COP29-un tarixi uğuru nə oldu? .....                     Köçəryan sirləri açdı: .....                     Türkiyədən ermənipərəst jurnalistə qadağa: .....                     Bu gün Kəlbəcər Şəhəri Günüdür .....                     Berbok Bakını niyə erkən tərk edib? .....                     Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub .....                     "Bundan başqa bizə nə lazımdır axı?" .....                     Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” .....                     “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” .....                     Avropa yeni enerji böhranı ilə üzləşib .....                     Aptek müdürü işçisini vəhşicəsinə döydü .....                     Ermənistana silah daşınır .....                     Fidanın mesajı təşviş doğurdu .....                     Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu .....                     Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… .....                     Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət .....                     Rusiya nüvə doktrinasını buna görə yenilədi .....                     Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? .....                     Kim Çen In Rusiyaya səfər edə bilər .....                     Göyçayda daha bir MƏMUR HARINLIĞI... .....                     Sizdə bu hallar varsa Şopoqoliksiniz .....                     Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı .....                     Ermənistandan Fransaya xəyanət kimi qərar .....                     Tramp bu qadını nazir təyin edir .....                     Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... .....                     İqlim sammitinin qapanışı nədən ləngiyirdi? .....                     Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... .....                     Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə .....                     Ermənistanla münasibətimiz problemlidir .....                     Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb .....                     Naxçıvanda yeni həbslər... .....                     Bakıya “hücum”a cavab verildi .....                     Paşinyanın Bakıya bu “güzəşti” hiylədir .....                     İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür .....                     COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib .....                     COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib .....                     Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                     "Ərə sahib olmaq super bir hissdir..." .....                     Cavid İsmayılzadənin "əli uzandı" .....                     Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir .....                 

İrəvan məhkəmə iddialarından imtina etməli olacaq - NƏ BAŞ VERİR?
Tarix: 1-07-2024, 17:52 | Çap et
İrəvan məhkəmə iddialarından imtina etməli olacaq
Ermənistanın Azərbaycandan aldığı sülh sazişinin 10-cu paketində rəsmi Bakı İrəvandan müxtəlif beynəlxalq məhkəmələrdə bu ölkəyə qarşı bütün iddialarından əl çəkməsini tələb edir.

“Hraparak” qəzeti “Müqəddəs mübarizə” “Telegram” kanalına istinadən yazıb. Mənbə qeyd edir ki, Nikol Paşinyan hökuməti bu tələblərini yerinə yetirməyə hazırdır:

“Bu da Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyanı qəzəbləndirib. O israr edir ki, hazırladığı iddialardan əl çəkməyəcək və məzuniyyətdən qayıtmadan istefaya gedəcək. Kirakosyanın ofisi, əlbəttə ki, bu məlumatı təkzib edib, bildirib ki, belə bir şey yoxdur, amma Krikosyan məzuniyyətdədir”.

Kanalın əldə etdiyi məlumata görə, Azərbaycan bu tələbləri ötən ilin sonunda təqdim edib. Hətta orada sülh sazişinin hazırlanmasında iştirak edən rəsmilərin, o cümlədən o vaxt xüsusi tapşırıqlar üzrə səfir olmuş Yeqişe Kirakosyan, Edmon Marukyanın iştirak etdiyi dar müzakirə də aparılıb:

“Daha sonra Paşinyan qısaca deyib ki, tələb hələ rəsmi şəkildə təqdim olunmayıb, lakin bunun olması istisna deyil. Məhz o zaman Kirakosyan qəzəblənib və istefa verəcəyini bəyan edib. Onlar onu əmin ediblər ki, Azərbaycan bu tələbindən imtina edə bilər. Halbuki bir neçə gün əvvəl göndərilən 10-cu paketdə tələb artıq yazılı şəkildə qoyulub”. Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistan Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı bir neçə dəfə iddia qaldırıb. Bunlar əsasən, milli və irqi ayrıseçkiliyə son qoyulması və hərbi “cinayət”lərin araşdırılması ilə bağlıdır.

2021-ci il dekabr 7-də BMT-nin ali məhkəmə orqanı Ermənistanın Azərbaycan əleyhinə müharibə məhbuslarının dərhal geri qaytarılmasına dair iddiasını təmin etməyib.

Həmin proses çərçivəsində Ermənistan Bakıdakı Hərbi Qənimətlər Parkının bağlanmasına dair müraciətinə də baxılıb. Lakin sözügedən iddia da təmin olunmayıb. Həmçinin, Ermənistanın Azərbaycan tərəfindən guya törədilmiş müharibə cinayətlərinin araşdırılmasına dair iddiası da əsassız hesab edilib. Bu üç məsələ üzrə Azərbaycan tərəfinin vaxtında və əsaslandırılmış şəkildə sübut-dəlilləri məhkəməyə təqdim etməsi Ermənistana imtina qərarının verilməsinə səbəb olub.

Üstəlik, Azərbaycan tərəfi müharibə məhbuslarının hamısını Ermənistana qaytarıb.

Hazırda Azərbaycanda hər hansı əsir və müharibə məhbusu yoxdur. 2023-cü il sentyabrın 28-də Ermənistan Qarabağın erməni əhalisinə qarşı irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın müddəalarının pozulması iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə sorğu təqdim edib. Rəsmi İrəvan BMT məhkəməsini Azərbaycanı birbaşa və ya dolayısı ilə həmin vaxt Qarabağda yaşayan etnik ermənilərin köçürülməsinə yönəlmiş hər hansı hərəkətdən çəkindirmək öhdəliyini təsdiq etməyə çağırıb. Söhbət hər kəsin Qarabağı sərbəst tərk etmək imkanından, BMT-nin və Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşlarının regionun erməni əhalisinə çıxışının təmin edilməsindən, kommunal sistemin bərpasından və ləğv edilmiş “Dağlıq Qarabağ Respublikası”nın vətəndaş vəziyyəti aktlarının tanınmasından gedirdi. 2023-cü il noyabrın 28-də məhkəmə Azərbaycanı sentyabrın 19-dan sonra Qarabağı tərk etmiş və geri qayıtmaq istəyən ermənilərin təhlükəsiz, maneəsiz və sürətlə geri qayıtmasını təmin etməyə çağıran qərar qəbul edib.

Qərarda həmçinin, qeyd edilir ki, Azərbaycan 2023-cü il sentyabrın 19-dan sonra hələ də Qarabağda olan və getmək istəyən şəxslərin təhlükəsiz, maneəsiz və tez bir zamanda ərazini tərk etməsini təmin etməlidir. Lakin Ermənistanın bu iddialarının hüquqi əsası olmadığından, qərarlar daha çox siyasi ittiham xarakteri daşıyıb. Ona görə də Ermənistanın məhkəməyə müraciəti başqa dövlətin daxili işlərinə müdaxilə xarakteri daşıyıb.

2024-cü ilin aprel ayında rəsmi Bakı bəyan edib ki, Azərbaycanın ermənilərə qarşı cinayətlərdə ittiham edilməsi BMT məhkəməsinin yurisdiksiyasına aid deyil və İrəvanın iddiasının əsaslandığı ayrı-seçkiliyə qarşı konvensiya ilə heç bir əlaqəsi yoxdur. Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsindəki nümayəndəsi Elnur Məmmədov qeyd edib ki, Ermənistanın irəli sürdüyü ittihamlar İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Konvensiyanın əhatə dairəsinə daxil olmadığı üçün məhkəmənin işə baxmaq səlahiyyəti yoxdur.

Onun fikrincə, iddia baxılmaq üçün qəbul edilə bilməz. Çünki İrəvan mübahisənin ikitərəfli qaydada həlli üçün Bakı ilə danışıqların lazımi qaydada aparılmasının məcburi şərtini yerinə yetirməyib. Digər tərəfdən, Qarabağ İqtisadi Rayonunda yaşayan erməni sakinlər hər hansı ayrıseçkilik zəminində deyil, könüllü şəkildə bölgəni tərk edərək Ermənistana köçüblər. Bunu erməni əhalisi ilə aparılan sorğular da təsdiq edir. Ermənilər azərbaycanlılarla birgəyaşayışdan imtina edərək, Ermənistanda qalmağa və üçüncü ölkələrə köçməyə üstünlük veriblər. Eyni zamanda, beynəlxalq hüququn “Dağlıq Qarabağ Respublikası” adlı subyekti olmadığına görə Ermənistanın məhkəmə iddialarının təmin edilməsi mümkün deyil.

Ancaq Ermənistanın beynəlxalq məhkəmə instansiyalarına etdiyi şikayətlər Azərbaycana qarşı ərazi iddialarının davam etməsi kimi qiymətləndirilə bilər.

Çünki Azərbaycan ərazisində sorğuda göstərildiyi kimi, “Dağlıq Qarabağ” adlı inzibati-ərazi vahidi, nə də “Dağlıq Qarabağ Respublikası” adlı qurum mövcuddur.

2023-cü ilin sentyabr ayından sonra könüllü şəkildə Ermənistana köçmüş erməni əsilli əhali isə yalnız Azərbaycan vətəndaşlarıdır. Onları hansısa separatçı rejimin vətəndaşı kimi təqdim etmək Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə ziddir. Bu isə sülh prosesinin pozulması deməkdir.

Görünür, Azərbaycan tərəfi sülh müqaviləsinin mətninin razılaşdırılması çərçivəsində Ermənistan tərəfinə məhkəmə iddialarından imtina təklif edib.

Ermənistan Qarabağa və digər ərazilərə iddialarından əl çəkməyənə qədər sülh sazişinin imzalanmasına hüquqi maneələr qalmaqda davam edəcək. Azərbaycan isə sülh prosesinin hüquqi müstəvidə razılaşdırılmasına üstünlük verir. Ona görə də Ermənistan sülhə nail olmaq üçün beynəlxalq məhkəmə iddialarından imtina etməlidir.

Müşfiq Abdulla
"Cebhe.info”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36
Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29
Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03
Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36
Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34
"Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28
Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26
“Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21
Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35
Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33
Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22
Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42
Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40
Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37
Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33
Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42
Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40
Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34
Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31
Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21
Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17
Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14
Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37
İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34
Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08
Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02
Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57
Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39
Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37
Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28
Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24
İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru