DİA.AZ: - Muradov Azad İlqar oğlu redaksiyamıza səhiyyə nazirliyindəki özbaşınalıqlarla bağlı müraciət edib. Şikayətçinin ərizəsini olduğu kimi diqqətinizə təqdim edirik.
Narazı vətəndaş DİA.AZ-a yazır: “1993 ci - ildə Sabirabad rayonunda anadan olmuşam. 11 ildir ki, miyopatiya əzələ xəstəliyindən əziyyət çəkirəm. İndiyə qədər müalicə olunsamda hələ yeriyə bilmirəm. 20 yaşım var. Həkimlər cərahiyyə əməliyyat keçirməyi və yeriyənə qədər müalicə olunmağı töfsiyə edirlər. Mənim xəstəliyimin müalicəsi və əməliyyatı Azərbaycandan xaricdə Amerika Birleşmiş Ştatları, Almaniya, Fransa, İtaliya, İsrail, Kareya, Yaponiya ve s ölkələrdə həyata keçirilir. Mənim xəstəliyimin müalicəsində istifadə edilən iynə dərman pereparatları Amerika, Almaniya, İtaliya, Fransa, İsrail ve s xarici ölkələrin istehsalıdır. Mən 1 - ci qrup əlilləm, 67 manat pensiya aliram. 67 manat pensiyadan başqa Dövlət tərəfindən mənə heç bir köməklik göstərilmir. Neçə ilərdi ki, dəfələrlə Səhiyyə nazirliyinə müraciət edirəm ki, məni xarici ölkələrin birinə cərahiyyə əməliyyata, müalicəyə göndərin və müalicəmi dəvam etdirmək üçün Səhiyyə nazirliyi olaraq mənə kömək edin. Səhiyyə nazirliyi isə mənə heç bir kömək göstərmir.
Xaricdə əməliyyat və müalicə üçün dəfələrlə Prezident Aparatına ərizə yazmışam cənab prezident ərizəmi yəqin sizə çatdırmayıblar. Heydər Əliyev fondunada dəfələrlə ərizə yazmışam. Ərizəyə cavab olaraq Prezident Aparatından, Heydər Əliyev fondundan bildirdilər ki, vətəndaşların xarici ölkəyə cərahiyyə əməliyyat və müalicəyə göndərmək Səhiyyə nazirliyinin vəzifəsidir və bu işlə Səhiyyə nazirliyi özü məşgul olmalıdır. Prezident Aparatından, Heydər Əliyev fondundan Səhiyyə nazirliyinə məktub yazaraq bildirdilər ki, mənim problemimi araşdırıb Səhiyyə nazirliyi həll etsin buna baxmayaraq Səhiyyə nazirliyi mənim problemimi həll etməmişdir.
Neçə ildir Səhiyyə nazirliyi mənim problemimi həl etməyib. Hər il Dövlət büdcəsindən Səhiyyə nazirliyinə milyonlarla pul ayrılır mən bilmirəm ki, Səhiyyə nazirliyi vətəndaşların problemini həl etmirsə Səhiyyə nazirliyi bu pulları hara xərcləyir? Səhiyyə nazirliyi Dövlət büdcəsindən ayrılan pulu mənimsəyir və korrupsiya edir. Bu hal memur özbaşnalığı vəzifədən su - istifadədir Səhiyyə nazirliyi problemi olan vətəndaşlara kömək etməkdənsə Səhiyyə nazirliyi Dövlət tərəfindən ayrılan pulu mənimsəməyi üstün tutur. Dövlət büdcəsindən ayrılan pulları mənimsəmə, korrupsiya, məmur özbaşnalığı, vəzifədən su - istifadə kanustisiyaya zidd hərəkətlərdi bu hallar da kanustisiyanın müxtəlif maddələri pozulmuş olur. Bu işdə birbaşa Səhiyyə naziri Oktay Şirəliyev və Səhiyyə nazirliyində olan yüksək vəzifəli şəxslər günahkardı.
2010 - cu ildə Səhiyyə nazirliyi Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Üzrə Komissiyasına müraciət etdim ki, məni xarici ölkələrin birinə cərahiyyə əməliyyat və müalicəyə göndərmək üçün rəy versinlər. Komissiyada məni yoxlayıb müayinə etməmiş mənim sənədlərimə baxaraq Azərbaycan daxilində müalicə olmağa rəy verdilər.
Komissiyanın sədri bildirdi ki, Səhiyyə nazirliyi vətəndaşları xarici ölkələrdə cərahiyyə əməliyyat və müalicəyə göndərmək üçün rəy verməyə qoymur. Bizdə ona görə xarici ölkədə cərahiyyə əməliyyat və müalicə olunmağa sizə rəy verə bilmiriq. Mən bu rəydən imtina edirəm və mənə verilən rəyə imza çəkən həkimlər bunlardı Komissiyanın sədri Quliyev Nəsib, Komissiyanın katibi Əliyeva İradə, Komissiyanın üzvləri Əsədov Bilal, Quliyev Faiq, Kərimov Məmməd, Məmmədbəyov Fərid, Vəlibəyov Rəşid, Heydərov İbrahim, Novruzov Rafael mən bu həkimlərdən Cənab Prezident sizə şikayət edirəm. Çünki xəstənin cərahiyyə əməliyyat və mualicəsi xarici ölkələrdə mümkün olduğu halda Azərbycanda mümkün olmadığı halda Azərbaycan daxilində cərahiyyə əməliyyat və mualicə olunmağa niyə rəy veriblər? Komissiyanın sədri və komissiyanın üzüvləri yəqin məndən rüşvət ala bilmədikləri üçün mənə Azərbaycan daxilində müalicə olunmağa rəy veriblər. Cənab Prizdent Səhiyyə nazirliyində korrupsiya, məmur özbaşnalığı, vəzifədən su - istifadə və Səhiyyə nazirliyi Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Üzrə Komissiyasının qanuna zidd hərəkətləri barədə Dövlət orqanlarının saytına ərizə yazdım.
Amma bu Dövlət orqanlarının heç biri Səhiyyə nazirliyində araşdırma aparmadılar və mənim Səhiyyə nazirliyi ilə bağlı problemimi həll etmədilər. Bu Dövlət orqanları qanun müdafiəçisi, huquq müdafiəçisi, güc strukturu olaraq korrupsiya, məmur özbaşnalığı, vəzifədən su - istifadə faktları barədə niyə Səhiyyə nazirliyində geniş miqyasda araşdırma apara bilmirlər? Onda belə çıxır ki, bu Dövlət orqanların heç birinin Səhiyyə nazirliyinə gücü çatmır.
Dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiə nazirliyinə ərizə yazmışam. Yazdığım ərizəyə cavab olaraq bildirbilər ki, Səhiyyə nazirliyi Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Üzrə Komissiyası sizə xarici ölkələrin birinə getməyə rəy versələr onda biz sizə kömək edə bilərik.
Səhiyyə nazirliyinə bir daha ərizə ilə müraciət edərəq bildirdim ki, cərahiyyə əməliyyat və müalicə olmaq üçün məni xarici ölkələrin birinə göndərin. Cavab olaraq Səhiyyə nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov bildirdi ki, Səhiyyə Nazirliyi\ tərəfindən təşkil olunmuş Səhiyyə nazirliyi Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Üzrə Komissiyasına müraciət edin. mənim xəstəliymin əməliyyat və müalicəsinin İsraildə mümkün olduğu barədə sənədi həmin komissiyaya təqdim etdik buna baxmayaraq mənə Azərbaycanda müalicə olunmağa rəy verdilər”.
Daha sonra narazı vətəndaş ölkə başçısı İlham Əliyevə son ümid yeri kimi baxdığını qeyd edərək, problemlərinin həllində prezidentdən yardım istədiyini də vurğulayır. Qarşı tərəfi də dinləməyə hazırıq...











