
Yeni ilə qədəm qoyduğumuz gündən dünyanın və Azərbaycanın əsas gündəmində olan məsələ neftlə bağlı oldu. Dünya bazarında В«qara qızılВ»ın qiyməti ucuzlaşmağa başlayıb. Belə ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 1,48 dollar ucuzlaşaraq 93,96 dollarbarrel təklif edilib. London qitələrarası birjasında isə Brent markalı neftin 1 barelinin dəyəri 0,89 dollar azalaraq 106,89 dollar olub.
Beynəlxalq analitiklər neftin ucuzlamasının 3 əsas səbəbini göstərirlər. Birincisi, bütün illərin sonunda və yeni ilin əvvəlində qiymətlər daim ucuzlaşar. Habelə, ötən il ABŞ neft hasilatını artırması hesabına təlabatını tam ödəməsi göstərilir. Kanadada yeni neft kəmərlərinin işə düşməsi də В«qara qızılıВ»n qiymətinin aşağı enməsinə nədən olub.
İkinci səbəb, ABŞ iqtisadiyyatının böhrandan çıxması hesabına dolların yüksəlməsi də əsas təsir riçaqlarındandır. ABŞ FED tərəfindən dolların çapına məhdudiyyətlərin qoyulması bu ölkənin valyutasının dəyərinin bahalaşmasına rəvac verdi. Dünya bazarında isə dollar bahalaşanda neftin ucuzlaşması dəyişilməz bir prosesdir.
Üçüncüsü isə, yeni xam neft qaynaqlarının bazara çıxışının gözlənilməsi də qiymətlərin aşağı enməsində psixoloji təsir göstərir. Xüsusilə Liviyadakı yataqlardan gündəlik dünya bazarına 300 min barel neftin daxil olması və İran üzərindəki sankisiyaların nisbətən yumuşaldılması xam malın ucuzlaşmasına rəvac verir.
Analitiklər cari ildə bu gözləntilərin gerçəkləşəcəyi təqdirdə В«qara qızılВ»ın qiymətinin 80-90 dollarbarelə qədər düşəcəyini proqnozlaşdırırlar.
Əlbəttə, neft ölkəsi olaraq Azərbaycan üçün bu, heç də xoş xəbər deyil. Bir tərəfdən neft hasilatı azalır, digər tərəfdən dövlət büdcəsində baza qiyməti kifayət qədər riskli (1 bareli 100 dollar) götürülüb ki, bu da büdcəsinin icrasında çətinlik yarada bilər. Qeyd edək ki, Dövlət Neft Şirkətinin açıqlamasına görə, 2013-cü il üçün neft hasilatı 43,5 milyon ton olub. Azərbaycan keçən ilə nisbətən hasilatı artırmış olsa da, hələ ki, 2008-ci ildəki hasilata çata bilməyib. Belə ki, 2012-ci ildəki hakislat 43,3 milyon ton,
2011-ci ildə 45,6 milyon ton, 2010-da 50,7 milyon ton, 2009-da 50,4 milyon ton, 2008-də 44,5 milyon ton olub.
Ekspertlər 2013-cü ildəki hasilata dair açıqlamada müəyyən şişirtmənin ola biləcəyini istisna etmirlər. Bu baxımdan В«BPВ»-nin hesabatını gözləməli olacağıq.
Amma neft sektoru ətrafında baş verənlər tək bununla bitmir. Neft şirkətlərində, xüsusilə də SOCAR-da ciddi struktur islahatları aparılması nəticəsində, minlərlə insan işdən azad olunub. Yanvar ayından etibarən Dövlət Neft Şirkətin bir neçə idarəsinin ləğvi nəticəsində işçilərə 5 aylıq kompensasiya ödənilməsi şərti ilə işdən azad ediblər.
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari
Qəhrəmanlının В«Bizim YolВ»a açıqlamasına görə, işdən azad olunan şəxslərin əksəriyyəti orta yaşlı insanlardır ki, onların sonradan başqa yerdə işlə təmin olunmasında çətinliklər olacaq: В«Dövlət Neft Şirkəti ötən ilin sonunda birdən-birə bildirişlər paylayaraq, işçilərə В«sürprizВ» etdi. Bir neçə idarə ləğv edilib. Orada çalışanların hamısını işlə təmin etmək imkanı yoxdur. Çünki ofislər ləğv olunur. Ofislər ləğv olunanda isə, əsasən, mühəndis-texnki işçilər ixtisara düşür. Dövlət Neft Şirkətində o qədər vanaksiya yoxdur ki, onların hamısını işlə təmin edə bilsin. Baxmayaraq ki, rəsmi şəkildə onların işlə təmin olunacağını bəyan edirlər. Amma bizim təşkilata daxil olan şikayətlərə görə, işçilərə məcburi ərizə yazdırırlar ki, əmək haqlarının 5 misli qədərində kompesasiyanı götürsünlərВ».
M.Qəhrəmanlı əlavə etdi ki, əsas ləğv olunan idarələr Təhlükəsizlik İdarəsi, В«Kompleks Qazma İşləriВ» trestinin 7 idarəsidir: В«Təhlükəsizlik İdarəsi çoxdan ləğv olunmalı idi, ona görə də bu addım təqdirəlayiqdir. Onun yerinə MMC yaranır. Amma Əmək Məcəlləsinin 63-cü maddəsinə əsasən, MMC bütün köhnə işçiləri yeni müqavilə ilə işə qəbul etməlidir. Qanun bunu tələb edir, çünki mükliyyətçi dəyişib. Lakin işçilərə məcbur edirlər ki, əmək haqqının 5 misli qədər kompensasiyanı götürüb getsinlər. В«Kompleks Qazma İşləriВ» trestinin idalərinin ləğvi nəticəsində min nəfərdən çox neftçi işsiz qalacaq. Trestin 7 idrəsi ləğv edilərək sahələrə çevriləcəkВ».
Digər neft şirkətləri arasında isə В«BaharВ» Əməliyyat Şirkətində də kütləvi ixtisarlara start verilib. M.Qəhrəmanlı bildirdi ki, işçilərlə qanunsuz olaraq 3 aylıq müqavilə bağlayıblar: В«Sözügedən əməliyyat şirkəti 2013-cü ilin oktyabrın 1-də 3 aylıq əmək müqaviləsi bağladı. Özü də işçilərin hamısı müqaviləni imzalayıb. Əgər onların bir qismi təzyiq göstərsəydilər, işəgötürən belə qanunsuz hərəkətə yol verməzdilər. Buna səbəb işçilərin maarifsizliyi və işi itirmək qorxusudur. İndi В«BaharВ» ƏŞ-i işçilərlə növbəti müqaviləni imzalamaqdan imtina edir. Müvafiq dövlət qurumları isə susurВ».
Təşkilat sədr məlumat verdi ki, növbəti ixtisarlar В«AzəriqazВ» İB-də gözlənilir: В«Burada ciddi struktur islahatları aparılacaq. Rayonlar üzrə qaz istismar idarələri ləğv edilərək, ümumi zonalar üzrə departamentlər yaradılacaq. Nəticədə В«AzəriqazВ» sistemində kütləvi ixtisarların baş verməsi qaçılmazdırВ».











