Parisin Bakıya “cırtdanlar”la hücumu - "saman çöpündən yapışan" Makron
Makron Fransası və erməni lobbisinin anti-Azərbaycan isterikası səngimir, erməni separatizminə son qoyan Azərbaycana qarşı hər cür vasitədən istifadə etməkdədir. BMT-nin ən ali və mötəbər tədbirlərindən biri - COP29 günlərində belə bu kampaniyaya son qoyulmur, əksinə, daha da genişləndirilir. Kampaniya uğursuz nəticələndikcə daha da azğınlaşır, qərəz artır. Bu sıraya dünyada heç bir mövqeyə və nüfuza malik olmayan “cırtdan” dövlətlər də qoşublar.
Söhbət Lüksemburq Deputatlar Palatasının Qarabağda separatçı hərəkətlərə yol verən və Azərbaycan torpaqlarında terror aktları törədilməsinə imza atan şəxslərin azad edilməsini tələb edən "qətnamə"dən gedir. “Sənəd” bütövlükdə terrorçuluqda ittiham olunan şəxslərin, separatçıların azad olunmasını nəzərdə tutur və ənənəvi köhnəlmiş fikirlər yığınıdır.
Qəbul edilən "qətnamə"də Azərbaycan Xarici İşlər Nazirliyinin 26 avqust 2024-cü il tarixli qərarı ilə lüksemburqlu deputatlar Oktav Moder və İv Kruxteni də daxil olmaqla AŞPA-nın 76 deputatını "arzuolunmaz şəxs" (persona non grata) elan etməsinə qarşı bənd də salınıb. Tələb də odur ki, rəsmi Bakı bu şəxslərə qarşı tətbiq etdiyi qadağaları götürməlidir.
Özünün milli dili olmayan Lüksemburqda fransızca əsas dil kimi qəbul edilib. Bu səbəbdən palatanın separatizmə və terrorizmə dəstək verən qətnaməsini diqqətə almamaq da olardı. Heç bir siyasi çəkiyə və nüfuza malik olmayan "cırtdan" dövlətin özü nədir ki, onun parlamentinin çıxardığı da qərar nə olsun? Sadəcə, bir sıra məsələlərə görə sözügedən "qətnamə"nin üzərində dayanmağı zəruri saydıq.
Məsələ ondadır ki, noyabrın 1-dən etibarən Fransa bütün sərhədlərində nəzarəti bərpa edib. Müvəqqəti olan bu tədbir 30 aprel 2025-ci ilədək qüvvədə qalacaq.
Fransanın Baş naziri Mişel Barnier bildirib ki, ölkə noyabrın 1-dən altı Avropa dövləti ilə sərhədlərində nəzarətini bərpa edib. Və onların arasında Lüksemburq da var. Görünür, Lüksemburq Parisi "yola gətirmək" üçün bu addımı atıb.
Digər bir məsələ də ondan ibarətdir ki, ölkədə erməni lobbi və diaspor təşkilatlarının nüfuzu pik həddədir. Erməni lobbisinin və havadarlarının ümidləri artıq gərəksiz “cırtdan” dövlətlərə qalıb, növbəti mərhələdə San-Marino və Lixtenşteyni görsək, təəccüb etmərik. Çox güman ki, erməni lobbisi Avropadan sonra Afrikaya, buradakı "cırtdan" dövlətlərə - Svazilend, Lesoto və digər ərazilərə üz tutacaq.
Ümumiyyətlə, Lüksemburqda anti-Azərbaycan əhvali-ruhiyyə çoxdan hiss olunur. Bundan əvvəl də ölkə parlamenti Azərbaycanla bağlı qətnamə qəbul etmişdi. Həmin sənəddə 2023-cü ilin sentyabrında Qarabağda həyata keçirilən antiterror tədbirləri hədəfə alınmışdı. Bildirilmişdi ki, Azərbaycanın guya əsassız şəkildə həyata keçirdiyi hərbi əməliyyat nəticəsində 100 mindən çox erməni Qarabağdan köçmək məcburiyyətində qalıb. Orada Azərbaycanın beynəlxalq hüquq normalarına hörmətlə yanaşmağa çağırış da əks olunub. Tələb edilib ki, erməni hərbi əsirlər dərhal azadlığa buraxılmalıdır.
Erməni lobbisindən yemlənən deputatlar anlamırlar ki, Azərbaycan tərəfi erməni əsirləri Ermənistan ərazisində saxlamayıb.
Bundan əvvəl Lüksemburq parlamentinin sədri Klod Visler Ermənistana səfər edib. Şübhəsiz ki, bu, Fransanın göstərişi ilə baş tutub. O, Ermənistan parlamentində çıxışı zamanı Azərbaycanın əleyhinə hədyanlar yağdırıb.
Lüksemburqda erməni lobbisinin təşkilatçılığı ilə azərbaycanlılara qarşı təxribatlar da törədilib. Məsələn, 2019-cu ildə "Qarabağ" futbol klubunun Çempionlar Liqası çərçivəsində Lüksemburqda baş tutan oyunu zamanı keçmiş separatçıların drona bağlanmış qondarma bayrağının nümayişini yada salmaq kifayətdir.
Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Mədəniyyət Mərkəzinə müxtəlif qüvvələr tərəfindən hücumlar edilməsi, həmin şəxslərin kimlikləri məlum olsa da, onlara qarşı Lüksemburq rəsmiləri tərəfindən heç bir real cəza verilməməsi də diqqətdən qaçmır.
Bir faktı da qeyd edək ki, Bakıda keçirilən COP29-da Lüksemburq ətraf mühit, iqlim və biomüxtəliflik naziri Serj Vilmeslə təmsil olunur. Və ümid etmək olar ki, ölkəmiz haqqında əldə etdiyi məlumatlar əsasında onda obyektiv fikir formalaşacaq. Bunu da bədnam qərar qəbul edən ölkəsinin deputatlarına çatdıracaq.
Beləliklə, sözügedən "qətnamə" əvvəlkilər kimi ikrah doğurur.
Başda Fransa olmaqla, erməni lobbisinin Cənubi Qafqazda sülh prosesinə qarşı çağırışları fiasko ilə nəticələnəcək. İstər erməni lobbisi, istərsə də Fransa hökumətinin riyakar siyasəti “cırtdan” dövlətlərin əli ilə icra etmələri onların nə qədər aciz olduqlarından xəbər verir.
Report.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda nağd pulla alış-verişə tam qadağa? - BU NƏDİ BELƏ?..
Bu gün, 19:00 |
|
|
|
• Mərkəzi Bank İKT avadanlıqları aldı
Bu gün, 18:58 |
|
|
|
• Günahsız günahkar, yaxud Azərbaycan aynasında kim necə görünür? - AKTUAL
Bu gün, 18:00 |
|
|
|
• Keçmiş TSEK sədrinin iddiası instansiyasına göndərdildi
Bu gün, 17:57 |
|
|
|
• 1 saylı Şəhər Poliklinikasının həkimi nədən narazıdır? - TƏFƏRRÜAT
Bu gün, 17:54 |
|
|
|
• Milli Məclisin gələn il üçün xərclər smetası məlum olub
Bu gün, 17:51 |
|
|
|
• "Baku TV RU"nun baş redaktoru Natella Osmanlı Moskvada "Feyklər barədə dialoq 2.0" forumunda
Bu gün, 17:45 |
|
|
|
• “Onlara sual verən yoxdur ki, sən bu maaşla necə dəbdəbəli həyat yaşayırsan?!” – Tibb işçilərindən rəsmi qurumlara MÜRACİƏT
Bu gün, 17:37 |
|
|
|
• Parisin Bakıya “cırtdanlar”la hücumu - "saman çöpündən yapışan" Makron
Bu gün, 17:33 |
|
|
|
• Tərtərdə Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü qeyd olunub - FOTO
Bu gün, 17:28 |
|
|
|
• Müxalifət partiyası YAP-ı belə TƏBRİK ETDİ
Bu gün, 17:25 |
|
|
|
• Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ...
Bu gün, 17:13 |
|
|
|
• Saxta nikah xidməti göstərən azərbaycanlı həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 17:02 |
|
|
|
• “Səviyyəsiz səhnəciklərə baxanlarda günah yoxdur” - Əməkdar artistdən SƏRT REAKSİYA
Bu gün, 17:00 |
|
|
|
• Uşaqpulu bu tarixdən bərpa olunacaq? - AÇIQLAMA
Bu gün, 16:57 |
|
|
|
• Növbədə psixoloqlardır: - Az maaş, problemli müəllim və şagirdlər...
Bu gün, 16:52 |
|
|
|
• Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 16:44 |
|
|
|
• Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir - SƏRƏNCAM
Bu gün, 16:40 |
|
|
|
• `LEO BANK` yenə də aldadır... - AXI NİYƏ?..
Bu gün, 16:35 |
|
|
|
• Milli Məclisin 25, 26 və 27 noyabr tarixli iclaslarının gündəliyi açıqlanıb
Bu gün, 16:26 |
|
|
|
• Model Razi ANA OLDU - FOTO
Bu gün, 16:18 |
|
|
|
• Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və Qallantın həbsinə order verib
Bu gün, 16:15 |
|
|
|
• Günah nə SOCAR-dadır, nə Santuşda - Futbolçu topu boş qapıdan keçirə bilmirsə…
Bu gün, 16:10 |
|
|
|
• Pul gəlsin deyə mənəviyyatımızı ayaqlar altına ata-ata yox olacağıq - Əməkdar artist
Bu gün, 16:01 |
|
|
|
• Nəsrullahın bir konkret mesajı məhvinə səbəb oldu – İDDİA
Bu gün, 15:59 |
|
|
|
• “400 minlik yeyintidən xəbərim olmayıb” - Arif Rəhimov
Bu gün, 15:56 |
|
|
|
• Dənizçilər üçün UNİKAL VƏSAİT: - Ülfət Quliyevin yeni kitabı ÇIXDI
Bu gün, 15:52 |
|
|
|
• Paşinyan Qarabağdan gedənlərə yardımı dayandırır
Bu gün, 15:22 |
|
|
|
• Oynaya bilmiriksə... OYNAMAYAQ: ZORDUR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:19 |
|
|
|
• İdxal olunan hibrid avtomobillərin sayı 61%, qiyməti isə 9% artıb
Bu gün, 15:17 |
|
|
|
• Məktəblərdə ciddi çatışmazlıq – 8 şagirdə 1 kompüter düşür
Bu gün, 15:14 |
|
|
|
• “Nargis” jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında “Veysəloğlu”nun ekoloji layihələrindən bəhs edib
Bu gün, 15:08 |
|
|
|
• Erməni deputat dilə gəldi: - "Qarabağ Azərbaycan torpağıdır "
Bu gün, 15:01 |
|
|
|
• Rayon rəhbəri Birinci Qarabağ Müharibəsi şəhidi Fəqan Həmidovun ailəsini ziyarət edib - FOTO
Bu gün, 14:59 |
|
|
|
• Azərbaycanda tanınmış iş adamının ölkədən çıxışına qadağa qoyulur - DETALLAR
Bu gün, 14:55 |
|
|
|
• Şər-böhtan kampaniyası iflasa uğradı - deputat
Bu gün, 14:00 |
|
|
|
• Azərbaycanda BOKT ləğv edilir
Bu gün, 13:58 |
|
|
|
• Görünür, ABŞ səfiri çıxışında məhz bu təmasları nəzərdə tutub... - ŞƏRH
Bu gün, 13:06 |
|
|
|
• Elza Seyidcahanın iddiasına DİM-dən cavab
Bu gün, 13:02 |
|
|
|
• Maliki SEPAH-ın tezisləri üzrə çıxış edir - deputat
Bu gün, 12:59 |
|
|
|
• Türkiyədə azərbaycanlı qadın güllələnərək qətlə yetirildi - VİDEO
Bu gün, 12:53 |
|
|
|
• “30 il erməniləri Qarabağı sevməyə məcbur ediblər - Ovannisyan
Bu gün, 12:48 |
|
|
|
• Güneyli məhbus işgəncə ilə öldürüldü - Fars-molla rejimindən VƏHŞİLİK
Bu gün, 12:45 |
|
|
|
• ABŞ səfirinə İrəvandan cavab: - “Bakı ilə belə bir təmas olmayıb”
Bu gün, 12:42 |
|
|
|
• Bakı və İrəvan sülh sazişində razılaşdırılmayan “iki bənd” nədir? - “Hraparak”
Bu gün, 12:40 |
|
|
|
• "Salyan Kəndnəqliyyat" ASC-nin səhmdarları toplanır
Bu gün, 12:36 |
|
|
|
• “Onunla uşağlıqdan dostuq, amma” - Paşinyan istefaya göndərdiyi nazirdən danışdı
Bu gün, 12:32 |
|
|
|
• “Ehtiras sevginin “abloşka”sıdır” - “Alatava”nın “Emka”sı
Bu gün, 12:25 |
|
|
|
• Gecə bəzi yerlərdə arabir az çiskin olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:22 |
|
|
|
• Qanunsuz mərc və şans oyunlarında adı hallanan məşhurlardan AÇIQLAMA
Bu gün, 12:20 |
|
|
|
|