Ramin Bayramlı milyonluq şirkətini satdı - NƏ BAŞ VERİR?
Tarix: 2-04-2024, 17:06 |
Çap et
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sabiq sədri Ramin Bayramlının "SPEKTR MED” şirkəti ondan alınıb.
dia-az.site Medicina.az-a istinadən xəbər verir ki, şirkət əvvəlcə fiziki şəxsin adına rəsmiləşdirilib, daha sonra isə "Avromed” şirkətinə verilib.
Qeyd edək ki, Ramin Bayramlı TƏBİB-ə sədr təyin edildikdən sonra "SPEKTR MED” (VÖEN-i 2001534811) MMC-ni alaraq, dövlət satınalmalarını həmin şirkət vasitəsilə həyata keçirib.
COVID-19-la mübarizə işinin təşkili üçün tibb müəssisələrində yeni laboratoriyaların qurulması da R.Bayramlının "SPEKTR MED” şirkəti vasitəsilə həyata keçirilib. Bu əməliyyatlarda R.Bayramlının milyonlarla vəsait əldə etdiyi bildirilir.