Rusdilli məktəblərin bağlanması gündəmdə .....                     Serj Sarkisyana qarşı yeni ittiham irəli sürülüb .....                     Rusiyadan daha bir RƏZALƏT .....                     "İş tapa bilmirəm, ər çörəyi yeyirəm" .....                     Azər Qasımlının məhkəməsindən .....                     Doğrudanmı, Azərbaycan Rusiyadan uzaqlaşır? .....                     Paşinyandan GÖZLƏNİLMƏZ ADDIM .....                     Kəbirə Məmmədova klinikasını satdı .....                     Əməkdar artist xəstəxanadan evə buraxıldı .....                     Daha bir ölkədə AZƏRBAYCANLI OVU DAVAM EDİR .....                     Media haqqında qanuna daha bir .....                     Rus bölmələrini bağlayın, Çin bölmələri açın! .....                     Güzəştə getsək, Rusiya daha ağır şərtlərlə üstümüzə gələcək .....                     Paşinyan sülhdən, keşişlər müharibədən danışır .....                     "Bu tur şirkətinə inanıb, aldanmayın..." .....                     İrəvanda XÜSUSİ ƏMƏLİYYAT .....                     Rusiyanın ölkəmizdə 10 minlərlə agenti var .....                     MDB elə, KTMT belə, sırada Aİİ-dir .....                     “Sputnik işi”ndə saxlanılan FTX agenti İqor Kartavıxla bağlı SENSASİON DETALLAR .....                     Rus dilli təhsillə bağlı nazirliyin adından bildirişlər paylanılır .....                     İlham Süleymanov vəzifəsindən azad edildi .....                     Dənizkənarı Bulvar İdarəsinin tenderi ləğv edildi .....                     Azərbaycan təyyarənin vurulması ilə bağlı sübutları necə ələ keçirib? .....                     “Azərpoçt”un əməkdaşı “PostEurope” təşkilatının Markalar və Filateliya İşçi Qrupunun sədr müavini təyin edilib .....                     Dəhşətli müharibə başlayır: Rusiya bu ölkələrə hücum edəcək .....                     Yekaterinburqda azərbaycanlı qardaşları öldürənlərlə bağlı .....                     Siyasi intriqalarla məşğul olanlar işdən çıxarılacaq və mühakimə olunacaq .....                     Zaxarovanın KEFLİ AÇIQLAMALARI... .....                     Bəylər Eyyubovun vəzifədən getməsi… .....                     Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı .....                     Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb .....                     Qanunvericiliyə mediada saxta məlumatların dərcinin qarşısının alınmasına dair tələb daxil edilir .....                     İlham Əliyev ƏN DOĞRUSUNU EDİR... .....                     Keçmiş arvadı və qayınanasını bıçaqlayan şəxsə hökm oxundu .....                     Naxçıvan səhiyyəsində BÖHRANLI DURUM: adi iynə-dərman belə tapılmır... .....                     Media Reyestrində olmayan çap mediası subyektinin nəşri qadağan olunur .....                     Ermənistan-İran əməkdaşlığı müzakirə olunub .....                     "“Russia Today” və “Sputnik” Rusiya casusluğunun ön xəttindədir" .....                     İnformasiya agentliklərinə dair yeni tələblər müəyyənləşir .....                     Ermənistandan sərt bəyanat: .....                 

“Bəzi hamilə qadınlar üçün təbii doğuş “çuşka”lıqdır” - Ginekoloq
Tarix: 26-04-2024, 12:41 | Çap et
“Bəzi hamilə qadınlar üçün təbii doğuş “çuşka”lıqdır”
Azərbaycanda qeysəriyyə əməliyyatlarının sayı artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə 46684 qadın qeysəriyyə yolu ilə uşaq dünyaya gətiribsə, 2022-ci ildə bu rəqəm 53267-ə qalxıb. Başqa sözlə desək, həmin il Azərbaycanda 121 min doğuşun 35 faizdən çoxu qeysəriyyə yolu ilə həyata keçirilib. Son illər qeysəriyyə əməliyyatı ilə uşaqların dünyaya gəlməsində artımın olmasının əsas səbəbi kimi, həkimlərin cərrahi əməliyyata üstünlük verməsi göstərilir.
TƏBİB isə bildirib ki, həkimlərin məqsədli şəkildə qeysəriyyə əməliyyatına üstünlük verməsi yanlış fikirdir: "Hər bir qeysəriyyə əməliyyatı mütləq əsaslandırılır. Protokola əsasən, göstərişlər 5 qrupa bölünür: birinci qrupda anamnezində hər hansı bir səbəbdən icra olunmuş əməliyyat nəticəsində uşaqlıq üzərində çapığı olan hamilələr; ikinci qrupda təbii doğum yolları ilə doğuşa mane ola biləcək səbəbləri olan hamilələr (dölün köndələn vəziyyəti, dölün çəkisinin 4500 qramdan artıq olması, doğum yolların inkişaf qüsurları və s); üçüncü qrupda dölün çanaq gəlişləri olan ilk hamilələr; dördüncü qrup döl tərəfdən göstərişlər (dölün bətndaxili inkişaf ləngiməsi, rezus-izoimmunizasiya nəticəsində döldə ağır dərəcəli immunizasiyası olan hamilələr); beşinci qrupda uzunmüddətli sonsuzluqdan sonra və ya süni mayalanmadan sonra baş tutmuş hamiləliklər, insan immunçatışmazlığı viruslu infeksiyası olan hamilə, anada budun anadangəlmə çıxığı və s. kimi xəstəlikləri olan hamilələr daxildir".
O da qeyd edilib ki, qeysəriyyə əməliyyatlarının klinik protokola uyğunluğu mütəmadi yoxlanılır. Araşdırma zamanı uyğunsuzuluq halları aşkarlanmayıb.
Qeysəriyyə əməliyyatlarının fəsadlarına gəlincə, TƏBİB-dən bildirilib ki, qeysəriyyə kəsiyi əməliyyatlarının fəsadlarına uşaqlıqdakı tikişlərin yararsızlığı, uşaqlığın atonik qanaxması, endometrit, sepsis, sidikaxarı yollarının infeksiyası, bağırsaq keçməzliyi, sidik-cinsiyyət və digər fistulalar, tromboemboliya, reproduktiv funksiyanın pozulması və s. aiddir.
Bilirik ki, uşaq sahibi olmaq valideynlər üçün çox həyəcanlı bir dönəmdir. Bu dövrdə bir çox hamilə qadını düşündürən həm ananın, həm də körpənin sağlamlığına birbaşa təsir edəcək əsas sual isə “Körpənin hansı üsulla, qeysəriyyə və ya təbii doğuş üsulu ilə dünyaya gətirilməsinin xeyirli olmasıdir”. Hər iki doğuş üsulu ümumilikdə təhlükəsiz olsa da, onların risk daşıyıb-daşımaması anadan-anaya dəyişir.
Doğrudan da, təbii doğuşla dünyaya gələn uşaqlar cərrahi əməliyyatla dünyaya gələnlərdən dahamı sağlam olur?
“Sherg.az" bu və digər suallarına aydınlıq gətirən cərrah, mama-ginekoloq Təranə Həsənova deyib ki, təbii doğuşun, həm də qeysəriyyə əməliyyatının öz riskləri və faydaları var.
Uzunmüddətli doğuş, doğuş ağırlaşmaları ana və ya körpənin zədələnməsi kimi riskləri təbii doğuş zamanı yaranan bəzi fəsadlara səbəb ola bilər. Digər tərəfdən, qeysəriyyə əməliyyatı infeksiya, qanaxma və qan laxtalanması kimi risklər daşıyan böyük bir əməliyyatdır, lakin müəyyən hallarda ana və ya körpənin sağlamlığını qorumaq üçün bu üsulla doğuş əvəzedilməz hesab olunur. Unutmayaq ki, hər hamiləlik unikaldır, ən yaxşı doğuş üsulu hamiləliyin xüsusi şərtləri, ana və körpənin sağlamlığı nəzərə alınmaqla müəyyənləşdirilməlidir:
- Uşağın sağlamlığı baxımından təbii, yoxsa qeysəriyyə yolu ilə dünyaya gəlməsinin heç bir fərqi yoxdur. Hətta deyərdim ki, bəzi hallarda qeysəriyyə uşaq üçün daha təhlükəsiz üsuldur. Təbii ki, söhbət sağlam hamiləlik keçirən qadınların dünyaya gətirdiyi körpələrdən gedir. Qeysəriyyə əməliyyatının hələ bu qədər yayılmadığı vaxtlarda uşaqlarda doğum travmaları tez-tez rast gəlinən bir hal idi. Bu da ki sonrakı dönəmlərdə uşaqların sağlamlığı üçün müəyyən problemlər yaradırdı. Əvvəllər istifadə olunan “doğuş maşa”ları uşaqlara çox ciddi travmalar verirdi. Çox şükür ki, artıq bu cür problemlər, yəni travmalı doğulan uşaqların sayı azalıb, hətta sıfır faizə düşüb. Bunda da qeysəriyyə əməliyyatlarının artmasının rolu var. Təkcə uşaq yox, doğuş travması alan qadınların da sayı sıfıra düşüb.

- Ötən il qeydə alınan 121 min doğuşun 35 faizdən çoxu qeysəriyyə yolu ilə həyata keçirilib. Bu artıma səbəb nədir? Tibbi göstəriş, yoxsa “can rahatlığı”...

- Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər reallığı əks etdirir. Doğrudan da, ildən-ilə qeysəriyyə əməliyyatı yolu ilə dünyaya gələn uşaqların sayında ciddi artım müşahidə olunur. Üstəlik, bu tendensiya tək Azərbaycanda yox, bütün dünyada gedir. Faktiki olaraq hamilə qadınlar da, bəzi hallarda həkimlər də təbii doğuşdan daha çox kesr kəsiyinə üstünlük verirlər. Əgər bu artım bütün dünyada gedirsə, demək ki, problem Azərbaycan həkimləri ilə bağlı deyil.
Əvvəla onu deyim ki, qeysəriyyə əməliyyatının ildən-ilə artmasının ən əsas səbəbi hamilə qadınların bu üsulu “lyuks” kimi görməsidir. Bunu sizə hansısa məqaləyə, yaxud da qulaqdan eşitmə bir xəbərə istinadən demirəm. Bir həkim olaraq, tam əminliklə deyirəm ki, bəzi hamilə qadınlar və onların ailəsi üçün təbii doğuş “çuşka”lıqdır. Mənim də qəbuluma gələn pasiyentlərin əksəriyyəti övladını kesr kəsiyi ilə dünyaya gətirmək istədiyini deyir. Ondan səbəbini soruşuram ki, axı sənin hamiləliyin tam normaldır və təbii doğuş üçün heç bir göstəriş yoxdur. Hətta birinci övladını təbii yolla dünyaya gətirən hamilələr də ikinci dəfə qeysəriyyə üsulunu tələb edir. Səbəbini soruşanda isə çox qərarlı şəkildə “hamı kesr əməliyyatı ilə doğur, mən niyə təbii doğuşa girməliyəm?”. 2 dəfə normal doğuş edən hamilə tanıdığım var, daş atıb başını tutur ki, mən 3-cü dəfə doğuş stoluna uzanmaram. Bu uşaq ancaq əməliyyatla doğulacaq. Hətta bu azmış kimi sifariş də verirlər ki, mənim əməliyyatımı ən prestijli özəl klinikada edin. Halbuki maddi durumlarına baxırsan ki, həmin klinikada əməliyyat olunacaq qədər imkanlı deyillər. Di gəl ki, hamilə qadın israr edir ki, borc-xərc də olsa, mənim uşağım məhz filan klinikada, həm də qeysəriyyə əməliyyatı ilə dünyaya gəlməlidir. Yəni sırf göstəriş üçün övladını cərrahi yolla dünyaya gətirmək istəyən analar var. Bu amili inkar edə, görməzdən gələ bilmərik.

- Həkimlərin də cərrahi əməliyyata üstünlük verməsi doğrudur?

- Əvvəla onu deyim ki, dövlət xəstəxanaları ilə müqayisədə özəl klinikalarda qeysəriyyə üsuluna daha çox üstünlük verilir. Bunun da səbəbi dövlət xəstəxanalarında nəzarətin güclü olması ilə bağlıdır. Ciddi bir göstəriş olmasa, hər xəstəni qeysəriyyə əməliyatına almaq olmur. Mütləq ki, ortada keçərli bir səbəb olmalıdır. Ən azından normal doğma qabiliyyətinə malik olan qadınları məcburən əməliyyat edə bilmirlər.
Amma özəl klinikalarda belə bir nəzarət yoxdur deyə orada qeysəriyyə üçün yaşıl işıq yanır. Həkimlərin niyə doğuş yox, əməliyyata üstünlük verməsinə gəldikdə isə burada maddi faktordan əlavə vaxt məsələsi də önəmli rol oynayır. Bilirsiniz ki, doğuş prosesi saatlarla vaxt aparır. Bəzən xəstəxanaya gələn bir qadın 18-20 saat doğuş sancısı çəkə bilir. Həkimlər isə o qədər vaxt sərf edib xəstənin yanında durmaq istəmirlər. Əməliyyat elədir ki, konkret vaxt təyin edilir və yarım saatın içində işini həll edib gedir.

- Hansı amil statistikaya daha çox təsir edir?

- Dəqiq deyə bilmərəm, zənnimcə, 50/50-dir. Amma bir şeyi də unutmayaq ki, indiki qızlarla analarının, nənələrinin dövrü bir deyil. Sağlamlıq baxımından çox ciddi geriləmə var. İndiki qadınlar, gənc qızlar 30-40 il əvvəlki qadınlar, qızlar kimi sağlam deyillər. İldən-ilə həm xəstəliklərin sayı artır, həm də yaşı cavanlaşır. Mamalıq patalogiyalarına rastgəlmə tezliyi də artıb. Bütün bunlar isə qeysəriyyə əməliyyatı üçün tibbi göstərişlərə yol açır.

- Bəs, qeysəriyyə əməliyyatının fəsadları nələrdir?

- Heç bir cərrahi müdaxilə nəticəsiz ötüşmür, mütləq insan orqanizmində izlər qoyur. Qeysəriyyə kəsiyi də cərrahi əməliyyatdır, hansı ki uğurlu qurtardıqda belə boşluqlu əməliyyatlara xas nəticələri ola bilər. İstənilən əməliyyatda isə infeksiya, qanaxma kimi ciddi fəsadlara yol aça bilir. Lakin hər şey ananın vəziyyətindən və əməliyyatı edən mütəxəssislərdən asılıdır.

- Deyilənə görə, təbii yolla doğulan uşaqlar daha tez mühitə uyğunlaşırlar. Onların böyümə və inkişafında ciddi problemlər yaranmır. Əməliyyatla doğulan uşaqlar isə aqressiv, əsəbi olur, nitqi ləngiyir. Hətta son illər autizm sindromunun geniş yayılmasını da buna bağlayırlar...

- Qeysəriyyə kəsiyi ilə doğulan uşaqların ləng inkişafı, daha aqressiv olması ilə bağlı heç bir elmi əsasa rast gəlməmişəm. Əksinə, oxuduğum bir elmi araşdırmaya görə, autizmin səbəbi qadınların hamiləlik dönəmində yaşadığı problemlər yox, yaşlı atalardır. Yaşı 40-dan çox olan kişilərdən dünyaya gələn uşaqlarda bu risk daha aktualdır. İngilis alimləri apardıqları elmi araşdırmaların nəticəsində bu qərara gəliblər. Uşaqların aqressiv, əsəbi olması ananın 9 aylıq hamiləlik müddətini necə keçirməsi ilə birbaşa əlaqəlidir. Düzgün istirahət edib, doğru qidalanan, ailədə heç bir gərginlik yaşamayan, sinir sistemi yerində olan, vaxtlı-vaxtında həkim müayinələrinə gedən hamilə qadının övladı sırf qeysəriyyə kəsiyi ilə doğulub deyə əsəbi, hiperaktiv olmayacaq. Bütün bunların əksini yaşayan qadın övladını təbii yola dünyaya gətirsə belə, uşağın aqressiv olma riski daha çoxdur.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusdilli məktəblərin bağlanması gündəmdə - "Ciddi dövlət nəzarəti olmalıdır"
Bu gün, 14:47
Serj Sarkisyana qarşı yeni ittiham irəli sürülüb
Bu gün, 14:44
Rusiyadan daha bir RƏZALƏT - Azərbaycanlı ailə deportasiya edildi
Bu gün, 13:15
"İş tapa bilmirəm, ər çörəyi yeyirəm"
Bu gün, 13:12
Azər Qasımlının məhkəməsindən YENİ XƏBƏR
Bu gün, 13:06
Doğrudanmı, Azərbaycan Rusiyadan uzaqlaşır? - Bahəddin Həzi yazır...
Bu gün, 13:02
Paşinyandan GÖZLƏNİLMƏZ ADDIM – Gürcüstan ssenarisi Ermənistanda da REALLAŞACAQ?
Bu gün, 12:56
Kəbirə Məmmədova klinikasını satdı
Bu gün, 12:52
Əməkdar artist xəstəxanadan evə buraxıldı
Bu gün, 12:42
Daha bir ölkədə AZƏRBAYCANLI OVU DAVAM EDİR - Rejissorumuz həbs olundu
Bu gün, 12:36
Media haqqında qanuna daha bir ƏLAVƏ
Bu gün, 12:34
Rus bölmələrini bağlayın, Çin bölmələri açın! - Çağırış
Bu gün, 12:23
Güzəştə getsək, Rusiya daha ağır şərtlərlə üstümüzə gələcək - Cəlaloğlu
Bu gün, 12:20
Paşinyan sülhdən, keşişlər müharibədən danışır - NƏ BAŞ VERİR?
Bu gün, 12:14
"Bu tur şirkətinə inanıb, aldanmayın..." - ÇAĞIRIŞ
Bu gün, 12:09
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
Bu gün, 12:03
Rusiyanın ölkəmizdə 10 minlərlə agenti var - Firudin Ağasıoğludan ŞOK İDDİA
Bu gün, 11:59
MDB elə, KTMT belə, sırada Aİİ-dir – Rusiyanın dominant olduğu birliklər çöküşdədir
Bu gün, 11:57
“Sputnik işi”ndə saxlanılan FTX agenti İqor Kartavıxla bağlı SENSASİON DETALLAR – FOTO
Bu gün, 11:46
Rus dilli təhsillə bağlı nazirliyin adından bildirişlər paylanılır - SAXTADIRMI?
Bu gün, 11:42
İlham Süleymanov vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 11:39
Dənizkənarı Bulvar İdarəsinin tenderi ləğv edildi
Bu gün, 11:27
Azərbaycan təyyarənin vurulması ilə bağlı sübutları necə ələ keçirib? - Sabiq nazir şok detalları AÇIQLADI
Bu gün, 11:25
“Azərpoçt”un əməkdaşı “PostEurope” təşkilatının Markalar və Filateliya İşçi Qrupunun sədr müavini təyin edilib - BUNDAN SONRA...
Bu gün, 11:23
Dəhşətli müharibə başlayır: Rusiya bu ölkələrə hücum edəcək - Səngərlər qazılır
Bu gün, 11:21
Yekaterinburqda azərbaycanlı qardaşları öldürənlərlə bağlı YENİ FAKTLAR
Bu gün, 11:17
Siyasi intriqalarla məşğul olanlar işdən çıxarılacaq və mühakimə olunacaq - Paşinyan
Bu gün, 11:13
Zaxarovanın KEFLİ AÇIQLAMALARI... - Barı bir dəfə ayıq olsaydı...
Bu gün, 11:10
Bəylər Eyyubovun vəzifədən getməsi… – Sabiq nazir hər şeyi açdı
Bu gün, 11:05
Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 11:02
Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb - İLGİNC FAKTLAR
Bu gün, 11:00
Qanunvericiliyə mediada saxta məlumatların dərcinin qarşısının alınmasına dair tələb daxil edilir
Bu gün, 10:50
İlham Əliyev ƏN DOĞRUSUNU EDİR... - BU FAKTDIR!
Bu gün, 10:48
Keçmiş arvadı və qayınanasını bıçaqlayan şəxsə hökm oxundu
Bu gün, 10:40
Naxçıvan səhiyyəsində BÖHRANLI DURUM: adi iynə-dərman belə tapılmır... - Buna görə, ağır xəstələri belə evə buraxırlar...
Bu gün, 10:37
Media Reyestrində olmayan çap mediası subyektinin nəşri qadağan olunur
Bu gün, 10:33
Ermənistan-İran əməkdaşlığı müzakirə olunub
Bu gün, 10:29
"“Russia Today” və “Sputnik” Rusiya casusluğunun ön xəttindədir" - Müşfiq Ələsgərli
Bu gün, 10:27
İnformasiya agentliklərinə dair yeni tələblər müəyyənləşir
Bu gün, 10:26
Ermənistandan sərt bəyanat: - Biz Putini təhqir etsək, necə olacaq?
Bu gün, 10:24
Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər müəyyənləşib
Bu gün, 10:22
“Rusiya ikinci cəbhədə: Cənubi Qafqazda savaşa risk etməz” - NƏ BAŞ VERİR?
Bu gün, 10:20
Sabunçu İstehsalat Xidməti Bazasının direktoru vəzifədən azad ediləcək
Bu gün, 10:18
Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektləri 5000 manatadək cərimələnəcək
Bu gün, 10:15
Putinin dostu... AZƏRBAYCANA DOST OLA BİLMƏZ! - ÇÜNKİ...
Bu gün, 10:11
Kseniya Sobçak azərbaycanlıların qətlindən yazdı – "Sonra da deyirik bizi niyə sevmirlər?"
Bu gün, 09:51
Məşhur jurnalistin qardaşlarını öldürən rus OMON-çuların FOTOSU - Aralarında tatar da var
Bu gün, 09:49
“Müəllim-professor heyətinin “5-ci kolon” rolunu oynayıb-oynamadığını təyin etmək vacibdir” - ÇAĞIRIŞ
Bu gün, 09:45
Ölkənin MÜDAFİƏ SƏNAYESİNİ KOLXOZ BAZARINA DÖNDƏRİB... - ŞOK FAKTLAR...
Bu gün, 09:33
Onlar da YOL ÜSTÜNDƏDİR... - FOTO
Bu gün, 09:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru