Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi balansındakı 22 avtonəqliyyat vasitəsinin könüllü (KASKO) sığortalanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "PAŞA Sığorta" ASC-dir.