Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... - AÇIQLAMA
Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov onkoloji xəstəliklərin müalicəsinin İcbari Tibbi Sığorta paketinə daxil edilməli olduğunu bir daha vurğulayıb. Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında çıxış edən millət vəkili qeyd edib ki, səhiyyə xərcləri 2 milyard manata çatdırılıb. Vəsaitin 70,6 faizi İcbari tibbi sığorta fonduna veriləcək. Bu da əhaliyə tibbi xidmətinin səviyyəsini artıracaq. Ən mürəkkəb cərrahi əməliyyatlar, müayinələr bu gün icbari tibbi sığorta ilə əhatə olunub. “Ambulator müalicə alan vətəndaşların dərmanı dövlətdən alması vacibdir. Növbəti ildən dərman vasitələri də icbari tibbi sığorta tərəfindən qarşılanacaq. Bütün tibbi müayinələr icbari tibbi sığorta ilə əhatə olunsa da, dəqiq diaqnoz qoyan müalicə icbari tibbi sığorta ilə qarşılanmır. Onun da bu xidmət tərəfindən qarşılanmasını təklif edərdim", - komitə sədri deyib. Komitə sədri vurğulayıb ki, onkoloji xəstələrin icbari sığortaya daxil edilməməsi anlaşılan deyil: "Samir Şərifova da, səhiyyə nazirinə də bunu demişəm. Onkologiyaya ayrılan vəsait 50 milyon civarında qalıb. Bu gün xəstələrin böyük qrupunu müalicə etmə imkanından məhrumuq. İlk addım olaraq müalicəsi üçün vacib olan dərman preparatları icbari tibbi sığorta öz üzərinə götürsə, yaxşı olar. 5-6 il bu məsələni qaldırsaq da, uğurlu addım atılmayıb". Qeyd edək ki, Ə.Əmiraslanov onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığortaya aid edilməsi məsələsini bundan əvvəl də bir neçə dəfə qaldırıb. O qeyd edib ki, onkoloji xəstəliklərin sığorta ilə əhatə olunmaması anlaşılan deyil. Səbəb bu xəstəliyin müalicəsinin çox maliyyə tutumu olması göstərilir. Lakin təxirə salınmadan onkoloji xəstəliklərin icbari tibbi sığorta ilə əhatə edilməsi təmin olunmalıdır, dərman vasitələri sığorta ilə qarşılanmalıdır.
Tibb elmləri doktoru, professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında bildirdi ki, onkoloji xəstəliklərin icbari tibbi sığorta zərfinə daxil edilməsi hər nə qədər vacib görünsə də, bu məsələni həll etmək elə də asan deyil:
- Onkoloji xəstələr üçün spesifik dərman preparatlarının bir qrupu həddindən artıq bahadır. Bunların birdən-birə icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edilməsi bu gün ayrılan maliyyə vəsaiti ilə mümkün görünmür. Məsələn, Türkiyədə 2012-ci ilədək bəzi xərclər xəstə ilə dövlət arasında bölünürdü. Xərclərin bir qismi, əlbəttə ki, daha az hissəsi vətəndaşın öhdəsinə düşürdü, böyük hissəsi dövlətin. Amma yenə də xərclər bölündüyündən nə vətəndaşa ağırlıq düşürdü, nə də dövlətə. Bizdə də prosesin heç olmasa mərhələli şəkildə həyata keçirilməsinə başlanmalıdır. Amma onkoloji müalicənin, xüsusi diaqnostik testlərin keçirilməsinin bütünlüklə icbari tibbi sığortaya daxil edilməsi hazırda real deyil. Professor dərman preparatlarının da çox baha olduğunu xatırlatdı: - Biz hazırda idxaldan asılı ölkəyik və dərmanlar da çox bahadır. Dərmanların alınması da hissə-hissə icbari sığortaya daxil edilə bilər, lakin bir anda bütün müalicənin daxil edilməsi real görünmür. Onkoloji xəstəliklərin müalicəsi çox böyük xərc tələb edir. Əgər biz onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta ilə qarşılanmasını istəyiriksə, ilk növbədə İcbari Tibbi Sığorta paketinə ayrılan maliyyənin məbləği artırılmalıdır. Özəl sektor da icbari sığortaya cəlb edilməlidir. Bunun üçün də özəl xəstəxanalara, klinikalara icbari sığorta işi ilə məşğul olmaları məqsədilə lisenziyalar verilməlidir. İcbari Tibbi Sığortaya o xəstəxanalar cəlb edilməlidir ki, onlar özəl sektorun qanunlarını deyil, tibbin qanunlarını üstün tutur. Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr, problemləri daha tez həll etmək olar.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…” - Masallıda doğuşdan sonra komaya düşən qadın Bakıda öldü
Bu gün, 15:32 |
|
|
|
• Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib - FOTO
Bu gün, 15:26 |
|
|
|
• Rəsmi Bakı Fransa səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib
Bu gün, 15:00 |
|
|
|
• Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... - “Revanşistlərin” planları uğursuzluğa düçar oldu, onlar qəzəblidirlər
Bu gün, 14:02 |
|
|
|
• Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb - AÇIQLAMA
Bu gün, 14:00 |
|
|
|
• Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı - QALİB ŞİRKƏT
Bu gün, 13:58 |
|
|
|
• “COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” - RƏY
Bu gün, 13:03 |
|
|
|
• Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü
Bu gün, 13:01 |
|
|
|
• Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi
Bu gün, 12:52 |
|
|
|
• Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... - FOTO
Bu gün, 12:49 |
|
|
|
• Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47 |
|
|
|
• “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37 |
|
|
|
• `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26 |
|
|
|
• "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20 |
|
|
|
• "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13 |
|
|
|
• Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10 |
|
|
|
• Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08 |
|
|
|
• Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06 |
|
|
|
• Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03 |
|
|
|
• Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00 |
|
|
|
• Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48 |
|
|
|
• Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44 |
|
|
|
• Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40 |
|
|
|
• Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24 |
|
|
|
• Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15 |
|
|
|
• Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09 |
|
|
|
• Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07 |
|
|
|
• Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04 |
|
|
|
• "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00 |
|
|
|
• Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50 |
|
|
|
• “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43 |
|
|
|
• COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40 |
|
|
|
• Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39 |
|
|
|
• "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23 |
|
|
|
• İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19 |
|
|
|
• Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13 |
|
|
|
• Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01 |
|
|
|
• Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58 |
|
|
|
• "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54 |
|
|
|
• Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44 |
|
|
|
• Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37 |
|
|
|
• “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34 |
|
|
|
• Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27 |
|
|
|
• Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24 |
|
|
|
• Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21 |
|
|
|
• "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19 |
|
|
|
• Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18 |
|
|
|
• ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
|