Şəmkirdə qadını öldürüb əmisi və əmisi oğlunun üzərinə atmaq istədi .....                     Fərid Əhmədovla Mirsaleh Seyidov arasında nə baş verir? .....                     Ev sahibi olmaq istəyənlərin nəzərinə: İki yol var, amma… .....                     Rusiya qalib olsa, trilyonlar xərclənəcək! .....                     Avtomobilə dizel yerinə benzin doldurdu, şirkət 5600 manat ziyana düşdü .....                     Tanınmış vəkil `Atəşgah` sığorta ilə bağlı ÇAĞIRIŞ ETDİ .....                     Burda müştərinin məhsulunu təftiş edirlər... .....                     DSMF səhiyyə nazirliyinin verdiyi sənədi ETİBARSIZ SAYIR? .....                     "Bu dərəcədə də qanunsuz iş görmək olmaz..." .....                     Rafail Quliyevin BARAMA YEYİNTİSİ .....                     Tramp BRICS-i dəstəkləyən ölkələrə əlavə rüsumlar tətbiq edəcək .....                     Vergini sən demə, Vasif Talıbova veriblər... .....                     Oğuzda Ana Təbiətin qəsdinə duranlar .....                     Rusiyaya növbəti zərbə: planlar dəyişdi .....                     Nizami rayonunda daha bir ÖZBAŞINALIQ .....                     “TikTok” müzakirəsi: uşaqların ondan istifadəsi qadağan edilsin? .....                     Geyimlərini imkansızlara paylaşayacaq .....                     “Kreml Qarabağ kartını itirdi: Bakı qarşısında Rusiyanın silahları zəifdir" .....                     Avropa Komissiyasının rəhbərinə etimadsızlıq səsverməsi keçiriləcək .....                     Azərbaycan bizi yarıyolda qoymayan strateji tərəfdaşımızdır .....                     Ruhun azadlığı və Məhəmməd Hadinin metafizikası .....                     "İnanın Allaha, iki gün əvvəl mənə yazdı" .....                     “Turan Tovuz” “Traktor” ilə yoldaşlıq oyunu keçirəcək .....                     Putin danışıqlar üçün Bakıya onu göndərir .....                     Rusiya azərbaycanlıları Dərbənddən SÜRGÜN ETMƏYƏ HAZIRLAŞIR? .....                     Zəngəzur dəhlizi ilə bağlı yeni gəlişmə .....                     Ermənistan ölkə ərazisindən hərbi məqsədlər üçün istifadə imkanını rədd edib .....                     "Vallah, yalan eşidəndə dözə bilmirəm..." .....                     Xankəndi zirvəsi: ZİRVƏDƏ XANKƏNDİ... .....                     Moskva Bakı ilə gərginlik fonunda Ermənistanda hərbi mövcudluğunu gücləndirir .....                     Rusiya nəşri Xankəndi sammitindən görün nələr yazdı? .....                     Pezeşkianın səfərində Zəngəzur detalı .....                     Bəstəkar Ruslan Əhmədoğlu vəfat etdi .....                     Vəkillər Kollegiyasına üzv olmaq istəyən .....                     Bu gün 41 mindən çox abituriyent qəbul imtahanı verəcək .....                     Müştərisi 'Unibank'a ÜSYAN ETDİ .....                     Pezeşkianın Xankəndi səfəri: Zəngəzur dəhlizi açılır? .....                     "Rüstəm Behrudi və Şəmistan Əlizamanlı ilə də müqavilə bağlanacaq" .....                     İranlı ekspertdən ŞƏRƏFSİZLİK .....                     Vəzifəli şəxsin qardaşı “Access Bank” da Vətən müharibəsinin iştirakçısını necə aldatdı? .....                 

“Özünə ziyalı deyənlər çətin günlərimdə məni dəstəkləmədi” - Cavanşir Quliyev
Tarix: 25-11-2022, 16:16 | Çap et
“Özünə ziyalı deyənlər çətin günlərimdə məni dəstəkləmədi”
Lent.az-ın bu dəfəki müsahibi Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevdir. DİA.AZ müsahibəni təqdim edir:

- Cavanşir müəllim, məktəbi rus dilində bitirmisiniz, uzun illər Bakıda, Türkiyədə yaşamısınız, hələ də dilinizdə Şəki ləhcəsi qalır...

