Heydər Əsədova yeni postunda ilk şok
Tarix: 16-01-2014, 19:11 | Çap et
 İsmət Abbasovun kənd təsərrüfatı naziri postundan uzaqlaşdırılmasından sonra aqrar sektorda önəmli dəyişikliklər gözlənilirdi. Hesablama Palatasının sabiq sədri Heydər Əsədovun həmin posta gətirilməsinə ümidlə baxılır, aqrar sahədəki problemlərin həlli istiqamətində köklü addımların atılması və müsbət nəticələrin əldə edilməsi proqnozlaşdırılırdı.
Əsədov artıq üç aya yaxındır ki, İsmət Abbasovu əvəzləyir, amma kənd təsərrüfatı sahəsi ilə bağlı gələn məlumatlar qətiyyən ürəkaçan deyil. Elə dünən ortaya çıxan statistik göstəricilər də Hesablama Palatasının sabiq sədrinin kənd təsərrüfatı naziri postuna gətirilməsinin hələ ki, ortadakı real vəziyyətin müsbətə doğru dəyişməsi istiqamətində hiss ediləcək nəticələrə gətirib çıxarmayacağını deməyə əsas verir. Məsələ burasındadır ki, ötən ilin dekabr ayında Azərbaycanda satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,4%, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 0,6%,- dir heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,7% bahalaşıb, çox illik bitkilərin istehsalçı qiymətləri isə 1,8% ucuzlaşıb. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 0,9%, qarğıdalının 5,0% ucuzlaşıb, arpanın 1,2%, lobya dəninin 2,2%, kartofun 3,5%, baş soğanın 2,9%, baş sarımsağın 0,2%, göyərtilərin 0,7%, quru otun 1,4%, yoncanın istehsalçı qiymətləri isə 0,8% bahalaşıb. Çoxillik bitkilərdən armudun istehsalçı qiymətləri 11,6%, narın 0,5%, feyxoanın 8,7%, şabalıdın 9,1%, qozun 3,7%, fındığın istehsalçı qiymətləri 1,5% bahalaşıb, limonun 8,5%, portağalın 12,7%, naringinin istehsalçı qiymətləri isə 17,5% ucuzlaşıb. Diri heyvanlar və heyvandarlıq məhsullarından diri qoyun və keçilərin istehsalçı qiymətləri 0,2%, qoyun ətinin (diri çəkidə) 0,3%, təbii balın 0,3% ucuzlaşıb, südün 1,1%, quş ətinin (diri çəkidə) 0,3%, yumurtanın istehsalçı qiymətləri isə 6,5% bahalaşıb. Ay ərzində balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 1,6% bahalaşma müşahidə olunub. Bu rəsmi statistikadan görünən odur ki, Azərbaycanda dekabr ayında bahalaşma tempi davam edib.Hansı ki, bu, keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasovun tənqid hədəfinə çevrilməsinin əsas səbəblərindən biri idi. Əlbəttə, Heydər Əsədovun aqrar sektorun başına gətirilməsinin qəfil və köklü dəyişikliklərə yol açmasını heç kim gözləmirdi. Amma ən azı kənd təsərrüfatı məhsullarının bahalaşmasının (söhbət ilk növbədə süni qiymət artımından gedir) qarşısının qısa müddətdə alınması baxımından Hesablama Palatasının sabiq sədrinin Abbasovu əvəz etməsinin nəzərə çarpacaq təsirlərinin olacağı gözlənilən idi. Lakin yuxarıdakı son rəsmi statistika bu yöndə hər hansı müsbət dəyişikliyin olmadığını deməyə əsas verir. Eyni zamanda bu, Heydər Əsədovun kənd təsərrüfatı naziri postuna təyinat almasının aqrar sektorda müsbət tendensiyaların başlayacağına dair ümidləri də elə indidən alt-üst edir. Əksər ekspertlər düşünürdülər ki, kənd təsərrüfatı sahəsində önəmli kadr dəyişiklikləri vacibdir; İsmət Abbasovun və komandasının aqrar sektorun idarə olunmasından kənarlaşdırılmayacağı təqdirdə bu sahədə hər hansı ciddi pozitiv sonucların qazanılması çətin məsələdir. Amma belə getsə, belə bir qənaət formalaşmağa başlayacaq ki, kənd təsərrüfatı sahəsindəki neqativliklərin əsas səbəbi əslində bu sahənin idarə olunması ilə bağlı deyilmiş. Odur ki, Heydər Əsədov özünün nazir təyinatı ilə aqrar sektora yeni nəfəs gəldiyini əməli fəaliyyətdə və rəsmi statistik göstəricilərdə ortaya qoymaq barədə düşünməlidir. Əks halda bir müddət sonra yeni nazir də öz sələfi kimi kəskin tənqid və qınaqların hədəfinə çevrilməkdən yaxasını qurtarmaqda çətinlik çəkməyə başlayacaq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Qlobal bazarlar qaynayır - Azərbaycan təsirdən kənarda qala biləcəkmi?
Dünən, 22:21 |
|
|
|
| • Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi - BUNDAN SONRA...
Dünən, 22:19 |
|
|
|
| • Küveyt İran gəmisinə hücum edərək dörd nəfəri saxlayıb - Əraqçi
Dünən, 22:17 |
|
|
|
| • Koçaryan erməniləri Paşinyanla qorxutdu - "Hakimiyyətdə qalsa..."
Dünən, 22:14 |
|
|
|
| • Rusiya kommunistlərinin lideri Paşinyanla bağlı çağırış etdi
Dünən, 17:32 |
|
|
|
| • Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Dünən, 17:28 |
|
|
|
| • Bankların şikayət indeksi - SİYAHI
Dünən, 17:26 |
|
|
|
| • Füzulinin Dövlətyarlı kəndinin su təchizatının tikintisinə 1,9 milyon xərclənəcək
Dünən, 17:23 |
|
|
|
| • Türkiyə-Ermənistan ticarəti Cənubi Qafqazın xəritəsini dəyişir - Yücel Karauz
Dünən, 17:20 |
|
|
|
| • Trendyol Xankəndidə keçirilən regional “İKT-də qızlar” konfransına DƏSTƏK OLUB - FOTO
Dünən, 17:18 |
|
|
|
| • Pakistan vətəndaşları Azərbaycanda yeni şirkət - YARADIBLAR
Dünən, 17:13 |
|
|
|
| • "Birmarket" yanğından sonra işini tam bərpa edib, dəyən zərər kompensasiya ediləcək
Dünən, 17:09 |
|
|
|
| • Şuşadakı otellərdə ən çox fransızlar, ən az isə almanlar pul xərcləyib - SİYAHI
Dünən, 17:06 |
|
|
|
| • "İzzətin yanında mənə "Əməkdar artist" deməyin"
Dünən, 16:57 |
|
|
|
| • Paşinyana qarşı qadağa tələbi - Zelenskinin İrəvan çıxışı Moskvanı ayağa qaldırdı
Dünən, 16:48 |
|
|
|
| • Fırıldaqçılıqdan əziyyət çəkən ölkələr - Şok siyahı
Dünən, 16:44 |
|
|
|
| • Məşhur generalın xanımı vəkilliyə BAŞLADI
Dünən, 16:42 |
|
|
|
| • Nazim Pənahovdan yeni təyinat - BUNDAN SONRA...
Dünən, 16:41 |
|
|
|
| • Putinə bu səlahiyyət verildi - Rusiyalıları “qorumaq” üçün başqa ölkələrə ordu yeridəcək
Dünən, 16:33 |
|
|
|
| • SOCAR-ın əksər qurumlarında islahat aparılsa da... BURALAR UNUDULDU! - MÜRACİƏT!
Dünən, 16:23 |
|
|
|
| • Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Dünən, 16:01 |
|
|
|
| • “Nar” WUF 13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif edib
Dünən, 15:59 |
|
|
|
| • Pediatriya Mərkəzindən ayrılan sabiq direktor: - "İşlərimizi saymaqla bitməz"
Dünən, 15:45 |
|
|
|
| • Trampın səfəri: Zəngəzur uğrunda “müharibə” başlayır? – Amerikalı politoloq kartları açır
Dünən, 15:40 |
|
|
|
| • Xırdalanda məktəbli qıza qarşı cinayət: “Videoları yaydı, görüşə çağırdı” - TƏFƏRRÜAT
Dünən, 15:36 |
|
|
|
| • Sərhədləri sülh müqaviləsi AÇACAQ - AKTUAL
Dünən, 15:33 |
|
|
|
| • Dövlət Statistika Komitəsinin sədrinə müşavir təyin edilib - BUNDAN SONRA...
Dünən, 15:30 |
|
|
|
| • Gömrük “brokeri” üçün lisenziya tələbinin ləğvi bazara necə təsir edəcək? – AÇIQLAMA
Dünən, 15:27 |
|
|
|
| • Parkinq cərimələri ilə bağlı çox ciddi şikayətlər var - Eyyub Hüseynov
Dünən, 15:26 |
|
|
|
| • Daimi yaşamaq üçün Azərbaycana ən çox hansı ölkələrdən gəliblər? - TƏFƏRRÜAT
Dünən, 15:14 |
|
|
|
| • Saleh Səmədovun ilk məhkəməsi oldu - Ev dustaqlığına buraxılmadı
Dünən, 15:13 |
|
|
|
| • Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Dünən, 15:05 |
|
|
|
| • Keçmiş xüsusi nümayəndə HƏBS OLUNUB? - İDDİA
Dünən, 15:02 |
|
|
|
| • Zamanı sözlə danışdıran yazıçı – Elçinin xatirəsi anılıb
Dünən, 14:56 |
|
|
|
| • Məşhur müğənnidən illər sonra gələn etiraf: - "Hamı sözü bir yerə qoymuşdu ki..."
Dünən, 14:34 |
|
|
|
| • Fransa Ermənistanı Rusiyanın əlindən SİLAHLA QOPARIR
Dünən, 14:31 |
|
|
|
| • Azərbaycanın iri broyler istehsalçısı “Mərcan”nın rəhbərliyində təyinat olub - ƏMR
Dünən, 14:29 |
|
|
|
| • Azərbaycanda həbs qərarlarını ən çox hansı qurumlar qəbul edib? - TƏFƏRRÜAT
Dünən, 14:21 |
|
|
|
| • Rusiya ləzgiləri taleyin ümidinə buraxdı - “The Central Asia-Caucasus Analyst”
Dünən, 14:19 |
|
|
|
| • Milli Məclisin komitə sədri elə ŞOK faktları açıqladı ki… - MÜSAHİBƏ
Dünən, 14:14 |
|
|
|
| • Bir sıra tibb müəssisələrinə yeni direktor və direktor müavinləri təyin olunub - ADLAR
Dünən, 13:48 |
|
|
|
| • Rektor TƏBİB-in keçmiş işçisinə vəzifə verdi - FOTO
Dünən, 13:08 |
|
|
|
| • Küçədə, həyətdə, evin qarşısında cərimə: - “Qadağadırsa, bəs maşını hara saxlayaq?”
Dünən, 13:04 |
|
|
|
| • Erməni səfir Moskvadan getdi – Nə baş verir?
Dünən, 13:01 |
|
|
|
| • “AzInTelecom”a baş direktor təyin edilib - BUNDAN SONRA...
Dünən, 12:59 |
|
|
|
| • TƏBİB-in yeni şefinin ABSURD İSLAHATLARI... - AXI NİYƏ?..
Dünən, 12:58 |
|
|
|
| • "Həsən Seyidbəylidən sonra Kinematoqrafçılar İttifaqı öldü" - Ayaz Salayev
Dünən, 12:51 |
|
|
|
| • Suraxanıda daha bir tikinti ÖZBAŞINALIĞI... - BU NƏDİ BELƏ?
Dünən, 12:44 |
|
|
|
| • Ermənistana qayıdacaq azərbaycanlılar hansı kəndlərdə yaşayacaqlar? - Açıqlandı
Dünən, 12:38 |
|
|
|
| • Paşinyan Sarukyan və Karapetyan haqda: - Biri oğlunu Belarusa qaçırıb, digəri oğrudur
Dünən, 12:35 |
|
|
|
|