Qlobal bazarlar qaynayır .....                     Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi .....                     Küveyt İran gəmisinə hücum edərək dörd nəfəri saxlayıb .....                     Koçaryan erməniləri Paşinyanla qorxutdu .....                     Rusiya kommunistlərinin lideri Paşinyanla bağlı çağırış etdi .....                     Müəllimlərin maaşı yeni qayda ilə .....                     Bankların şikayət indeksi .....                     Füzulinin Dövlətyarlı kəndinin su təchizatının tikintisinə 1,9 milyon xərclənəcək .....                     Türkiyə-Ermənistan ticarəti Cənubi Qafqazın xəritəsini dəyişir .....                     Trendyol Xankəndidə keçirilən regional “İKT-də qızlar” konfransına DƏSTƏK OLUB .....                     Pakistan vətəndaşları Azərbaycanda yeni şirkət .....                     "Birmarket" yanğından sonra işini tam bərpa edib, dəyən zərər kompensasiya ediləcək .....                     Şuşadakı otellərdə ən çox fransızlar, ən az isə almanlar pul xərcləyib .....                     "İzzətin yanında mənə "Əməkdar artist" deməyin" .....                     Paşinyana qarşı qadağa tələbi .....                     Fırıldaqçılıqdan əziyyət çəkən ölkələr .....                     Məşhur generalın xanımı .....                     Nazim Pənahovdan yeni təyinat .....                     Putinə bu səlahiyyət verildi .....                     SOCAR-ın əksər qurumlarında islahat aparılsa da... BURALAR UNUDULDU! .....                     Aqrar Universitetin tenderi niyə ləğv olunub? .....                     “Nar” WUF 13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif edib .....                     Pediatriya Mərkəzindən ayrılan sabiq direktor: .....                     Trampın səfəri: Zəngəzur uğrunda “müharibə” başlayır? .....                     Xırdalanda məktəbli qıza qarşı cinayət: “Videoları yaydı, görüşə çağırdı” .....                     Sərhədləri sülh müqaviləsi AÇACAQ .....                     Dövlət Statistika Komitəsinin sədrinə müşavir təyin edilib .....                     Gömrük “brokeri” üçün lisenziya tələbinin ləğvi bazara necə təsir edəcək? .....                     Parkinq cərimələri ilə bağlı çox ciddi şikayətlər var .....                     Daimi yaşamaq üçün Azərbaycana ən çox hansı ölkələrdən gəliblər? .....                     Saleh Səmədovun ilk məhkəməsi oldu .....                     Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı .....                     Keçmiş xüsusi nümayəndə HƏBS OLUNUB? .....                     Zamanı sözlə danışdıran yazıçı .....                     Məşhur müğənnidən illər sonra gələn etiraf: .....                     Fransa Ermənistanı Rusiyanın əlindən .....                     Azərbaycanın iri broyler istehsalçısı “Mərcan”nın rəhbərliyində təyinat olub .....                     Azərbaycanda həbs qərarlarını ən çox hansı qurumlar qəbul edib? .....                     Rusiya ləzgiləri taleyin ümidinə buraxdı .....                     Milli Məclisin komitə sədri elə ŞOK faktları açıqladı ki… .....                 

Ermənistandan Azərbaycana “qrip ölümü” təhdidi işə düşmüşük
Tarix: 14-01-2014, 13:44 | Çap et
Ermənistandan Azərbaycana “qrip ölümü” təhdidi
Havalar soyuyan kimi bir çox insan qripə yoluxmağa başlayır və bu haradasa təbiidir. Amma son günlər ölkə ərazisində yayılmış təhlükəli qrip xəstəliyinin daha təhlükəli olması, xəstəliyin ənənəvi müalicə üsulları ilə aradan qaldırılmasının çətinliyi bu məsələnin geniş araşdırılmasını diqtə edir. Elə bu məqsədlə də “Unikal” qəzeti olaraq əhalinin az qala əsas problemlərindən birinə çevrilmiş qrip virusunun yaranma səbəblərini, müalicəsinin niyə çətin olmasını və ümumiyyətlə həmin virusun mümkün mənbələrini tədqiq etmək qərarına gəldik.

Əməkdaşlarımızın apardığı jurnalist təhqiqatı olduqca ilginc ehtimalları gündəmə gətirməklə yanaşı, bir sıra qaranlıq mətləblərin üzərinə işıq salmaq baxımından da maraq doğurur. Bu haqda bir qədər sonra, hələliksə ölkədə tüğyan edən və bir çox hallarda ciddiyə almadığımız qrip virusu ilə bağlı bəzi məlumatlara göz ataq...

Qrip virusu nədir və
necə yayılır?

Qrip— qrip virusu tərəfindən törədilən nəfəs yollarının kəskin infeksiya xəstəliyidir. Əsas simptomları: titrəmə, qızdırma, boğaz ağrısı, əzələ ağrıları, kəskin baş ağrısı, öskürmə, zəiflik və ümumən narahatlıqdır. Bunların arasında boğaz ağrısı, qızdırma və öskürək ən çox rast gəlinənləridir. Qrip kəskin şəkildə olduqda sətəlcəm ilə nəticələnə bilər, bu isə ölümə səbəb ola bilər. Xüsusilə sətəlcəmə tutulma halları azyaşlı və qoca insanlarda daha çox baş verir. Qrip səbəbiylə immunitet sistemi o qədər zəifləyir ki, digər infeksiyalara qarşı bir şey edə bilməz vəziyyətə gəlir. Qrip digər qripə bənzəyən xəstəliklərlə, məsələn zökəm ilə tez-tez qarışdırılsa da, qrip daha ağır formalı xəstəlik hesab olunur və fərqli virusla yoluxma nəticəsində baş verir. Adətən, qrip öskürmə və asqırma yolu ilə ötürülür. Qrip virusu gün şüası, dezinfeksiyaedici və təmizləyici vasitələrin təsiri altında aktivliyini itirir. Qrip virusu sabunun təsiri ilə aktivliyini itirdiyinə görə, mütəmadi olaraq əllərin sabunla yuyulması qripə yoluxma riskini azaldır.

Ekspert Hidayət İbrahimovun
dediyinə görə:
“Bu qrip o qriplərdən deyil...”

Amma yuxarıda da haqqında geniş bəhs etdiyimiz adi qrip viruslarına yoluxma halları hər zaman olub və necə deyərlər, bunun hansı yollarla müalicə olunmasını hər birimiz yaxşı bilirik. Amma məsələ ondan ibarətdir ki, hazırda ölkə boyunca geniş yayılmış və ekspertlər tərəfindən olduqca təhlükəli olduğu bildirilən qrip virusu həm yaranma, həm də yayılma səbəblərinə görə ənənəvi xəstəlikdən kifayət qədər fərqlənir.Belə ki, terapevt Hidayət İbrahimovun “Unikal”a verdiyi açıqlamada bildirilir ki, hazırda ölkədə geniş yayılmış qrip xəstəliyi əvvələr müşahidə edilmiş qrip xəstəliklərindən bir sıra xüsusiyyətlərinə görə fərqlənir: “Belə ki xəstəliyə tutulmanın ilkin mərhələsində yuxarı tənəffüs yollarında qıcıqlanma və öskürək, döş nayihəsində isə rahatsızlıqlar başlanır. Ənənəvi qrip xəstəliyində isə ilkin dövrlərdə bədəndə hərarətin yüksəlməsi, baş ağrıları, burundan su axması və ümumi halsızlıq qeydə alınırdı. Yəni, demək istəyirəm ki, hazırda müşahidə etdiyimiz qrip xəstəliyi bir qədər fərqli özəlliklərlə müşayiət olunur”.
Terapevtin sözlərinə görə, qripə qarşı müalicə məqsədilə tətbiq etdiyimiz ənənəvi tibbi üsullar bu dəfə lazımi effekti və nəticəni vermir: “Məslən, əvvəllər bədənin sözügedən xəstəliyə qarşı immunitet qabiliyyətini yüksəltmək üçün antibiotklərdən istifadə edərdik. Qəribədir ki, indiki halda bu dərman preparatları heç bir effekt vermir. Zənnimcə, bu effektsizlik birinci növbədə indiki qripi törədən virusların xcüsusiyyətləri ilə bağlıdır. Ümumiyyətlə, bu viruslar yeni viruslardır və əvvəllər qeydə alınmayıb. Belə virusların ölkədə yayılmasının bir neçə səbəbi ola bilər. Bu səbəb xarici ölkələrdən gətirilən keyfiyyətsiz qidalardan qaynaqlana bilər”. Söhbət keyfiyyətsiz qidalardan gedirsə burada bir sıra amilləri önə çəkmək lazımdır. Əvvəla ümumiyyətlə sağlam və ekoloji cəhətdən təmiz qida hazırda aparıcı dünya ölkələrinin bir nömrəli problemidir. Xüsusilə, geni dəyişdirilmiş qida məhsulları insanların immunitet qabiliyyətini aşağı salır və nəticədə hətta qripin belə müalicəsi “mümkünsüz” kimi görünür. Söhbət ölkəmizdən gedirsə buraya başqa bir məsələni də əlavə etmək lazımdır və hesab edirik ki, bu ölkəmizin qida təhlükəsizliyi baxımdan daha önəmlidir....

Gürcüstan vasitəsilə
Ermənistandan ölkəmizə ayaq açan təhlükəli qida məhsulları

Hesab edirik ki, bu məsələ kifayət qədər ciddi narahatlıq mənbəyi olmalıdır. Ölkə mətbuatında bu mövzuya kifayət qədər toxunulub və hətta faktlarla sübut edilib ki, Gürcüstan vasitəsilə ölkəmizə Ermənistan istehsalı olan bir sıra qida məhsulları gətirilir. Məlum olduğu kimi, qonşu Gürcüstanda çox sayda ermənilər yaşayır və Gürcüstanla Azərbaycan arasında ticarət mübadiləsi artan xətt üzrə inkişaf edir. Belə olan halda kim zəmanət verə bilər ki, ermənilərin istehsalı olan qida məhsulları (ət, yağ, tərəvəz məhsulları və s - red) Gürcüstan vasitəsilə ölkəmizə daşınmır? Yaxud, erməni kəşfiyyatı məhz həmin məhsullar vasitəsilə Azərbaycana qarşı “virus müharibəsi” aparmır?
Xatırladaq ki, həm tarixdə, həm də müasir dünyamızda dövlətlərin bir-birinə qarşı bu kimi üsullarla mübarizə aparmasına dair çoxsaylı faktlar mövcuddur. Belə olan halda adi qrip virusunun son zamanlar Azərbaycanda az qala sağalmaz dərd səviyyəsinə gəlib çatmasında bu ehtimalı tamamilə kənara qoymaq olmaz. Bütün bu kimi halların qarşısının alınması üçün isə dövlətin müvafiq strukturları məsələyə diqqəti ikiqat artırmalı və ölkənin sərhəd qapılarında indi formal olaraq həyata keçirilən sanitar yoxlamaları intensivləşdirməlidir. Hesab edirik ki, bu istiqamətdə ciddi yoxlamalar həyata kemirilərsə çox ciddi faktların aşkarlanmasının şahidi olarıq. Elə ekspertlər də yayılmış qrip virusunun bu dərəcədə güclü olmasında keyfiyyətsiz ərzaqlar problemini ön sıralarda təqdim edirlər.

“Sərt tədbirlər görülməsə anormal hallar yaşanacaq...”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun mövzuyla bağlı “Unikal”a söylədiyinə görə, “Ölkənin bazar və mağazalarında satılan ərzaqlarda keyfiyyət göstəricilərinin aşağı olma halları daha çox ət və süd məhsulları, çörək və digər un məmulatları, qənnadı məhsulları, qənd, duz, içkilər, tomat pastası və müxtəlif konservlərin satışında müşahidə edilir. Nə qədər ki, istehlakçılar öz hüquqlarını bilməyəcək, istehsalçılar qanundan qorxmayacaq, dövlət qurumları daha sərt tədbirlər görməyəcək, bu kimi anormal hallar yaşanacaq. Biz qanunsuz yollarla ölkəyə gətirilən və ölkədə istehsal olunan saxta malları aşkarlayaraq müvafiq dövlət orqanlarına məlumat veririk, istehlakçıları isə maarifləndiririk. Lakin bunlar problemin həll üçün kifayət etmir".
Mütəxəssisin fikrincə, bu gün Azərbaycanda qanunlar vaxtı ötmüş məhsullara və onları satanlara elə şərait yaradıb ki, o malların son ünvanı yenə də istehlakçı olur: “2000-ci ildən “Yeyinti məhsulları haqqında” qanun qəbul olunsa da bu qanunun hələ işlək mexanizmi yoxdur. Bu gün satıcı qanunun əksinə olaraq, vaxtı keçmiş malı əhaliyə sırımağa çalışır, ona görə ki, həmin maldan vergi ödəyir. Hətta vaxtı keçmiş məhsulu məhv edərsə belə, yenə də ondan vergi tutulacaq. Bu da qanunlardakı boşluqlardan irəli gəlir. Qanunlarda boşluq olan yerdə də cinayətkarlıq olur. Hesab edirəm ki, əmtəə bazarında baş verən hüquq pozuntuları bundan irəli gəlir”. Sədrin dediyinə görə, “Ölkədə geniş yayılmış və çoxlarını yatağa salmış qrip xəstəliyinin mənbəyi kimi xaricdən gətirlən qidaların rolu istisna olunmur. Məndə olan məlumata görə, istehlakçıların ətə olan tələbatını ödəmək üçün bir sıra xarici dövlətlərdən Azərbaycana idxal edilən iribuynuzlu mal-davar müvafiq strukturlar tərəfindən lazımi səviyyədə müayinə edilmir. Bu kimi qanunsuzluqların yaranmasının başlıca səbəbi isə həmin strukturlarda kök atmış xoşagəlməz korrupsiya hallarıdır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qlobal bazarlar qaynayır - Azərbaycan təsirdən kənarda qala biləcəkmi?
Dünən, 22:21
Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi - BUNDAN SONRA...
Dünən, 22:19
Küveyt İran gəmisinə hücum edərək dörd nəfəri saxlayıb - Əraqçi
Dünən, 22:17
Koçaryan erməniləri Paşinyanla qorxutdu - "Hakimiyyətdə qalsa..."
Dünən, 22:14
Rusiya kommunistlərinin lideri Paşinyanla bağlı çağırış etdi
Dünən, 17:32
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Dünən, 17:28
Bankların şikayət indeksi - SİYAHI
Dünən, 17:26
Füzulinin Dövlətyarlı kəndinin su təchizatının tikintisinə 1,9 milyon xərclənəcək
Dünən, 17:23
Türkiyə-Ermənistan ticarəti Cənubi Qafqazın xəritəsini dəyişir - Yücel Karauz
Dünən, 17:20
Trendyol Xankəndidə keçirilən regional “İKT-də qızlar” konfransına DƏSTƏK OLUB - FOTO
Dünən, 17:18
Pakistan vətəndaşları Azərbaycanda yeni şirkət - YARADIBLAR
Dünən, 17:13
"Birmarket" yanğından sonra işini tam bərpa edib, dəyən zərər kompensasiya ediləcək
Dünən, 17:09
Şuşadakı otellərdə ən çox fransızlar, ən az isə almanlar pul xərcləyib - SİYAHI
Dünən, 17:06
"İzzətin yanında mənə "Əməkdar artist" deməyin"
Dünən, 16:57
Paşinyana qarşı qadağa tələbi - Zelenskinin İrəvan çıxışı Moskvanı ayağa qaldırdı
Dünən, 16:48
Fırıldaqçılıqdan əziyyət çəkən ölkələr - Şok siyahı
Dünən, 16:44
Məşhur generalın xanımı vəkilliyə BAŞLADI
Dünən, 16:42
Nazim Pənahovdan yeni təyinat - BUNDAN SONRA...
Dünən, 16:41
Putinə bu səlahiyyət verildi - Rusiyalıları “qorumaq” üçün başqa ölkələrə ordu yeridəcək
Dünən, 16:33
SOCAR-ın əksər qurumlarında islahat aparılsa da... BURALAR UNUDULDU! - MÜRACİƏT!
Dünən, 16:23
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Dünən, 16:01
“Nar” WUF 13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif edib
Dünən, 15:59
Pediatriya Mərkəzindən ayrılan sabiq direktor: - "İşlərimizi saymaqla bitməz"
Dünən, 15:45
Trampın səfəri: Zəngəzur uğrunda “müharibə” başlayır? – Amerikalı politoloq kartları açır
Dünən, 15:40
Xırdalanda məktəbli qıza qarşı cinayət: “Videoları yaydı, görüşə çağırdı” - TƏFƏRRÜAT
Dünən, 15:36
Sərhədləri sülh müqaviləsi AÇACAQ - AKTUAL
Dünən, 15:33
Dövlət Statistika Komitəsinin sədrinə müşavir təyin edilib - BUNDAN SONRA...
Dünən, 15:30
Gömrük “brokeri” üçün lisenziya tələbinin ləğvi bazara necə təsir edəcək? – AÇIQLAMA
Dünən, 15:27
Parkinq cərimələri ilə bağlı çox ciddi şikayətlər var - Eyyub Hüseynov
Dünən, 15:26
Daimi yaşamaq üçün Azərbaycana ən çox hansı ölkələrdən gəliblər? - TƏFƏRRÜAT
Dünən, 15:14
Saleh Səmədovun ilk məhkəməsi oldu - Ev dustaqlığına buraxılmadı
Dünən, 15:13
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Dünən, 15:05
Keçmiş xüsusi nümayəndə HƏBS OLUNUB? - İDDİA
Dünən, 15:02
Zamanı sözlə danışdıran yazıçı – Elçinin xatirəsi anılıb
Dünən, 14:56
Məşhur müğənnidən illər sonra gələn etiraf: - "Hamı sözü bir yerə qoymuşdu ki..."
Dünən, 14:34
Fransa Ermənistanı Rusiyanın əlindən SİLAHLA QOPARIR
Dünən, 14:31
Azərbaycanın iri broyler istehsalçısı “Mərcan”nın rəhbərliyində təyinat olub - ƏMR
Dünən, 14:29
Azərbaycanda həbs qərarlarını ən çox hansı qurumlar qəbul edib? - TƏFƏRRÜAT
Dünən, 14:21
Rusiya ləzgiləri taleyin ümidinə buraxdı - “The Central Asia-Caucasus Analyst”
Dünən, 14:19
Milli Məclisin komitə sədri elə ŞOK faktları açıqladı ki… - MÜSAHİBƏ
Dünən, 14:14
Bir sıra tibb müəssisələrinə yeni direktor və direktor müavinləri təyin olunub - ADLAR
Dünən, 13:48
Rektor TƏBİB-in keçmiş işçisinə vəzifə verdi - FOTO
Dünən, 13:08
Küçədə, həyətdə, evin qarşısında cərimə: - “Qadağadırsa, bəs maşını hara saxlayaq?”
Dünən, 13:04
Erməni səfir Moskvadan getdi – Nə baş verir?
Dünən, 13:01
“AzInTelecom”a baş direktor təyin edilib - BUNDAN SONRA...
Dünən, 12:59
TƏBİB-in yeni şefinin ABSURD İSLAHATLARI... - AXI NİYƏ?..
Dünən, 12:58
"Həsən Seyidbəylidən sonra Kinematoqrafçılar İttifaqı öldü" - Ayaz Salayev
Dünən, 12:51
Suraxanıda daha bir tikinti ÖZBAŞINALIĞI... - BU NƏDİ BELƏ?
Dünən, 12:44
Ermənistana qayıdacaq azərbaycanlılar hansı kəndlərdə yaşayacaqlar? - Açıqlandı
Dünən, 12:38
Paşinyan Sarukyan və Karapetyan haqda: - Biri oğlunu Belarusa qaçırıb, digəri oğrudur
Dünən, 12:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru