“PAŞA Bank”da yeni təyinat .....                     “Beynəlxalq Bankı”ın mənfəəti azaldı .....                     Paşinyan 3 il ərzində 6-cı dəfə Makronu Ermənistana dəvət edib .....                     "Analar, oğlunuza tərbiyə verin, qadın qul deyil" .....                     Deputat Aqil Abbas ailəsi ilə birlikdə Ağdama köçmək istədiyini bildirib .....                     "Paşinyanın başqa yolu qalmayıb, Ermənistan Rusiyadan uzaqlaşacaq" .....                     Cənub-şərq küləyi əsəcək .....                     Razi Nurullayevdən yeni məmurlara etiraz: .....                     "Evimizdə xəyanət mövzusu gündəmə gəlməyib, səhvini üzünə vurmamışam" .....                     Kremlin Karapetyan planı: .....                     Üfüqdə görünən sülh: danışıqlar belə davam edərsə... .....                     Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb .....                     TRT-nin Azərbaycan səhvi: Ərdoğan cəzalandırdı? .....                     Putin Ukrayna müharibəsində ona pul toplayan azərbaycanlıları da hədəfə alır .....                     Cahid Şahbazovla bağlı .....                     36 ilin işçisi ixtisara salınır: HARA GETSİN BƏS? .....                     DİM sədri yenə ekspertlərin BOSTANINA DAŞ ATDI .....                     “Təəssüf ki, bəzən yalnız ehsan süfrəsinə görə yasa gələnlər olur” .....                     Türkiyə bazaları Azərbaycana GƏLİR, ölkəmiz NATO-ya ÜZV OLUR .....                     Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək .....                     Ukraynada hərbi vəziyyətin müddəti uzadılır .....                     Azərbaycan və yeni Suriya: Bakı Yaxın Şərqin yeni düzənini necə formalaşdırır .....                     NDU-da QALMAQAL: “Dekan bizə cinsi əlaqə təklif etdi” .....                     Tender bazarının daha bir ”XODGEDƏNİ”: ”SAFFİRA PLUS”... .....                     “Söz verdiyim kimi vəzifəmdən gedirəm, qoy sevincləri artıq olsun” .....                     Müştərini döyən “Uber”in sürücüsünə hökm oxundu .....                     Rövşən Rzayev və Əli Həsənli şirkətin işçilərinə çox maaş yazıb sonra geri alırlar? .....                     “Kontakt Home” müştəriyə əzik kondisioner satdı .....                     "Rusiyaya uzaqmənzilli zərbələr endiriləcək" .....                     Ərzaq bazarının monopolist şirkəti "Azərsun" medianı kababxanalara qaytarır .....                     İşəgötürən bu halda maddi və mənəvi məsuliyyət daşıyır .....                     Ağlar günə qoyulan QUSAR TƏHSİLİ... .....                     "Cahid Şahbazova cinayət işi açılıb" .....                     "Qızlar əncir yarpağında çölə çıxsalar bundan abırlıdır" .....                     Abbas şikayətini geri götürmək üçün pul alıb .....                     Dövlət Radiotezliklər İdarəsinin qızılgül, qərənfil, əklil almaq istəyi baş tutmadı .....                     Düşünürdüm ki, Putin sözünün üstündə duran adamdır .....                     Qaxda günlük ev qiymətləri “OD-TUTUB yanır” .....                     9 saylı türmədə nələr baş verir? .....                     “Sədərək Yusif”in oğlunun evindən oğurluq edən qadınla bağlı qərar ləğv edildi .....                 

“Bu məsələdə partiyaların iradları nəzərə alınmalı idi” - Sərdar Cəlaloğlu
Tarix: 14-01-2023, 08:59 | Çap et
 “Bu məsələdə partiyaların iradları nəzərə alınmalı idi”
Yanvarın 11-də Azərbaycan prezidenti İlham Əliyev “Siyasi partiyalar haqqında” yeni qanunu imzaladı. Lakin qanun bəzi müxalifət qüvvələrinin kəskin tənqidinə səbəb olub. Məsələn, Respublikaçı Alternativ Partiyasının lideri İlqar Məmmədov sənədin təsdiqlənməsini mənfi qiymətləndirib.

