18 noyabr 2024-cü il tarixində Bakı Fond Birjasında BOKT “İnternational” ASC-nin 750 min manatlıq faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Banker.az Birjaya istinadən xəbər verir ki, hər birinin nominal dəyəri 1000 manat, sayı 750 ədəd, gəlirlilik faizi 15% olan istiqrazlara 3 investor 3 sifariş təqdim edib. Hər bir investor istiqrazların 250 min manatlıq hissəsini əldə edib.
Ödəmə periodu ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən dövri olaraq hər 30 gündən birdir. İstiqrazların tədavül müddəti 2 ildir. Emissiya və yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC olub.