"Biz xaricə “beyin axını”nın qarşısını almalıyıq" - ÇAĞIRIŞ
“Azərbaycanda tibb mütəxəssislərinin Almaniyaya kütləvi şəkildə köçməsi ölkədə həkim çatışmazlığı problemini daha da kəskinləşdirir. Qəbul plan yeri artırılmalıdır”. Bu barədə təhsil eksperti Kamran Əsədov öz sosial media hesabında qeyd edib.
Ekspert xatırladıb ki, son 5 il ərzində Almaniyaya köçən azərbaycanlı tibb işçilərinin sayı 3 mini ötüb: “Bu tendensiya tibb tələbələri arasında da yayılıb, onlar təhsil aldıqları müddətdə alman dili kurslarına qatılaraq xaricdə işləməyə hazırlaşırlar. Azərbaycanda tibb təhsilinə olan maraq son illərdə xeyli artıb, lakin qəbul planının məhdud olması və xaricə köçən həkimlərin sayı səbəbindən ölkənin səhiyyə sistemində ciddi kadr çatışmazlığı yaranır. Bu vəziyyətin aradan qaldırılması üçün tibb təhsilinin daha geniş və əlçatan olması vacibdir. Hazırda Azərbaycan Tibb Universiteti ölkədə tibb təhsili üzrə aparıcı mərkəzdir, lakin qəbul yerlərinin azlığı səbəbindən hər il yüksək bal toplayan yüzlərlə abituriyent tibb sahəsinə daxil ola bilmir və başqa sahələrə yönəlmək məcburiyyətində qalır.
Ölkədə hər 1000 nəfərə 2,1 həkim düşməsi, Almaniyada isə bu rəqəmin 4,3 olması tibb təhsilinə qəbulun artırılmasının nə qədər zəruri olduğunu göstərir".
Kamran Əsədov qeyd edib ki, Azərbaycan tibb təhsili üzrə digər ölkələrlə müqayisədə geri qalır: “Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər 1000 nəfərə düşən həkim sayında dünya ortalaması təxminən 3,5-dir. Bu isə Azərbaycanda tibb kadrlarının yetişdirilməsi və saxlanılmasının milli səhiyyə sisteminin dayanıqlığı üçün əsas olduğunu göstərir.
Bununla yanaşı, yüksək səviyyəli mütəxəssislərin hazırlanması üçün tibb təhsilinin keyfiyyəti və müasir standartlara uyğun olması da vacibdir. Müasir tədris laboratoriyaları, klinik təcrübə imkanları, həmçinin beynəlxalq təlim və proqramlarla əməkdaşlıq vasitəsilə tələbələrin praktiki bilikləri artırıla bilər. Əgər Azərbaycan Tibb Universiteti beynəlxalq səviyyədə tanınan kurslar və təlim proqramları ilə əməkdaşlığı genişləndirərsə, bu, tələbələrin daha keyfiyyətli təhsil almalarına və xaricə axının azalmasına səbəb ola bilər.
Bütün bu tədbirlər qəbul planının artırılması və təhsil keyfiyyətinin yüksəldilməsi ilə birlikdə, Azərbaycanda tibb sahəsində mütəxəssis çatışmazlığını azaltmağa və milli səhiyyə sisteminin inkişafını dəstəkləməyə kömək edə bilər.
Belə bir vəziyyətdə tibb ixtisasına qəbul planının artırılması zərurəti ortaya çıxır. Hazırda 1300 qəbul yeri tibb sahəsində ölkənin ehtiyaclarını qarşılamaq üçün kifayət etmir və bu rəqəmin artırılması tələb olunur.
Qəbul planı artırılaraq yüksək bal toplayan tələbələrin tibb sahəsinə yönəldilməsi ölkədə peşəkar kadr çatışmazlığının qarşısını almağa kömək edər və müasir tibb kadrlarının formalaşmasını təmin edər".
Bəs digər ekspertlər səbəbi nədə görür? Dövlətimiz bu yöndə hansı işləri görməlidir?
Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a danışıb. Professor qeyd edib ki, həkimlərin, eləcə də tibb işçilərinin başqa ölkələrə getməsinin əsasında ilk növbədə sosial səbəblər dayanır: “Yəni onlar daha çox əmək haqqı, şərait dalınca qaçırlar. İkinci səbəb isə həkimlərə olan münasibətdir. Biz Azərbaycan Həkimləri İctimai Birliyi adından dəfələrlə hökumətə müraciət ünvanlamışıq ki, sertifikasiya imtahanı həkimlərə təhqirdir. Təsəvvür edin, həkimlər ali məktəbdə verdiyi imtahanı təkrarən bir də verir. Dünyanın heç bir yerində bu cür biabırçılıq yoxdur və təəssüf ki, bu hal davam edir. Yəni dünyada imtahan verib, Tibb Universitetini bitirib diplom almış həkim üçün sonrakı etaplarda, mərhələlərdə akkreditasiya sistemi var. Həkim nə qədər təcrübə mübadiləsində olub, nə qədər xəstə müalicə edib, həmin dövrdə özünü necə aparıb, bütün bunlar araşdırılır və ona yenidən lisenziya verilir.
Bəs sertifikasiya imtahanı nədir? Bu imtahanın çox hissəsi də neqativ hallarla dolu olur. Bunu açıq etiraf etmək lazımdır. Artıq qulağımıza müəyyən neqativ hallarla bağlı məlumatlar gəlib çatır. Deməli, burada başqa maraqlar var. Bəs niyə bunu ləğv etmirlər? Bu qədər mütəxəssislər danışır, müraciət edir, amma heç kim bu sertifikasiyanı ləğv etməyi düşünmür. Əgər bunu ləğv etmirlərsə, demək ki, burada “qara maraqlar” var. Bu baxımdan hesab edirəm ki, bu, çox ciddi məsələdir. Biz xaricə “beyin axını”nın qarşısını almalıyıq. Əgər bununla bağlı tədbirlər görülmürsə, deməli, bu işdə də maraqlar var. Başqa bir məsələ, bu gün bizim Tibb Universitetimizdə təhsil üçün xeyli şərait yaradılıb. Yəni Qərb təhsilinin strukturlarına keçidlə bağlı xeyli işlər görülüb. Məsələn, artıq imtahanlar elektron qaydada görünür, imtahan götürülməsi zamanı əvvəlki vaxtlarda olan neqativ hallar demək olar ki, sıfıra endirilib və ali məktəb öz formasını yavaş-yavaş alır. Əlbəttə ki, burada maaşlar da adekvat olmalıdır. Yəni ali məktəb müəllimlərinin maaşları qaldırılmalıdır. Həmçinin məlum olduğu kimi, Azərbaycan Tibb Universiteti publik hüquqi şəxsə çevrilib, amma dövlətin də ona dəstəyi olmalıdır. Bundan başqa, universitetdə yetərincə kadrlarımız var, onların potensialından düzgün istifadə olunmalıdır. Bizdə rezidentura sistemi var və rezidentlərin öyrənilməsi üçün xəstə lazımdır, amma yoxdur. Tibb Universitetinin Tədris Cərrahiyyə və Tədris Terapiya korpusları iflas durumundadır, çünki ora İcbari Tibbi Sığorta xəstə vermir, sanki bu işdə ümummilli marağın əleyhinə gedirlər. Bunu da araşdıran yoxdur. Rezidentlərin də hamısı Almaniyaya, Türkiyəyə gedir və orada da ilişib qalırlar. Beləliklə, səhiyyənin yenidən təşkilinə ehtiyac var".
“Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov isə qeyd edib ki, bu mövzu artıq bir müddətdir ki, aktual olaraq qalır: “Tibbi tələbələrimiz universiteti bitirdikdən sonra rezidentura təhsilini almaq üçün digər ölkələrə, xüsusən Almaniyaya üz tutduğunu görürük. Burada bir neçə səbəb var. Onlardan biri təhsil imkanlarının bir qədər səthi olması ilə bağlıdır. Hər zaman gənclik mərkəzə doğru üz tutmağa çalışır və bu normal haldır. Amma sayın artıq çox olması müəyyən qədər düşünməyə əsas verir. Beləliklə, burada ilk səbəb təhsillə bağlıdır. İkinci məsələ isə rezidentura zamanı ödənişlərin, təqaüdlərin çox aşağı olmasıdır. Məsələn, Almaniyada rezidenturada oxuyan tələbələrimizin aldığı məvacib onların gündəlik həyatını ödəyəcək qədərdir. Baxmayaraq ki, Almaniya ölkəmizlə müqayisədə bahalı ölkədir, bununla belə, verdikləri məvacib yetəri qədərdir. Başqa bir məsələ, tələbələrin başqa ölkələrə getməsinə pozitiv baxmaq lazımdır. Yəni tələbələrimizin xarici ölkələrdə təhsil alması onların gələcək inkişafına təsir edir, dil bilgilərini genişləndirir. Tələbələrin bir qismi vətənə dönür, öz bildiklərini tətbiq edir, xaricdə məskunlaşan qismi isə Azərbaycan diasporunun güclənməsinə təsir edir”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda ət qıtlığı: kəndli niyə heyvan saxlamır? - NƏ ETMƏLİ?
Bu gün, 13:26 |
|
|
|
• Müxalifətin Avropa məğlubiyyəti: Xilas yolu LGBT bayrağında deyil! - GƏLİŞMƏ
Bu gün, 13:22 |
|
|
|
• Sülh, yoxsa müharibə? - Bakının son seçimi belədir
Bu gün, 13:05 |
|
|
|
• Mən siyasətə ədəbiyyatdan yox, elə siyasətdən gəlmişəm - Şair, deputat Elçin Mirzəbəyli
Bu gün, 13:03 |
|
|
|
• “Atlant” istirahət mərkəzini hərracda satıb pulunu 171 zərərçəkənə ödəyə bilərlər - SENSASİYA
Bu gün, 12:59 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının binası zədələnib - FOTO
Bu gün, 12:53 |
|
|
|
• Nikol Paşinyanın “sülh qovşağı” ideyasının reallaşması... BUNDAN ASILIDIR...
Bu gün, 12:49 |
|
|
|
• Fransa erməniləri müharibəyə sürükləyir - FAKT BUDUR!
Bu gün, 12:47 |
|
|
|
• "AzərMaş" sədrini ölümlə hədələyən qardaşının itlərinə baxan şəxs imiş - Hökm oxundu
Bu gün, 12:44 |
|
|
|
• Asfaltına haram qatılan YOLLARIMIZ... - MALƏSƏF...
Bu gün, 12:42 |
|
|
|
• Tiflisdən gözlənilməz mesaj: - “Ciddi səhvə yol verdik, bütün Cənubi Qafqaz...”
Bu gün, 12:29 |
|
|
|
• Hansı şərtdən danışılır? - Mirzoyan gəlirsə, gəlsin, gəlmirsə...
Bu gün, 12:27 |
|
|
|
• ABB “Gəncə Mall”dakı bu stend üçün 80 min manat ödəyəcək - FOTO
Bu gün, 12:25 |
|
|
|
• Duman olacağı gözlənilir... - belə deyirlər...
Bu gün, 12:19 |
|
|
|
• Qalmaqallı polkovniklə bağlı son qərar verildi - 1 il 1 ayı qalıb
Bu gün, 12:17 |
|
|
|
• Müəllimə qarşı ittiham sübuta yetirildi - 7 il 6 ay həbs!
Bu gün, 12:12 |
|
|
|
• Eyyub Hüseynovdan küçədə heyvan kəsimi ilə bağlı AQTA-ya ittiham: - "Bəzilərini leqallaşdırıblar..."
Bu gün, 12:10 |
|
|
|
• Azərbaycanda Atatürk adına qoyulan qadağa götürüldü - FOTO
Bu gün, 12:06 |
|
|
|
• “QƏZADA ÖLƏN HƏRBÇİYƏ ŞƏHİD STATUSU VERDİ” - General-polkovnik Kərəm Mustafayevlə bağlı ŞOK İDDİA
Bu gün, 12:02 |
|
|
|
• DİL MÜƏLLİMİ TAPILMAYAN DİLLƏR UNİVERSİTETİ - Bu universitetdə bəzi fənnlərin adı var, özü yoxdur
Bu gün, 11:55 |
|
|
|
• Deputatın qardaşı oğluna məxsus şirkətin vergi borcu yarım milyon manata yaxınlaşır
Bu gün, 11:51 |
|
|
|
• "Türkiyə mediasını Ermənistana dəvət edəcəyik" - Paşinyanın ofisi
Bu gün, 11:47 |
|
|
|
• SOCAR-ın törəmə şirkətinin direktoru dəyişdi - BUNDAN SONRA...
Bu gün, 11:39 |
|
|
|
• “Neyron” Tibb Mərkəzi vətəndaşların hüquqlarını pozdu - Nazirlikdən yüksək məbləğdə CƏRİMƏ
Bu gün, 11:36 |
|
|
|
• Brilliant fit bədəni ilə MEYDAN OXUDU: “Göz qamaşdırırsınız” - FOTO
Bu gün, 11:32 |
|
|
|
• Daha bir qrup vəzifəli şəxsə cinayət işi açıldı - Həbs edilənlər var
Bu gün, 11:29 |
|
|
|
• "Biz xaricə “beyin axını”nın qarşısını almalıyıq" - ÇAĞIRIŞ
Bu gün, 11:26 |
|
|
|
• Cəlilabadın sirli NEFT QUYUSU – Araşdırmalar niyə gizli SAXLANILIB?
Bu gün, 11:19 |
|
|
|
• Naxçıvanda absurd qərarlar silsiləsindən... – Ali Məclis sədrinin bahalı avtomobili...
Bu gün, 11:14 |
|
|
|
• Naxçıvanda nazirlik “Azərmaş”dan 37,5 min manata avtomobil alır - DETALLAR
Bu gün, 11:08 |
|
|
|
• Nyutonun 1-ci qanununda 300 ildən sonra səhv tapılıb
Bu gün, 11:02 |
|
|
|
• Ermənistan parlamentinin vitse-spikeri İstintaq Komitəsinə çağırılıb
Bu gün, 10:57 |
|
|
|
• Dünyanın bölünməsində Qafqaz detalı – Silahlı toqquşma gözlənilir
Bu gün, 10:51 |
|
|
|
• "Bütün nəqliyyat marşrutlarının açılmasını təklif edirik" - Arman Yeqoyan
Bu gün, 10:48 |
|
|
|
• İrəvanda Anna ilə şam yeməyi: 53 kişi 1 milyon ödədi - “Hraparak”
Bu gün, 10:41 |
|
|
|
• Qutuya topa bülleten atdığı üçün həbs edilən azərbaycanlının baş nazirlə FOTOSU YAYILDI
Bu gün, 10:33 |
|
|
|
• Bakı Kənar Dairəvi yolunda hərəkət fasilələrlə məhdudlaşdırıla bilər - BİRGƏ MƏLUMAT
Bu gün, 10:28 |
|
|
|
• AZAL THY ilə biznes tərəfdaşlığını gücləndirməyi müzakirə edib
Bu gün, 10:25 |
|
|
|
• ŞOK! Zəngəzura görə İsrailə HÜCUM - Ermənistan görün nələr edir
Bu gün, 10:25 |
|
|
|
• Provayderlərlə bağlı şikayətlər nə vaxt həll olunacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:22 |
|
|
|
• "Burada məntiq yoxdur, yanaşma da kökündən yalnışdır" - deputat
Bu gün, 10:20 |
|
|
|
• Mərkəzi Bank faizlə bağlı nə qərar verəcək? - AKTUAL
Bu gün, 10:16 |
|
|
|
• Rusiya ilə Ukrayna arasında danışıqlar başlayıb - “Financial Times”
Bu gün, 10:12 |
|
|
|
• Çin dünyanın ilk uçan avtomobil zavodunun tikintisinə başlayıb
Bu gün, 10:11 |
|
|
|
• Türkiyədə bələdiyyə sədri terror ittihamı ilə saxlanılıb
Bu gün, 10:09 |
|
|
|
• Ermənistan Azərbaycanla əsir və itkinlər məsləsini müzakirə etmək istəyir - KİV
Bu gün, 10:08 |
|
|
|
• Rusiya “xəritə”sini yenilədi – Bu ərazilər də ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Vasif Talıbovu güllələyin... amma iş yerlərini bağlamayın... - ETİRAZ VAR...
Bu gün, 10:02 |
|
|
|
• AZPUL-un sahibi rəhbərliyi tam şəkildə dəyişdirib - idarəetməni bir şəxsə ötürdü
Bu gün, 09:55 |
|
|
|
• “Accessbank”ın vaxtı keçmiş kreditləri 63 mln. manata yaxınlaşıb - HESABAT
Bu gün, 09:49 |
|
|
|
|