“Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
“Məlum qanunu “parlament”dən keçirməklə Rusiya çalışırdı ki, Abxaziyanı iqtisadi cəhətdən ilhaq eləsin və onu öz oliqarxlarına təhvil versin. Görünür ki, yerli oliqarxiya bununla hesablaşmayaraq belə bir prosesə start verdi. Yəni bu variantlardan, ehtimallardan biridir. İkinci ehtimal odur ki...” Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Moderator.az-a açıqlamasında mövzu ilə bağlı bunları söyləyib: Görəsən, son günlər Abxaziyada baş verənlərin mahiyyətini necə izah etmək olar? Rusiya kəşfiyyatı əsasən bu imperiyanın nəzarətində olan, hətta “müstəqilliyi” Kreml tərəfindən tanınmış bu qondarma qurum ərazisində belə kütləvi etirazlara niyə imkan verib? Nə əcəb, “FSB” öncədən bu etirazların qarşısını almayıb? Bu proseslər hansısa xarici güclər tərəfindən körüklənibsə, hansı istiqamətə aparır?.. “Abxaziyada baş verənlərin arxasında nəyin dayandığını və ümumiyyətlə, nə baş verdiyini söyləmək çətindir. Birincisi, ona görə ki, Abxaziya kifayət qədər qapalı bir regiondur və Rusiya üçün yetərincə strateji bir regiondur. Xüsusən də nəzərə alsaq ki, Rusiyanın Ukraynaya hərbi təcavüzü nəticəsində başlanan savaşda Rusiya Qara dəniz hövzəsində çox ciddi mövqelərini itirməkdədir. Yəni artıq Qara Dəniz donanması qüvvələrinin dislokasiya olunduğu istər Krım, istərsə də Novorossiysk limanları təhlükəsiz deyil. Odur ki, bu baxımdan da Moskva üçün Abxaziya xüsusi önəm kəsb edir. Elə bu səbəbdən də Rusiya Gürcüstanın digər əsas ərazisi ilə həmsərhəd Oçamçiri şəhərində yeni hərbi dəniz donanması yaradır... Belə olduğu halda Abxaziyadakı məlum hadisələrin baş verməsi nə ilə izah oluna bilər? Burada bir neçə mümkün səbəb var? Mümkün səbəblərdən biri Abxaziyadakı daxili-siyasi və iqtisadi durumla bağlıdır. Bölgədə iqtisadi vəziyyət çox çətindir. Rusiyanın anneksiyası və formal olaraq Abxaziyanın “müstəqilliyi”ni tanınması onu bütün dünyadan təcrid edib və yerli əhali də bunun əziyyətini çəkir. Və mən deməzdim ki, abxazların özlərinin, eləcə də orada yaşayan digər xalqların, hətta ermənilərin belə, Rusiyaya böyük simpatiyası var. Mən özüm Abxaziyada olmuşam. Təxminən 15-16 il il bundan öncə bir beynəlxalq işçi qrupun tərkibində... Və insanlarla söhbət etmişəm, Abxaziyanın o zamankı rəhbərliyi ilə görüşlərdə iştirak etmişəm. Görmüşəm ki, vəziyyətdən razı deyillər. Vəziyyətin belə olmasının da bir əsas səbəbkarı var – bu da Rusiyadır. Təbii ki, Gürcüstanın da rolu var. Çünki Gürcüstanla da hər hansı bir şəkildə birgə mövcudluğu təmin etmək üçün dil tapa bilmirlər. Belə olduğu şəraitdə “Abxaziya əhalisində yaranmış narazılıqdan kim istifadə etdi” sualı, deyərdim ki, ən aktual suala çevrilir. Aydın məsələdir ki, bu siyasi aksiyanın arxasında hansısa ya daxili, ya xarici, yaxud hibrid bir güc dayanıb. Bu daxildəki müəyyən klanlar da ola bilər. Çünki məlum qanunu “parlament”dən keçirməklə Rusiya çalışırdı ki, Abxaziyanı iqtisadi cəhətdən ilhaq eləsin və onu öz oliqarxlarına təhvil versin. Görünür ki, yerli oliqarxiya bununla hesablaşmayaraq belə bir prosesə start verdi. Yəni bu variantlardan, ehtimallardan biridir... İkinci ehtimal odur ki, Abxaziyadakı gərginliyə səbəb Rusiyanın daxilində gedən çəkişmədir. Və həmin çəkişmənin fəsadları özünü bir sıra başqa bölgələrdə, xüsusən də Şimali Qafqazın başqa bölgələrində, məsələn, Çeçenistan və Dağıstan, Çeçenistan və İnquşetiya liderləri arasında olan qarşıdurmada da göstərir... Və ümumiyyətlə, Rusiyanın işğalçı müharibəsi bütün bu yaraların üzə çıxmasına yol açdı. Ola bilsin ki, onlardan biri də Abxaziyadır... Üçüncü səbəb xarici faktordur. Xarici faktor mümkündürmü? Əlbəttə, mümkündür. Abxaziyanın qapalı bir məkan olmasına baxmayaraq... Amma mən deyim ki, hələ o zaman bölgəyə səfər edərkən orada çox maraqlı bir faktla üzləşdim. Abxaziyada çoxsaylı türk biznes qurumları fəaliyyət göstərir. Və onların başında duranların əksəriyyəti abxaz mənşəli türklərdir. Hətta o zaman Abxaziya rəsmiləri də mənə söylədilər ki, hazırda abxaz xalqının yarıdan çoxu Türkiyədə yaşayır. Onlar zaman-zaman təqib olunub, qaçmağa məcbur edilib, deportasiya olunub və nəticədə çoxu Türkiyədə məskunlaşıblar. İndi həmin abxaz mənşəli türkiyəlilər geri qayıdır və Abxaziyada iş, biznes qururlar. Ola bilər ki, son proseslərə onların da təsiri olsun. Hər bir halda burada geo-siyasi faktoru istisna etmək olmaz. Çünki Rusiyanın cənuba can atdığı bir vaxtda onun Cənubi Qafqaza keçən iki mühüm yolundan biridir. Həmin yollardan biri Dağıstan və Çeçenistan üzərindən gedir. Digəri isə Abxaziya və Gürcüstan üzərindən keçir. Görünən odur ki, həm Gürcüstandakı gərginlik, həm də ardınca Abxaziyadakı qarşıdurma mümkün geo-siyasi faktorun rolundan xəbər verir, bu da başqa bir ehtimaldır. Hər bir halda mənzərə tam aydın deyildir. Daxildə destablizasiya var və görünən odur ki, o destablizasiya ən azı yaxın zamanda asanlıqla aradan qaldırılmayacaqdır. Hətta aradan qaldırılsa belə, müəyyən dövrdən sonra o bir daha qabaracaq... Bəs Rusiya daxilindəki hər hansı bir xarici faktor belə bir prosesə təkan verə bilərdimi? Söhbət Rusiyanın istəyindən yox, onun imkanlarından gedir. Biz gördük ki, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi bu dövlətin daxilində nə qədər ciddi problemlərin olduğunu üzə çıxardı. Əslində onlar belə də görünürdü. Amma indi bütün çılpaqlığıyla göründü. Göründü ki, Rusiyanın nə ordusu deyilən səviyyədədir, nə onun xüsusi xidmət orqanları barələrində yanlış təsəvvür yaradıldığı qədərdir. Bəlli oldu ki, Rusiyada idarəetmə bərbad vəziyyətdədir, iqtisadiyyatı, hərbi sənayesi, hər şeyi çox acınacaqlı durumdadır. Bu da təbiidir, korrupsiyalaşmış, kriminallaşmış bir dövlət başqa cür ola bilməz. Ona görə də mən heç bir faktoru, heç bir səbəbi istisna etmirəm. O cümlədən də istisna etmirəm ki, abxazlar ilk növbədə Rusiyadan canlarını qurtarmağa çalışırlar. Sadəcə olaraq onların seçim imkanı yoxdur. Abxaziya dünyada tanınmır. Onun sakinləri yalnız Rusiya pasportu ilə hansısa xarici ölkəyə səfər edə bilirlər. Onların hansısa biznes qurmaq imkanı yoxdur, çünki Abxaziya faktiki olaraq qeyri-qanuni ərazi elan edilib. Bir sözlə, gördüyümüz kimi, belə bir dalan vəziyyət yaranıb və abxazlar oradan çıxmağa çalışır. Belə bir versiya da mövcuddur ki, guya Rusiya Abxaziyanı Gürcüstana qaytarmaqla Gürcüstanı da bütövlükdə öz nəzarətinə qaytarmağa çalışır. Düzünü deyim ki, bu bir az konspiroloji versiyaya oxşayır. Çünki Abxaziyanı Gürcüstana qaytardıqdan sonra Gürcüstan Rusiyadan uzaqlaşarsa, o halda Moskva iki problemlə üzləşə bilər: həm Abxaziya, həm də Gürcüstan problemi ilə... Ona görə də Rusiyanın belə bir nəticəyə ümid edəcəyi inandırıcı görünmür. Bir çoxları bu halda Azərbaycanın Qarabağı işğaldan azad etməsi ilə paralel aparırlar. Mən düşünmürəm ki, torpaqlarımızın azad edilməsində Rusiyanın müstəsna rolu olub. Mən heç vaxt belə etməmişəm, bu gün də elə hesab etmirəm. Sadəcə Kreml bu prosesdən maksimal dərəcədə faydalanmağa çalışdı, lakin son nəticədə heç nəyə nail ola bilmədi. Əlbəttə, Rusiyanın Azərbaycana təsiri artdı. Bu, faktdır. Lakin Rusiya “Azərbaycanı götürdü” və yaxud “Azərbaycanı nəzarətə aldı” demək politoloji təhlil baxımından bir qədər qeyri-ciddi səslənir. Eyni şeyi də əhalisinin böyük bir hissəsi passionar və aktiv olan, Avropaya meyilli olan Gürcüstan haqda demək? Bilmirəm, Rusiya belə bir sadəlöhv plan qura bilərmi? Yəni mən bu varianta ən az ehtimal olunan bir varinat kimi yanaşardım...”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Bu gün, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Bu gün, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Bu gün, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Bu gün, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Bu gün, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Bu gün, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Bu gün, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Bu gün, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Bu gün, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Bu gün, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Bu gün, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Bu gün, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Bu gün, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Bu gün, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Bu gün, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Bu gün, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Bu gün, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Bu gün, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Bu gün, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Bu gün, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Bu gün, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02 |
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30 |
|
|
|
• “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26 |
|
|
|
• General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21 |
|
|
|
• Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17 |
|
|
|
• Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16 |
|
|
|
• Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15 |
|
|
|
• Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13 |
|
|
|
• Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10 |
|
|
|
• "1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03 |
|
|
|
• Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00 |
|
|
|
• Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58 |
|
|
|
• Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 14:55 |
|
|
|
• Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları - AXI NİYƏ?..
Bu gün, 14:00 |
|
|
|
• Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək - 7 MİLYONLUQ TENDER
Bu gün, 13:58 |
|
|
|
• "Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..."
Bu gün, 13:07 |
|
|
|
• “İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb”
Bu gün, 13:06 |
|
|
|
|