- Hə qanıma hopub. Şəkidə olanda tamamən Şəki ləhcəsində danışıram, Bakıda bir az düzəldirəm. Çünki burda ciddi bir məsələdən danışırsan onu gülüşlə qarşılayırlar, fikir qalır Şəki ləhcəsində

- Şəki ləhcəsi ilə ciddi söhbət olmur?

- Şəkidə olar. Bir şəkili qarşıma çıxsın, ha indi baxın (Gülür).

- Bu günlərdə yeni yaşınıza qədəm qoydunuz. Məşhur Fransız aktyoru Qabenə deyəndə ki, ifa zamanı mimikadan istifadə etmirsən, deyərdi mənim yerimə üzümdəki qırışlar danışır. Sizin yerinizə də illər danışır? 72 yaş nə deyir?

- Deyir ki, cavanlıq gedir. Daxilən bir şey dəyişməsə də, zahirən özünü göstərir. Pillələri qalxanda yaş deyir ki, yox e, sən deyən deyil, mən deyəndi.

- Azərbaycan musiqisində bu gün sizi narahat edən hansı məqamlar var?

- Azərbaycan televiziyasında hələ Üzeyir bəyin yaratdığı musiqi kollektivini bayıra atmaq istəyirlər. Azərbaycan Xalq Çalğı Alətləri Orkestrini Üzeyir bəy yaratmışdı, onu da, xoru da, simfonik orkestri də ləğv etmək istəyirlər. Dövlət simfonik orkestri iş içində boğulur artıq. Bütün tədbirləri ona yükləyirlər. Bizim ikinci, hətta üçüncü orkestrə ehtiyacımız var. Biz təklif etmişdik 1 dənə də Bakı simfonik orkestri yaradaq ki, orkestrlərin yükü azalsın. Bunlar əksinə, orkestrləri dağıdırlar. Hamısını dağıtmaq istəyirlər.

- Bəs bu orkestrlərin işini kim görəcək?

- Heç kim heç nə bilmir. Verəcəklər Mədəniyyət Nazirliyinə, musiqiçilər qalacaq işsiz, müraciət edəcəklər nazirliyə, o da göndərəcək kollektivlərin üstünə, vakansiya varsa, işə alacaqlar. Vakansiya da məlum məsələdir yoxdur. AzTV-nin 37 milyon manat büdcəsi var. Müqayisə edin, o biri özəl kanallara dövlət bir qəpik də büdcə vermir. İşçilərinin sayı da az deyil. Bəs onlar əməkdaşlarının maaşını necə verir? 37 milyon manatı hara edirsiniz? Mən bu kollektivlərin dağılmasına qarşıyam. Əksinə artırmaq və ştatlarını artırmaq lazımdır. Hər il iki konservatoriya bir İncəsənət Universiteti bu qədər tələbə qəbulu elan edir, nə qədər məzun buraxılır. Əksəriyyəti ödənişli əsaslarla oxuyurlar. Oxuyub qurtarıb hara gedəcək bu gənclər? İş yeri açmaq lazımdır. Ehtiyac yoxdursa, niyə qəbul edirlər? Anlamaq olmur, bir yolluq deyin biz musiqinin düşməniyik, anlayaq.

- Peşəkar bəstəkarların musiqilərinin aranjeman edilməsinə necə baxırsınız?

- Ümumilikdə etirazım yoxdur. Qadağan eləmək, düz gəlmir. “Eləmə” deyəcəksən müğənni mahnını oxumayacaq. Bir zamanlar müğənnilər bəstəkarların əlinə baxırdılar, indi bəstəkar müğənninin əlinə baxır. Tələb nədirsə, onu satmağa məcburuq. Bir dəfə gəncliyimdə toylardan birində gördüm ki, Tofiq Quliyevin mahnısını çox pis şəkildə çalıb, üstəlik rəqs edirlər. Tofiq Quliyevin mahnısını çalmaq üçün gərək onu biləsən, öz quruluşu var. Səhəri gün gəldim Tofiq müəllimin yanına. Bəstəkarlar İttifaqının birinci katibi idi. Həyəcanla pafosla gördüyümü danışdım, sakit qulaq asırdı, axırda dedi “qurtardın?”. Dedim “hə”. Qayıtdı ki, onlar mənim mahnımı kor edə bilməzlər, mən artıq onu yazmışam. Onlar nə edir özlərinə edirlər. Bir peşəkar çıxıb onu utandıracaq... Mən də haqq verdim. Mahnını sevir ki, çalır. Dəfələrlə şahid olmuşam ki, “Əsgər marşı”nı toylarda çalıb oynayırlar. Xüsusilə keçmiş döyüşçülər, əsgərlər. Sevir, ruhuna yatır, oynayır. Əcaib görünsə də.

- Bir aralar “Yanıq Kərəmi”nin də oyun havası kimi çalınması qaynar müzakirə olundu.

- Ağzında yanıq deyirsən. Yəqin yanıqlı, asta melodiya olub, sonradan aşıqlar onu indiki həddə gətiriblər. Ağır, dərdli bir melodiyanı sürətləndirib oyun havasına çeviriblər.

- Hansı avtobusa, taksiyə minirsən, toya, şənliyə gedirsən ara mahnısı dediyimiz melodiyalar səslənir. Hər yaş qrupundan insanlar sevə-sevə dinləyirlər. Bu qədər təbliğat varkən niyə belə olur?

- Bu cəmiyyətin yanlış tərbiyəsi nəticəsində olub. Deyə bilməzsən “dinləmə”. Elə yetişib. Şüur altında yeridiblər qalıb. Bizə 40 gün ard-arda erməni himnini dinlətsələr, onu da sevəsiyik. İnsan psixologiyası belədir. 20 il öncə deyirdim ki, hər önünüzə çıxanı televiziyalara çıxarmayın. Kim ciblərinə 5-10 manat basırdı, buraxırdılar onu efirə. 20 il əvvəl etdiyimiz xətaların “bəhrəsini” indi görürük. İndi də vəziyyət lap betər olub. Amma ciddi musiqini qəbul edən gəncliyimiz də var. Bura dönəndən sonra Xəzər Universitetində dərsə başladım. 20 il bir insan ömrüdür. Qayıdandan sonra alışmağa xeyli çətinlik çəkdim. Çox şey dəyişib. Düşündüm ki gənclik məni qəbul etməyəcək, musiqidən uzaq bir nəsil yetişib. Amma gördüm yox, məlumatlı gənclikdir. Məni təəccübləndirdilər, bunu internetə borcluyuq. Bunu gördüm, sevindim, həvəsləndim. Rektor Hamlet İsaxanlı hər fakültəyə incəsənət dərsləri verib. Bu uzaqgörənlikdir.

- Musiqi insan taleyində dəyişdirici rol oynaya bilər?

- Bilər. Hər halda mənim taleyimdə çox önəmli rol oynadı.

- Türkiyədən baxınca Azərbaycan klassik musiqisi necə görünür?

- Bizi istədiyimiz kimi tanımırlar. Avropa miqyasında bir Adnan Sayqınları var, amma çox sevmirlər. Avropa musiqisinə çox da sevgiylə yanaşmırlar. İndiki hakimiyyət də sevmir. Ərdoğan gözəl azan oxuyur. Mən onun söylədiyi şeirləri, azanı dinləyəndə deyirəm, içində bu qədər böyük duyğu var, bu insan nəyə görə musiqiçi olmadı? Şərq musiqisinə daha meyillidirlər. Bizdə tədris hərtərəflidir, orda yox. Türkiyədə bir dənə də uşaq musiqi məktəbi yoxdur. Sovet dönəmində tutaq ki, Yevlağın bir kəndinə əmr gedirdi ki, fleyta mütəxəssisləri yetişdirin. Fleyta çalmaq üçün dodağın xüsusi quruluşu olmalıdır. Tapırdılar bir uşaq, istəməsə də, onu zorla yetişdirirdilər verirdilər ansambla. İndi bu yoxdur. Sovet sisteminə nifrət edirdim. Amma almanlardan gəlmə zorla təhsil sistemi var idi, yaxşı qurulmuşdu. Türkiyədə musiqi məktəbləri var, amma özəl və baha. Aləti çalmağı universitetlərdə öyrənirlər. Ona görə də keyfiyyətli olmur. 4 ilə nə öyrənmək olar? Öz musiqilərini çalıb oxuyurlar. Bizdə 6 yaşda öyrənilən şeyləri onlar 20 yaşda öyrənməyə çalışırlar.

- Bizim əsərləri təbliğ etmək səlahiyyətiniz var idi?

- Vardı. Türkiyədə proqramı müəllim ilin başında özü tərtib edir. Orda müəllimi seçənə qədər çox yoxlayırlar, sonra rahat buraxırlar. Bizdə əksinə, işə alıb sonra yoxlamağa başlayırlar. Tibbimiz də belədir, kəsib sonra baxırlar. Mən proqrama öz bəstəkarlarımızın əsərlərini daxil etmişdim və sevirdilər.

- Valideyn haqlı olaraq uşağını musiqi məktəbinə qoyanda istəyir ki, elə alətdə çalsın ki, gələcəkdə qazana bilsin. Böyük ansambllarda o arxa sırada oturan, əsas sayılmayan alətlərdə çalacaq kadrlar var? Daha ucqar kəndlərdə fleyta dərsləri də yoxdur. Köhnələr getsə, onları kim əvəz edəcək?

- Məni narahat edən məqam odur ki, bir ara musiqi məktəblərinin də sayını azaltmaq məsələsi qaldırılmışdı. Yadınızdadırsa Prezident İlham Əliyevin mədəniyyət xadimləri ilə görüşü keçirildi, o görüşdə Fərhad Bədəlbəyli öz narahatlığını dilə gətirdi. Bu musiqimizin məhvinin başlanması demək olardı. Sağ olsunlar eşitdilər. İndi sistem qurulub, o alətlərə tələbə axını və orkestrdə yeni ifaçılar var. Çox gözəl. Bu konveyeri saxlamaq olmaz. Bunun üçün musiqi məktəbləri əsas rol oynayır. Yoxsa dönüb olacağıq İraqın, Suriyanın tayı.

- İranın adını çəkmədiniz. Orda bu mənada necədi vəziyyət?

- Mollalar getsə, yaxşı olacaq. İran xalqı elmə, mədəniyyətə yatqındır. Amma yanlış idarəçilik var. Müsəlmanıq deyirlər, qadını örpəyə görə daşqalaq edir. Quran “Cənnət qadının ayağı altındadır” deyir, bu qadını daşqalaq edir. Bunun harası müsəlmanlıq oldu? Onlar sadəcə saqqal buraxıb, tamaşa oynayırlar. Müsəlmanlıq paltarda yox, düşüncədə olur. Neçə dəfə imkanım olub İrana getməyə, getməmişəm. Təbriz üçün ürəyim gedir. Amma nə qədər ki, mollalar ordadır, mən getməyəcəm.

- Sovet vaxtı sizi pantürkist adlandırıblar...

- Mahnılarımı yasaqlayırdılar. “Bura vətəndir” mahnımı 4 dəfə təqdim etmişəm buraxmırdılar efirə. Cavanşir edirdi deyə, saz, zurna gözlərinə qorxulu görünmüşdü. İçimizdə o qədər rus beyinli var idi, mahnını efirə qoymurdu. Sözlərin müəllifi Dilsuz Mustafayev xeyli dəyişikliklər və ixtisarlar etdi. Gəncə sözünü işlətməyimizi bizə irad bildirmişdilər. Kirovabad yazmalıydıq (gülür). Mahnı oxundu, amma uğur qazanmadı, 2000-ci illərdən sonra nə oldusa o yenidən dirildi, qalxdı. Niyəsini hələ də bilmirəm.

- Meyxana sənətinə necə baxırsınız?

- Meyxanada nə düz əməlli dil var, nə musiqi. Gənclər oturub çayxanda filan, bir az da kefləri kök olub, başlayıblar əylənməyə. İndi meyxanaçılar əllərində Vahidin adını bayraq edirlər. Onlara da cavabım var. Məncə Vahid meyxananı məzə ilə yazıb. Bəlkə də pul xətrinə, dolanışıq üçün arada bir az deyib. O düşünmədi ki, bu məzələnmək sonradan onu meyxanaçıların liderinə çevirəcək. O gözəl qəzəlləri yazan adam, o qəribə meyxanaları deməzdi. O məzələnirdi. Vahidin qəzəlləri Füzulidən çox oxunurdu. Amma dolanışığı özünə layiq olmayıb.

- Sizin necə, özünüzə layiq oldu?

- Dünyada zəngin bəstəkar eşitdinizmi? Peşəkarlıq zəngin olmağı yasaqlayır. Bəstəkarlar müğənnilərin əlinə baxır. Sovet vaxtı biz musiqini dövlətə satırdıq, müğənni mahnı istəyəndə seçim edirdik.

- Dövlət mahnını neçəyə alırdı?

- Orta maaş 100-150 rubl idi. Bir mahnıya bir maaş qədər pul verirdilər. Elə bəstəkar var idi 3-4 mahnı verirdi.

- Müğənnilərin mahnınızı alıb müəlliflik hüququnu almasına nə deyirsiniz?

- Bu da düz deyil. Müğənni pul verib mahnının ilk ifaçısı olmaq, mülkiyyət haqqı alır, mahnını yox. Mahnı almaq insanı satın almaq qədər absurd fikirdir.

- Hansı müğənni ilə işləmək çətin olub?

- Hamısı ilə rahat işləmişəm. İlhaməylə də, Florayla da. Öncədən deyirəm ki, mənim istəmədiyim tərzdə heç kim mənimlə münasibət qura bilməz. Əks halda üzümü son dəfə görəcək.

- Çox müğənnilərə əl tutdunuz. Çətin günlərinizdə əl tutduqlarınız əlinizdən tutdular?

- Yox. Onları ancaq öz karyeraları maraqlandırır. Böyük anlayışlar, vətən, mədəniyyət və s. müğənnilərə maraqlı deyil. İncimirəm. Müğənnilər mənim üçün sadəcə musiqi aləti kimidirlər. Pis mənada demirəm.

- Nəyəsə peşmansınız?

- Heç nəyə peşman deyiləm. Nə etmişəmsə səmimi olmuşam, inanaraq etmişəm.

- Müğənnilərdən dostunuz var?

- Yox. Həyatıma buraxmıram. Boş ver müğənniləri, özünə ziyalı deyənlər belə çətin günlərimdə dəstəkləmədi məni.

- “Hər şey gözəldir həyatda”. Bu mahnınız xüsusən sevildi...

- Bu mahnının yaranmasının maraqlı tarixi var. Şəki teatrında göstəriləcək bir tamaşa üçün mahnı yazırdım. Yazdım, özüm oxudum göndərdim. O vaxt Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova gənc idilər, tanınmırdılar, onlara da oxutmuşdum. Ramiz Həsənoğlu bu mahnıları Şəki teatrında dinləyibmiş. Həmin ərəfədə AzTV haqqımda proqram hazırlayırdı, 50 dəqiqəlik. Mahnılarımı verdilər amma son 5 dəqiqə boş qalıb. Verilişin rejissoru, dostum Ramiz Həsənoğlu düşdü üstümə ki, yenə mahnı ver. Mahnı qalmayıb. Şəki teatrına verdiyim, tamaşa üçün yazılmış iki yarımçıq mahnını birləşdirib bir mahnı elədim. Biri vals idi, biri bir kuplet mahnı. Fikir versəniz, mahnı iki ayrı hissədən ibarətdir. Giriş və son dəyişir. Birləşdirdim, piano, gitara saksafon, Brilliant və mən oxuduq. Əslində imkan yox idi deyə, ansambl yığa bilmədim. Dedim tənqid edəcəklər, əksinə bəyənildi. Hələ də anlamıram niyə? Əvvəl elə bilirdim tərifləyəndə lağ edirlər. Yəqin fərqlilik insanların xoşuna gəlmişdi.

- “Bir yarpaq da vətəndir” demişdiniz...

- Yenə deyirəm. Elə o məni incidən adamlar da vətəndir. Heç bir yerin hər şeyi gözəl deyil. Vətəni bütövlüklə sevmək lazımdır. Hətta sevinirəm ki, məni burdan küsdürdülər, getdim. Sakitlikdə böyük əsərlər yaza bildim. İyuldan burdayam. Bir nota yazmamışam. Tək olmalıyam ki, yazam, yazmadığım günləri heç nə eləmədiyim gün hesab edirəm.

- Qonşularınız sənət yoldaşlarınızın gəlişindən narazılıq edib heç?

- Yox. Aygün Kazımova həmişə gecələr gəlirdi. Qonşulara deyirdim səsdən narahat olsanız deyin. Bəzən deyirdilər açın pəncərəni, konsertə qulaq asaq. Bu qədim binadır, divarları qalındır, səs buraxmır.

- Niyə tək yaşayırsınız?

- Belə alındı. Yaradıcı insan tək olmalıdır. Tənhalıq pis şeydir. Qızımla, nəvəmlə hər gün danışıram. İstanbulda yaşayırlar. Bir qardaşım qızı var, iki gündən bir zəng edib, yoxlayır ki, görsün sağammı? Tənhalığımın özümə faydası yoxdur, amma sənətə faydası var. Qocalıq, xəstəlik var, kim baxacaq, ölsəm, kim xəbər tutacaq?

- Keçmiş xanımınız da qızınızla yaşayır?

- Hə.

- Sevib evlənmişdiniz, niyə ayrıldınız ki?

- Səhvlər oldu, əsas səbəbi deməyəcəm. Məndən də oldu. Ondan sonra da həyatımda qadınlar oldu, hamıda olduğu kimi. Amma qadınlar anlamırlar məni. Mən yaratmaq yazmaq üçün gərək tək olam. Qadınlara bunu anlada bilmirəm. Bu bir növ doğuş sancısı kimidir, intim prosesdir, qadın insanların içində doğa bilər? Ölər amma doğmaz. Mən də elə. Yanımda kimsə olanda bəstələyə bilmirəm. O da anlamır ki, mən sənə nə pislik edirəm, yanındayam da. Başa sala bilmirəm ki, evdə kimsə olanda işləyə bilmirəm. Bax beləcə münasibətlər pozulurdu. Ona görə belə alındı.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şəmkirdə qadını öldürüb əmisi və əmisi oğlunun üzərinə atmaq istədi - TƏFƏRRÜAT
Bu gün, 09:29
Fərid Əhmədovla Mirsaleh Seyidov arasında nə baş verir? - İLGİNC İDDİALAR
Bu gün, 09:14
Ev sahibi olmaq istəyənlərin nəzərinə: İki yol var, amma… - GƏLİŞMƏ
Bu gün, 09:06
Rusiya qalib olsa, trilyonlar xərclənəcək! - "Forbes"
Bu gün, 09:02
Avtomobilə dizel yerinə benzin doldurdu, şirkət 5600 manat ziyana düşdü - TƏFƏRRÜAT
Bu gün, 09:00
Tanınmış vəkil `Atəşgah` sığorta ilə bağlı ÇAĞIRIŞ ETDİ - "...döyülərsiniz!"
Bu gün, 08:54
Burda müştərinin məhsulunu təftiş edirlər... - FOTOFAKT
Bu gün, 08:49
DSMF səhiyyə nazirliyinin verdiyi sənədi ETİBARSIZ SAYIR? - "...bir müəlliməni bu qədər incitməzlər"
Bu gün, 08:42
"Bu dərəcədə də qanunsuz iş görmək olmaz..." - ETİRAZ
Bu gün, 08:28
Rafail Quliyevin BARAMA YEYİNTİSİ - BU DA FAKT!
Bu gün, 08:16
Tramp BRICS-i dəstəkləyən ölkələrə əlavə rüsumlar tətbiq edəcək
Bu gün, 08:09
Vergini sən demə, Vasif Talıbova veriblər... - Naxçıvanda sahibkarlara TOTAL HÜCUM
Bu gün, 08:07
Oğuzda Ana Təbiətin qəsdinə duranlar KİM(LƏR)DİR?
Bu gün, 06:35
Rusiyaya növbəti zərbə: planlar dəyişdi – Hədəfdə üç ölkə var
Bu gün, 06:07
Nizami rayonunda daha bir ÖZBAŞINALIQ - BU NƏDİ BELƏ?
Bu gün, 04:17
“TikTok” müzakirəsi: uşaqların ondan istifadəsi qadağan edilsin? - ÇAĞIRIŞ
Bu gün, 04:02
Geyimlərini imkansızlara paylaşayacaq - FOTO
Bu gün, 03:42
“Kreml Qarabağ kartını itirdi: Bakı qarşısında Rusiyanın silahları zəifdir" - Politoloq ŞƏRHİ
Bu gün, 03:39
Avropa Komissiyasının rəhbərinə etimadsızlıq səsverməsi keçiriləcək
Bu gün, 03:31
Azərbaycan bizi yarıyolda qoymayan strateji tərəfdaşımızdır - Leonid Slutskidən ETİRAF
Bu gün, 03:29
Ruhun azadlığı və Məhəmməd Hadinin metafizikası - Adəm İsmayıl BAKUVİ yazır...
Bu gün, 03:24
"İnanın Allaha, iki gün əvvəl mənə yazdı"
Dünən, 20:01
“Turan Tovuz” “Traktor” ilə yoldaşlıq oyunu keçirəcək
Dünən, 19:59
Putin danışıqlar üçün Bakıya onu göndərir - sensasion iddia
Dünən, 19:56
Rusiya azərbaycanlıları Dərbənddən SÜRGÜN ETMƏYƏ HAZIRLAŞIR? - Kremlin XAİN PLANI
Dünən, 18:37
Zəngəzur dəhlizi ilə bağlı yeni gəlişmə - AKTUAL
Dünən, 18:31
Ermənistan ölkə ərazisindən hərbi məqsədlər üçün istifadə imkanını rədd edib - KİV
Dünən, 18:24
"Vallah, yalan eşidəndə dözə bilmirəm..."
Dünən, 13:37
Xankəndi zirvəsi: ZİRVƏDƏ XANKƏNDİ... - MƏQALƏ
Dünən, 12:30
Moskva Bakı ilə gərginlik fonunda Ermənistanda hərbi mövcudluğunu gücləndirir - KİV
Dünən, 10:35
Rusiya nəşri Xankəndi sammitindən görün nələr yazdı? - det
Dünən, 10:25
Pezeşkianın səfərində Zəngəzur detalı – “Dəyişilik gözlənilir”
Dünən, 10:21
Bəstəkar Ruslan Əhmədoğlu vəfat etdi
Dünən, 07:01
Vəkillər Kollegiyasına üzv olmaq istəyən 421 nəfər bu gün imtahan verəcək
Dünən, 06:59
Bu gün 41 mindən çox abituriyent qəbul imtahanı verəcək - DİQQƏT
Dünən, 06:57
Müştərisi 'Unibank'a ÜSYAN ETDİ - NARAZILIQ VAR...
Dünən, 06:54
Pezeşkianın Xankəndi səfəri: Zəngəzur dəhlizi açılır? - GƏLİŞMƏ
Dünən, 06:35
"Rüstəm Behrudi və Şəmistan Əlizamanlı ilə də müqavilə bağlanacaq"
Dünən, 06:16
İranlı ekspertdən ŞƏRƏFSİZLİK - “Azərbaycana qarşı döyüşməyə hazıram”
Dünən, 06:12
Vəzifəli şəxsin qardaşı “Access Bank” da Vətən müharibəsinin iştirakçısını necə aldatdı? - TƏFƏRRÜAT
Dünən, 06:09
Azərbaycan məktəblərində ikinci xarici dil bu ola bilər - AKTUAL
Dünən, 06:01
Böyük gərginliyin kölgəsində: Rusiyadakı azərbaycanlıları nə gözləyir? - “Kreml günahkar axtaracaq, kimsə cəzalandırılacaq”
Dünən, 00:45
Paşinyanla kilsə arasındakı savaşın arxasında nə dayanır? - Erməni erməniyə qarşı
Dünən, 00:41
“Mənə qadağa qoydurmaq istədilər, Toliklə Zaur israrla efirdə...” - Afətdən ODLU-ALOVLU AÇIQLAMALAR
Dünən, 00:38
"Bu məsələ həm də Regional təhlükəsizlik baxımından çox əhəmiyyətlidir" - deputat
Dünən, 00:33
Ərdoğanın Moskva-Bakı açıqlamasına Rusiyadan REAKSİA - Zatulin deyir ki...
Dünən, 00:27
Ulvira Qarayevaya vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 00:22
Öldüyü deyilən müğənni SAĞ İMİŞ - AÇIQLAMA
5-07-2025, 23:38
Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir - MƏQALƏ
5-07-2025, 23:33
Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması - İsrafil Kərimovun yazısı
5-07-2025, 23:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru