Güneydə məhbusların FƏRYADI... - FOTO
Tarix: 23-02-2024, 17:38 |
Çap et
Güney Azərbaycanın Urmu şəhər həbsxanasında cəza çəkən 800-dən çox məhbus açıq məktub yazaraq həbsxana rəhbəri Peyman Xanzadənin zülmündən bəhs edib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Məlumata görə, məktubda məhbuslar intihar hallarının artmasına toxunaraq, həbsxana rəhbərinin işdən çıxarılmasını tələb ediblər.
Onlar Peyman Xanzadənin məhbuslara və ailələrinə qarşı amansızlığından danışıblar, bu səbəbdən bir neçə məhbusun intihara əl atdığını bildiriblər.
“Həbsxana rəhbəri Xanzadə bizə problem yaratmaqla yanaşı, ailələrimiz ilə də prinsip aparır!”, - deyə məktubun əvvəlində məhbuslar yazıblar.
Məktub müəllifləri hüquq müdafiə təşkilatlarından yardım istəyib, aidiyyəti dövlət qurumlarından Peyman Xanzadənin həbsxana rəhbərliyindən uzaqlaşdırılmasını istəyiblər.