Hövsanda həftələrdir daşınmayan tullantılar .....                     Hesablama Palatası AMEA-nın İşlər İdarəsi ilə bağlı .....                     Audiovizual Şuranın növbəti iclası keçirilib, .....                     “FAZİL MƏMMƏDOV DÖVRÜ” QAYIDIR? .....                     Şirvanda 18 oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib .....                     “Bizə təşəkkür etmək əvəzinə tənqid edirlər” .....                     Aİ səfiri Gürcüstanı hədələdi: .....                     Gələn ildən İranla sərhəddəki keçid məntəqəsinə nəzarət Ermənistana keçəcək .....                     VP-nin Azərbaycana hücumu: Bakıda 23 məşhur “erməni xadim” var? .....                     Türkiyənin Cənubi Qafqaz planı: .....                     “Unibank”ın səhmdarlarının növbədənkənar yığıncağı çağırıldı .....                     Qızıl yenə bahalaşacaq: .....                     Türkiyə ilə Gümrü-Qars dəmir yolunun texniki imkanlarını qiymətləndirəcəyik .....                     Fuad Nəcəfli gələndən Naxçıvan GERİYƏ GEDİR... .....                     Nazir Salyana rəis təyin etdi .....                     “Aztelekom”un rəhbəri dəyişdi .....                     Mərkəzi Univermaqda qızıl satmaq istəyən qadınların başına iş gəldi .....                     Süleyman Mikayılov ağacəkmə aksiyasında .....                     Azərbaycan və İtaliya arasında "Qərargah danışıqları" keçirilib .....                     “RR Constructions” tikinti şirkəti sakinləri evindən küçəyə atır .....                     “Unibank” şikayətçinin kart problemini həll edə bilmir .....                     Parklanma və cərimə pulları hara gedir? .....                     İşdən çıxarılan müəllimlə bağlı yeni xəbər .....                     “Bakıkart” probleminin həlli niyə müşkülə ÇEVRİLİB? .....                     `Azərkonktrakt`ın ləğvi ilə bağlı İLGİNC İDİDA .....                     Ermənistana təzminatı belə ödətdirmək olar .....                     İnsanlar əllərindəki zibilləri atmağa yer tapmırlar .....                     Görüş başlayır:“3+3” sülh platformasına çevriləcək? .....                     “Prezident COP29 zamanı qadağaların əleyhinə oldu” .....                     Cənubi Qafqaza sülh gətirməliyik .....                     Sabiq deputata məxsus olduğu bildirilən şirkət cərimələndi .....                     Yağış yağacağı ehtimalı var .....                     Si Cinpin Rusiyaya gedəcək .....                     “Bakcell” BMT-nin Qlobal Sazişinə qoşulub .....                     Məhkəmə Suriyada qanunsuz silahlı birləşmələrə qoşulan şəxslə bağlı qərar verib .....                     Nazirlik “ənənəsinə” sadiq qaldı: Bu il də eyni şirkətdən 18 milyon manatlıq mebel alacaq .....                     "Camaat suyu şırhaşır açır" deyən deputat Hicran Hüseynovanın 10 minlik çantası... .....                     Silah və texnikanın payız-qış mövsümündə istismar rejiminə keçirilməsi ilə bağlı kompleks tədbirlər icra olunur .....                     Bakıda qızlar arasında qanlı dava: Bir nəfər bıçaqlandı .....                     ABŞ bu səbəbdən Türkiyə vətəndaşlarına QADAĞA QOYDU .....                 

"Hakimin maaşı yüksək olmalıdır ki, başqa "yol"a meyl etməsin" - Ali Məhkəmənin sabiq hakimi BELƏ DEYİR...
Tarix: 23-02-2024, 17:45 | Çap et
 "Hakimin maaşı yüksək olmalıdır ki, başqa "yol"a meyl etməsin"
dia-az.media Ali Məhkəmənin sabiq hakimi Əsəd Mirzəliyevin e-huquq.az-a müsahibəsini əqdim edir...

- Əsəd müəllim, hakimlik fəaliyyətinə necə başlamısınız? Fəaliyyətinizin ilk illərini necə xatırlayırsız?