“Düz iki ay sonra, martın 11-dək Venesiya Komissiyası bu qanunla bağlı öz rəyini təqdim etməlidir. Qanunun Venesiya Komissiyasının ekspertizasından əvvəl və onun tövsiyələri nəzərə alınmadan imzalanması o deməkdir ki, komissiyanın rəyi olduqca mənfi olacaq”, - Məmmədov “Turan”a bildirib.

Onun fikrincə, hakimiyyətin qəbul etdiyi iki qanun - media və siyasi partiyalar haqqında qanunlar Azərbaycanı beynəlxalq demokratik birliyin gözündə nüfuzdan salacaq.

Qanunu tənqid edənlərin fikrincə, o, hüquq və azadlıqları, o cümlədən sərbəst toplaşmaq və ifadə azadlığını mühüm dərəcədə məhdudlaşdırır. Belə ki, siyasi partiyanın qeydiyyatı üçün onun ən azı 5000 üzvü olmalıdır. Əgər onların sayı 4500-ə düşərsə, o zaman məhkəmədə bu partiyanın dövlət qeydiyyatının ləğvi barədə iddia qaldırılır. Həmçinin siyasi partiyaların üzvlərinin reyestri aparılacaq. Yəni partiya üzvlərinin haqqında bütün məlumatlar ictimaiyyətə açıq olmalıdır. Dövlət qeydiyyatı olmadan siyasi fəaliyyətə yol verilmir. İl ərzində siyasi partiyalara ianələr minimum əməkhaqqının 35 mislindən (hazırda 10,5 min manat) çox ola bilməz. Bütün bu normalar hakimiyyətin siyasi fəaliyyəti məhdudlaşdırmaq və müxalifət partiyalarının ləğvini qanuniləşdirmək səyləri kimi qiymətləndirilir.

Dekabrın 14-də Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsi bu qanunun Avropa Şurası Venesiya Komissiyası tərəfindən təcili qiymətləndirilməsi barədə qərar qəbul edib.

Bu arada Azərbaycan Demokratiya və Rifah Partiyasının buraxıldığı məlum olub. Bu barədə partiya sədri Qubad İbadoğlu məlumat yayıb. O bildirib ki, bu addım “Siyasi partiyalar haqqında” Qanuna uyğun olaraq atılıb: “Prezidentin 11 yanvar 2023-cü ildə təsdiqlədiyi ”Siyasi partiyalar haqqında" Qanunun 4.7-ci maddəsinə görə, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir. ADR Partiyası olaraq fəaliyyətimizi Qanunun tələblərinə uyğunlaşdırmaq məcburiyyətindəyik. Partiyanın mərkəzi icra strukturlarının buraxılması və təyinatlı rəhbər şəxslərin fəaliyyətlərinə xitam verilməsinə dair sərəncam imzalamışam. Partiyanın seçkili orqanlarının fəaliyyətinə dair yekun qərarı növbəti Ali Məclis verəcək. Böyük ehtimalla fəaliyyətimizi bundan sonra ADR Hərəkatı olaraq davam etdirəcəyik".

ADR 2015-ci ildə yaradılıb. Onun rəhbəri olan iqtisadçı professor Q.İbadoğlu Londonda yaşayır.

Bəs digər müxalif partiyalar İlqar Məmmədovun mövqeyini bölüşürmü?
ADP sədri Sərdar Cəlaloğlu qəzetimizə qeyd olunan qanundan narazı olduğunu dedi: “Əvvəla, onu deyim ki, qanunlar konstitusiya normalarının daha geniş və ətraflı həyata keçirilməsini təmin edən normalardır. Bu baxımdan qanunların Konstitusiyaya zidd olması yolverilməzdir. ”Siyasi partiyalar haqqında" yeni qanun müzakirə olunan zaman bildirdik ki, bu, Azərbaycan Konstitusiyası ilə ziddiyyət təşkil edir, hüquqa uyğun gəlməyən bir çox müddəalar var. Hansı ki, yenə də Azərbaycan Konstitusiyasına görə, Konstitusiyadan sonra beynəlxalq hüquq normaları ölkəmizdə üstünlüyə malik normalar kimi təsbit olunub. Digər tərəfdən, ümumiyyətlə, qanun nə deməkdir? Qanun real ictimai münasibətləri tənzimləyəndir.

Bu da “Siyasi partiyalar haqqında” qanun olduğuna görə praktiki olaraq siyasətlə məşğul olan siyasi partiyaların iradları nəzərə alınmalı idi. Həmin vaxt siyasi partiyaların böyük əksəriyyəti, hətta Yeni Azərbaycan Partiyası da bu qanunla siyasi fəaliyyətin həyata keçirilməsinin mümkün olmadığını dedilər. Amma bütün bunlara baxmayaraq, qanun qəbul edildi. Bunun sonu necə olacaq, onu gələcək göstərəcək".

AĞ Partiya sədri Tural Abbaslı da qanundan narazı olduğunu qeyd etdi: “Təbii ki, ölkə daxilində qəbul edilən istənilən qanun və qərarlar həmin ölkənin reytinqinə müsbət və mənfi təsir edir və bu, danılmaz faktdır. Belə ki, müxtəlif dünya səviyyəsində olan ölkələr müxtəlif kateqoriyalar üzrə, o cümlədən demokratiyanın, iqtisadi və söz azadlıqlarının vəziyyəti qiymətləndirilir və bu bir çox hallarda ölkələrə münasibəti formalaşdırır, yəni istər siyasi, iqtisadi münasibəti. Mən də o fikirdəyəm ki, bir çox hallarda Azərbaycanda qəbul olunan qərar və qanunlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin zəifləməsinə xidmət edir. Ola bilsin ki, niyyət bu deyil, ola bilsin ki, hakimiyyətin düşüncəsinə görə, məqsəd vəziyyətin yaxşılaşdırılmasıdır. Amma beynəlxalq normalara görə bir çox hallarda Azərbaycanda belə olur.

Sonuncu “Siyasi partiyalar haqqında” qanun barəsində də deyə bilərəm ki, burada pozitiv görünən nüanslarla yanaşı, partiyaları gələcəkdə fəaliyyətinin məhdudlaşdırılması, qısırlaşması istiqamətində xeyli addımlar var hansı ki, bu partiyaların normal fəaliyyətinin qarşısını alacaq, yersiz çətinliklər yaradacaq, partiyaların böyüməsinə, ictimai fikir formalaşdırmasına, siyasi səhnənin həqiqi aktyorlarına çevrilməsinə mane olacaq.

Daha çox görünəni budur ki, istər media, istərsə də partiyalar haqqında qanun daha çox partiyalar və mediaya nəzarətin gücləndirilməsinə hesablanıb. Yəni hakimiyyət partiyalar və media qurumlarına nəzarəti gücləndirmək üçün bu qanunları qəbul edib və bu, sirr də deyil. Beynəlxalq normaları kənara qoyaq, Azərbaycan reallığında belə bu qanunların ölkədə nə söz azadlıqlarına, nə media azadlığına, nə siyasi fəaliyyət azadlğına, nə partiyaların inkişafına gətirib çıxaracağını düşünmürəm. İndi qəbul olunub, Prezident də imzalayıb, lakin bu qanunda yeni, müsbətə doğru dəyişikliklər etmək lazımdır. Təbii ki, real fəaliyyətdə olan və Azərbaycan siyasi səhnəsinin reallığını bilən, bundan xəbəri olan partiyaların, siyasi fiqurların fikirləri nəzərə alınmalıdır. Amerika, Fransa, Britaniyaya baxıb Azərbaycanda qanun qəbul etmək doğru deyil. Çünki Azərbaycanın özünə xas, spesifik xarakteri var. Əgər biz istəyiriksə demokratiyaya keçid edək, o zaman real vəziyyət nəzərə alınmalıdır. Təəssüflə qeyd etməliyik ki, son qanunlar barədə bunu deyə bilmərik".

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli isə qeyd etdi: “Siyasi partiyalar haqqında" qəbul olunmuş qanunda elə müddəalar var ki, ümumi prinsiplərdən, yəni siyasi partiyaların tənzimlənməsi ilə bağlı prinsiplərdən geri çəkilmələr kimi qiymətləndirirəm. Bunların içərisində reyestr məsələsini xüsusi qabartmaq istərdim. Belə ki, siyasi partiya üzvlərinin reyestrlərinin alınması, dəyişikliklər barədə məlumatların verilməsi bir o qədər də beynəlxalq aləmdə qəbul olunmayıb. Əksər yerlərdə siyasi partiya üzvlərinin siyahısı, onlar haqqında məlumatlar tələb olunmur. Hətta Venesiya Komissiyası da bu reyestr məsələsinə mənfi rəy verib. Yəni, bu baxımdan hesab edirəm ki, bəli, müəyyən nöqsanlar var, o cümlədən partiyaların fəaliyyətinin tənzimlənməsi ilə bağlı məsələlərdə. Elə məsələlər var ki, onlar siyasi partiyanın nizamnaməsində nəzərdə tutulmalıdır. Amma bunlar qanuna da daxil edilib. Yəni bu, siyasi partiyalar üçün əlavə bir yük yaratmış olur.

Amma bütövlükdə, ümumi qanun nöqteyi-nəzərindən deyə bilərəm ki, burada müsbət müddəalar da var və onlardan kifayət qədər yararlanmaq lazımdır. Əslində üzvlərin sayının artırılması, partiyaların üzərinə digər öhdəliklərin qoyulması siyasi partiyaların cəmiyyətdəki nüfuzunun bir növ qaldırılması, onun fəallığının artırılmasına xidmət edir. Siyasi partiyalar doğrudan da cəmiyyətin həyatında iştirak etmək istəyirlərsə, həmin qanuna uyğun fəaliyyət göstərməli, nəzərdə tutulmuş vəzifələri yerinə yetirməlidirlər.

Yəni ümumilikdə götürəndə qanun siyasi partiyaların fəaliyyətinin təkmilləşməsinə yönəlib, lakin dediyim kimi, müəyyən məhdudlaşdırıcı müddəalar da var və Azərbaycan şəraitində icra hakimiyyəti orqanları, yəni siyasi partiyaların fəaliyyətinə nəzarət edən orqanlar bu məhdudlaşdırıcı müddəalardan daha çox istifadə etməyə çalışacaqlar".

“Prezident İlham Əliyev “Siyasi partiyalar haqqında” qanunu imzalayıb, təsdiqlədi. İndi həm qəribə, həm də gözlənilən bir yanaşmalarla üz-üzə qalmışıq. O müxalif partiyaların sosial bazası olduqca zəifdir, onlar bu qanuna qarşı çıxış edir, qanunun Venesiya Komissiyasının tələbləri və tövsiyələrinə uyğun gəlmədiyini vurğulayırlar. Bildirirlər ki, gərək əvvəlcə bu qanunu Venesiya Komissiyasına göndərməli idik. Belə çıxır ki, Venesiya Komissiyası bizim üçün xüsusi qanun hazırlamalı idi və biz də parlamentdə onu müzakirə etməliydik?

Gəlin Venesiya Komissiyasından danışmayaq, ona görə ki, bu sənəddə onun bütün tövsiyələri nəzərə alınıb. Yəni insafsızlıq olar ki, bununla bağlı irad tutulsun. Venesiya Komissiyasının ən mühüm tövsiyələrindən biri budur ki, bu tip qanunlar qəbul edilərkən ilk növbədə ictimai müzakirələrdən keçməlidir. Qeyd edim ki, qanun əvvəlcə Milli Məclisin saytında yerləşdirildi, partiyalardan 300-ə yaxın təkliflər daxil oldu, daha sonra parlamentdə iki dəfə geniş ictimai müzakirələr keçirildi, komitələrdə hərtərəfli müzakirə olundu, 3 oxunuşda parlamentin plenar iclaslarında bu qanuna baxıldı və təsdiqləndi. Bu təsdiqləməyə qədər təxminən 100-ə qədər qanunda dəyişikliklər edildi və ən çox narahatlıq doğuran məsələlər bir daha nəzərdən keçirildi. Ona görə də yenə həmin qanunda nəsə qüsur tapmaq, onun demokratiyaya zidd olduğunu iddia etmək ən azı insafsızlıqdır.

Əslində problem onunla bağlıdır ki, partiyanın qeydiyyata alınması üçün minimum onun 5 min üzvü olmalıdır. Əvvəl isə 10 min nəzərdə tutulmuşdu. Təsəvvür edin ki, həmin partiyaların əsas dərdi budur ki, indi 5 min nəfəri necə toplayacaqlar. Gözləyirdik ki, iddialı, özünə güvəndiyini, böyük sosial bazası olduğunu deyən partiyalar deyəcəklər ki, “5 min nədir, 15-20 min üzvlük sayı tələbi qoysasınız, biz bunu edəcəyik”. Dəfələrlə elə TV Musavat-da müxalif partiyalarının liderləri ilə birlikdə etdiyimiz debatlarda sual verəndə ki “sizin partiyanızın neçə üzvü var?”, cavab verirdilər ki, 30-40 min. Hətta 50-60 min partiya üzvü olduğunu deyənlər də var idi. Amma bu qanunun müzakirəsi zamanı onların heç birinin dilindən bu ifadəni eşitmədim ki, desinlər “5-10 min bizim üçün nədir, bizim 60 min üzvümüz var”. Qanun müzakirə olunanda elə ən çox bu məsələ üzərində dayanmışdılar ki, niyə say tələbi 10 min, 5 mindir? Yəni bu qədər zəifsiniz, gücünüz, sosial bazanız kasaddır?

Bir daha qeyd edirəm ki, “Siyasi partiyalar haqqında” qanun yüksək səviyyədə hazırlanıb, Venesiya Komissiyasının təklif və tövsiyələrinə tamamilə uyğundur, hamısı nəzərə alınıb, eyni zamanda bu qanunda Avropanın 20 qabaqcıl ölkəsinin təcrübəsi öyrənilib, tətbiq edilib".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“PAŞA Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:03
“Beynəlxalq Bankı”ın mənfəəti azaldı - DETALLAR
Bu gün, 13:01
Paşinyan 3 il ərzində 6-cı dəfə Makronu Ermənistana dəvət edib
Bu gün, 12:58
"Analar, oğlunuza tərbiyə verin, qadın qul deyil" - ETİRAZ
Bu gün, 12:57
Deputat Aqil Abbas ailəsi ilə birlikdə Ağdama köçmək istədiyini bildirib
Bu gün, 12:48
"Paşinyanın başqa yolu qalmayıb, Ermənistan Rusiyadan uzaqlaşacaq" - ŞƏRH
Bu gün, 12:39
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36
Razi Nurullayevdən yeni məmurlara etiraz: - “Hamıya oğru kimi baxırlar”
Bu gün, 12:31
"Evimizdə xəyanət mövzusu gündəmə gəlməyib, səhvini üzünə vurmamışam" - Yaşar Nurininin həyat yoldaşı
Bu gün, 12:28
Kremlin Karapetyan planı: - Rusiya öz əlaltılarını indi də Ermənistanda hərəkətə keçirir
Bu gün, 12:26
Üfüqdə görünən sülh: danışıqlar belə davam edərsə... - GƏLİŞMƏ
Bu gün, 12:23
Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb – Boykot işə yaramayıb
Bu gün, 12:10
TRT-nin Azərbaycan səhvi: Ərdoğan cəzalandırdı? - VİDEO
Bu gün, 12:05
Putin Ukrayna müharibəsində ona pul toplayan azərbaycanlıları da hədəfə alır - FOOD CİTY-yə BASQIN GÖZLƏNİLİR
Bu gün, 11:55
Cahid Şahbazovla bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 11:53
36 ilin işçisi ixtisara salınır: HARA GETSİN BƏS? - MÜRACİƏT
Bu gün, 11:50
DİM sədri yenə ekspertlərin BOSTANINA DAŞ ATDI - Mediada işimizi müzakirə edənlər sanki paralel həyatda yaşayır
Bu gün, 11:43
“Təəssüf ki, bəzən yalnız ehsan süfrəsinə görə yasa gələnlər olur” -İLAHİYYATÇIDAN AÇIQLAMA
Bu gün, 11:40
Türkiyə bazaları Azərbaycana GƏLİR, ölkəmiz NATO-ya ÜZV OLUR – Rusiya ŞOKDA!
Bu gün, 11:37
Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
Bu gün, 11:35
Ukraynada hərbi vəziyyətin müddəti uzadılır
Bu gün, 11:31
Azərbaycan və yeni Suriya: Bakı Yaxın Şərqin yeni düzənini necə formalaşdırır - İNCƏLƏMƏ
Bu gün, 11:30
NDU-da QALMAQAL: “Dekan bizə cinsi əlaqə təklif etdi” - ŞOK TƏFƏRRÜAT
Bu gün, 11:23
Tender bazarının daha bir ”XODGEDƏNİ”: ”SAFFİRA PLUS”... - DETALLAR
Bu gün, 11:15
“Söz verdiyim kimi vəzifəmdən gedirəm, qoy sevincləri artıq olsun” - ANAR
Bu gün, 11:10
Müştərini döyən “Uber”in sürücüsünə hökm oxundu
Bu gün, 11:09
Rövşən Rzayev və Əli Həsənli şirkətin işçilərinə çox maaş yazıb sonra geri alırlar? - İTTİHAM VAR
Bu gün, 11:07
“Kontakt Home” müştəriyə əzik kondisioner satdı - FOTO
Bu gün, 11:02
"Rusiyaya uzaqmənzilli zərbələr endiriləcək" - Zelenski
Bu gün, 11:00
Ərzaq bazarının monopolist şirkəti "Azərsun" medianı kababxanalara qaytarır - BU NƏDİ BELƏ?
Bu gün, 10:46
İşəgötürən bu halda maddi və mənəvi məsuliyyət daşıyır - Ekspert danışır...
Bu gün, 10:35
Ağlar günə qoyulan QUSAR TƏHSİLİ... - İTTİHAM VAR...
Bu gün, 10:30
"Cahid Şahbazova cinayət işi açılıb" - TƏFƏRRÜAT
Bu gün, 10:27
"Qızlar əncir yarpağında çölə çıxsalar bundan abırlıdır" - Xalq artisti
Bu gün, 10:23
Abbas şikayətini geri götürmək üçün pul alıb - AÇIQLAMA
Bu gün, 10:21
Dövlət Radiotezliklər İdarəsinin qızılgül, qərənfil, əklil almaq istəyi baş tutmadı
Bu gün, 10:17
Düşünürdüm ki, Putin sözünün üstündə duran adamdır - Tramp
Bu gün, 10:16
Qaxda günlük ev qiymətləri “OD-TUTUB yanır” - REPORTAJ
Bu gün, 10:14
9 saylı türmədə nələr baş verir? - NARAZILIQ VAR...
Bu gün, 10:08
“Sədərək Yusif”in oğlunun evindən oğurluq edən qadınla bağlı qərar ləğv edildi - TƏFƏRRÜAT
Bu gün, 10:04
Fazil Mustafaya sui-qəsd edənlərin ailəsi ondan imdad diləyib? - Deputat danışdı
Bu gün, 10:01
Paşinyan Bakı və Ankaraya “təslim” oldu – İki ölkədən təxribat siqnalı
Bu gün, 09:57
Karapetyan HƏBSDƏ OLSA BELƏ... - təşkilat yaradır...
Bu gün, 09:55
Bu məktəbə direktor təyin olundu - ƏMR
Bu gün, 09:51
"Azersun”un əməkdaşı HƏBS OLUNACAQMI? - Ortada sübut-dəlil olsa da...
Bu gün, 09:34
Türkiyə telekanalında tarixi torpaqlarımız KÜRDLƏRƏ PEŞKƏŞ OLUNDU - AXI NİYƏ?
Bu gün, 09:28
Naxçıvanda səhiyyə sistemi İFLAS EDİB - Əgər yolun xəstəxanalara düşərsə...
Bu gün, 09:24
Nikol Paşinyan Brüsselə işgüzar səfərə yollanıb - KİV
Bu gün, 09:18
Kibercinayətkarlardan görünməmiş əməllər: DTX ifşa etdi - TƏFƏRRÜAT
Bu gün, 09:12
100 manatlıq holdinqdə müştəriyə belə KƏF GƏLİRLƏR... - GİLEY
Bu gün, 09:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru