Gürcüstanda keçirlən parlament seçkilərində Marneuli rayonunda baş verən seçki saxtakarlığına dair görüntülər dünya mediasında yayılıb.
Gununsesi.info xatırladır ki, əslən azərbaycanlı olan Marneuli Bələdiyyə Məclisinin sədr müavini Rövşən İskəndərovun seçki qutusuna topa bülletenlər atması faktının yayılmasından sonra onun barəsində həbs qərarı çıxarılıb.
Bu arada isə həbs edilən Rövşən İsgəndərovun baş nazir İrakli Kobaxidze ilə birgə fotosu sosial şəbəkələrdə yayılıb.
Gürcüstanın ictimai-siyasi fəalları onun seçki saxtakarlığını birbaşa hakimiyyətin tapşırığı ilə həyata keçirdiyini yazıb.