"Bank VTB Azərbaycan"ın rəhbərliyinə daha bir təyinat olub - səhmdarların qərarı ilə...
Tarix: 27-05-2024, 12:11 |
Çap et
"Bank VTB Azərbaycan" ASC-nin rəhbərliyinə daha bir təyinat olub.
"APA-Economics"in əldə etdiyi məlumata görə, səhmdarların qərarı ilə Sabasajya Anjelika İnnosentyevna Müşahidə Şurasının (MŞ) üzvü seçilib.
Qeyd edək ki, mayın 16-da Qafarov İlham Qafar oğlu Bankın Müşahidə Şurasının (MŞ) müstəqil üzvü seçilmişdi.
Bununla da, "Bank VTB Azərbaycan"ın MŞ-nin tərkibi beş nəfərdən ibarət olub.
Qeyd edək ki, Bankın Müşahidə Şurasının sədri Bortnikov Denis Aleksandroviç, MŞ-nin digər üzvləri isə Tsaryov Serqey Vladimiroviç və Dyaçenko Andrey Nikolayeviçdir.