Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR .....                     Azərbaycan son savaşda sübuta yetirdi ki... .....                     Zelenski indi də İrəvan yolunda... .....                     Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' .....                     Natəmiz mühitdə hansı sağlamlıq? .....                     "Bu artıq xidmət deyil..." .....                     Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                 

"Fəxrəddin Manafov Zaurdan fərqli olaraq, dəlicəsinə sevə və eşqi uğrunda hər şeyindən, hətta canından belə keçməyə hazır adamdır"
Tarix: 4-08-2016, 09:38 | Çap et
"Fəxrəddin Manafov Zaurdan fərqli olaraq, dəlicəsinə sevə və eşqi uğrunda hər şeyindən, hətta canından belə keçməyə hazır adamdır"
Xəbər verdiyimiz kimi, avqustun 2-si Azərbaycanın xalq artisti Fəxrəddin Manafovun doğum günüdür. "Evləri köndələn yar", "İşgüzar səfər", "Park", "Şeytan göz qabağında", "Ölsəm... bağışla", "Təhminə", "Otel otağı", "Dronqo", "Qraf Krestovski", "Əlvida, cənub şəhəri", "Hökmdarın taleyi", "Sübhün səfiri", "Mahmud və Məryəm" kimi ekran işlərilə tamaşaçıların qəlbinə yol tapmış aktyor 60 illik yubileyini qeyd edib.

Sevilən aktyorun son çəkildiyi filmlər "Əli və Nino", eləcə də "Son Səhnə" gələn il ekranlara çıxacaq.

diaaz.space Buro247.az-a istinadən xalq artistinin müsahibələrindən ən yaxşı sitatları seçib.

Əgər məndən soruşurlarsa, neçənci ildə anadan olmusan, mən ikinci dəfə başqa bir jurnalistə yalandan deyə bilmərəm ki, mən 2 avqustda yox, 14 yanvarda dünyaya gəlmişəm. Sual verirlər, "necə oldu sənətə gəldiniz?". Cavab verirəm: sağ qapıdan gəldim, gördüm sol qapı açıqdır,bax beləcə də sənətə gəldim.

Məndə pafosun olmaması çox təbiidir. Pafos olan yerdə özümü çox pis hiss edirəm, qaçıram o yerdən, çünki qeyri-səmimiliyi xoşlamıram. Mən çox səmimi insanam.

Təklik, tənhalıq mənim həyat obrazımdı. İnsan tək gəlir bu həyata, tək də gedir.

Hərdən deyirlər ki, filankəs "xarizmatik" bir insandır. Mənim üçün xarizma insanın üzündə, gözündədir - əgər insanın daxili mədəniyyəti, düşüncəsi, ağlı, zəkası simasında cəmlənibsə, o, xarizmatik adamdır. Əgər bu şeyləri gizlədibsə, təbii ki, o, xarizmatik adam deyil. Səmimi adamlar çox xarizmatik olur. Çünki o, cəmiyyət arasında da, özü ilə tək qalanda da, eynidir, dəyişməyə ehtiyac görmür.

Keçmişə qayıtmaqla aram yoxdur. Zəhləm gedir. Amma uşaqlığımdakı bəzi anları unutmaq olmur. Əsgəran qalasına gedib, əllərimi qalanın divarlarına qoymağı çox sevirdim. Qocalardan kimsə bizə demişdi ki, qulağınızı qalanın divarına dayasanız, qılınc və qışqırıq səslərini eşidərsiniz. Biz də qulağımızı saatlarla qalanın divarına dayayırdıq. Doğrudan da səslər gəlirdi... Onu eşitmək istəyirdik, ona görə də eşidirdik. Bir-birimizə deyirdik ki, mən bunu eşitdim, mən onu eşitdim. Sonra yadıma gəlir, zoğal yığırdıq... Uşaqlıq xatirələri gözəldir.

Uşaqlıqda biz dörd qardaş "kino-kino" oynamağı çox xoşlayırdıq. Məhəllə uşaqları da bizə qoşulurdu. Seçdiyimiz bir filmdən epizodları aramızda bölüşürdük. Obrazları oynayırdıq, əks tərəf çalışardı ki, kimi canladırdığımızı tapsın. Nədənsə məndə hər şey yaxşı alınırdı. Göstərdiyim səhnəcikləri tapırdılar. Ona görə də adımı artist qoymuşdular.

Mən inqilabı və inqilabçıları qəbul etmirəm. Mədəniyyəti, iqtisadiyyatı, mənəviyyatı, hər şeyi dağıdırlar, yerinə heç nə gətirmirlər.

Ən böyük arzum, bəlkə də, o idi ki, futbolçu olum. Amma türklər demişkən, maləsəf, tale elə gətirdi ki, mən aktyor oldum...

Gözümü qırpmadan müharibəyə gedərəm - Qarabağı almağa.

Mən bu yaşda birdən vurulsam, Allah göstərməsin, onun altından çıxmaq çox çətin şeydir.

Qadın yerlə-göy arasındakı vasitədir.

Qadınlar diqqət istəyir. Mən banal şeylər deməyəcəm, məsələn, sevgi kimi. Çünki qadınla sevgi birdir, qadın özü kosmosdur.

Mən hətta sevmədiyim qadınları da qısqanıram.

Qadınların məni sevməsi xoşuma gəlir.

Qadın səndən, məndən, ümumiyyətlə, kişi xeylağından bütün sirlərini alandan sonra, sənin haqqında bütün məlumatları əldə etdikdən sonra sənə olan marağı itir. Ondan sonra nə şeir, nə fəlsəfə, nə romantika köməyə gəlir.

İnsanlar nağılı çox sevirlər, çünki bu gerçəklik deyil. Bütün həyatımız boyu - gözümüzü açandan yumana qədər gerçəkliyi də çalışırıq nağıl eləyək. Yaşayışımızı da, davranışımızı da, hətta evdə mübahisə olandan sonra da çalışırıq onun sonunu nağıla çevirək ki, axırı yaxşı qurtarsın. Bu baxımdan "Təhminə" yaddaqalan bir film oldu. Hər kəs orda nağıl gözləyirdi və nağıl da oldu. Bəs nəyə görə nağıl oldu, baxmayaraq ki, Təhminə ölür, Zaur başqası ilə evlənir? Filmin sonunda Zaurun arvadının verdiyi siyahını oxumasında nağıl elementləri var idi.

Zaur - bu gün də bizimlə olan tipajdır. Biz azadlığın dadını bilməyən və bilmək istəməyən belə zaurlarla əhatə olunmuşuq. Bu, onların ən böyük faciəsidir.

Fəxrəddin Manafov Zaurdan fərqli olaraq, dəlicəsinə sevə və eşqi uğrunda hər şeyindən, hətta canından belə keçməyə hazır adamdır.

Meral (türk aktrisa Meral Konrat-red.) 20 il əvvəl həyatında böyük sevgi yaşayırdı. O, həmin şəxsə dəlicəsinə aşiq olmuşdu və bütün boş vaxtını, pullarını telefon danışıqlarına sərf edirdi. Peterburqda çəkiliş aparılanda onun yuxusuzluqdan necə əziyyət çəkdiyini indiyədək xatırlayıram. Meralın başqa bir kişiyə dəlicəsinə aşiq olması məni özümdən çıxarmışdı. Onu özümə aşiq etməyi elə çox istəyirdim ki... Bunun əvəzində Meralın sevgisi çox gözəl şəkildə rolunda öz əksini tapdı.

Əgər bir adam mütaliə ilə bağlı sual verirsə, qarşısındakının IQ səviyyəsini - sevmirəm bu ifadəni - yoxlayır. Elə adamlar var ki, minlərlə kitab oxuyur, amma oturub söhbət eləmək olmur. Mən çox oxuyuram və əlimə keçəni oxuyuram. Bir şey ki, kağız üzərinə yazıldı, o artıq maraqlıdı. Mən bu gün əlifbanı da oxuyuram.

Tanıdığınız mən və iç dünyamdakı Fəxrəddin o qədər fərqlidirlər ki... Nə o mənə güc gəlir, nə də mən ona. Hər ikisinə böyük hörmətim var, hər ikisini çox istəyirəm, biri digərindən incisə, ikisindən də zəhləm gedər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR - İLGİNC FAKTLAR
Bu gün, 05:40
Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16
Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01
Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Dünən, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Dünən, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Dünən, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Dünən, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Dünən, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Dünən, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Dünən, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Dünən, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Dünən, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Dünən, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Dünən, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Dünən, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Dünən, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Dünən, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Dünən, 12:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru