İrəvan-Bakı qarşıdurmasına son qoymalıyıq - Sanksiyalardan qorunmaq üçün...
Tarix: 4-11-2024, 11:02 | Çap et
 Sanksiyalardan qorunmaq üçün İrəvan-Bakı qarşıdurmasına son qoymalıyıq.
"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri Zahid Oruc STM-in təşkilatçılığı ilə "Parlamentlər və qlobal sanksiya tendensiyaları: qanunvericilik orqanında siyasi lobbiçilik beynəlxalq hüquqa maneədir" mövzusunda kitab təqdimatına həsr edilmiş dəyirmi masada çıxışı zamanı deyib.
O bildirib ki, Qarabağ zəfərinin 4-cü ildönümü qarşısında hər bir azərbaycanlı iftixar və qürur hissi keçirir.
"Cənubi Qafqazda 35 il əvvəl sovetlərin dağılması ilə formalaşan düzəni dəyişdirən İlham Əliyev geosiyasi inqilab etməklə bir çox dövlətlərin bölgədə hökmranlığına son qoydu. Lakin hərbi meydanda məğlub olanlar digər platformalarda Azərbaycandan qisas almaq, onu cəzalandırmaq xəttini seçərək son 4 ildə “3-cü Qarabağ savaşı” üçün beynəlxalq zəmin, tərəfdar və hüquqi-siyasi aktlar toplayırlar. Bircə qalıb BMT qətnamələri, ondan aşağı bütün səviyyələrdə bizim 30 illik imtahanları onların əvəzindən keçən böyük bir şəbəkə formalaşıb.
Xüsusilə də, beynəlxalq hüquq, ədliyyə və məhkəmə sistemində kök salan erməni şəbəkəsinin miqyası və fəaliyyəti nəticəsində cinayət, ədliyyə sistemi və ədalət mühakiməsi tam siyasiləşib. Hər gün ölkəmizə qarşı yönələn geosiyasi təzyiq, informasiya hücumu, media və hüquq orqanların təhdidinə yeni institutlar, tərəfdaş və isimlər cəlb edilir. Xankəndidən könüllü köçən ermənilərinin hüquqları ilə bağlı çoxsaylı qurumlar yaradılır, beynəlxalq hüquq sahəsində vəzifəli, yaxud sabiq şəxslərin prosesə cəlbi genişlənir, onlar rəhbər postlara gətirilir", - STM sədri deyib.
Deputat xatırladıb ki, regionda yerləşən digər qonşular, məsələn, İran əleyhinə 1979-cu il islam inqilabından bu yana tətbiq olunan sanksiyalarının sayı 3 616-dır. 40 ildən artıq belə ağır iqtisadi, maliyyə, diplomatik və hərbi cəzalar altında yaşamaq İran xalqından fədakarlıq və dözüm tələb edir.
"Rusiya əleyhinə son iki ildə tətbiq olunan sanksiyaların isə ümumi sayı 17 636-dır. Onun təkcə 29 faizini, yəni, 5100-dən artığını bir ölkə - ABŞ tətbiq edib. Əsrlərlə qurulan qlobal iqtisadi-ticarət zəncirləri dağıdılır, xalqlararası mədəni-humanitar bağlar məhv edilir, milyonlarla insan bir vaxtlar “xalqlar həbsxanası” adlandırdıqları keçmiş imperiyanın qala divarları arasından çıxmaqdan məhrum olunur. Sanksiya müharibələri Sovetlər Birliyinin mövcud olduğu dövrlə müqayisədə daha dəhşətli dəmir pərdə çəkib. Dünyada heç vaxt indiki qədər parçalanma və qütbləşmə olmayıb. Beynəlxalq təhlükəsizlik sistemi dərin böhran keçirir", - Z.Oruc qeyd edib.
Onun sözlərinə görə, Azərbaycana qarşı aparılan sistemli kampaniyanın da yalnız bir məqsədi var:
"Qələbəmizi əlimizdən almaq, mümkün olmadıqda onu kiçiltmək, xalqın gözündən və dəyərdən salmaq, məkrli planlar vasitəsilə ona zərbə vurub regionu beynəlmiləl toqquşma meydanına çevirmək, xaosla dövlətləri idarə etmək.. “Qlobal layları tərpətmişik” deyərkən ölkə başçısı məhz bunu nəzərdə tuturdu.
Gəlin, əleyhimizə aparılan kampaniyanın bir neçəsini xatırlayaq - Fransa Senatının müharibədən cəmi 10 gün sonra-20 noyabr 2020-ci ildə Qarabağın müstəqilliyinə dair qətnaməsi son 4 ildə Ermənistan parlamentində nə müzakirə, nə də səsə qoyulub. Göründüyü kimi, ermənilər olmayanda da onu uydururlar!
AŞPA və Avropa Parlamentində, üzv ölkələrin siyasi partiyalarında, xüsusilə də, Belçika və Fransanın inzibati-bürokratik idarəçilik sistemində vəzifələrə yerləşdirilən qlobal şəbəkə formalaşıb. Bir neçəsinin adını çəksək, görəcəyik ki, Azərbaycana qarşı fəaliyyət necə mükafatlandırılır".
Z.Oruc əlavə edib ki, Azərbaycan bütün tərəfdarları ilə onu beynəlxalq izolyasiyaya məruz qoymağa çalışanlara qarşı səfərbər olunmalıdır:
"Baxın, bütün çıxışlarında dövlət adamlarını öldürməyə, antikonstitusion çevrilişlərə səsləyən adamlar hansı yüksək lojalarda əyləşdirilir. Mühacir terror mediası ilə bir sırada duran daşnaklar İrəvanda zəifləyir, Parisdə isə çiçəklənir, himayədarlarını artırırlar. Qarabağı Ermənistana verməyə hazır olan qüvvələri xaricdən ölkəmizə silah gücünə gətirmək istəyirlər.
Qələbəmizi "cəzalandırmağa" qalxanlar görsələr ki, Paşinyan Bakıya gəlib düşmənçiliyə son qoymağa razılıq verir, onu ya sərt sanksiyaya, ya da İshaq Rabinin taleyinə məruz qoyacaqlar. Ona görə də sanksiya və embarqo planlarını zərərsizləşdirməyin bir yolu qalır - biz İrəvanı Qərbin əlindən almalıyıq. Söhbət ərazini hərbi yolla ələ keçirməkdən getmir, məqsədimiz Bakı və İrəvanın qarşıdurmasına son qoyub, qlobal təzyiqlərdən xilas olmaqdır".


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Xəzər Universitetinin nümayəndə heyəti Türkiyədə - FOTO
Dünən, 21:22 |
|
|
|
| • Uitkoff və Əraqçı İrandakı vəziyyəti müzakirə edib - KİV
Dünən, 19:11 |
|
|
|
| • İran ABŞ ilə “böyük bazarlığa” gedir? - KRİTİK HAZIRLIQ
Dünən, 18:00 |
|
|
|
| • Rusiya səfiri Ermənistan XİN-ə çağırıldı
Dünən, 17:56 |
|
|
|
| • Müdafiə Nazirliyi 1,5 milyonluq tenderi ləğv etdi – SƏBƏB
Dünən, 17:47 |
|
|
|
| • Liseydə rüşvət, şantaj və təzyiq iddiaları: Tibb bacısı işdən çıxarılmasından danışdı - İTTİHAM VAR...
Dünən, 17:45 |
|
|
|
| • Su itkilərin kəskin azaldılması qarşıda duran əsas məsələlərdən biridir - MƏQALƏ
Dünən, 17:42 |
|
|
|
| • Moskvanın təsir dairəsi daralır - Cənubi Qafqazda yeni mərhələ
Dünən, 17:39 |
|
|
|
| • Yağışdan çıxıb, yağmura düşmək... – Şah-molla növbələşməsi fonunda Güney Azərbaycan reallığı
Dünən, 17:37 |
|
|
|
| • Tramp Maduronun əfv edilməyəcəyini deyib
Dünən, 17:30 |
|
|
|
| • Paytaxtın su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə diqqət daha da artırılır - İsrafil Kərimovun yazısı
Dünən, 17:28 |
|
|
|
| • Bahalaşan bazar, daralan büdcə – qiymət artımının görünən və gizli səbəbləri...
Dünən, 17:16 |
|
|
|
| • Qızılın bütün əyar növləri üzrə qiymətlər artıb - Assosiasiya
Dünən, 17:07 |
|
|
|
| • Solovyovun it kimi hürməsi bizi sülhdən döndərə bilməz - Rubinyan
Dünən, 17:01 |
|
|
|
| • Ox yaydan çıxdı: İran rejiminin sonu artıq zaman məsələsidir - ŞƏRH
Dünən, 17:00 |
|
|
|
| • Azərbaycanda deputat biznesindən İMTİNA ETDİ? - BUNDAN SONRA...
Dünən, 16:54 |
|
|
|
| • “Amerika birinci” – Vaşinqton əvvəlki qlobal idarəetmə formasını rədd edir
Dünən, 16:52 |
|
|
|
| • Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dünən, 16:50 |
|
|
|
| • Azərbaycana qarşı fəaliyyət göstərənlər TƏHVİL VERİLƏCƏK?
Dünən, 16:40 |
|
|
|
| • Azərbaycanda kərə yağı bahalaşır - Saxta, ucuz yağlar satılacaq
Dünən, 16:35 |
|
|
|
| • Ağ Ev erməniləri ABŞ-də milyardlarla dollarlıq dələduzluqda ittiham edir - TƏFƏRRÜAT
Dünən, 16:28 |
|
|
|
| • Pezeşkianın çağırışından sonra küçələrə axışdılar
Dünən, 16:21 |
|
|
|
| • Qaribaşvili 5 il müddətinə azadlıqdan məhrum edilib - KİV
Dünən, 16:16 |
|
|
|
| • Vəzifəli şəxsləri hədə-qorxu yolu ilə... - MƏHKƏMƏ
Dünən, 16:02 |
|
|
|
| • “Mənsimov işi”ndə Əlizadə “xətti”: Neft maqnatı iş adamını niyə “vurur”? - İLGİNC İDDİALAR...
Dünən, 15:51 |
|
|
|
| • Üç rəng, üç Yalan - Ermənistan bayrağı...
Dünən, 15:47 |
|
|
|
| • Azərbaycanda böyük geyim tenderlərini bu şirkətlər udur - SİYAHI, MƏBLƏGLƏR
Dünən, 15:36 |
|
|
|
| • Rüfət Səfərovun məhkəməsi təxirə salındı
Dünən, 15:32 |
|
|
|
| • Abid Şərifova məxsus “Evrascon”da böhran: Borc yükü 3,6 milyona çatıb - DETALLAR
Dünən, 15:30 |
|
|
|
| • Nazirliyin tabeliyindəki qurumdan Esen Tekstil"ə 6,7 milyon manatlıq sifariş - TENDER NƏTİCƏSİ
Dünən, 15:27 |
|
|
|
| • "Məclislərimiz var, gedib, oxuyuruq, amma əvvəlki deyil də"
Dünən, 15:25 |
|
|
|
| • “Kupça”sız evlər boşanmada necə bölünür? - Hüquqlar və detallar...
Dünən, 15:23 |
|
|
|
| • Qışa niyə hər il hazır deyilik? - Hüquq müdafiəçisi cavab istəyir
Dünən, 15:17 |
|
|
|
| • Çobanlar yarım milyonluq cinayətə görə - Həbs edildi
Dünən, 15:15 |
|
|
|
| • Ramiz Mehdiyev-Elmira Axundova tandeminin adı keçən 8 milyonluq qalmaqal - SƏN DEMƏ...
Dünən, 14:50 |
|
|
|
| • Bərdə RİH də məşhur GÜLSATANA üstünlük verdi... - TƏFƏRRÜAT
Dünən, 14:46 |
|
|
|
| • Azərbaycanda xəbər saytlarına məxsus ən çox izləyicisi olan 30 “YouTube” kanalı - SİYAHI
Dünən, 14:42 |
|
|
|
| • Tanışını küçənin ortasında bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxıldı
Dünən, 14:38 |
|
|
|
| • GOOGLE: Dövlət bankından məlumatların oğurlana bilər... - BU NƏDİ BELƏ?
Dünən, 14:31 |
|
|
|
| • "Komendant pulu" ləğv olunur: Binalarda pul yığımına dövlət nəzarəti gəlir - AKTUAL
Dünən, 14:27 |
|
|
|
| • Azərbaycan Tibb Universitetinin işçisi vəfat edib
Dünən, 14:19 |
|
|
|
| • Neftlə bağlı kritik durum: bu halda qiymətlər kəskin qalxacaq - AKTUAL
Dünən, 14:17 |
|
|
|
| • Heç bir şey kitabı, danışığı əvəz edə bilməz - Misir Mərdanov
Dünən, 14:08 |
|
|
|
| • Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılıb - RƏSMİ
Dünən, 14:00 |
|
|
|
| • “Mirzəzadə” Beauty Center-də müştəriləri aldadırlar - VİDEO
Dünən, 13:58 |
|
|
|
| • "Oleq Bakinski"yə Amnistiya aktı şamil olunub, Konstantin Kuçerin işinə baxılacaq
Dünən, 13:51 |
|
|
|
| • “Elit tort ləvazimatları” körpələr üçün vaxtı keçmiş şokalad satır? - FOTOFAKT
Dünən, 13:48 |
|
|
|
| • Avropa Məhkəməsində hökumətlə barışan deputat təzminatı ala bilməyib - AÇIQLAMA
Dünən, 13:42 |
|
|
|
| • “Mehdiyev”çilər yola salınır - İcra Hakimiyyətlərində başçı müavini qalmadı, hər birini işdən çıxardılar
Dünən, 13:34 |
|
|
|
| • “Azərbaycan dövlətinin İrana silahlı qüvvələr yeritməklə müdaxilə etmək hüququ var” - Pənah Hüseyndən SENSASİON MÜSAHİBƏ
Dünən, 13:09 |
|
|
|
|