"Gürcü Arzusu artıq Gürcüstanı BRİKS-ə gətirməlidir”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin ideoloqlarından olan filosof Aleksandr Duqin deyib.
O, Gürcü Arzusunun artıq prezident Salome Zurabişvilini “evinə göndərməli” olduğunu bildirib:
“Gürcüstanda hakimiyyətə yenə suverenlik tərəfdarı olanlar gələcək. Onlar tam rusiyayönlü deyillər, amma Qərblə də yaxın deyillər. Bu, yaxşı mənada millətçilik – vətəni qorumaq, nizamı dəstəkləmək, müstəqilliyi gücləndirməkdir. Bizə Gürcü Arzusu ilə asan olmayacaq. Lakin hakimiyyətdə Sorosun marionetkaları, ekstremistlər olsaydı, daha çox problemimiz olardı.
Gürcü Arzusunun strategiyası olmalıdır. Onlar hələlik manevr edə bilirlər, amma resurslar əbədi deyil. Onlar Gürcüstanın şanını bərpa edib, BRİKS-ə daxil ola bilərlər”.