“Azərişıq” ASC ““Füzuli rayonu Dövlətyarlı (ağıllı kənd) (Zərgər, Qıyıqçı, Qızıl Qışlaq və Qaraməmmədli kəndi ilə birlikdə) kəndinin xarici elekrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi” işləri” tenderinin nəticələrini elan edib.
"DİA-AZ" xəbər verir ki, tenderin qalibi “Harmony İndustrial Construction and Engineering Group” MMC olub.
Qalib şirkətə 3 918 844 manat ödəniləcək.
Qeyd edək ki, “Harmony İndustrial Construction and Engineering Group” MMC 28.02.2005-ci il tarixində yaradılıb, nizamnamə kapitalı 165 010 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Əlövsət Orucov Bilal oğludur. Hüquqi ünvanı AZ1069, Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli, ev.52, m.20 ünvanında yerləşir.