"Fransanın bunun əksini sübut edəcək heç bir dəlili yoxdur" .....                     Bərzaninin Ankara səfərinin SENSASİON DETALLARI .....                     Özəl neft-qaz şirkətinin rəhbərliyinə təyinat .....                     ARDNF-nin aktivləri 62 milyard dollara yaxınlaşır .....                     Avtoritetlərin "sxodka"sında iştirak edən saxlanıldı .....                     Məhkəmə qapılarında jurnalistləri tapdalayanlar .....                     Qərbi Azərbaycanlıların qaçqınlıq statusu yenidən bərpa oluna bilərmi? .....                     Ermənistanın sülh blefi: .....                     Bir qrup energetik təltif edilib .....                     Bakı ora doğru irəliləyir, İrəvan yatıb: fəlakət olacaq! .....                     “Nar” Gəncədə tələbələr üçün mobil rabitə laboratoriyası təsis etdi .....                     Taksilərdə gediş haqqı 1 manat bahalaşıb .....                     Tanınmış müğənni ilə bəstəkar arasında mahnı .....                     QARABAĞ QAZİSİ KÜÇƏLƏRDƏ GECƏLƏYİR .....                     Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib .....                     Abşeron rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə ağacəkmə aksiyaları keçirilir .....                     Vəzifəyə gedəcəyinə inandı, prorektor vəzifəsindən imtina etdi .....                     İLGİNC: Naxçıvanda aqrar sahə ilə bağlı müzakirələrə nazir əvəzi buraxılmadı .....                     Hövsanda həftələrdir daşınmayan tullantılar .....                     Hesablama Palatası AMEA-nın İşlər İdarəsi ilə bağlı .....                     Audiovizual Şuranın növbəti iclası keçirilib, .....                     “FAZİL MƏMMƏDOV DÖVRÜ” QAYIDIR? .....                     Şirvanda 18 oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib .....                     “Bizə təşəkkür etmək əvəzinə tənqid edirlər” .....                     Aİ səfiri Gürcüstanı hədələdi: .....                     Gələn ildən İranla sərhəddəki keçid məntəqəsinə nəzarət Ermənistana keçəcək .....                     VP-nin Azərbaycana hücumu: Bakıda 23 məşhur “erməni xadim” var? .....                     Türkiyənin Cənubi Qafqaz planı: .....                     “Unibank”ın səhmdarlarının növbədənkənar yığıncağı çağırıldı .....                     Qızıl yenə bahalaşacaq: .....                     Türkiyə ilə Gümrü-Qars dəmir yolunun texniki imkanlarını qiymətləndirəcəyik .....                     Fuad Nəcəfli gələndən Naxçıvan GERİYƏ GEDİR... .....                     Nazir Salyana rəis təyin etdi .....                     “Aztelekom”un rəhbəri dəyişdi .....                     Mərkəzi Univermaqda qızıl satmaq istəyən qadınların başına iş gəldi .....                     Süleyman Mikayılov ağacəkmə aksiyasında .....                     Azərbaycan və İtaliya arasında "Qərargah danışıqları" keçirilib .....                     “RR Constructions” tikinti şirkəti sakinləri evindən küçəyə atır .....                     “Unibank” şikayətçinin kart problemini həll edə bilmir .....                     Parklanma və cərimə pulları hara gedir? .....                 

“FAZİL MƏMMƏDOV DÖVRÜ” QAYIDIR? - Kiçik sahibkarlara qarşı kütləvi yoxlamalar nə ilə bağlıdır?
Tarix: Bu gün, 16:18 | Çap et
“FAZİL MƏMMƏDOV DÖVRÜ” QAYIDIR?
Əvvəlcə ondan başlayaq ki, Azərbaycanda kiçik bir köşkü, icarəyə götürdüyü 10-20 kvadrat metrlik mağazası, balaca bir sexi və s. olan vergi ödəyicilərinin “sahibkar” kimi qeyd edilməsi və təqdim olunması, yumşaq desək, şişirdilmiş və pafoslu görünür. Çünki həmin bu “sahibkarlar”ın əhəmiyyətli hissəsi heç şəxsi mənzilə belə sahib deyil, kirayələrdə yaşayır, mağazasındakı, sexindəki əmlakın, malların böyük əksəriyyəti firmalardan nisyə götürülüb, öz “kapitalı” 1-2 min manatı keçmir, banklara “ətək-ətək” borcu var və sair. Belə adamlara rəsmən “sahibkar” adı qoyub, onların büdcəni dolduracaqlarını gözləmək doğru deyil...

Ancaq bütün bunlara rəğmən son zamanlar vergi orqanı kiçik sahibkarlara qarşı operativ və kameral vergi yoxlamalarını, anoloji vergi hesablamalarını xeyli artırıb. Vergi orqanının kiçik biznesi, mağazası, dönərxanası, kafesi, “telefon budkası” və s. olanları “gözünün yaşına baxmadan” böyük məbləğlərdə cərimələməsi müşahidə olunur. Sahibkar adlandırılan vətəndaşlardan bununla bağlı şikayətlər çoxalıb. Cərimələrin məbləği isə Vergi Məcəlləsinə edilən məlum dəyişikliklərdən sonra “dodaq uçurur”...

Məlum olduğu kimi, sahibkarlar kassa çeki vurmadığı üçün 1000 manat, qeydiyyatsız işçi üçünsə 2000 manat məbləğində cərimə olunurlar. Belə hallar təkrar qeydə alındıqda cərimələr dəfələrlə artır. Nəticədə mağazasındakı şəxsi malının dəyəri, yaxud evindəki ehtiyat pulu heç 1000 manata çatmayan binəva sahibkara minlərlə manatlıq cərimələr yazılır.

Ümumiyyətlə, ölkəmizdəki minimum əmək haqqı, pensiya və digər göstəricilər nəzərə alındıqda sadələşdirilmiş vergi ödəyiciləri olan kiçik sahibkarlara tətbiq edilən cərimələrin məbləği tamamilə yüksək və qeyri-adekvat görünür. Buna görə də zatən ölkədə alıcılıq qabiliyyətinin düşməsindən, borc-xərcdən və s. çıxılmaz vəziyyətə düşmüş sahibkarların çoxu onlara yazılan cərimələri ödəyə bilmirlər və “bizneslərini” bağlayırlar, işçilərini də evə yollayırlar. Nəticə işsizlər ordusunun bir qədər də böyüməsidir. Bundan hökumətin, onun iqtisadi blokunun, vergi orqanının nə qazandığını söyləmək isə çətindir...

Vergi əməkdaşlarının kiçik sahibkarı “cinayət başında yaxalaması” metodları isə başqa bir mövzudur. Artıq xeyli “müasirləşən” və “kreativləşən” vergi əməkdaşları “obyektlərə” videokameralarla girərək, az qala “gizli çəkiliş” aparırlar və sahibkarın “kassa cinayəti”ni, işçini rəsmən qeydiyyata almamasını və s. görüntüləyirlər ki, sabah vətəndaş “o yan-bu yan” edə bilməsin.

Yeri gəlmişkən, sahibkarları artıq yalnız kassaya çek vurmadığına görə yox, həm də kassa çekində müştəridən aldığı əskinasın dəyərini və qaytardığı pulun qalığını göstərmədiyi üçün də cərimələyirlər. Yəni, faktiki olaraq, sahibkar vergidən yayınmır, müştəridən aldığı pulu kassaya vurur, lakin aldığı və qaytardığı məbləği çekdə göstərmədiyi üçün vergi orqanı ona 1000 manat cərimə yazır. Bu da haqlı narazılığa səbəb olur, insanlar məhkəmələrə müraciət edirlər və sair. Maraqlıdır ki, bəzi sahibkarlar vergi orqanını kameral, yaxud operativ vergi yoxlamasına, anoloji vergi hesablamasına görə məhkəməyə verdiyi üçün ona təkrar vergi yoxlaması açılmasından şikayətlənirlər.

Ümumiyyətlə, kiçik sahibkarlara qarşı “səlib yürüşü”nü xatırladan kütləvi vergi yoxlamaları, vergi orqanının haqlı-haqsız cərimələri, “havadan götürülən” anoloji vergi hesablamaları, sahibkarlara qarşı münasibəti və s. sabiq vergilər naziri Fazil Məmmədovun dövrünü xatırlatmağa başlayır. Belə görünür ki, hökumətin iqtisadi komandası və vergi orqanı ötən müddətdə sahibkarlara münasibətdə 2017-ci ildə vəzifəsindən atılan Fazil Məmmədovun “üsulları”ndan fərqli bir şey düşünə bilməyib. Maarifləndirmə, təşviqat, müasirləşmə və s. barədə deyilən “nağılları” bir kənara ataraq, cərimə iqtisadiyyatına üstünlük verirlər.

Əslində, “COVİD-19”-la əlaqədar vergi yoxlamalarına məhdudiyyət qoyulmasına dair qərar bu yoxlamaların xüsusilə də kiçik sahibkarlar üçün dağıdıcı təsirinin etirafı idi. Bu, doğru və ilk növbədə siyasi qərar idi. Lakin belə görünür ki, hökumətin iqtisadi bloku “yoxlama və cərimə iqtisadiyyatı” təcrübəsinə qayıtmağa üstünlük verir.

Ölkəı başçısı “sahibkar vergidən başqa heç nə ödəməli deyil” desə də, belə çıxır ki, bunu nəzərə almayanlardan biri elə vergi orqanının özüdür. Çünki sahibkar təkcə vergi yox, böyük cərimələr də ödəməli olur. Özü də onu cərimələnəcək hala gətirən həm də maddələrinin dəyişmə sürətinə, dolaşıqlığına, oradakı cərimə məbləğlərinin real iqtisadiyyata nisbətdə böyüklüyünə görə “dünyada analoqu olmayan” Vergi Məcəlləsidir.

Əlbəttə, vergi qanunvericiliyini pozan sahibkarın cərimələnməsində hüquqi və texniki baxımdan bir qəbahət yoxdur. Lakin hökumət sıradan bir hüquqşünas, mühasib, xəzinədar kimi dar düşünməməlidir və məsələyə daha geniş aspektdən baxmağa borcludur. Bu gün sahibkar işçiyə ödədiyi əmək haqqının 25 faizi qədər də DSMF-ə pul köçürməlidir. Bu, yüksək məbləğdir. Müstəqil iqtisadçıların dəfələrlə bunu tənqid etməsinə baxmayaraq, dəyişən heç nə yoxdur. Üstəgəl işsizliyin sığortası və icbari tibbi sığotra da sahibkarın boynundadır ki, bu da üst-üstə əmək haqqının 30 faizinə çatır. Belə olan təqdirdə sahibkar hələ minimum əmək haqqı ilə hər işçiyə görə xəzinəyə hər ay əlavə 100 manatdan artıq vəsait ödəməlidir. Üstəgəl icarə haqqının 14 faizi, dövriyyənin 2 faizi və sair. Hələ bunun “uçaskovısı”, “JEK”-i, “fövqəladəsi”, “sanepidemstansiyası”, “AQTA”-sı və saysız hesabsız digər xərcləri var. Nəticədə xərci borcunu ödəməyən kiçik sahibkar işçini qeydiyyatdan keçirməkdən yayınır ki, xərci azalsın. Yaxud, sadələşdirilmiş vergi üçün qoyulan illik 200 minlik limit. Bu limit artırılmalıdır ki, sahibkar bütün dövriyyəsini kassaya vurmaqdan yayınmasın. 200 mini keçən şəxs dərhal ƏDV ödəyicisinə çevrilir. ƏDV ilə işləmək üçün müvafiq şəffaf gömrük, maliyyə-biznes mühiti və s. yaradılmadan hamını ƏDV-yə keçirmək istəyi başa düşülən deyil. Azərbaycanda ƏDV ilə işləməyin nə qədər mürəkkəb, baş ağrıdan və problemli olduğunu biməyən yoxdur. Ona görə sahibkar vergidən yayınmaq üçün yox, məhz ƏDV-yə düşməmək üçün dövriyyəsini kassadan gizlətməli olur.

Yeri gəlmişkən, yaranan bu durum həm də hökumətin iqtisadi komandasının qeyri-neft sektorunun “misilsiz inkişafı” barədə nağıllarının elə nağıl olaraq da qaldığının sübutudur.

Bu, xüsusilə də ölkəmizdə neft hasilatının azalması və neftin qiymətinin tədricən düşməsi fonunda olduqca təhlükəli tendensiya təsiri bağışlayır. Belə çıxır ki, ölkənin valyuta gəlirləri azaldıqca, sahibkarların “qara günləri” çoxalacaq. Lakin “qəpik-quruş” qazanan kiçik sahibkarın son qəpiyini də müxtəlif “hoqqlarla” cərimə adı altında alıb büdcə doldurmaq heç də ağıllı iqtisadi siyasət sayıla bilməz. Zatən kiçik sahibkar zümrəsinə aid “yetim-yesirdən” yığıla biləcək vəsait neft gəlirlərilərinin mində birini də təşkil etməyəcək. Olsa-olsa büdcədəki çox kiçk dəlikləri doldurmağa yetəcək. Belə olan halda, yüz minlərlə “öz başını bir təhər saxlayan” vergi ödəyicisini divara dirəməyin mənası nədir?

“AzPolitika.info”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Fransanın bunun əksini sübut edəcək heç bir dəlili yoxdur" - REAKSİYA
Bu gün, 18:23
Bərzaninin Ankara səfərinin SENSASİON DETALLARI - İrana görə Türkiyə və Azərbaycanla...
Bu gün, 18:21
Özəl neft-qaz şirkətinin rəhbərliyinə təyinat - DOSYE
Bu gün, 18:04
ARDNF-nin aktivləri 62 milyard dollara yaxınlaşır
Bu gün, 18:02
Avtoritetlərin "sxodka"sında iştirak edən saxlanıldı - FOTO
Bu gün, 18:00
Məhkəmə qapılarında jurnalistləri tapdalayanlar - AXI NİYƏ?
Bu gün, 17:55
Qərbi Azərbaycanlıların qaçqınlıq statusu yenidən bərpa oluna bilərmi? - AKTUAL
Bu gün, 17:46
Ermənistanın sülh blefi: - COP29-a qədər referendum keçirə biləcək?
Bu gün, 17:43
Bir qrup energetik təltif edilib - SƏRƏNCAM
Bu gün, 17:41
Bakı ora doğru irəliləyir, İrəvan yatıb: fəlakət olacaq! – Zurabyan
Bu gün, 17:40
“Nar” Gəncədə tələbələr üçün mobil rabitə laboratoriyası təsis etdi - FOTO
Bu gün, 17:37
Taksilərdə gediş haqqı 1 manat bahalaşıb – Rəsmi
Bu gün, 17:30
Tanınmış müğənni ilə bəstəkar arasında mahnı QALMAQALI
Bu gün, 17:26
QARABAĞ QAZİSİ KÜÇƏLƏRDƏ GECƏLƏYİR – “Öz səhvim ucbatından “bomj” həyatı yaşayıram”
Bu gün, 17:22
Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib
Bu gün, 17:16
Abşeron rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə ağacəkmə aksiyaları keçirilir
Bu gün, 17:13
Vəzifəyə gedəcəyinə inandı, prorektor vəzifəsindən imtina etdi - Vəzifəli şəxslər necə aldadılıb?
Bu gün, 16:32
İLGİNC: Naxçıvanda aqrar sahə ilə bağlı müzakirələrə nazir əvəzi buraxılmadı – ŞOK SƏBƏB
Bu gün, 16:28
Hövsanda həftələrdir daşınmayan tullantılar niyə məsələ ictimailəşəndən sonra yığışdırıldı?
Bu gün, 16:25
Hesablama Palatası AMEA-nın İşlər İdarəsi ilə bağlı Baş Prokurorluğa müraciət edib
Bu gün, 16:23
Audiovizual Şuranın növbəti iclası keçirilib, 4 yeni lisenziya verilib
Bu gün, 16:21
“FAZİL MƏMMƏDOV DÖVRÜ” QAYIDIR? - Kiçik sahibkarlara qarşı kütləvi yoxlamalar nə ilə bağlıdır?
Bu gün, 16:18
Şirvanda 18 oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Bu gün, 16:13
“Bizə təşəkkür etmək əvəzinə tənqid edirlər” - Səyyad Aran
Bu gün, 16:03
Aİ səfiri Gürcüstanı hədələdi: - "Hər şeyi itirə bilərsiniz!"
Bu gün, 16:00
Gələn ildən İranla sərhəddəki keçid məntəqəsinə nəzarət Ermənistana keçəcək - Mirzoyan
Bu gün, 15:54
VP-nin Azərbaycana hücumu: Bakıda 23 məşhur “erməni xadim” var? – Gizlinlər
Bu gün, 15:47
Türkiyənin Cənubi Qafqaz planı: - Ermənistan Zəngəzur dəhlizini aça bilər?
Bu gün, 15:44
“Unibank”ın səhmdarlarının növbədənkənar yığıncağı çağırıldı
Bu gün, 15:37
Qızıl yenə bahalaşacaq: - dünyadakı qiymət artımının Azərbaycan bazarına təsiri varmı?
Bu gün, 15:34
Türkiyə ilə Gümrü-Qars dəmir yolunun texniki imkanlarını qiymətləndirəcəyik - Ermənistan XİN rəhbəri
Bu gün, 15:31
Fuad Nəcəfli gələndən Naxçıvan GERİYƏ GEDİR... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 15:29
Nazir Salyana rəis təyin etdi - ƏMR
Bu gün, 15:23
“Aztelekom”un rəhbəri dəyişdi - BUNDAN SONRA...
Bu gün, 15:22
Mərkəzi Univermaqda qızıl satmaq istəyən qadınların başına iş gəldi - TƏFƏRRÜAT
Bu gün, 15:20
Süleyman Mikayılov ağacəkmə aksiyasında
Bu gün, 15:19
Azərbaycan və İtaliya arasında "Qərargah danışıqları" keçirilib
Bu gün, 15:14
“RR Constructions” tikinti şirkəti sakinləri evindən küçəyə atır - QƏRAR VERİLƏCƏK
Bu gün, 15:00
“Unibank” şikayətçinin kart problemini həll edə bilmir - FOTO
Bu gün, 14:02
Parklanma və cərimə pulları hara gedir? - AYNA hesabat verməlidir
Bu gün, 14:00
İşdən çıxarılan müəllimlə bağlı yeni xəbər - DETALLAR
Bu gün, 13:56
“Bakıkart” probleminin həlli niyə müşkülə ÇEVRİLİB? - Hüquqları pozulan milyonlar, “yoxa çıxan” rəhbər...
Bu gün, 13:31
`Azərkonktrakt`ın ləğvi ilə bağlı İLGİNC İDİDA - BUNA GÖRƏ İMİŞ...
Bu gün, 13:29
Ermənistana təzminatı belə ödətdirmək olar - Sabiq nazir AÇIQLADI
Bu gün, 13:22
İnsanlar əllərindəki zibilləri atmağa yer tapmırlar - deputat
Bu gün, 13:17
Görüş başlayır:“3+3” sülh platformasına çevriləcək? - ŞƏRH
Bu gün, 13:15
“Prezident COP29 zamanı qadağaların əleyhinə oldu” - Anar Ələkbərov
Bu gün, 13:14
Cənubi Qafqaza sülh gətirməliyik - Arakçı
Bu gün, 13:11
Sabiq deputata məxsus olduğu bildirilən şirkət cərimələndi
Bu gün, 13:08
Yağış yağacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 13:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru