"Xahiş etmişdim, yazılı məlumat versinlər, heç bir məlumat göndərmədilər" - Əkrəm Əylisli
Tarix: 14-10-2024, 15:12 |
Çap et
Yazıçı Əkrəm Əylisli şəxsiyyət vəsiqəsinin müsadirə edilməsi ilə bağlı baş prokuror Kamran Əliyevə ünvanladığı müraciətin nə ilə nəticələndiyindən xəbərsizdir.
Bu barədə Pravda.az-a danışan Ə.Əylisli deyib ki, Baş Prokurorluğa ünvanladığı məktubla bağlı nə nəticə olduğunu bilmir: “Xahiş etmişdim ki, bu barədə mənə yazılı məlumat versinlər. Heç bir məlumat göndərmədilər. Vəssalam. Mən də maraqlanmadım”.
Xatırlatma: Əkrəm Əylisli 8 ildən çoxdur, şəxsiyyət vəsiqəsinin Baş Prokurorluq tərəfindən müsadirə edilməsi səbəbindən bir çox məişət məsələlərində ciddi problemlər yaşaması barədə iyun ayında baş prokuror Kamran Əliyevə məktubla müraciət etmişdi.