- Hakimlik fəaliyyətinə Ağdam məhkəməsində başlamışam. O zaman mən əslində notarius vəzifəsində çalışırdım. Sadəcə Ağdam məhkəməsində hakimlərdən biri geri çağırılmışdı. Ona görə də məhkəmədə iş yükü 1 hakimin üzərində idi. Elə oldu ki, 1980-cı ildə məni hakim əvəzi kimi həmin məhkəməyə göndərdilər. Təxminən 1 il yarım burada çalışmışam. 1982-ci ildə isə Xaçmaz rayon məhkəməsinə hakim təyin olundum. 1985-1987-ci illərdə Ağsu məhkəməsində çalışmışam. 1987-ci ildə Salyan Rayon Məhkəməsinin sədri təyin olunmuşam. Fəaliyyətimin 13 ili bu məhkəmə ilə bağlıdır. 2000-ci ildən isə Ali Məhkəmənin Mülki kollegiyasının hakimi olmuşam və 2020-ci ildə təqaüdə çıxmışam.

Hakimlik fəaliyyətim ərzində çox yaddaqalan hadisələr olub. Belə hadisələrdən biri Xaçmaz rayon məhkəməsində çalışdığım dövrə təsadüf edir. Rayonda bir qətl hadisəsi baş vermişdi. Gənc oğlan həyat yoldaşının keçmişdə münasibəti olduğunu güman etdiyi şəxsi meşəlik ərazidə qətlə yetirərək meyitini basdırmışdı. Deməli, qətlə yetirilən şəxs itkin kimi axtarılırdı. Cinayət hadisəsini törədən adamın özü də bu axtarış işlərində fəal iştirak edib. Özünü elə aparıb ki, guya heç bir şeydən xəbəri yoxdur. Hətta belə bir şaiyə də yayıb ki, guya həmin oğlanın mərhum anasının ruhu onu öz yanına aparıb. Nəhayət, bir müddət sonra kənd təsərrüfatı işləri görülərkən ekskovatorun torpağı qazması nəticəsində həmin adamın meyiti aşkarlanmışdı. Hadisəni kimin törətdiyi məlum olduqdan sonra o özü də etiraf etmişdi və atasının da bu işdə ona kömək etdiyi ortaya çıxmışdı. Lakin məhkəmədə onlar istintaqa verdikləri ifadəni dandılar. Dedilər ki, bizi bu cür ifadə verməyə məcbur ediblər. Gənc oğlan hətta iddia etdi ki, cinayət hadisəsi baş verən gün rayonda olmayıb, Dərbənddə bazarda nar satırmış. Eyni kənddən olan bir neçə nəfəri də şahid kimi göstərdi ki, həmin gün onlar da bazarda olub. Biz həmin iki qadını şahid qismində dindirdik və oğlanın dediklərini təsdiq etdilər. Dəqiq ayın tarixini soruşduqda isə xatırlamadıqlarını bildirdilər. Növbəti prosesdə həmin qadınları bir də məhkəməyə dəvət etdik. Yenə də eyni fikirləri dedilər. Bu zaman qəfil onlardan soruşdum ki, həmin gün kəndinizdə nəsə əlamətdar bir hadisə və s. baş vermişdimi? Toy, nişan, kiminsə yas mərasimi və s. belə bir hadisə olmuşdumu? Bəlkə yadınızda olar. O andaca qadınlardan biri dedi ki, həmin gün biz Adilin qızı Simanın dəfn mərasimində iştirak etmişdik. Biz dərhal sorğular verdik və adıçəkilən şəxsin ölüm kağızına baxdırdıq. Müəyyənləşdirdik ki, birlikdə bazara getdikləri gün bizim araşdırdığımız cinayət hadisəsinin baş verdiyi gündən 3 gün sonra olub. Nəhayət, biz bütün sübutlar və faktlar əsasında həmin cinayətin məhz bu oğlan tərəfindən törədildiyini dəqiqləşdirə bildik və ona, eyni zamanda cinayət hadisəsini törətməkdə onunla əlbir olan atasına cəza təyin etdik.

Başqa bir hadisə isə Salyan rayon məhkəməsinin sədri olduğum dövrdə baş verib. Yenicə sədr təyin olunmuşdum ki, qəbula bir vətəndaş gəlmişdi və təkidlə ona xüsusi vaxt ayırmağımı istəyirdi. Mən onun xahişini nəzərə alıb şənbə günü qəbula gəlməsini bildirdim. Bünyad adlı bu gənc qəbula gələndə o qədər həyəcanlı idi ki, hətta özünə gəlmək üçün dərman qəbul edirdi. Nəhayət özünü toparlayıb başına gələnləri danışdı. Bildirdi ki, xalası oğlu ilə birgə Moskvada qiyabi təhsil alır. Yaz sessiyasında Moskvaya gediblər. Onlar parkda gəzərkən sprint lotereyası alıblar və Bünyad aldığı iki lotereyadan birində “QAZ 24” markalı avtomobil udub. Növbəti gün lotereyanı rəsmiləşdirmək üçün xalası oğlu ilə mərkəzi əmanət kassasına yaxınlaşıblar. Bünyad qısaqol köynək, onun xalası oğlu isə kostyum geyindiyindən Bünyadın pasportu və lotereya xalası oğlunun pencəyinin cibində olub. Xalası oğlu lotereyanı təqdim edən zaman Bünyadın pasportunu cibində saxlayıb, əvəzində öz pasportunu təqdim edib. Sənədləşmə başa çatan zaman avtomobilin xalası oğlunun adına sənədləşdirilməsini öyrənən Bünyad səs-küy salaraq sənədləşmənin onun adına aparılmasını tələb etsə də, xalası oğlu onu dilə tutaraq razı salıb ki, maşın sənədlə onun adına olsa da, Bünyadın hesab olunur. Eləcə də onun sürücülük vəsiqəsi olduğundan maşını Moskvadan sürüb apararlar. Bünyad da bununla razılaşıb. Rəsmiləşmə prosesindən sonra birgə universitetə gediblər. Xalası oğlu auditoriyaya girən kimi şad xəbəri elan edib ki, Bünyad avtomobil udub. Hamı onu təbrik edib, yığışıb birgə qeyd ediblər. Nə isə, sonradan elə olub ki, avtomobili Moskvada onlara verməyiblər. Deyiblər ki, biz Azərbaycana göndərəciyik və ünvan veriblər ki, gedib oradan götürərsiniz. Nəhayət, qayıtdıqdan sonra maşını götürüblər, lakin xalası oğlu avtomobili Bünyada verməkdən boyun qaçırıb. İddia edib ki, guya maşını özü udub. Bünyad nə qədər çalışsa da, onu razı sala bilməyib. Bütün rəsmi qurumlara edilən müraciətlər də nəticəsiz qalıb.

Mən sədr kimi müraciəti dinlədikdən sonra ona tövsiyə etdim ki, hadisəni təfsilatı ilə yazsın və iddia ərizəsi ilə məhkəməyə müraciət etsin. Ərizə məhkəməyə daxil olan kimi dərhal qərar qəbul edib həmin avtomobilin üzərinə həbs qoyduq. Daha sonra onların təhsil aldığı universitetə sorğu göndərdik. Çünki uduş olan gün qrup yoldaşları ilə birgə bu hadisəni qeyd etmişdilər. Moskvanın bir çox rayonlarına məhkəmə tapşırığı göndərdik ki, həmin tələbələr şahid kimi ifadə versin. Hamı bir nəfər kimi bildirmişdi ki, maşını Bünyad udub və xalası oğlunun adına rəsmiləşmə aparılıb. Moskvada onlarla birgə oxuyan həmkəndlilərini də şahid kimi cəlb etdik və nəhayət həqiqət ortaya çıxdı. Maşın xalası oğlundan alınaraq Bünyada verildi. Bu hadisə barədə o vaxt mətbuatda da məlumatlar dərc olunmuşdu. Bünyad arada maşınla gəlirdi məhkəmənin həyətinə, soruşurdu ki, nə qulluğunuz var? (red: gülür).

Bilirsiz, bu cür haqsızlıqlar aradan qalxanda bir hakim kimi adamın özünə də ləzzət edir. Bu hadisədən sonra camaatda da məhkəməyə qarşı çox böyük inam yaranmışdı. Ürəklə gəlib məhkəməyə müraciət edirdilər. Çünki bilirdilər ki, əgər haqlıdırlarsa, mütləq məhkəmədə qalib gələcəklər. Məhkəməyə inam çox böyük məsələdir, həqiqətən.

- 2020-ci ildən təqaüddəsiniz. Hazırda fəaliyyətiniz nədən ibarətdir?

- Təqaüdə çıxdıqdan sonra bir müddət heç bir fəaliyyətlə məşğul ola bilmədim. Bilirsiniz ki, pandemiya ilə əlaqədar olaraq karantin rejimi tətbiq olundu və 65 yaşdan yuxarı şəxslər üçün müəyyən məhdudiyyətlər var idi. Lakin ümumilikdə mən boş dayanmamışam, daim araşdırmışam, öyrənmişəm, yenilikləri izləmişəm, hüquqi məsləhətlər vermişəm. Hazırda Bakı Hüquq Təlim Mərkəzinin direktoruyam. Həmçinin Hüquqi İslahatlara Yardım Mərkəzinin İdarə Heyətinin üzvü və direktor müaviniyəm. Bildiyiniz kimi, 2023-cü ilin oktyabr ayında Azərbaycan Respublikasının Hakimlər İttifaqı təsis edilib. Mən bu İttifaqın İdarə Heyətinin üzvü, həmçinin Kommunikasiya Məsələləri Komissiyasının sədriyəm. Bundan əlavə, müxtəlif şirkətlərə hüquqi yardım göstərirəm. İnanın ki, heç boş vaxtım yoxdur. Hakim olanda iş yüküm necə idisə, elə indi də eynidir. Sadəcə bir şey var ki, indi sərbəstəm.

- Siz həm də Ali Məhkəmənin Elmi-məsləhət şurasının üzvüsünüz. Şuranın fəaliyyəti barədə nə deyə bilərsiniz?

- Açığını demək lazımdır ki, əvvəllər Elmi-məsləhət Şurası sadəcə kağız üzərində mövcud idi. Biz heç illərlə Şura üzvlərinin üzünü görmürdük. Amma indi əməlli-başlı fəaliyyətdə olan bir qurumdur. Bilirsiniz ki, Ali Məhkəməyə yeni sədr təyin olunduqdan sonra Şuranın tərkibi yenidən formalaşıb. Artıq bir neçə dəfə iclaslarımız keçirilib. Çox mühüm və aktual məsələləri müzakirə etmişik. Hesab edirəm ki, Şuranın fəaliyyəti hazırda çox səmərəlidir.

- Maraqlıdır, uzun illər hakim işləmiş şəxs kimi məsləhət üçün gənc hakimlər sizə müraciət edirmi?

- Hakimlər və vəkillər tərəfindən mənə çoxlu müraciətlər olur. Çətinlik çəkdikləri məsələlərdə tövsiyələr verirəm.

- Gənc hakimlərin fəaliyyətindən razısınız? Onlara əsas tövsiyəniz nədir?

- Mən həmişə demişəm, hakimin qazandığı hörmət onun ədalətindən asılıdır. Hakim ədalətli olmalıdır. Onun nüfuzu da, hörməti də ordan qaynaqlanır. Hər zaman hakimlərə tövsiyə edirəm ki, çox oxusunlar, öyrənsinlər, yeniliklərdən xəbərdar olsunlar. Çünki qanunvericiliyə tez-tez dəyişikliklər olunur. Bunların hamısını izləmək lazımdır. 1 həftə oxumadınsa, artıq geri qalırsan. Mən özüm də daim oxuyuram, yenilikləri izləyirəm, nə olsun ki, təqaüddəyəm. Hakim üçün mütaliə çox vacibdir. Bu, onların tərtib etdiyi qərarlarda da özünü göstərir. O hakim ki, mütaliə etmir, onun söz ehtiyatı da zəif olur. Baxırsan ki, tərtib etdiyi qərarlara da təsir edir. Qurduqları cümlələr adamı qane etmir. Mənə elə gəlir ki, indiki hakimlər kifayət qədər oxumurlar. Amma qınamaq da olmur onları. Çünki iş yükü çoxdur, heç əlavə nəsə oxuyub öyrənməyə vaxtları da yoxdur.

- Bildiyimizə görə, sizin bir oğlunuz hakimdir. Onun bu peşəni seçməsində sizin də rolunuz olub mu?

- Bəli, oğlum Ruslan Mirzəliyev Sabunçu Rayon Məhkəməsinin hakimidir. Düzünü desəm, mən onun hakim olmağını istəmirdim. Çünki bu işin çətinliyini yaşamışam, bilirəm ki, ağırdır. Özünə də demişdim. Amma onun bu peşəyə çox böyük həvəsi var idi.

- Bəs, oğlunuzun fəaliyyəti necə, sizi qane edirmi?

- Deyim ki, tam razıyam, yox. Çünki hələ yeni başlayıb. Mən istədiyim səviyyədə yetişməsi üçün zaman lazımdır. Məni ən çox qane edən tərəfi isə bu peşəni sevməsidir. Bu qədər iş yükünə baxmayaraq, Ruslan öz işini sevərək görür. Məncə, bu, çox önəmli amildir. Əgər bu sevgi varsa, deməli, daim öz üzərində işləyəcək, çətinliklərə də dözəcək. Mən ona ilk gündən sadəcə bir şey demişəm: ədalətsiz qərar qəbul etmək olmaz!

- Əsəd müəllim, hakimlərin maaşı məsələsi də tez-tez müzakirə olunan mövzulardandır. Bir çoxları hesab edir ki, hakimlərin tam obyektiv və ədalətli olması üçün maddi təminatları yüksək olmalıdır. Sizin bu barədə fikirləriniz necədir?

- Bəli, hakimlərin maaşı yüksək olmalıdır. Maddi təminatı yaxşı olmalıdır ki, başqa yola meyil etməsinlər. Bilirsiniz, hakim elə bir mövqedədir ki, ondan hər gün hər cür xahişlər olur. Maddi təminatı yüksək olsa, bu cür xahişlərin qarşısında da daha dözümlü olar. İndi cəmiyyətdə elə bir fikir var ki, hakimin hansısa qərarı qəbul etməkdə marağı olur və s. Elə deyil. Bu gün hakimlərimiz çox ədalətli, obyektivdilər. Əgər 1-2 nəfər başqa cür davranan hakim varsa, onlarla bağlı da lazımi tədbir görülür.

- Son olaraq, ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarını necə qiymətləndirirsiz?

- Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanından sonra bu sahədə ardıcıl islahatlar həyata keçirilir. Çox mühüm əhəmiyyət kəsb edən bir sıra addımlar atılıb. Hakimlərin sayı artırılır. Bu da işlərə daha səmərəli baxılmasına xidmət edir. Çünki iş yükü işlərə kefiyyətli baxılmasına təsir edən amillərdəndir. Hakimliyə qəbul prosesi çox şəffaf qaydada keçirilir. Məhkəmə-Hüquq Şurasının yeni tərkibi formalaşıb. Məhkəmə-Hüquq Şurasına rəhərlik Ali Məhkəmənin sədri tərəfindən həyata keçirilir. Şuranın tərkibi də əsasən hakimlərdən ibarətdir. Bütün bunlar çox mühüm dəyişikliklərdir. İslahatlar bundan sonra da davam edəcək və biz müsbət nəticələri görəcəyik.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hövsanda həftələrdir daşınmayan tullantılar niyə məsələ ictimailəşəndən sonra yığışdırıldı?
Bu gün, 16:25
Hesablama Palatası AMEA-nın İşlər İdarəsi ilə bağlı Baş Prokurorluğa müraciət edib
Bu gün, 16:23
Audiovizual Şuranın növbəti iclası keçirilib, 4 yeni lisenziya verilib
Bu gün, 16:21
“FAZİL MƏMMƏDOV DÖVRÜ” QAYIDIR? - Kiçik sahibkarlara qarşı kütləvi yoxlamalar nə ilə bağlıdır?
Bu gün, 16:18
Şirvanda 18 oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Bu gün, 16:13
“Bizə təşəkkür etmək əvəzinə tənqid edirlər” - Səyyad Aran
Bu gün, 16:03
Aİ səfiri Gürcüstanı hədələdi: - "Hər şeyi itirə bilərsiniz!"
Bu gün, 16:00
Gələn ildən İranla sərhəddəki keçid məntəqəsinə nəzarət Ermənistana keçəcək - Mirzoyan
Bu gün, 15:54
VP-nin Azərbaycana hücumu: Bakıda 23 məşhur “erməni xadim” var? – Gizlinlər
Bu gün, 15:47
Türkiyənin Cənubi Qafqaz planı: - Ermənistan Zəngəzur dəhlizini aça bilər?
Bu gün, 15:44
“Unibank”ın səhmdarlarının növbədənkənar yığıncağı çağırıldı
Bu gün, 15:37
Qızıl yenə bahalaşacaq: - dünyadakı qiymət artımının Azərbaycan bazarına təsiri varmı?
Bu gün, 15:34
Türkiyə ilə Gümrü-Qars dəmir yolunun texniki imkanlarını qiymətləndirəcəyik - Ermənistan XİN rəhbəri
Bu gün, 15:31
Fuad Nəcəfli gələndən Naxçıvan GERİYƏ GEDİR... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 15:29
Nazir Salyana rəis təyin etdi - ƏMR
Bu gün, 15:23
“Aztelekom”un rəhbəri dəyişdi - BUNDAN SONRA...
Bu gün, 15:22
Mərkəzi Univermaqda qızıl satmaq istəyən qadınların başına iş gəldi - TƏFƏRRÜAT
Bu gün, 15:20
Süleyman Mikayılov ağacəkmə aksiyasında
Bu gün, 15:19
Azərbaycan və İtaliya arasında "Qərargah danışıqları" keçirilib
Bu gün, 15:14
“RR Constructions” tikinti şirkəti sakinləri evindən küçəyə atır - QƏRAR VERİLƏCƏK
Bu gün, 15:00
“Unibank” şikayətçinin kart problemini həll edə bilmir - FOTO
Bu gün, 14:02
Parklanma və cərimə pulları hara gedir? - AYNA hesabat verməlidir
Bu gün, 14:00
İşdən çıxarılan müəllimlə bağlı yeni xəbər - DETALLAR
Bu gün, 13:56
“Bakıkart” probleminin həlli niyə müşkülə ÇEVRİLİB? - Hüquqları pozulan milyonlar, “yoxa çıxan” rəhbər...
Bu gün, 13:31
`Azərkonktrakt`ın ləğvi ilə bağlı İLGİNC İDİDA - BUNA GÖRƏ İMİŞ...
Bu gün, 13:29
Ermənistana təzminatı belə ödətdirmək olar - Sabiq nazir AÇIQLADI
Bu gün, 13:22
İnsanlar əllərindəki zibilləri atmağa yer tapmırlar - deputat
Bu gün, 13:17
Görüş başlayır:“3+3” sülh platformasına çevriləcək? - ŞƏRH
Bu gün, 13:15
“Prezident COP29 zamanı qadağaların əleyhinə oldu” - Anar Ələkbərov
Bu gün, 13:14
Cənubi Qafqaza sülh gətirməliyik - Arakçı
Bu gün, 13:11
Sabiq deputata məxsus olduğu bildirilən şirkət cərimələndi
Bu gün, 13:08
Yağış yağacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 13:05
Si Cinpin Rusiyaya gedəcək
Bu gün, 12:53
“Bakcell” BMT-nin Qlobal Sazişinə qoşulub
Bu gün, 12:50
Məhkəmə Suriyada qanunsuz silahlı birləşmələrə qoşulan şəxslə bağlı qərar verib
Bu gün, 12:47
Nazirlik “ənənəsinə” sadiq qaldı: Bu il də eyni şirkətdən 18 milyon manatlıq mebel alacaq - TƏFƏRRÜAT
Bu gün, 12:44
"Camaat suyu şırhaşır açır" deyən deputat Hicran Hüseynovanın 10 minlik çantası... - aparıcı onu "YAŞ SƏRDİ"
Bu gün, 12:40
Silah və texnikanın payız-qış mövsümündə istismar rejiminə keçirilməsi ilə bağlı kompleks tədbirlər icra olunur - VİDEO
Bu gün, 12:34
Bakıda qızlar arasında qanlı dava: Bir nəfər bıçaqlandı - VİDEO
Bu gün, 12:31
ABŞ bu səbəbdən Türkiyə vətəndaşlarına QADAĞA QOYDU - VİZA ALMAQ MÜMKÜNSÜZDÜR
Bu gün, 12:23
"Böyük zəhmət hesabına əldə olunmuş nailiyyətlərimizi qorumalıyıq" - deputat
Bu gün, 12:21
İranlılar acgöz israilliləri necə ələ alır? - “Regnum”
Bu gün, 12:19
"Biz də Prezident İlham Əliyev haqqında film çəkib, onun adını tarixdə yaşatmalıyıq" - TƏKLİF
Bu gün, 12:17
Baş həkim qazilərdən pul almaqda ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 12:13
Heydərovun yarıtmaz TENDER ORTAĞI: “Tərəqqi-Ş” MMC... - İcazə verin, şübhələnək...
Bu gün, 12:07
AFFA “Lerik” klubuna görə tənqid hədəfi oldu - AÇIQLAMA
Bu gün, 12:04
"Sinvar əməliyyatı" HƏMAS-a ölümcül zərbə olmadı - "The Washington Post"
Bu gün, 11:58
Pulumuzu banka, yoxsa daşınmaz əmlaka yatıraq? - ƏGƏR VARSA...
Bu gün, 11:55
Bəxtini cinayətdə sınayan bədbəxt - Bahəddin Həzi yazır...
Bu gün, 11:47
COP29 dövründə Bakıda toylara məhdudiyyət qoyulmayacaq, SMS icazə sistemi tətbiq edilməyəcək - BƏLLİ OLDU!
Bu gün, 11:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru