Qriqoryan və Lui Bono İrəvanla Bakı arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər
Tarix: 23-05-2024, 16:15 |
Çap et
Ermənistan baş nazirinin müavini Mher Qriqoryan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Görüş zamanı həmsöhbətlər regiondakı hadisələri, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesini və onun ardıcıllığının təmin edilməsinin vacibliyini müzakirə ediblər.