Çin Trampın “Qızıl Qübbəsi”ni sıradan çıxardır... .....                     Putin bütün Ukraynanı ələ keçirmək istəsə, Rusiya dağılacaq .....                     Pensiyalarla bağlı vacib məlumat .....                     Bu, başlanğıcdır, Rusiya daha böyük hücuma hazırlaşır .....                     “Get, Ali Məhkəmə işə baxandan sonra gəl, ay tələbkar qazi!” .....                     Moskvadan Cənubi Qafqaz AÇIQLAMASI .....                     Bizi pozuculuqda günahlandıranların menyusuna .....                     Tiflis Moskva ilə münasibətləri yenidən gərginləşdirir .....                     Xameneinin Azərbaycandakı ofisinin fəaliyyəti bərpa edilir .....                     Tramp İranla nüvə sazişi üzrə irəliləyişin əldə olunduğunu açıqlayıb .....                     Getdiyimiz yolun güzgüsü .....                     AMİP QURULTAYA GEDİR .....                     İmtahandan sonra hakerlər pul qazanır: Balları artıracaqlarını vəd edərək... .....                     “Zəngəzur dəhlizi olmayacaq” demək həyasızlığın son həddidir .....                     Rusiya bayrağı təhqir olundu .....                     “SƏS Azərbaycan”ın qalibi bəlli oldu .....                     Həkim-stomatoloqlardan “töycü” tələb etmək biabırçılıqdır .....                     Deputat oğlu Elçibəyin ölümündən DANIŞDI .....                     Hitlerin izi ilə: Putinin “bufer zonası” və “mən sülh istəyirəm” .....                     “Məni itirmək istəmir” .....                     "Depressiyada idi, özünə qəsd etmək istəyirdi" .....                     “3400 mina qurbanına görə hələ heç kim Ermənistana “gözün üstə qaşın var” deməyib” .....                     Gözlər İrəvandan Bakıya çevrildi: İki böyük güc hərəkətə keçir .....                     Zərərçəkmişlərin hərracda iştirak hüquqları əllərindən alınır .....                     Kreml miqrant ovunu davam etdirir... .....                     Goranboyda məktəb direktoru PULU SİYAHI İLƏ YIĞIR .....                     Putin Zelenskini tanımır: .....                     Ruslar bizi nə dost bilir... nə də düşmən... .....                     Tramp Rusiyanı "oğru" adlandırdı .....                     Bakı razılıq verdi, EPU İrəvanda olacaq: Əliyev də gedəcək? .....                     Hakan Fidan Rusiyaya gedir .....                     Ələt təkcə iqtisadi zona kimi deyil, bir yaşayış ünvanı kimi də inkişaf etdirilməlidir .....                     “Kasap Kabab”ın salatın içindən şüşə çıxdı: Müştəri yaralandı .....                     SSSRİ təhlükəsi NƏ QƏDƏR REALDIR? .....                     'Avant Group' yenə də MİŞARLARINI İTİLƏYİB .....                     İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri daha da artıb .....                     "Artıq uşaqlar da hərəsi bir smartfon gətirir ki, müəllimin səsini yazsın" .....                     Zəngəzur dəhlizinin Sədərək qapısı .....                     Statistika artır: Cibimiz və soyuducumuz isə boşdur... .....                     Bu gün 54 247 abituriyent üçün imtahan keçiriləcək .....                 

Gənc oğlan iş adamının qohumlarını aldatdı: Bir nəfəri bıçaqladı, digərini güllələdi - TƏFƏRRÜAT
Tarix: 12-05-2020, 11:32 | Çap et
Gənc oğlan iş adamının qohumlarını aldatdı: Bir nəfəri bıçaqladı, digərini güllələdi
Azərbaycanda ağır cinayətlərdə ittiham olunan 1991-ci il təvəllüdlü Ramin Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Kəlbəcər rayonundan olan məcburi köçkün Ramin Kərimov 2015-ci ilin oktyabr ayının ortalarında tanışı Orxan Hüseynovun ondan qohumu Musa Əhmədova məxsus Bakı şəhəri Xətai rayonu Dmitrov qəsəbəsi Araz Novruzov küçəsi 29 ünvanda yerləşən 2 mərtəbəli obyektin - çay evinin mansar hissəsinin sahəsinin genişləndirilməsi üçün lazımi sənədlərin əldə edilməsinə köməklik etməsini xahiş etməsindən istifadə edib.

Ramin Kərimov tamah məqsədilə özgənin xeyli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə istintaqa məlum olmayan digər şəxslə razılaşmaqla qabaqcadan əlbir olaraq bir qrup halında birləşərək Orxan Hüseynova tələb olunan sənədləri əldə edəcəyi ilə bağlı yalan vədlər verib, onu inandırıblar.

Bundan sonra çay evini faktiki işlədən Rüfət Əhmədov sənədləşdirilmənin aparılması ilə bağlı tələb olunan dövlət rüsumlarının ödənilməsi üçün 7500 manat pulu “Bank Respublika”nın Şəmkir rayon filialına Orxan Hüseynovun adına göndərib.

Ramin Kərimov pulu Orxan Hüseynovdan aldıqdan sonra birlikdə Gəncə şəhərinə gediblər. Ramin Kərimov 7500 manat pulu istintaqa məlum olmayan digər şəxsə verib, sonra isə Orxan Hüseynovla Şəmkir şəhərinə qayıdıb.

Daha sonra Ramin Kərimov təkrar Gəncə şəhərinə gedərək digər şəxsdən əvvəlcədən razılaşdıqları kimi pulu geri alıb, köməklik etdiyi üçün həmin şəxsə 300 manat verib. 2015-ci ilin dekabr ayında Ramin Kərimov Orxan Hüseynovun atası Ənvər Hüseynovdan sənədləşdirmə işlərinin yekunlaşması üçün Şaiq adlı şəxsə göndərmək adı ilə əlavə olaraq 1500 manat alıb.

Bundan başqa, Ramin Kərimov 2016-cı ilin mart ayında Şəmkir şəhər sakini Rasim Axundov ilə əlaqə saxlayıb. O, Orxan Hüseynov və atası Ənvər Hüseynovdan aldığı pulu qaytara bilmədiyi üçün barəsində Şəmkir rayon polis şöbəsinə şikayət etdiklərini, bununla bağlı ona köməklik etməsini xahiş edib.

Bundan sonra Rasim Axundov Orxan Hüseynov və atası Ənvər Hüseynovla danışaraq pulun hissə-hissə ödənilməsi ilə əlaqədar razılığa gəliblər.

Buna baxmayaraq, Ramin Kərimov sözünə əməl etməyib, pulu qaytarmadığı üçün Rasim Axundovla aralarında narazılıq yaranıb.

Rasim Axundov 4 sentyabr 2016-cı il tarixdə, saat 23 radələrində Şəmkir şəhəri, S.Vurğun küçəsində yerləşən “Məkan” çay evinin qarşısında Ramin Kərimov ilə qarşılaşıb.

Bu vaxt Rasim Axundov Ramin Kərimovdan sözünə əməl etməyib, Orxan Hüseynova pulu qaytarmadığına görə iradını bildirib. Buna görə onların aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Yaranmış mübahisə zamanı Ramin Kərimov əvvəlcədən özündə olan bıçaqla Rasim Axundovun qarın nahiyəsindən bir dəfə vurub.

Bundan başqa, 17 noyabr 2017-ci il tarixdə, saat 23 radələrində Mircalal Mehdiyev ilə Ramin Kərimovun arasında Şəmkir Olimpiya İdman Kompleksinin yaxınlığında mübahisə yaranıb. Yaranmış şəxsi münasibətlər zəminində Mircalal Mehdiyevin özü ilə əvvəlcədən gətirmiş olduğu dəmir boru və bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə vuraraq sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməsini özünə qarşı ağır təhqir kimi qəbul edib.

Ramin Kərimov 17 yanvar 2018-ci il tarixdə, saat 13 radələrində Mircəlal Mehdiyevin Şəmkir şəhəri, 20 yanvar küçəsində olduğunu müəyyən edib. O, Mircəlal Mehdiyevdən qisas almaq məqsədilə onu öldürmək qərarına gəlib.

Bu məqsədlə Ramin Kərimov atasının mərhum əmisi Cabbar Orucovdan qalmış və özü əvvəlcədən qanunsuz olaraq lülələrini kəsib ballistik xüsusiyyətlərini dəyişməklə hazırladığı ov tüfəngini və döyüş sursatı hesab olunan iki ədəd patronu götürüb, sonra Şəmkir şəhəri, 20 yanvar küçəsində səki ilə piyada gedən Mircəlal Mehdiyevi təqib edib.

Ramin Kərimov “Vitamin 2” aptekinin qarşısında Mircalal Mehdiyevə yaxınlaşıb və qisas almaq niyyətilə öldürmək məqsədilə Mircəlal Mehdiyevə atəş açıb. Güllə tarası salan Mircəlal Mehdiyev dərhal hadisə yerindən qaçaraq uzaqlaşıb.

Daha sonra Mircalal Mehdiyev yaralı vəziyyətdə xəstəxanaya gəlib. Vaxtında ona ixtisaslı tibbi yardım göstərildiyindən həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Ramin Kərimovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə), 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 229.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama, habelə odlu silahı təmir etmə) maddələri ilə ittiham elan edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramin Kərimov 16 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Ramin Kərimov apelyasiya şikayəti verib. O, ittiham olunduğu Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsini həmin məcəllənin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərərvurma) maddəsinə tövsif edilməsini istəyib. Ramin Kərimov barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.

Bir müddət əvvəl Gəncə Apelyasiya Məhkəməsində hakim Elçin Xasməmmədovun sədrliyi ilə baş tutan iclasda Ramin Kərimovun şikayəti üzrə qərar elan edilib.

Qərara görə, Ramin Kərimovun apelyasiya şikayəti təmin edilib. Onun ittiham olunduğu Cinayət Məcəlləsini 29,120.2.4-cü maddəsi həmin məcəlləinin 127.2.3-cü maddəsinə tövsif edilib.

Ramin Kərimov Cinayət Məcəlləsinin 126.1, 127.2.3, 178.2.1, 178.2.4, 228.1 və 229.1-ci maddələri ilə təqsirli bilinib və ona 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. O, Gəncə Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən araşdırılması üçün apelyasiya instansiyasına qaytarılması barədə qərar qəbul edilməsini istəyib.

Ali Məhkəmənin Cinayət Kollegiyası prokurorun kasasiya protestini təmin edib. Gəncə Aprlyasiya Məhkəməsinin qərarı ləğv edilib, cinayət işi yenidən araşdırılması üçün apelyasiya intansiyasına qaytarılıb.

Gəncə Apelyasiya Məhkəməsində bu dəfə şikayət hakim Çingiz Məmmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Ramin Kərimovun şikayəti təmin edilib və onun cəzası 5 il 6 aya endirilib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Çin Trampın “Qızıl Qübbəsi”ni sıradan çıxardır...
Bu gün, 08:14
Putin bütün Ukraynanı ələ keçirmək istəsə, Rusiya dağılacaq - Tramp
Bu gün, 07:31
Pensiyalarla bağlı vacib məlumat – DİQQƏT
Bu gün, 07:10
Bu, başlanğıcdır, Rusiya daha böyük hücuma hazırlaşır - FT
Bu gün, 07:07
“Get, Ali Məhkəmə işə baxandan sonra gəl, ay tələbkar qazi!” - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:43
Moskvadan Cənubi Qafqaz AÇIQLAMASI - Türkiyə ilə...
Bu gün, 06:20
Bizi pozuculuqda günahlandıranların menyusuna - ƏSLİNDƏ...
Bu gün, 06:07
Tiflis Moskva ilə münasibətləri yenidən gərginləşdirir - NƏ BAŞ VERİR?
Bu gün, 06:03
Xameneinin Azərbaycandakı ofisinin fəaliyyəti bərpa edilir - ORA DA AGENTURA İDİ AXI..
Bu gün, 05:59
Tramp İranla nüvə sazişi üzrə irəliləyişin əldə olunduğunu açıqlayıb - NƏHAYƏT
Bu gün, 05:52
Getdiyimiz yolun güzgüsü – Aparır, bizi... büdcə, aparır!
Bu gün, 00:46
AMİP QURULTAYA GEDİR - Ali Məclis "hə" dedi
Bu gün, 00:36
İmtahandan sonra hakerlər pul qazanır: Balları artıracaqlarını vəd edərək... - BU NƏDİ BELƏ?
Bu gün, 00:31
“Zəngəzur dəhlizi olmayacaq” demək həyasızlığın son həddidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:28
Rusiya bayrağı təhqir olundu – Cinayət işi açıldı
Bu gün, 00:21
“SƏS Azərbaycan”ın qalibi bəlli oldu - "Qızım qalib oldu!"
Bu gün, 00:18
Həkim-stomatoloqlardan “töycü” tələb etmək biabırçılıqdır - ETİRAZ
Dünən, 23:43
Deputat oğlu Elçibəyin ölümündən DANIŞDI - "Ağırdır, amma..."
Dünən, 23:39
Hitlerin izi ilə: Putinin “bufer zonası” və “mən sülh istəyirəm” - GƏLİŞMƏ
Dünən, 20:28
“Məni itirmək istəmir”
Dünən, 20:23
"Depressiyada idi, özünə qəsd etmək istəyirdi" - Aydın Xırdalanlının anası
Dünən, 15:03
“3400 mina qurbanına görə hələ heç kim Ermənistana “gözün üstə qaşın var” deməyib” - FAKT BUDUR!
Dünən, 11:14
Gözlər İrəvandan Bakıya çevrildi: İki böyük güc hərəkətə keçir – Qərar dəyişdi
Dünən, 11:11
Zərərçəkmişlərin hərracda iştirak hüquqları əllərindən alınır - HƏRRAC İŞBAZLARINA "YAŞIL İŞIQ"
Dünən, 11:04
Kreml miqrant ovunu davam etdirir...
Dünən, 09:42
Goranboyda məktəb direktoru PULU SİYAHI İLƏ YIĞIR - FOTOFAKT
Dünən, 09:40
Putin Zelenskini tanımır: - Kreml seçki və Trampla dialoq istəyir
Dünən, 09:16
Ruslar bizi nə dost bilir... nə də düşmən... - SORĞU
Dünən, 09:14
Tramp Rusiyanı "oğru" adlandırdı - "RİA Novosti"
Dünən, 08:40
Bakı razılıq verdi, EPU İrəvanda olacaq: Əliyev də gedəcək? - GƏLİŞMƏ
Dünən, 08:30
Hakan Fidan Rusiyaya gedir – Yeni regional danışıqlar gündəmdə?
Dünən, 08:26
Ələt təkcə iqtisadi zona kimi deyil, bir yaşayış ünvanı kimi də inkişaf etdirilməlidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:37
“Kasap Kabab”ın salatın içindən şüşə çıxdı: Müştəri yaralandı - FOTO
Dünən, 07:31
SSSRİ təhlükəsi NƏ QƏDƏR REALDIR? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 07:23
'Avant Group' yenə də MİŞARLARINI İTİLƏYİB - Sakinlər narahatdır
Dünən, 07:19
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri daha da artıb - HESABAT
Dünən, 06:28
"Artıq uşaqlar da hərəsi bir smartfon gətirir ki, müəllimin səsini yazsın" - Əmrullayevin məktəbləri BAZARA DÖNÜB
Dünən, 06:20
Zəngəzur dəhlizinin Sədərək qapısı - Türk dünyasının yeni iqtisadi bağı
Dünən, 06:11
Statistika artır: Cibimiz və soyuducumuz isə boşdur... - ÜDM bir rəqəm göstərir, biz isə başqa rəqəm hiss edirik
Dünən, 05:59
Bu gün 54 247 abituriyent üçün imtahan keçiriləcək - DİQQƏT
Dünən, 05:46
Dünya 6G-dən danışır, “Azərcell” qiymət qaldırır… – Ekspertdən SƏRT TƏNQİD
Dünən, 05:42
"Xasiyyətcə Afət Fərmanqızına bənzəyirəm"
Dünən, 05:38
"İranın çox ağır bir durumdadır..." - ONA GÖRƏ DƏ...
Dünən, 05:34
İrəvanın 'İNDEYSKİ' mahiyyəti... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 00:10
İstedadlı gənclər ölkəni niyə tərk edir? - ARAŞDIRMA
Dünən, 00:05
Jan-Noel Barronun İrəvan səfəri: Erməni revanşizmi üçün yeni ümid, region üçün yeni təhlükə... - AKTUAL
24-05-2025, 23:39
"Siz oraya aş, boşbaş yeməyə getməmisiniz"
24-05-2025, 23:36
"Paxıllıqdan onu 'yutub'dan silmişdilər..."
24-05-2025, 21:46
74 yaşlı qadının əl-ayağını bağlayıb başına kisə keçirdilər: Pullarını da oğurladılar - TƏFƏRRÜAT
24-05-2025, 21:42
Tehran Bakıya dəhliz verdi, Zəngəzur bitdi - Tarasov
24-05-2025, 21:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru