400 milyonluq türk coğrafiyası üçün təhlükəsizlik çətiri yaradılır .....                     Blogerlər qəzaya düşüb .....                     ABŞ niyyətini açıq bəyan elədi, Zəngəzur dəhlizi... .....                     Yeni Suriyada kürdlərə yer varmı? .....                     Azadlıq xalqa lazımdır! .....                     Xocalıda 82 evin təmiri 3 milyon manata .....                     Azərbaycanlılara nəzarət edən FTX zabiti tutuldu .....                     Rayonları bir-bir gəzən “Proqress İnşaat EN” indi də... .....                     434 deputatın Bakıya sanksiya tətbiqi çağırışı .....                     Yeni il ərəfəsində quş əti bahalaşıb? .....                     Mesajlar düz hədəfə dəyib və Makronu dəli edib .....                     Anasına baxdığına görə qonşusunu və onun dayısını bıçaqlayan şəxslə bağlı QƏRAR .....                     “Kontakt Home” müştəriyə yenə xarab məhsul satdı .....                     Rusiya qapısı azərbaycanlıların üzünə bağlanır? .....                     Bakıda nə planlaşdırılır? .....                     Azad edilmiş ərazilərdə müasir idman infrastruktları yaradılır .....                     Bu həftə bələdiyyə seçkiləri ilə əlaqədar .....                     "Məhkəmə qərarını yerinə yetirməyə borcludurlar..." .....                     Sülh sərhəddə imzalanacaq - Dəhliz bu qayda ilə açılmalıdır... .....                     Son qərar üçün AZ VAXT QALDI .....                     Dünyanın bölüşdürülməsində biz də varıq! .....                     Marneulideə ibtidai haqqlarımız TƏMİN OLUNDU .....                     COP29 əleyhinə total hücum kampaniyasını təşkil edənlər faş olub... .....                     AZƏRİQAZ MÖCÜZƏSİ: Evinə TULLAN KEÇ... .....                     “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur” .....                     "Məşədi Dadaş"ın imamına sui-qəsd təşkil etməkdə təqsirləndirilən şəxsə .....                     "Aqronom küskün həyat tərzi yaşayır..." .....                     “Mayası nominalından 8-10 dəfə baha olan qəpik kimə lazımdır?” .....                     Bu gün idmançılarımız Müzəffər Azərbaycan xalqını təmsil edirlər .....                     Azərbaycanla münasibətlərdə Tramp üçün geri dönüşü çətin olacaq vəziyyət yaratmaq istəyirlər .....                     BONA DEA HOSPİTAL-da peyvəndi RED BULL soyuducusunda saxlayırlar... .....                     FHN şefinin ŞÜBHƏLİ TENDER oyunu .....                     "Bu heç şeytanın da ağlına gəlməzdi..." .....                     Paşinyan MDB-nin qeyri-rəsmi sammitində iştirak etməyəcək .....                     Naxçıvan eli səndən narazıdır, cənab CANİŞİN .....                     Bu ifadə generalın sonunu gətirə bilər .....                     Tiktokda əxlaqsızlıq təbliği… .....                     "Gəncə-Quşçuluq" ASC də dövlətə borclu imiş... .....                     Nazirlik Sevinc İsgəndərovadan 262 min manata ofis icarəyə götürüb .....                     Əhali arasında yayılan dəhşətli 'VİRUS'... .....                 

Sakinlər 'yol yoxdur ' deyir, məmurlar isə... - GİLEY
Tarix: 26-10-2024, 07:50 | Çap et
Sakinlər 'yol yoxdur ' deyir, məmurlar isə...
Cəlilabadın Sərhədabad kənd inzibati ərazi dairəsinə aid üç kəndinin sakinləri yollarının bərbad vəziyyətdən şikayətçidirlər.

Onlar deyirlər ki, inzibati əraziyə daxil olan Məşədivəlli, Əliabad və Sərhədabad kəndlərində yaşamaq mümkünsüz hala gəlib.

Sakinlərin sözlərinə görə, 3 kənddə ümumilikdə 600 təsərrüfat var, amma yollar və küçələr baxımsız qalıb.

Sakinlər bildiriblər ki, xüsusilə də məktəblilər yolun təmirsiz vəziyyətindən əziyyət çəkirlər.

Onların dediyinə görə, qışda palçıqdan, yayda tozdan hərəkət etmək olmur. Daş və torpaq qatdan ibarət yol 30 ildir ki, əsaslı təmir edilmir.

“Pul ayrılır, amma qismən çınqılla yola verilir”

Daməddin Sərhədov adlı sakin deyir ki, edilən müraciətlərə də baxılmır:

“Yağış yağan kimi su gölməçələrə toplanır. Üç kəndin bir məktəbi var, o da Sərhədabadda yerləşir. Məktəblə iki kəndin məsafəsi 1 kilometrdən çoxdur. Az hissə daşdır, qalanı torpaqdır. Yolun çala-çuxuru da çoxdur. Yağıntı olan kimi su dolur, hər yer palçıq olur. Kimin maşını var, məktəblini aparır. Kimin yoxdur, sürünür. Məktəbə qədər uşaqların üst geyimləri tanımaz hala düşür”.

Onun sözlərinə görə, yolları əsasən sakinlər öz məhdud imkanları hesabına bir qədər düzəltməyə çalışırlar:

“Harada söküntü var gətirib çala-çuxuru doldururuq. Yağış yağan kimi yenə palçıq olur. 5 il şikayət etdik, sonra məktəb tikdilər. İndi də yol probleminə baxılmır. Eşitdiyimizə görə pul ayrılır, amma qismən çınqılla yola verilir. Hazırda 53 yaşım var. Bu yol isə 15 yaşımda salınıb. Yola əsaslı təmir lazımdır, nə qədər yamamaq, çala-çüxuru doldurmaq olar?”.

“Yol yoxdur, hərəkət də yoxdur”

Kənd sakinləri yolun Məşədivəlli kəndində daha bərbad olduğunu deyirlər. Onlar kəndarası yolların təmiri üçün Sərhədabad bələdiyyəsi və icra nümayəndəliyindən kömək istəsələr də, müsbət cavab ala bilməyiblər:

“Dedilər ki, vəsaitimiz yoxdur. 4-5 ildən bir yolun ən bərbad küçələrinə tökülən çınqıl ehtiyyatı isə kənd sakinlərinin maddi hesabına təşkil olunur”.

Sakin Elman Astanov isə bildirib ki, yolla yanaşı, işsizlik problemi də var:

“Üç kəndin əsas problemi yol və işsizlikdir. İş olsa, kənd sakinləri elə özləri bu yolu təmir edər, hansısa ac məmuru gözləməzlər. Sadəcə, kənd əhalisinin çoxu işsizdir deyə heç özü dolana bilmir. Sovet dövründə çəkilən yoldur. İrili, xırdalı daşlar ayaq əzir. Yay olur, həyətdə, evimizdə əyləşə bilmirik. Məktəb uzaqdır. Nə qədər taksi ilə getmək olar? Yol yoxdur, hərəkət də yoxdur”.

“Bir nəfərin kənddə cavan övladı öldü. Yığılan ehsanı yolun müəyyən hissəsinin təmirinə sərf etdi. Növbəti ehsanları gözləyək? İcra, bələdiyyə kənd sakinlərinin hesabına bir maşın çınqıl gətirib tökür, vəssalam. İcra Hakimiyyəti də yaxın durmur”, – deyə kənd sakini gileylənir.

Cəlilabad Rayon İcra Hakimiyyəti Meydan TV-nin sorğusuna cavab verməyib.

İcra hakimiyyəti 2023-cü ilin sentyabrında qurumun “Facebook” səhifəsində bu kəndlərlə bağlı məlumat yayıb.

Həmin məlumatda bildirilir ki, kənd sakinlərindən Sərhədabad bələdiyyəsinə yığılan vergi rüsumları hesabına yola qismən çınqıl tökülüb.

“Su, torpaq vergisi verilməyəndən sonra nə əsaslı təmir?”

Sərhədabad kənd icra nümayəndəsi Əlizamin Əzizov Meydan TV-yə açıqlamasında yolun təmirsiz olmasını bələdiyyənin kənd sakinlərindən vergi toplaya bilməməsi ilə əlaqələndirib.

O, kənddaxili yolların əsaslı təmiri üçün Cəlilabad İcra Hakimiyyətində vəsaitin nəzərdə tutulmadığını da qeyd edib.

“İşsizlik ölkədə problemdir, tək bizim kənddə yox”

İcra nümayəndəsi hazırda yolun bələdiyyənin səlahiyyətində olduğunu deyib:

“Bələdiyyə isə əhalidən vergi toplaya bilmədiyi üçün yolun əsaslı təmirini icra etmir. Üç kənddən ən çox təmirə ehtiyacı olan Məşədivəlli yoludur ki, ancaq ona baxış keçirilib və təmiri nəzərdə tutulub. Ona da çınqıl töküləcək. Bu 3 kəndin təmirə ehtiyacı olan yolu ümumilikdə 10 kilometrdir. Əsaslı təmir üçün də vəsait yoxdur. Bakını su batırdı, o ki qala kənd yolu ola. Yağışlı havada hər yer bərbad olur. Nə edək? İmkan olanda kənd sakinlərinin şəxsi hesabına yola çınqıl döşənir”.

“Kənd sakinləri bələdiyyəyə vergi ödəyirmi ki, yolun təmirini tələb edilər? Su, torpaq vergisi verilməyəndən sonra nə əsaslı təmir? O kənd şikayət edər ki, vaxtında bələdiyyəyə vergi ödəyir. Son iki ildə kənd sakinlərinin və xaricdə yaşayan yerlilərin hesabına bir neçə maşın çınqıl tökülüb. Ən son Belarusda yaşayan həmyerlimiz 3 km yola çınqıl tökdürdü. Çınqıl tökülsə də, yağış, qar yağan kimi ilbəil dağılır, yenə əvvəlki kimi olur. İcra Hakimiyyəti əsaslı təmir üçün ayrıca büdcə ayrılmadığı üçün məsuliyyət daşımır. Bir çıxış yolu var ki, gərək bələdiyyə kənd sakinlərini vergiyə görə məhkəməyə verə, tələb edə, sonra da yığılan pulu təmirə verə. O da uzun prosesdir. İşsizliyə qalanda isə kənd sakinləri heyvandarlıqla məşğul olur, dolanır. İşsizlik ölkədə problemdir, tək bizim kənddə yox”, – deyə icra nümayəndəsi qeyd edib.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
400 milyonluq türk coğrafiyası üçün təhlükəsizlik çətiri yaradılır - GƏLİŞMƏ
Bu gün, 10:57
Blogerlər qəzaya düşüb - Fotolar
Bu gün, 10:49
ABŞ niyyətini açıq bəyan elədi, Zəngəzur dəhlizi... - Qriqoryan
Bu gün, 10:42
Yeni Suriyada kürdlərə yer varmı? - İNCƏLƏMƏ
Bu gün, 10:41
Azadlıq xalqa lazımdır! - Aqşin Yenisey
Bu gün, 10:37
Xocalıda 82 evin təmiri 3 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 10:32
Azərbaycanlılara nəzarət edən FTX zabiti tutuldu - TƏFƏRRÜAT
Bu gün, 10:23
Rayonları bir-bir gəzən “Proqress İnşaat EN” indi də... - İLGİNC FAKTLAR...
Bu gün, 10:21
434 deputatın Bakıya sanksiya tətbiqi çağırışı - NƏ ETMƏLİ?
Bu gün, 10:13
Yeni il ərəfəsində quş əti bahalaşıb? - AÇIQLAMA
Bu gün, 10:04
Mesajlar düz hədəfə dəyib və Makronu dəli edib - FAKT BUDUR!
Bu gün, 10:02
Anasına baxdığına görə qonşusunu və onun dayısını bıçaqlayan şəxslə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 09:58
“Kontakt Home” müştəriyə yenə xarab məhsul satdı - ETİRAZ VAR...
Bu gün, 09:57
Rusiya qapısı azərbaycanlıların üzünə bağlanır? - NƏ BAŞ VERİR?
Bu gün, 09:54
Bakıda nə planlaşdırılır? – Gərginlik artır: Savaşa onlar göndərilir
Bu gün, 09:41
Azad edilmiş ərazilərdə müasir idman infrastruktları yaradılır - ŞƏRH
Bu gün, 09:32
Bu həftə bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə protokolları hazırlanacaq
Bu gün, 09:30
"Məhkəmə qərarını yerinə yetirməyə borcludurlar..." - Ekspert danışır...
Bu gün, 09:29
Sülh sərhəddə imzalanacaq - Dəhliz bu qayda ilə açılmalıdır... - AKTUAL
Bu gün, 09:25
Son qərar üçün AZ VAXT QALDI - Bir neçə aya gerçəkləşə bilər
Bu gün, 09:23
Dünyanın bölüşdürülməsində biz də varıq! – İlk dəfə
Bu gün, 09:22
Marneulideə ibtidai haqqlarımız TƏMİN OLUNDU - FOTOFAKT
Bu gün, 09:20
COP29 əleyhinə total hücum kampaniyasını təşkil edənlər faş olub... - məşhur adlar, şirkətlər..; cavabımız nə olmalıdır?
Bu gün, 09:14
AZƏRİQAZ MÖCÜZƏSİ: Evinə TULLAN KEÇ... - "600 manat rüşvət istəyirlər..."
Bu gün, 09:10
“Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur” - Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir
Bu gün, 09:06
"Məşədi Dadaş"ın imamına sui-qəsd təşkil etməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 09:01
"Aqronom küskün həyat tərzi yaşayır..." - Şəhid anasından PREZİDENTƏ MÜRACİƏT
Bu gün, 09:00
“Mayası nominalından 8-10 dəfə baha olan qəpik kimə lazımdır?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:56
Bu gün idmançılarımız Müzəffər Azərbaycan xalqını təmsil edirlər - İsrafil Kərimovun yazısı
Bu gün, 08:51
Azərbaycanla münasibətlərdə Tramp üçün geri dönüşü çətin olacaq vəziyyət yaratmaq istəyirlər - FAKT BUDUR!
Bu gün, 08:50
BONA DEA HOSPİTAL-da peyvəndi RED BULL soyuducusunda saxlayırlar... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:48
FHN şefinin ŞÜBHƏLİ TENDER oyunu - BU NƏDİ BELƏ?..
Bu gün, 08:37
"Bu heç şeytanın da ağlına gəlməzdi..." - GİLEY
Bu gün, 08:32
Paşinyan MDB-nin qeyri-rəsmi sammitində iştirak etməyəcək - camaata xəstəlik keçirə bilər, deyə...
Bu gün, 08:25
Naxçıvan eli səndən narazıdır, cənab CANİŞİN - BU DA BELƏ...
Bu gün, 08:24
Bu ifadə generalın sonunu gətirə bilər - Polkovnik məhkəmədə elə faktlar açdı ki…
Bu gün, 07:07
Tiktokda əxlaqsızlıq təbliği… – Xalq şairi çağırış etdi
Bu gün, 07:01
"Gəncə-Quşçuluq" ASC də dövlətə borclu imiş... - FOTO
Bu gün, 06:56
Nazirlik Sevinc İsgəndərovadan 262 min manata ofis icarəyə götürüb - TƏFƏRRÜAT
Bu gün, 06:51
Əhali arasında yayılan dəhşətli 'VİRUS'... - Azərbaycan üçün böyük TƏHLÜKƏ
Bu gün, 06:48
Mərkəzi bankın 3 qəpiklik ŞOUSU - baha başa oturdu....
Bu gün, 06:40
“Bakı Abadlıq Xidməti MMC” AYRILAN PULLARI YEYİB? - NARAZILIQ VAR
Bu gün, 06:36
İran elitası silkələnir: Pezeşkian istefa verir? – Son durum
Bu gün, 06:22
Qanuna tabe olub, qanunsuzluqla üzləşən vətəndaş problemi necə həll edə bilər? - NƏ ETMƏLİ?
Bu gün, 00:14
İrəvanda Qarabağ mübahisəsi: yenidən günahkar axtarışında - GƏLİŞMƏ
Bu gün, 00:11
DSMF ödənişi və minimum pensiya kapitalı artır: Bu zərərli qanunlar ləğv edilsin... - ÇAĞIRIŞ
Dünən, 23:27
Zəngəzur dəhlizi ilə bağlı müzakirələr davam edir - Uraloğlu
Dünən, 23:24
5 dəqiqəyə 20 minin xərclənməsi... - “TikTok”da çirkli pullar necə yuyulur?
Dünən, 20:27
Azərbaycan da `D-8` üçün ASAN YEM DEYİL... - FAKT BUDUR!
Dünən, 19:00
Deputat: “ABŞ səfirliyinin qərəzli fikirləri diplomatiyaya ziddir”
Dünən, 18:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru