramızda küsülülük olmadı və mütəmadi olaraq əlaqə saxlayırdıq.

- Amma bildiyim qədərilə, o dönəm Hatayı tərk etməmişdiniz...

- Bəli, Hatayda qaldım. Təəssüf ki, həmin zəlzələdə bir çox qohumum həlak oldu. Lakin zəlzələ olduğu üçün ailəmi və qohumlarımı yalnız buraxmaq istəmədim. Ona görə də dəvəti qəbul edə bilmədim.

“Cebheinfo.az”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22
Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17
Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11
Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08
Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10
Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02
"Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" - GƏRGİNLİK VAR...
Bu gün, 14:00
Şimali Kipri tanıya bilərik? - AKTUAL
Bu gün, 13:58
FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33
Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08
Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06
Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00
Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57
Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50
“Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39
Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35
Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26
Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14
Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57
Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49
Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46
Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45
DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43
Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41
Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36
Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34
Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32
Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26
Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25
Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09
Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03
Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01
Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52
"Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49
Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46
Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39
Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36
Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29
İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28
"Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22
Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20
İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13
Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09
Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03
Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01
Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48
Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45
“Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37
“Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru