Əsas Səhifə > Güney Press > Qriqoryan və Lui Bono İrəvanla Bakı arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər

Qriqoryan və Lui Bono İrəvanla Bakı arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər


23-05-2024, 16:15
Qriqoryan və Lui Bono İrəvanla Bakı arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər
Ermənistan baş nazirinin müavini Mher Qriqoryan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Görüş zamanı həmsöhbətlər regiondakı hadisələri, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesini və onun ardıcıllığının təmin edilməsinin vacibliyini müzakirə ediblər.

Geri qayıt