Əsas Səhifə > Güney Press > Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona
Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyonaBu gün, 00:02 |
“Azərişıq” ASC ““Füzuli rayonu Dövlətyarlı (ağıllı kənd) (Zərgər, Qıyıqçı, Qızıl Qışlaq və Qaraməmmədli kəndi ilə birlikdə) kəndinin xarici elekrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi” işləri” tenderinin nəticələrini elan edib. "DİA-AZ" xəbər verir ki, tenderin qalibi “Harmony İndustrial Construction and Engineering Group” MMC olub. Qalib şirkətə 3 918 844 manat ödəniləcək. Qeyd edək ki, “Harmony İndustrial Construction and Engineering Group” MMC 28.02.2005-ci il tarixində yaradılıb, nizamnamə kapitalı 165 010 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Əlövsət Orucov Bilal oğludur. Hüquqi ünvanı AZ1069, Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli, ev.52, m.20 ünvanında yerləşir. Geri qayıt |