“Unibank” şikayətçinin kart problemini həll edə bilmir .....                     Parklanma və cərimə pulları hara gedir? .....                     İşdən çıxarılan müəllimlə bağlı yeni xəbər .....                     “Bakıkart” probleminin həlli niyə müşkülə ÇEVRİLİB? .....                     `Azərkonktrakt`ın ləğvi ilə bağlı İLGİNC İDİDA .....                     Ermənistana təzminatı belə ödətdirmək olar .....                     İnsanlar əllərindəki zibilləri atmağa yer tapmırlar .....                     Görüş başlayır:“3+3” sülh platformasına çevriləcək? .....                     “Prezident COP29 zamanı qadağaların əleyhinə oldu” .....                     Cənubi Qafqaza sülh gətirməliyik .....                     Sabiq deputata məxsus olduğu bildirilən şirkət cərimələndi .....                     Yağış yağacağı ehtimalı var .....                     Si Cinpin Rusiyaya gedəcək .....                     “Bakcell” BMT-nin Qlobal Sazişinə qoşulub .....                     Məhkəmə Suriyada qanunsuz silahlı birləşmələrə qoşulan şəxslə bağlı qərar verib .....                     Nazirlik “ənənəsinə” sadiq qaldı: Bu il də eyni şirkətdən 18 milyon manatlıq mebel alacaq .....                     "Camaat suyu şırhaşır açır" deyən deputat Hicran Hüseynovanın 10 minlik çantası... .....                     Silah və texnikanın payız-qış mövsümündə istismar rejiminə keçirilməsi ilə bağlı kompleks tədbirlər icra olunur .....                     Bakıda qızlar arasında qanlı dava: Bir nəfər bıçaqlandı .....                     ABŞ bu səbəbdən Türkiyə vətəndaşlarına QADAĞA QOYDU .....                     "Böyük zəhmət hesabına əldə olunmuş nailiyyətlərimizi qorumalıyıq" .....                     İranlılar acgöz israilliləri necə ələ alır? .....                     "Biz də Prezident İlham Əliyev haqqında film çəkib, onun adını tarixdə yaşatmalıyıq" .....                     Baş həkim qazilərdən pul almaqda ittiham olunur .....                     Heydərovun yarıtmaz TENDER ORTAĞI: “Tərəqqi-Ş” MMC... .....                     AFFA “Lerik” klubuna görə tənqid hədəfi oldu .....                     "Sinvar əməliyyatı" HƏMAS-a ölümcül zərbə olmadı .....                     Pulumuzu banka, yoxsa daşınmaz əmlaka yatıraq? .....                     Bəxtini cinayətdə sınayan bədbəxt .....                     COP29 dövründə Bakıda toylara məhdudiyyət qoyulmayacaq, SMS icazə sistemi tətbiq edilməyəcək .....                     Pezeşkian Bakıda Əliyevlə bunu müzakirə edəcək .....                     Bayden Almaniyaya getdi .....                     Naxçıvandan Bakıya ünvanlanan şikayətlərə QADAĞA VAR? .....                     "Evim uçub məni lağa qoyurlar ki TÖVLƏDƏ YAŞAYIRSAN, nə edim bəs?" .....                     Almaniyada itkin düşdüyü deyilən sabiq məmurun oğlundan YENİ XƏBƏR .....                     “Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinin açılış mərasimi baş tutub .....                     İcra nümayəndəsi vətəndaşın torpağını MƏNİMSƏYİB? .....                     Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb .....                     Yerli mütəxəssis “Pepsi Bottlers Azerbaijan”a rəhbər təyin edildi .....                     Elm və Təhsil Nazirliyi bu şirkətə 18 milyon manat ödəyəcək .....                 

Bəxtini cinayətdə sınayan bədbəxt - Bahəddin Həzi yazır...
Tarix: Bu gün, 11:47 | Çap et
Bəxtini cinayətdə sınayan bədbəxt
İyirmi dörd yaşlı Məmmədov və iyirmi yeddi yaşlı Xıdırov BMW-də gəliblər, Masazırda bir köşkdən 700 manatlıq lotereya biletlərini soyğunçuluq yolu ilə talayıblar. Avtomobili Məmmədov idarə edib.
Məlumat rəsmidir; Daxili İşlər Nazirliyi yayıb.

Sən demə, bu dostlar əvvəl də daha bir köşkü soyub. Abşeron rayon Polis İdarəsində araşdırma gedir.

Bu məlumata bilmirsən, təəccüblənəsən, qəzəblənəsən, güləsən, nə edəsən?!

Lotereya biletlərinin soyğunçuluğu. İki cavan oğlan. BMW...

Hər ikisi saxlanılıb. Məlum olub ki, avtomobilin sürücüsü "əvvəllər narkotiklərə görə məhkum olunmuş" şəxsdir.

Buyur! Daha bir məhkumluq gəlir.

Doğrusu, qarışıq duyğular yaşatdı bu hadisə, bu məlumat. Adamın avtomobili var. Düşünərdik ki, bəlkə avtomobil almaq arzusundaymış, pul toplaya bilməyib, kredit götürə bilməyib, ümidini lotereyaya bağlayıb və sair. Hərçənd bunun üçün lotereya bileti almaq olardı. Elə bahalı bir şey deyil. O da deyil axı.

İki cavan adam köşkü talayıb, nə aparıb? Lotereya bileti. Yəni adam bu qədər düşüncəsiz olmalıdır ki, lotoreya biletini talasın?! Lap 700 manatlıq olsa belə. Bəlkə də bu lotoreya biletlərinin elə bir uduş məbləği də yoxdur, bəlkə qəpik-quruşa düşəcək, ya da heç nəyə düşməyəcək. Amma bu biletə görə iki cavan oğlana cəza düşəcək. Bəlkə də həbsə düşəcəklər. O biletləri talayan cavanlar nəsə dəyərli bir şeylər udmaq istəmişlər. Amma ən dəyərli nəsnəni - azadlıqlarını uduzmuşlar.

Onlar o lotoreya biletlərini talan edən an uduzdular. Bəxtlərini xoş təsadüfə sınamaq istəmişlər, amma o an xoşbəxt yox, artıq bədbəxt oldular. Lotereyada xoşbəxtlik perspektivini bəd əmələ bağlayan bəxtsizlər. O lotereya biletləri heç nəyə düşmədi, ya da düşəcəksə də, artıq polis əl qoyub, maddi sübut kimi götürüb. Ancaq bu cavanların tez və asan yolla varlanmaq xəyalları suya düşdü, özləri həbsə düşdü, ailələri, doğmaları sıxıntıya düşdü.

Bu qədər də düşmək olar?! Bu yaşlarda, hələ qarşıda yaşanacaq ömürlər varkən, bunca dibə düşmək! Başqasının olanı özününküləşdirmək. Həm də zorla, soyğunçuluq edərək. Son nəticədə əldə var sıfır. Hətta sıfırdan aşağı.

Bu iki cavan oğlanın özlərini reallaşdırmaq üçün meydanları vardı axı.

Deyək ki, bu şəxslərdə pul qazandıracaq intellektual imkanlar azdır, ya da heç yoxdur (ki, lotereya bileti soyğunçuluğu da buna dəlalət edir). Anladıq. Hər kəs vunderkind olası deyil, poliqlot olası deyil, hamı bilik küpü, düha deyil. Hər qafanın, hər beynin imkanları fərqlidir. Amma hər yetkin və sağlam adamın ən azı fiziki əməyini, fiziki gücünü halal qazanca çevirmək imkanı var axı.

Köşkə gedib, başqalarının şansını, 700 manatlıq xəyali xoşbəxtliyi talamaq nədir?! Nə?! Bu qədər də düşük vizyon olarmı?! Başqasının malını, pulunu talayan, oğurluq, quldurluq, soyğunçuluq edən şəxs ən birinci öz şəxsiyyətini, öz ləyaqətini, özünün və doğmalarının halal, dürüst yaşamaq haqqını talayır. Bir adam bu əməli edərkən, əlində soyuq silah deyil, hətta odlu silah olsa belə, bir elementar həqiqəti dərk etməlidir: sən heç vaxt dövlətdən güclü ola bilməzsən. Dövlət maşınına qarşı dura bilməzsən. Hər birimiz ən azı bir dəfə də olsa, böyüklərimizdın eşitmişik: "Hökumətlə hökumətlik eləmək olmaz".

Mən özüm əvvəllər belə bir cümlə qurmuşdum: "Başını divara vurursansa, başın dağılmaq ehtimalı divarın dağılmaq ehtimalından çoxdur". Qanun və qanunu qoruyan güc sənin bəd niyyətlərin qarşısındakı divardır. Bu divara dəyən başın vay halına!

Bir sözlə, sən hansı "ustalıqla" cinayət törətsən də, qanunsuz əməllərində necə bir performans göstərsən də, gec-tez bir yerdə dövlətin legitim gücü ilə "görüşəcəksən". Sənin "ustalığın" polisin, prokurorun, təhlükəsizlik orqanı zabitinin peşəkarlığı qarşısında dayana bilməz. Adamların işi budur; qanunu qorumaq, cinayət şübhəlilərini ovlamaq, onları istintaq, məhkəmə qarşısına çıxarmaq. İllərlə, onillərlə bu işi görürlər. Ən mürəkkəb cinayət sxemlərini çözməkdə saç ağardırlar, mütəşəkkil cinayətkar şəbəkələri çökdürməkdə təcrübələnirlər. Sən ömür boyu bir dəfə, iki dəfə, lap residivist olsan, bir neçə dəfə cinayət törədirsən; məhdud ölçüdə qanunsuz yollar öyrənirsən. Amma dövlətin legitim gücünü təmsil edənlərin hər biri səninlə və sənin kimilərlə hər gün, hər saat - bir ömür savaşdadır. Dünyanın ən döyüşkən və ən bacarıqlı ordularından birini qurub, otuz illik işğal rejimini ayyarımda işğalçının başına yıxan dövlət, səncə, daxildə cinayətkarlığa qarşı peşəkarlar ordusu yaratmayıb?! Doğrudanmı, bu qədər bəsit düşünürsən?!

Elə düşünürsənsə, həyatının ən böyük səhvini edirsən. Çünki qanun adamları qanunsuzluq adamlarından həmişə bir deyil, ən azı bir neçə addım qabaqdadırlar. Az qala hamının hamını tanıdığı bir ölkədə, bu qədər müşahidə cihazlarının, izləmə aparatlarının, axtarış imkanlarının gəlişdiyi bir məmləkətdə gedib soyğunçuluq edəcəksən, yaxud başqa bir cinayət törədəcəksən, polis, yaxud başqa bir hüquq-mühafizə orqanı gəlib səni tapmayacaq, eləmi?! Bu qədərmi cahilsən?! Heç olmasa, cibindəki telefonu unutma. Gecə-gündüz səninlədir axı.

...Mənim bir dostum keçmişdə prokurorluq orqanlarında işləyib. Sonra elmə keçib. O, danışırdı ki, bir insanı öldürmüş, sonra cəsədi meşədə yandırmışdılar. Ehtiyatlı davranmışdılar. Heç bir dəlil, heç bir iz yox idi. Amma hadisə yerindən yarıyanmış kiçik bir qəzet qırığı tapıb götürmüş, onun əsasında müstəntiq və cinayət-axtarış müvəkkilləri qatili tapıb tutmuş, məhkəmə qarşısına çıxarmışdılar.

Belə nümunələr çoxdur. Hətta ən peşəkar canilər belə özlərini ənsələrində olan polisdən, prokurordan, xüsusi xidmət əməkdaşından daha ağıllı və daha güclü bilməsinlər. Cani hansı növ silahla silahlansa da, onu axtaran qanun keşikçisindən daha üstün deyil. Çünki onun izi ilə gələnin əlində bütün silahlardan daha kəsərli bir silah var: QANUN!

Qanun, bir növ əcəl kimidir; ondan qaçış yoxdur. Qanunla problemin varsa, harda olursan-ol, axtarıb səni tapacaq. Ona görə də qanunla tərs düşüb, həyat standartını yüksəltmək, rahat yaşamaq mümkünsüzdür.

O, nisbətən yüngül cinayətlərdir ki, zamana görə qüvvəsi var. Əksər cinayətlərin isə cəzası zaman tanımır; ölənə qədər ovunun izindədir. Əvvəl-axır bir yerdə caninin yaxasından yapışır. Bunu unutmaq insanın elə ən birinci özünə qarşı cinayətidir. Çünki hər bir qanunsuz əməlin ən birinci qurbanı elə o əməli törədənin özüdür ki var.

Uzun sözün qısası: lotoreyada nəsə udmaq istəyirsənsə, bəxtini bir də sına. Amma qanunla sına. Qanunsuzluqla deyil...

Bahəddin Həzi, Bizimyol.info









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Unibank” şikayətçinin kart problemini həll edə bilmir - FOTO
Bu gün, 14:02
Parklanma və cərimə pulları hara gedir? - AYNA hesabat verməlidir
Bu gün, 14:00
İşdən çıxarılan müəllimlə bağlı yeni xəbər - DETALLAR
Bu gün, 13:56
“Bakıkart” probleminin həlli niyə müşkülə ÇEVRİLİB? - Hüquqları pozulan milyonlar, “yoxa çıxan” rəhbər...
Bu gün, 13:31
`Azərkonktrakt`ın ləğvi ilə bağlı İLGİNC İDİDA - BUNA GÖRƏ İMİŞ...
Bu gün, 13:29
Ermənistana təzminatı belə ödətdirmək olar - Sabiq nazir AÇIQLADI
Bu gün, 13:22
İnsanlar əllərindəki zibilləri atmağa yer tapmırlar - deputat
Bu gün, 13:17
Görüş başlayır:“3+3” sülh platformasına çevriləcək? - ŞƏRH
Bu gün, 13:15
“Prezident COP29 zamanı qadağaların əleyhinə oldu” - Anar Ələkbərov
Bu gün, 13:14
Cənubi Qafqaza sülh gətirməliyik - Arakçı
Bu gün, 13:11
Sabiq deputata məxsus olduğu bildirilən şirkət cərimələndi
Bu gün, 13:08
Yağış yağacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 13:05
Si Cinpin Rusiyaya gedəcək
Bu gün, 12:53
“Bakcell” BMT-nin Qlobal Sazişinə qoşulub
Bu gün, 12:50
Məhkəmə Suriyada qanunsuz silahlı birləşmələrə qoşulan şəxslə bağlı qərar verib
Bu gün, 12:47
Nazirlik “ənənəsinə” sadiq qaldı: Bu il də eyni şirkətdən 18 milyon manatlıq mebel alacaq - TƏFƏRRÜAT
Bu gün, 12:44
"Camaat suyu şırhaşır açır" deyən deputat Hicran Hüseynovanın 10 minlik çantası... - aparıcı onu "YAŞ SƏRDİ"
Bu gün, 12:40
Silah və texnikanın payız-qış mövsümündə istismar rejiminə keçirilməsi ilə bağlı kompleks tədbirlər icra olunur - VİDEO
Bu gün, 12:34
Bakıda qızlar arasında qanlı dava: Bir nəfər bıçaqlandı - VİDEO
Bu gün, 12:31
ABŞ bu səbəbdən Türkiyə vətəndaşlarına QADAĞA QOYDU - VİZA ALMAQ MÜMKÜNSÜZDÜR
Bu gün, 12:23
"Böyük zəhmət hesabına əldə olunmuş nailiyyətlərimizi qorumalıyıq" - deputat
Bu gün, 12:21
İranlılar acgöz israilliləri necə ələ alır? - “Regnum”
Bu gün, 12:19
"Biz də Prezident İlham Əliyev haqqında film çəkib, onun adını tarixdə yaşatmalıyıq" - TƏKLİF
Bu gün, 12:17
Baş həkim qazilərdən pul almaqda ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 12:13
Heydərovun yarıtmaz TENDER ORTAĞI: “Tərəqqi-Ş” MMC... - İcazə verin, şübhələnək...
Bu gün, 12:07
AFFA “Lerik” klubuna görə tənqid hədəfi oldu - AÇIQLAMA
Bu gün, 12:04
"Sinvar əməliyyatı" HƏMAS-a ölümcül zərbə olmadı - "The Washington Post"
Bu gün, 11:58
Pulumuzu banka, yoxsa daşınmaz əmlaka yatıraq? - ƏGƏR VARSA...
Bu gün, 11:55
Bəxtini cinayətdə sınayan bədbəxt - Bahəddin Həzi yazır...
Bu gün, 11:47
COP29 dövründə Bakıda toylara məhdudiyyət qoyulmayacaq, SMS icazə sistemi tətbiq edilməyəcək - BƏLLİ OLDU!
Bu gün, 11:40
Pezeşkian Bakıda Əliyevlə bunu müzakirə edəcək - Nazir
Bu gün, 11:36
Bayden Almaniyaya getdi - FOTO
Bu gün, 11:34
Naxçıvandan Bakıya ünvanlanan şikayətlərə QADAĞA VAR? - Göstəriş Naxçıvanın ali rəhbərliyindən verilib
Bu gün, 11:31
"Evim uçub məni lağa qoyurlar ki TÖVLƏDƏ YAŞAYIRSAN, nə edim bəs?" - Vətəndaş ÇARƏSİZ DURUMDA
Bu gün, 11:28
Almaniyada itkin düşdüyü deyilən sabiq məmurun oğlundan YENİ XƏBƏR - AÇIQLAMA
Bu gün, 11:23
“Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinin açılış mərasimi baş tutub - VİDEO
Bu gün, 11:20
İcra nümayəndəsi vətəndaşın torpağını MƏNİMSƏYİB? - MÜRACİƏT
Bu gün, 11:14
Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Bu gün, 11:08
Yerli mütəxəssis “Pepsi Bottlers Azerbaijan”a rəhbər təyin edildi - FOTO
Bu gün, 10:55
Elm və Təhsil Nazirliyi bu şirkətə 18 milyon manat ödəyəcək
Bu gün, 10:53
Qəbələdə evlərdən çıxan tüfənglər, öldürülən iki nəfər... - TƏFƏRRÜAT
Bu gün, 10:49
Həbsdəki general Prezidentə məktub yazdı: `XƏBƏRİM OLMAYIB...` - “Tərtər işi”
Bu gün, 10:48
“Yalnız icra hakimiyyətlərinə görə referendum keçirilmir” - deputat
Bu gün, 10:43
23 ilin prorektoru işdən çıxarıldı - Yerinə baş stomatoloq gətirildi
Bu gün, 10:40
Neft və milyonlar səltənətinin DƏRMAN BARONU... - Feyziyevə hava hər yerdə xoşdur?
Bu gün, 10:35
Paşinyan Hərbi-Sənaye Komitəsinə yeni rəhbər təyin edib
Bu gün, 10:26
Qlobal savaşın kiçik meydanı: hər kəsin “əli daşın altında” - GƏLİŞMƏ
Bu gün, 10:26
Xalq artistimiz yenə də GÜL VURDU... - VİDEO
Bu gün, 10:15
"Alsu ilə ayrı dostluğum var, lakin heç vaxt ailələrə qarışmamışam"
Bu gün, 10:13
“TK Travel” şirkətinin rəhbəri İTTİHAM OLUNUR... - "Buna görə mənə 15 800 manat ziyan dəydi..."
Bu gün, 10:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru