Rubio Çini ABŞ-ın əsas geosiyasi rəqibi adlandırıb .....                     Qlobal bazarlar qaynayır .....                     Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi .....                     Küveyt İran gəmisinə hücum edərək dörd nəfəri saxlayıb .....                     Koçaryan erməniləri Paşinyanla qorxutdu .....                     Rusiya kommunistlərinin lideri Paşinyanla bağlı çağırış etdi .....                     Müəllimlərin maaşı yeni qayda ilə .....                     Bankların şikayət indeksi .....                     Füzulinin Dövlətyarlı kəndinin su təchizatının tikintisinə 1,9 milyon xərclənəcək .....                     Türkiyə-Ermənistan ticarəti Cənubi Qafqazın xəritəsini dəyişir .....                     Trendyol Xankəndidə keçirilən regional “İKT-də qızlar” konfransına DƏSTƏK OLUB .....                     Pakistan vətəndaşları Azərbaycanda yeni şirkət .....                     "Birmarket" yanğından sonra işini tam bərpa edib, dəyən zərər kompensasiya ediləcək .....                     Şuşadakı otellərdə ən çox fransızlar, ən az isə almanlar pul xərcləyib .....                     "İzzətin yanında mənə "Əməkdar artist" deməyin" .....                     Paşinyana qarşı qadağa tələbi .....                     Fırıldaqçılıqdan əziyyət çəkən ölkələr .....                     Məşhur generalın xanımı .....                     Nazim Pənahovdan yeni təyinat .....                     Putinə bu səlahiyyət verildi .....                     SOCAR-ın əksər qurumlarında islahat aparılsa da... BURALAR UNUDULDU! .....                     Aqrar Universitetin tenderi niyə ləğv olunub? .....                     “Nar” WUF 13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif edib .....                     Pediatriya Mərkəzindən ayrılan sabiq direktor: .....                     Trampın səfəri: Zəngəzur uğrunda “müharibə” başlayır? .....                     Xırdalanda məktəbli qıza qarşı cinayət: “Videoları yaydı, görüşə çağırdı” .....                     Sərhədləri sülh müqaviləsi AÇACAQ .....                     Dövlət Statistika Komitəsinin sədrinə müşavir təyin edilib .....                     Gömrük “brokeri” üçün lisenziya tələbinin ləğvi bazara necə təsir edəcək? .....                     Parkinq cərimələri ilə bağlı çox ciddi şikayətlər var .....                     Daimi yaşamaq üçün Azərbaycana ən çox hansı ölkələrdən gəliblər? .....                     Saleh Səmədovun ilk məhkəməsi oldu .....                     Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı .....                     Keçmiş xüsusi nümayəndə HƏBS OLUNUB? .....                     Zamanı sözlə danışdıran yazıçı .....                     Məşhur müğənnidən illər sonra gələn etiraf: .....                     Fransa Ermənistanı Rusiyanın əlindən .....                     Azərbaycanın iri broyler istehsalçısı “Mərcan”nın rəhbərliyində təyinat olub .....                     Azərbaycanda həbs qərarlarını ən çox hansı qurumlar qəbul edib? .....                     Rusiya ləzgiləri taleyin ümidinə buraxdı .....                 

8 saylı Ərazi Maliyyə Hesablama Mərkəzində nələr baş verir? - “KORRUPSİYAYA GÖZ YUMMADIM, İŞDƏN ÇIXARDILAR...”
Tarix: 7-10-2021, 17:26 | Çap et
 8 saylı Ərazi Maliyyə Hesablama Mərkəzində nələr baş verir?
Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablama Mərkəzinin mühasibi Aysel Fərmanlı işdən çıxarıldığına görə şikayətçidir. Bu idarə Gəncə şəhəri, Samux, Goranboy, Naftalan, Kəlbəcər rayonlarında yerləşən orta məktəblərin maliyyə məsələlərini həyata keçirir. Məktəblərin direktorları hər ayın sonunda maaş cədvəllərini Mərkəzə təqdim edirlər, orada müvafiq əməliyyatlar həyata keçirildikdən sonra Təhsil Nazirliyinə göndərilir. Müəllimlərin əmək haqları bu prosesdən sonra maaş kartlarına köçürülür.

A.Fərmanlının işdən çıxarılmasına gəlincə, şikayətçi deyir ki, Hesablama Mərkəzinin rəhbəri Fəraid Qəhrəmanov ona qarşı qanunsuzluğa yol verib, bu da onun qurumda yaratdığı dözülməz atmosferlə bağlıdır: "Fəraid Qəhrəmanov Mərkəzdə öz qaydalarını tətbiq edib. Bu "qaydalara" tabe olmayan işçilərə isə "torba tikilir", gözümçıxdıya salınır, əmək müqaviləsinin müddəti uzadılmır. "Heç bir əməkdaş direktorun komfortunu poza, onun himayəsində olan yaxın çevrəsinin tapşıqılarından boyun qaçıra bilməz",- şikayətçi gileylənir.

Aysel Fərmanlı bildirir ki, 2020-ci ilin iyulun 1-dən 8 saylı Ərazi Maliyyə Hesablama Mərkəzində mühasib kimi əmək fəaliyyətinə başlayıb. Onun sözlərinə görə, əvvəlcə analıq məzuniyyətinə çıxan əməkdaşı əvəz edib, daha sonra əmək müqaviləsi ilə işə götürülüb. Şikayətçi ixtisaslı kadr olduğunu, sahəsi üzrə bütün proqramlardan, texnoloji yeniliklərdən xəbərdar olduğunu deyir. Həmçinin korrupsiya, qanunusuzluq hallarına qarşı həmişə barışmaz mövqedə dayandığını vurğulayır. Bildirdiyinə görə, elə rəhbərliklə konflikt də onun prinsipiallığına görə yaranıb: "Mən Mərkəzdə Gəncə şəhərində yerləşən 14 saylı orta məktəbin mühasibi idim. Bu məktəb problemləri, narazılıqları ilə şəhərdə məşhurdur. Təsəvvür edin, məktəbin 200 nəfərlik kollektivi direktor Gülşən Məmmədovanın işdən çıxarılmasını tələb edir. Səbəb kimi məktəbdə baş verən qanunsuzluqları, tədris mühitinin pozulmasını göstərirlər. Onunla bağlı prokurorluğa, məhkəməyə çoxsaylı şikayətlər ünvanlanıb. Amma bütün şikayət və tələblərə rəğmən o vəzifəsində qaldı. Çünki onu himayə edən "güclü əllər" var. Onların sırasında Fəraid Qəhrəmanovu, Mərkəzin baş məsləhətçisi İlhamə Muradovanı da göstərmək olar".

A.Fərmanlı qeyd edir ki, sözügedən qanunuszluqlarla bağlı dəfələrlə Fəraid Qəhrəmanova, o cümlədən Gəncə Şəhər Təhsil İdarəsinin müdüri Anar Qədiməliyevə, Mərkəzdə yoxlama aparan nazirliyin əməkdaşlarına şikayətini bildirib: "Amma heç bir tədbir görülmədi. Gülşən Məmmədova maliyyə sənədlərini mənə həmişə ayın sonuncu günü, iş gününün sonuna lap az qalmış gətirirdi. Bunu qəsdən edirdi ki, mən onun təqdim etdiyi maaş təyinatlarını yoxlaya bilməyim".

Aysel Fərmanlı deyir, G.Məmmədovanın əsas “tərəfdaş”larından biri Mərkəzin baş mühasibi İlhamə Muradovadır: "Bu xanım F.Qəhrəmanovun ən imtiyazlı işçisidir, onun sözünün qarşısında heç kim söz deyə bilməz, hamı onun qulluğunda dayanmalıdır. Amma mən həmin əməkdaşların sırasında olmadım. Buna görə Fəraid Qəhrəmanov bir neçə dəfə mənə irad tudu və mən də ona kəskin cavab verdim".

Şikayətçi bildirir ki, ona qarşı təzyiqlərin bir səbəbi də İlhamə Muradovanın ondan qisas almaq niyyəti ilə bağlıdır: "Gəncə Şəhər Baş Polis İdarəsinin mərhum rəisi, general Rasim Musayev İlhamə xanımın qardaşını narkotik üstündə həbs etmişdi. Bu əməliyyatı mənim atam Alim Məmmədovun başçlıq etdiyi əməliyyat qrupu həyata keçirmişdi. İlhamə Fərəməzova bu hadisədən sonra məndən qisas almaq fikrinə düşüb. Bu niyyətini həyata keçirmək üçün 14 saylı məktəbin direktoru Gülşən Məmmədova ilə birgə "əməliyyat" həyata keçiriblər. Belə ki, bu ilin aprelində 14 saylı məktəbin texniki işçisi analıq məzuniyyətinə çıxmışdı. Mən onun sənədlərini mühasibat proqramına işlədim. Amma sonradan məlum oldu ki, Gülşən Məmmədova həmin xanımdan maaş kartını alıb, İlhamə Muradova isə sistemdə dəyişiklik etdirərək 3 ay ərzində onun maaşını çıxararaq mənimsəyib.

Xanım bundan süd pulu üçün DSMF-yə müraciət edəndə xəbər tutub, ona bildiriblər ki, işlədiyinə görə vəsaiti oradan ala bilər. Onun İdarəyə müraciətindən sonra mən nə baş verdiyini anladım. Dərhal bu barədə Fəraid Qəhrəmanova məlumat verdim, amma o məsələyə etinasız yanaşdı. Hətta dedi ki, "tülkü tülkülüyünü sübut edənə qədər dərisini dartıb boğazından çıxararlar". Mərkəz rəhbəri deyir ki, mənim arxamda təhsil nazirinin müavini Muxtar Məmmədov, İlhamə Muradova isə onun arxasında Fəraid Qəhrəmanovun dayandığını, onlara heç kimin heç nə edə bilməyəcəyini söyləyiblər".

Aysel Fərmanlı deyir bu ilin aprel ayından etibarən Mərkəzdə Təhsil Nazirliyi, Maliyyə İdarəsi və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları yoxlamalar aparıb: “Bu araşdırmalar kiçik fasilələrlə avqust ayına qədər davam etdi. Amma təəssüf ki, nəticə F.Qəhrəmanovun və İlhamə Muradovanın istədiyi kimi oldu. Doğrudur, yoxlamanın davam etdiyi günlərdə Kəlbəcər rayonun təhsil işçiləri Mərkəzi dağıdırdılar ki, İlhaməni onların mühasibliyindən çıxarsınlar. Çünki məktəblərdə külli miqdarda pulların mənimsənildiyi, təhsil işçilərinə qarşı görünməmiş haqsızlıqlar olduğunu deyirdilər. Uzun dava-dalaşdan sonra Fəraid Qəhrəmanov onu Kəlbəcər məktəbləri üzrə mühasiblikdən çıxararaq Samux rayonunun təhsil müəssisələri üzrə mühasib təyin etdi".

A.Fərmanlı qeyd edir ki, 14 saylı məktəbin işçisinin maaş kartından pul çıxarılaraq mənimsənilməsi ilə bağlı Təhsil Nazirliyinin əməkdaşı Vüqar İsmayılovun rəhbərliyi ilə Mərkəzdə yoxlama aparan komissiyaya müraciət edib: "Onlardan xahiş etdim ki, mənim bütün fəaliyyətimi yoxlasınlar, zərrə qədər günahım varsa, məsuliyyət daşımağa hazıram".

Aysel Fərmanlı işdən çıxarılması ilə bağlı Gəncə Şəhər Nizami Rayon Məhkəməsinə müraciət edib. Onun şikayəti icraata götürülüb və oktyabrın 14-nə hazırlıq iclası təyin olunub. Şikayətçi media vasitəsi ilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, təhsil naziri Emin Əmrullayevə, Respublika Prokurorluğuna müraciət edərək 8 saylı Ərazi Maliyyə Hesablama Mərkəzində baş verən qanunsuzluqların araşdırılmasını və özünə qarşı yol verilən haqsızlıqların aradan qaldırılmasını xahiş edir.

Mərkəzin rəhbəri Fəraid Qəhrəmanov "AzPolitika.info"-nun sorğusuna cavab olaraq bildirib ki, Aysel Fərmanlını müqavilə müddəti bitdiyinə görə işdən azad edib. Qeyd edib ki, onun fəaliyyəti rəhbərliyi qane etmədiyi üçün bu addımı atıb. "Aysel xanım məhkəməyə müraciət edib, gözləyək, hansı qərar veriləcək. Onun ittihamlarına gəlincə, heç biri doğru deyil. Təhsildə rüşvət və korrupsiyadan danışmaq əsassızdır", - deyə F.Qəhrəmanov sözlərinə əlavə edib.

"AzPolitika.info"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rubio Çini ABŞ-ın əsas geosiyasi rəqibi adlandırıb - "Fox News"
Bu gün, 05:05
Qlobal bazarlar qaynayır - Azərbaycan təsirdən kənarda qala biləcəkmi?
Dünən, 22:21
Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi - BUNDAN SONRA...
Dünən, 22:19
Küveyt İran gəmisinə hücum edərək dörd nəfəri saxlayıb - Əraqçi
Dünən, 22:17
Koçaryan erməniləri Paşinyanla qorxutdu - "Hakimiyyətdə qalsa..."
Dünən, 22:14
Rusiya kommunistlərinin lideri Paşinyanla bağlı çağırış etdi
Dünən, 17:32
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Dünən, 17:28
Bankların şikayət indeksi - SİYAHI
Dünən, 17:26
Füzulinin Dövlətyarlı kəndinin su təchizatının tikintisinə 1,9 milyon xərclənəcək
Dünən, 17:23
Türkiyə-Ermənistan ticarəti Cənubi Qafqazın xəritəsini dəyişir - Yücel Karauz
Dünən, 17:20
Trendyol Xankəndidə keçirilən regional “İKT-də qızlar” konfransına DƏSTƏK OLUB - FOTO
Dünən, 17:18
Pakistan vətəndaşları Azərbaycanda yeni şirkət - YARADIBLAR
Dünən, 17:13
"Birmarket" yanğından sonra işini tam bərpa edib, dəyən zərər kompensasiya ediləcək
Dünən, 17:09
Şuşadakı otellərdə ən çox fransızlar, ən az isə almanlar pul xərcləyib - SİYAHI
Dünən, 17:06
"İzzətin yanında mənə "Əməkdar artist" deməyin"
Dünən, 16:57
Paşinyana qarşı qadağa tələbi - Zelenskinin İrəvan çıxışı Moskvanı ayağa qaldırdı
Dünən, 16:48
Fırıldaqçılıqdan əziyyət çəkən ölkələr - Şok siyahı
Dünən, 16:44
Məşhur generalın xanımı vəkilliyə BAŞLADI
Dünən, 16:42
Nazim Pənahovdan yeni təyinat - BUNDAN SONRA...
Dünən, 16:41
Putinə bu səlahiyyət verildi - Rusiyalıları “qorumaq” üçün başqa ölkələrə ordu yeridəcək
Dünən, 16:33
SOCAR-ın əksər qurumlarında islahat aparılsa da... BURALAR UNUDULDU! - MÜRACİƏT!
Dünən, 16:23
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Dünən, 16:01
“Nar” WUF 13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif edib
Dünən, 15:59
Pediatriya Mərkəzindən ayrılan sabiq direktor: - "İşlərimizi saymaqla bitməz"
Dünən, 15:45
Trampın səfəri: Zəngəzur uğrunda “müharibə” başlayır? – Amerikalı politoloq kartları açır
Dünən, 15:40
Xırdalanda məktəbli qıza qarşı cinayət: “Videoları yaydı, görüşə çağırdı” - TƏFƏRRÜAT
Dünən, 15:36
Sərhədləri sülh müqaviləsi AÇACAQ - AKTUAL
Dünən, 15:33
Dövlət Statistika Komitəsinin sədrinə müşavir təyin edilib - BUNDAN SONRA...
Dünən, 15:30
Gömrük “brokeri” üçün lisenziya tələbinin ləğvi bazara necə təsir edəcək? – AÇIQLAMA
Dünən, 15:27
Parkinq cərimələri ilə bağlı çox ciddi şikayətlər var - Eyyub Hüseynov
Dünən, 15:26
Daimi yaşamaq üçün Azərbaycana ən çox hansı ölkələrdən gəliblər? - TƏFƏRRÜAT
Dünən, 15:14
Saleh Səmədovun ilk məhkəməsi oldu - Ev dustaqlığına buraxılmadı
Dünən, 15:13
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Dünən, 15:05
Keçmiş xüsusi nümayəndə HƏBS OLUNUB? - İDDİA
Dünən, 15:02
Zamanı sözlə danışdıran yazıçı – Elçinin xatirəsi anılıb
Dünən, 14:56
Məşhur müğənnidən illər sonra gələn etiraf: - "Hamı sözü bir yerə qoymuşdu ki..."
Dünən, 14:34
Fransa Ermənistanı Rusiyanın əlindən SİLAHLA QOPARIR
Dünən, 14:31
Azərbaycanın iri broyler istehsalçısı “Mərcan”nın rəhbərliyində təyinat olub - ƏMR
Dünən, 14:29
Azərbaycanda həbs qərarlarını ən çox hansı qurumlar qəbul edib? - TƏFƏRRÜAT
Dünən, 14:21
Rusiya ləzgiləri taleyin ümidinə buraxdı - “The Central Asia-Caucasus Analyst”
Dünən, 14:19
Milli Məclisin komitə sədri elə ŞOK faktları açıqladı ki… - MÜSAHİBƏ
Dünən, 14:14
Bir sıra tibb müəssisələrinə yeni direktor və direktor müavinləri təyin olunub - ADLAR
Dünən, 13:48
Rektor TƏBİB-in keçmiş işçisinə vəzifə verdi - FOTO
Dünən, 13:08
Küçədə, həyətdə, evin qarşısında cərimə: - “Qadağadırsa, bəs maşını hara saxlayaq?”
Dünən, 13:04
Erməni səfir Moskvadan getdi – Nə baş verir?
Dünən, 13:01
“AzInTelecom”a baş direktor təyin edilib - BUNDAN SONRA...
Dünən, 12:59
TƏBİB-in yeni şefinin ABSURD İSLAHATLARI... - AXI NİYƏ?..
Dünən, 12:58
"Həsən Seyidbəylidən sonra Kinematoqrafçılar İttifaqı öldü" - Ayaz Salayev
Dünən, 12:51
Suraxanıda daha bir tikinti ÖZBAŞINALIĞI... - BU NƏDİ BELƏ?
Dünən, 12:44
Ermənistana qayıdacaq azərbaycanlılar hansı kəndlərdə yaşayacaqlar? - Açıqlandı
Dünən, 12:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru