"Maliyyə Nazirliyinin yoxlama aktında 719 328 manat qanuni ödənilən məbləğ kənarlaşdırılan məbləğ kimi göstərilib" - 143 milyonluq mənimsəmə İŞİ...
Tarix: 14-10-2024, 16:35 | Çap et
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Report"un məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Bayram Bayramov ifadəsinə əlavəsinin olduğunu bildirib.
Bayram Bayramov deyib ki, 2019-cu ilin 2021-ci ilin oktyabr ayınadək korpusun maliyyə xidmətinin rəisi vəzifəsində işləyib və həmin dövrdə 3 787 341 manat vəsait kənarlaşdırılıb:
“Maliyyə Nazirliyinin yoxlama aktında 719 328 manat qanuni ödənilən məbləğ kənarlaşdırılan məbləğ kimi göstərilib ki, bu da mümkün deyil. Bu məbləğin kənarlaşdırılmadığını əvvəlki ifadələrində qeyd etmişəm. Bunu həmçinin maliyyələşmə şöbəsinin rəisi Sadıq Sadıqov və maliyyə hissə rəisi Elmin Bəyəndikli də məhkəmədə verdiyi ifadəsində təsdiqləyiblər. Hərbi hissədə kənarlaşdırılan məbləğin bölgüsünə əsasən xüsusi tapşırıq adı altında 1 milyon 558 manat ödəniş edilib”.
Bayram Bayramov qeyd edib ki, hərbi hissə komandirinin yeməkxana xərcləri, hərbi hissəyə gələn qonaqların və hərbi hissənin digər xərclərinin ödənilməsi üçün hər ay 2-3 min manat olmaqla Beyləqan rayonunda yerləşən “Real market” ərzaq mağazası və “Zirvə” hədiyyələr və dəftərxana ləvazimatları mağazasına 24 ay ərzində 48 min manat vəsait ödənilib:
“Mağazadan məhsulları sürücülər, aşbazlar və hərbi hissənin mühasibi Rüfət Quliyev götürürdü. Vəsait açılanda pulu çatdırmaq üçün Rüfət Quliyevə mən vermişəm. Bundan əlavə Beyləqanda yaşayan və kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan Hamlet Allahverdiyevə 24 ay ərzində hər ay 5 min manat olmaqla ümumilikdə 120 min manat ödəmişəm”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, bu dövrdə Hamlet adlı şəxsə çatası pulu hər ay korpus komandirinin yavəri vəzifəsində xidmət edən Ülfət Abbasquliyevə verib:
“Çünki Hamleti o, tanıyırdı. 2020-ci ilin sentyabr ayından sonra isə bu vəsaitləri Hamlet adlı şəxsə özüm ödəmişəm.
Bayram Bayramov məhkəməyə vəsatətlə müraciət edərək Ülfət Abbasquliyev, Xalid Məmmədov, Rəşad Salmanov, Bəxtiyar Əliyev, Orxan Cavadlı, Hamlet Allahverdiyev, Rüfət Quliyev, Namiq Məmmədov, Əli Hümbətzadə, Cavid Eyvazov, Fərrux Xəlilov, Xəyal, Ələmdar, Bəhruz və Gəncədə yerləşən “N” saylı hərbi hissənin mənzil istismar xidmətinin rəisinin dindirilməsini istəyib.
Dövlət ittihamçısı vəsatətlə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.
Proses oktyabrın 25-də davam etdiriləcək.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər. Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər. Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Gürcüstanda yeni nazirlik yaradıldı – 13-cü oldu
Bu gün, 00:09 |
|
|
|
• Bayden Messiyə “Azadlıq” medalı verəcək
Bu gün, 00:07 |
|
|
|
• "Toyda əlini göyə qaldırıb dedi ki, haqqımı halal etmirəm"
Dünən, 22:30 |
|
|
|
• Tehran Əsədi qoruya biləcək? – Onun üçün ən təhlükəsiz ölkə...
Dünən, 22:27 |
|
|
|
• Trampın yeni prezidentliyi Azərbaycana nə vəd edir? - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• Polşanın AB-yə sədrliyi dövründə Azərbaycan-Ermənistan... - GƏLİŞMƏ
Dünən, 19:00 |
|
|
|
• Deputatlara keçən ildən "miras qalan" qanun LAYİHƏLƏRİ
Dünən, 18:10 |
|
|
|
• Berbok və Barronun Suriyaya birgə səfəri “burada bizdə varıq” mənası daşıyır -ŞƏRH
Dünən, 18:03 |
|
|
|
• Varşavadan mesaj: - “Məqsəd Ukraynanın bu müharibədə qalib gəlməsidir”
Dünən, 18:00 |
|
|
|
• Dəməşq aeroportu yanvarın 7-dən beynəlxalq uçuşları bərpa edəcək
Dünən, 17:56 |
|
|
|
• AZAL-ın təyyarəsinin dərc olunmuş eksklüziv fotoşəkilləri xarici müdaxilə olduğunu göstərir - “AnewZ”
Dünən, 17:49 |
|
|
|
• "Baboş"un milyonçu fanatının ailəsi Canan adlı müğənniyə görə dağılmaq ərəfəsində - TƏFƏRRÜAT
Dünən, 17:26 |
|
|
|
• Gürcüstana qarşı yeni sanksiyalar hazırlanır - “Novosti Qruzii”
Dünən, 16:16 |
|
|
|
• Gəncəli Mübarizin oğlunun ermənilərlə şərikli biznesi… - TƏFƏRRÜAT
Dünən, 16:13 |
|
|
|
• “Yekun hesabat 3 ildən gec olmayaraq təsdiqlənəcək” – Qazaxıstan Nəqliyyat Nazirliyi BELƏ DEYİR...
Dünən, 16:10 |
|
|
|
• Azərbaycan Gimnastika Federasiyasının sabiq prezidenti vəfat edib
Dünən, 16:00 |
|
|
|
• Ermənistanda milli qəhrəman həbs edilib
Dünən, 15:51 |
|
|
|
• 2025-ci ildə Azərbaycanın xarici siyasətinin istiqamətləri NECƏ OLACAQ?
Dünən, 14:00 |
|
|
|
• “Toy sahibləri xahiş edir ki, məclisimizə barbi geyimində gəlin, imic yaratmışam...”
Dünən, 13:58 |
|
|
|
• "Dilarə Kazımova və Nigar Camala deyim ki, niyə belə geyinirsiniz?" - Niyaməddin Musayev
Dünən, 13:11 |
|
|
|
• Akopyan həmin oteldə 3 min manata qalıb? – Paşinyan VİDEO yaydı
Dünən, 13:00 |
|
|
|
• Qroznıda AZAL-ın təyyarə qəzası ilə bağlı araşdırmanın “hərbiyə aid hissəsi” gizliləşdirilib - "ВЧК-ОГПУ"
Dünən, 12:49 |
|
|
|
• İrəvan ordusunu "süni intellekt"li etmək istəyir - TƏBİİ AĞILLA NƏ QƏLƏT ETDİLƏR Kİ...
Dünən, 12:47 |
|
|
|
• Azər Baxşəliyevin həyat yoldaşı: - "Oyanmadın"
Dünən, 12:44 |
|
|
|
• Öcalan PKK-ya nə zaman tərk-silah çağırışı edəcək?
Dünən, 12:42 |
|
|
|
• AZAL-ın təyyarəsinə görə idarə rəisi dindirildi: - Qroznı aeroportundakı çatışmazlıq ÜZƏ ÇIXDI
Dünən, 12:30 |
|
|
|
• Putin nüvə silahını işə salmağa hazır imiş: Rusiyanı Çin dayandırıb! - İLGİNC İDDİA
Dünən, 12:28 |
|
|
|
• Putin yenidən "Qarabağ klanı"na "stavka" edir? - GƏLİŞMƏ
Dünən, 12:21 |
|
|
|
• "Rusiya Azərbaycan Prezidentinin səsləndirdiyi şərtləri yerinə yetirəcək” - Sergey Markov
Dünən, 12:20 |
|
|
|
• Bayden korrupsiyada günahlandırılır
Dünən, 12:00 |
|
|
|
• Ukrayna Rusiyaya döyüş PUA-ları ilə hücum edib
Dünən, 12:00 |
|
|
|
• Nazarbayevin həmin sammitdə iştirakı ölkəni qarışdırdı - Tokayev şok detalları açıqladı
Dünən, 11:42 |
|
|
|
• Gürcüstan Milli Bankı ABŞ dolları ilə bağlı yeni qərar qəbul edib
Dünən, 11:34 |
|
|
|
• Bakı həbsxanasında MƏHKUM ÖLDÜ
Dünən, 11:31 |
|
|
|
• “Söz versələr də etmədilər, küsdü..” - Rafael Dadaşov kimdən incik getdi?
Dünən, 11:17 |
|
|
|
• İran Suriyadakı silahlarını Ermənistana GÖNDƏRİR - NƏ BAŞ VERİR?
Dünən, 11:14 |
|
|
|
• İYİ Partiya DEM heyətini qəbul etmədi
Dünən, 11:13 |
|
|
|
• AŞPA-nın qış sessiyasının gündəliyi açıqlanıb - DETALLAR
Dünən, 11:11 |
|
|
|
• Dnestryanı “donur”: Kremlin əmri ilə yardımdan imtina etdi - "Politiko”
Dünən, 11:07 |
|
|
|
• Yeni il süfrəsini qurmaq neçəyə başa gəldi? - ARAŞDIRMA
Dünən, 11:06 |
|
|
|
• Qazax RİH-də NƏ BAŞ VERİR? - Birinci müavin başçıya qarşı...
Dünən, 10:47 |
|
|
|
• Həkimin cərrahi əməliyyat zamanı canlı yayım açması QANUNİDİRMİ?
Dünən, 10:38 |
|
|
|
• “Made in China 2025” işə düşüb - NƏ BAŞ VERİR?
Dünən, 10:36 |
|
|
|
• Kirayəpulunu ödəyə bilməyən Qarabağ əlili ilə məmur arasında qalmaqal - TƏFƏRRÜAT
Dünən, 10:33 |
|
|
|
• Əl-Culani ABŞ-dan qoşunlarını Suriya ərazisindən çıxarması üçün İsrailə təzyiq göstərməyi tələb etdi...
Dünən, 10:29 |
|
|
|
• Blinken Koreya, Yaponiya və Fransaya səfər edəcək
Dünən, 10:26 |
|
|
|
• Müəllimlər üçün ictimai nəqliyyat pulsuz olacaq? - AKTUAL
Dünən, 10:15 |
|
|
|
• Braziliyalı mütəxəssislər AZAL-ın təyyarəsinin qara qutularının təhlilinə başlayıblar - Braziliya mediası
Dünən, 10:10 |
|
|
|
• Haftonidəki YAŞIL TERROR: Niyə səsini çıxaran yoxdur? - ETİRAZ VAR...
Dünən, 10:09 |
|
|
|
• Erməni ordusunda “süni intellekt tağımı” yaradılır - KİV
Dünən, 09:59 |
|
|
|
|