Qlobal bazarlar qaynayır .....                     Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi .....                     Küveyt İran gəmisinə hücum edərək dörd nəfəri saxlayıb .....                     Koçaryan erməniləri Paşinyanla qorxutdu .....                     Rusiya kommunistlərinin lideri Paşinyanla bağlı çağırış etdi .....                     Müəllimlərin maaşı yeni qayda ilə .....                     Bankların şikayət indeksi .....                     Füzulinin Dövlətyarlı kəndinin su təchizatının tikintisinə 1,9 milyon xərclənəcək .....                     Türkiyə-Ermənistan ticarəti Cənubi Qafqazın xəritəsini dəyişir .....                     Trendyol Xankəndidə keçirilən regional “İKT-də qızlar” konfransına DƏSTƏK OLUB .....                     Pakistan vətəndaşları Azərbaycanda yeni şirkət .....                     "Birmarket" yanğından sonra işini tam bərpa edib, dəyən zərər kompensasiya ediləcək .....                     Şuşadakı otellərdə ən çox fransızlar, ən az isə almanlar pul xərcləyib .....                     "İzzətin yanında mənə "Əməkdar artist" deməyin" .....                     Paşinyana qarşı qadağa tələbi .....                     Fırıldaqçılıqdan əziyyət çəkən ölkələr .....                     Məşhur generalın xanımı .....                     Nazim Pənahovdan yeni təyinat .....                     Putinə bu səlahiyyət verildi .....                     SOCAR-ın əksər qurumlarında islahat aparılsa da... BURALAR UNUDULDU! .....                     Aqrar Universitetin tenderi niyə ləğv olunub? .....                     “Nar” WUF 13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif edib .....                     Pediatriya Mərkəzindən ayrılan sabiq direktor: .....                     Trampın səfəri: Zəngəzur uğrunda “müharibə” başlayır? .....                     Xırdalanda məktəbli qıza qarşı cinayət: “Videoları yaydı, görüşə çağırdı” .....                     Sərhədləri sülh müqaviləsi AÇACAQ .....                     Dövlət Statistika Komitəsinin sədrinə müşavir təyin edilib .....                     Gömrük “brokeri” üçün lisenziya tələbinin ləğvi bazara necə təsir edəcək? .....                     Parkinq cərimələri ilə bağlı çox ciddi şikayətlər var .....                     Daimi yaşamaq üçün Azərbaycana ən çox hansı ölkələrdən gəliblər? .....                     Saleh Səmədovun ilk məhkəməsi oldu .....                     Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı .....                     Keçmiş xüsusi nümayəndə HƏBS OLUNUB? .....                     Zamanı sözlə danışdıran yazıçı .....                     Məşhur müğənnidən illər sonra gələn etiraf: .....                     Fransa Ermənistanı Rusiyanın əlindən .....                     Azərbaycanın iri broyler istehsalçısı “Mərcan”nın rəhbərliyində təyinat olub .....                     Azərbaycanda həbs qərarlarını ən çox hansı qurumlar qəbul edib? .....                     Rusiya ləzgiləri taleyin ümidinə buraxdı .....                     Milli Məclisin komitə sədri elə ŞOK faktları açıqladı ki… .....                 

Perinatal Mərkəzdə gizlədilən uşaq ölümü DƏHŞƏT
Tarix: 13-01-2014, 16:15 | Çap et
Perinatal Mərkəzdə gizlədilən uşaq ölümü
Əzim Nağdəliyevin həkimləri günahı 7 saylı Birləşmiş Şəhər Xəstəxanasının üstünə atır

Məlum olduğu kimi yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Həmin iclasda çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev 2013-cü ilin ölkə səhiyyəsi üçün uğurlu olduğunu, prezident İlham Əliyevin Azərbaycan səhiyyəsinin maddi-texniki bazasının gücləndirilməsinə böyük diqqət göstərdiyini, bunun nəticəsində ölkəmizdə yüksək texnologiyalarla təchiz olunan tibb mərkəzlərinin yaradılmasının geniş vüsət aldığını vurğulayıb. Nazirin sözlərinə görə, son illərdə istifadəyə verilən 500-dən artıq səhiyyə müəssisəsinin 70 faizi regionların payına düşür: “İndi Azərbaycanın bütün bölgələrində müasir, yaraşıqlı tibb mərkəzləri fəaliyyət göstərir. Onların hər birində keyfiyyətli tibbi xidmət üçün hər cür şərait və təchizat vardır. Bu gün nəinki Bakıda, hətta bölgələrimizdə ən mürəkkəb cərrahiyyə əməliyyatları həyata keçirilir. Regionların inkişafını yerlərdə əhali də yüksək qiymətləndirir. Ötən il ölkə başçısının göstərişi ilə müxtəlif rayonlarda keçirilən səyyar qəbullar zamanı yüzlərlə vətəndaşla görüşlər olub. Orada müraciət edən insanların problemlərinin operativ həlli ilə yanaşı, hər kəs bölgələrdə yaradılan şəraitdən, müayinə və müalicə imkanlarından razılıq edirdi. Həyata keçirilən sosial yönümlü siyasətin nəticələri tibbi-demoqrafik göstəricilərdə də öz əksini tapır. Doğum göstəricisi 13,9-dan 18,6-ya qalxmış, ölüm göstəricisi isə 6-dan 5,9-a düşmüşdür. Təbii artım 7,9-dan 12,7-dək yüksəlmişdir ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricidir”. Təbii ki, səhiyyə nazirinin təqdim etdiyi rəqəm və göstəricilər kifayət qədər nikbinlik üçün əsas verir. Lakin bu da bir həqiqətdir ki, tibb müəssisələrimizin dövlət qayğısı sayəsində ən yeni texnoloji cihaz və avadanlıqlarla təshiz olunması, hələ bu sahədə əhaliyə müvafiq yüksək səviyyəli xidmətlərin göstərilməsi anlamına gəlmir. Məsələ bundadır ki, bir çox hallarda alınan müasir avadanlıqların peşəkar istismarı yerlərdə tibbi personal tərəfindən təmin oluna bilmir. Nəticədə isə bu yüksək texnologiya nümunələri tibb müəssisələrinə müraciət edən xəstələrə adi hərarət ölçən cihazdan da az fayda vermiş olurlar. Digər tərəfdən isə respublikamızda fəaliyyət göstərən bir çox səhiyyə müəssisələrində çalışan tibbi personalın, həkimlərin peşəkar hazırlıq səviyyəsinin aşağı olması göstərilən ənənəvi tibbi xidmətlərin keyfiyyətinə də neqativ təsir göstərir. Tibb müəssisələrində baş alıb gedən rüşvət yığımı hərisliyi isə bəzənhətta fatal nəticələrə belə səbəb olur. Məhz bu xüsusda bu gün respublikanın müxtəlif doğum evlərində və şöbələrində cərəyan edən proseslər də diqqəti cəlb edir. Qeyd etmək lazımdır ki, səhiyyə naziri sözügedən iclasda çıxışı zamanı ölkəmizdə ana və uşaq ölümü ilə bağlı mövcud statistik göstəriciləri də diqqət mərkəzinə çəkmiş, bu sahədə göstəricilərin azalma tendensiyasını xüsusi olaraq vurğulamışdır. Onun sözlərinə görə, bu gün ölkəmizdə ana və uşaq sağlamlığı sahəsində müsbət dinamikamüşahidə olunmaqdadır. Belə ki, 2006-cı ildə ana ölümü əmsalı 34,2 idisə, 2013-cü ildə bu rəqəm 14,5-ə enib. Uşaq ölümü üzrə göstərici əmsalı isə 16,2 promillidən 13-dək aşağı düşüb. Əlbəttə ki, bizim bu rəqəmləri qətiyyən şübhə altına almaq niyyətimiz yoxdur. Lakin nəzərə almaq vacibdir ki, qeyd olunan “13 promilli” anlayışının arxasında əslində neçə-neçə ailənin faciəsi durur. Və ən azından səhiyyə naziri öz hesabatında konkret say göstəricilərinə müraciət etmiş olsaydı, bu həm ölkə rəhbərliyinin, həm də ictimaiyyətin obyektiv məlumatlandırılması baxımından daha münasib olardı.

Təəssüflər olsun ki, kütləvi informasiya vasitələrinə təqdim olunan məlumatlardan bir çox hallarda Səhiyyə Nazirliyinin özünün də ölüm faktları barədə müvafiq tibb müəssisələri tərəfindən dürüst məlumatlandırılmadığı qənaətinə gəlmək olur. Bu xüsusda redaksiyamıza yeni daxil olmuş məlumatda Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən 7 saylı Birləşmiş Şəhər Xəstəxanasının doğum şöbəsində ötən ilin dekabr ayında dünyaya gəlmiş körpənin müəmmalı ölümü ilə bağlı açıqlamalar diqqəti cəlb edir. Öncədən qeyd edək ki, redaksiyamıza, məlumatlarda qeyd olunmuş faktları təsdiq edən müvafiq sənədlərin surəti də təqdim olunmuşdur. Beləliklə, məlumata əsasən ötən ilin dekabr ayında 7 saylı Birləşmiş Şəhər Xəstəxanasının doğum şöbəsinə (şöbənin müdiri həkim Səadət xanımdır) gətirilən hamilə qadın, ayın 8-də elə bu müəssisədəcə bir övlad dünyaya gətirmişdir. Doğuşu qəbul edən həkim Tamilla xanım, uşağın səhətinə nəzarət edən həkim-pediatr isə Vəfa xanım olmuşlar. Doğuşdan az müddət sonra uşağın vəziyyətində pisləşmə müşahidə olunmağa başlayıb. Şöbənin həkimləri tərəfindən hansı tədbirlərin görüldüyü barədə dəqiq məlumatımız olmasa da, mənbənin dediyinə görə 12 dekabr tarixində uşağın vəziyyətinin daha da pisləşməsi səbəbindən onu 7 saylı Birləşmiş Şəhər Xəstəxanasında Respublika Perinatal Mərkəzinə göndərirlər. Artıq dekabrın 13-də isə körpənin xəstəliyi ölümlə nəticələnir. Əlbəttə ki, bu halın özü artıq kifayət qədər böyük bir faciədir. Lakin hər iki tibb müəssisəsinin həkimləri tərəfindən bu hadisədən sonra nümayiş etdirilən mövqey olayın daha da dramatikləşməsinə yol açır. Belə ki, baş vermiş ölüm halına görə məsuliyyəti heç bir tərəf üzrinə götürmək istəmir. Baş həkim Əzim Nağdəliyevin rəhbərlik etdiyi Perinatal Mərkəzdə iddia edirlər ki, uşaq buraya gətirilərkən artıq onun xilası üçün heç bir şans qalmamışdı. Başqa sözlə desək, Perinatal Mərkəzin həkimləri 7 saylı Birləşmiş Şəhər Xəstəxanasında olan həmkarlarını dolayısı ilə qeyri-peşəkarlıqda, eləcə də uşağın mərkəzə köçürülməsində yol verdikləri gecikmədə itiham edirlər. Öz növbələrində 7 saylı xəstəxananın həkimləri isə bu ittihamları qətiyyətlə rədd edirlər. Belə ki, bizimlə olan telefon danışığı zamanı xəstəxananın baş həkimi israrla bildirmişdir ki, Perinatal Mərkəzə köçürülmə zamanı uşağın vəziyyəti ağır olsa da stabil idi və qətiyyən kritik hal kimi qiymətləndirilə bilməzdi. Təbii ki, tərəflərdən hansının baş vermiş hadisəyə görə daha çox məsuliyyət daşımalı olduğunu yalnız peşəkar mütəxəssilər müəyyən edə bilərlər. Lakin bu arada belə bir məqama da diqqət etmək lazımdır ki, Respublika Perinatal Mərkəzi məhz səhiyyə naziri Oqtay Şirəliyevin iki gün öncə keçirilmiş iclasdakı çıxışında xatırlatdığı, Prezident İlham Əliyevin tapşırığına əsasən qəbul olunmuş “Ana və uşaqların sağlamlığının qorunmasına dair tədbirlər Proqramı”na müvafiq olaraq paytaxtda yaradılmış tibb müəssisələrindən biridir.

Son olaraq bir məqama da xüsusi diqqət yönəltmək istəyirik ki, məlumatları təqdim edən mənbə baş vermiş ölüm hadisəsi barədə nə 7 saylı Birləşmiş Şəhər Xəstəxanası, nə də Respublika Perinatal Mərkəzi tərəfindən hələ də Səhiyyə Nazirliyinə və hüquq-mühafizə orqanlarına məlumat verilmədiyini iddia edir...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qlobal bazarlar qaynayır - Azərbaycan təsirdən kənarda qala biləcəkmi?
Dünən, 22:21
Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi - BUNDAN SONRA...
Dünən, 22:19
Küveyt İran gəmisinə hücum edərək dörd nəfəri saxlayıb - Əraqçi
Dünən, 22:17
Koçaryan erməniləri Paşinyanla qorxutdu - "Hakimiyyətdə qalsa..."
Dünən, 22:14
Rusiya kommunistlərinin lideri Paşinyanla bağlı çağırış etdi
Dünən, 17:32
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Dünən, 17:28
Bankların şikayət indeksi - SİYAHI
Dünən, 17:26
Füzulinin Dövlətyarlı kəndinin su təchizatının tikintisinə 1,9 milyon xərclənəcək
Dünən, 17:23
Türkiyə-Ermənistan ticarəti Cənubi Qafqazın xəritəsini dəyişir - Yücel Karauz
Dünən, 17:20
Trendyol Xankəndidə keçirilən regional “İKT-də qızlar” konfransına DƏSTƏK OLUB - FOTO
Dünən, 17:18
Pakistan vətəndaşları Azərbaycanda yeni şirkət - YARADIBLAR
Dünən, 17:13
"Birmarket" yanğından sonra işini tam bərpa edib, dəyən zərər kompensasiya ediləcək
Dünən, 17:09
Şuşadakı otellərdə ən çox fransızlar, ən az isə almanlar pul xərcləyib - SİYAHI
Dünən, 17:06
"İzzətin yanında mənə "Əməkdar artist" deməyin"
Dünən, 16:57
Paşinyana qarşı qadağa tələbi - Zelenskinin İrəvan çıxışı Moskvanı ayağa qaldırdı
Dünən, 16:48
Fırıldaqçılıqdan əziyyət çəkən ölkələr - Şok siyahı
Dünən, 16:44
Məşhur generalın xanımı vəkilliyə BAŞLADI
Dünən, 16:42
Nazim Pənahovdan yeni təyinat - BUNDAN SONRA...
Dünən, 16:41
Putinə bu səlahiyyət verildi - Rusiyalıları “qorumaq” üçün başqa ölkələrə ordu yeridəcək
Dünən, 16:33
SOCAR-ın əksər qurumlarında islahat aparılsa da... BURALAR UNUDULDU! - MÜRACİƏT!
Dünən, 16:23
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Dünən, 16:01
“Nar” WUF 13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif edib
Dünən, 15:59
Pediatriya Mərkəzindən ayrılan sabiq direktor: - "İşlərimizi saymaqla bitməz"
Dünən, 15:45
Trampın səfəri: Zəngəzur uğrunda “müharibə” başlayır? – Amerikalı politoloq kartları açır
Dünən, 15:40
Xırdalanda məktəbli qıza qarşı cinayət: “Videoları yaydı, görüşə çağırdı” - TƏFƏRRÜAT
Dünən, 15:36
Sərhədləri sülh müqaviləsi AÇACAQ - AKTUAL
Dünən, 15:33
Dövlət Statistika Komitəsinin sədrinə müşavir təyin edilib - BUNDAN SONRA...
Dünən, 15:30
Gömrük “brokeri” üçün lisenziya tələbinin ləğvi bazara necə təsir edəcək? – AÇIQLAMA
Dünən, 15:27
Parkinq cərimələri ilə bağlı çox ciddi şikayətlər var - Eyyub Hüseynov
Dünən, 15:26
Daimi yaşamaq üçün Azərbaycana ən çox hansı ölkələrdən gəliblər? - TƏFƏRRÜAT
Dünən, 15:14
Saleh Səmədovun ilk məhkəməsi oldu - Ev dustaqlığına buraxılmadı
Dünən, 15:13
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Dünən, 15:05
Keçmiş xüsusi nümayəndə HƏBS OLUNUB? - İDDİA
Dünən, 15:02
Zamanı sözlə danışdıran yazıçı – Elçinin xatirəsi anılıb
Dünən, 14:56
Məşhur müğənnidən illər sonra gələn etiraf: - "Hamı sözü bir yerə qoymuşdu ki..."
Dünən, 14:34
Fransa Ermənistanı Rusiyanın əlindən SİLAHLA QOPARIR
Dünən, 14:31
Azərbaycanın iri broyler istehsalçısı “Mərcan”nın rəhbərliyində təyinat olub - ƏMR
Dünən, 14:29
Azərbaycanda həbs qərarlarını ən çox hansı qurumlar qəbul edib? - TƏFƏRRÜAT
Dünən, 14:21
Rusiya ləzgiləri taleyin ümidinə buraxdı - “The Central Asia-Caucasus Analyst”
Dünən, 14:19
Milli Məclisin komitə sədri elə ŞOK faktları açıqladı ki… - MÜSAHİBƏ
Dünən, 14:14
Bir sıra tibb müəssisələrinə yeni direktor və direktor müavinləri təyin olunub - ADLAR
Dünən, 13:48
Rektor TƏBİB-in keçmiş işçisinə vəzifə verdi - FOTO
Dünən, 13:08
Küçədə, həyətdə, evin qarşısında cərimə: - “Qadağadırsa, bəs maşını hara saxlayaq?”
Dünən, 13:04
Erməni səfir Moskvadan getdi – Nə baş verir?
Dünən, 13:01
“AzInTelecom”a baş direktor təyin edilib - BUNDAN SONRA...
Dünən, 12:59
TƏBİB-in yeni şefinin ABSURD İSLAHATLARI... - AXI NİYƏ?..
Dünən, 12:58
"Həsən Seyidbəylidən sonra Kinematoqrafçılar İttifaqı öldü" - Ayaz Salayev
Dünən, 12:51
Suraxanıda daha bir tikinti ÖZBAŞINALIĞI... - BU NƏDİ BELƏ?
Dünən, 12:44
Ermənistana qayıdacaq azərbaycanlılar hansı kəndlərdə yaşayacaqlar? - Açıqlandı
Dünən, 12:38
Paşinyan Sarukyan və Karapetyan haqda: - Biri oğlunu Belarusa qaçırıb, digəri oğrudur
Dünən, 12:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru