“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                     Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur .....                     “AzInTelecom”da yeni təyinat olub .....                     KƏTƏSATAN da qoçuluq edir... .....                     "İdrak" liseyində güllələnən müəllimə .....                     Ermənistan bu kəndi Gürcüstana verir? .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb .....                 

"Azərbaycan dünya azərbaycanlılarının himayədarı missiyasını rəsmən elan etməlidir" - Etibar Məmmədov
Tarix: 15-10-2022, 09:03 | Çap et
"Azərbaycan dünya azərbaycanlılarının himayədarı missiyasını rəsmən elan etməlidir"
DİA.AZ Milli İstiqlal partiyasının lideri Etibar Məmmədovun hafta.az-a müsahibəsini təqdim edir:

-Etibar bəy, İranda son həftələr baş verən və qanlı iğtişaşlarla müşayiət olunan olay və prosesləri necə dəyərləndirirsiz. Bunların sonucu ölkəni haraya aparır?

-Iranda hələki rejimin zəifləməsi prosesi gedir. Çünki rejimdən narazılıq pik həddə çatıb. Sadəcə, bir qığılcım lazım idi ki, etirazlar baş qaldırsın, onlar da baş qaldırıb. Və rejim əleyhinə hərəkatı əsasən gənclər irəli aparırlar. İranın, demək olar ki, bütün iri şəhərlərində bu proses gedir. Hiss olunur ki, ümumiyyətlə, əhalinin əksər təbəqələrinin narazılığı böyükdür. Hətta hakimiyyətə yaxın qüvvələr içərisində də narazılıq var. Odur ki, hakimiyyət dairələrində ciddi narahatçılıq mövcuddur və etirazçılara ciddi təzyiqlər var. Bununla yanaşı, həmin narazılıqların fonunda milli vilayətlərdə milli məsələlər də ön plana çıxır. Və rejimin yalnız dini repressiyalarına qarşı yox, həm də milli siyasətinə qarşı etirazlar güclənib. Bu da xüsusən özünü Güney Azərbaycanda büruzə verməkdədir. Yəni bir sözlə, belə demək olarsa, İran rejimi inqilab ərəfəsindədir…

-Sizcə, qonşu ölkədəki etirazların bu dərəcədə kütləviləşməsi və kəskinləşməsinə səbəb yalnız sırf daxili problemlərdir, yoxsa burada xaricdən, xüsusən Qərbdən, ABŞ və İsraildən yönlənən körüklənmə də böyük rol oynayır?

-Bilirsiz, avtoritar, totalitar rejimlərin xüsusiyyətidir,;daxildə xalq haqlı etirazlara başlayan kimi deyirlər ki, bu proseslər xaricdən idarə olunur. Əlbəttə, xaricdə, o cümlədən Qərbdə İran rejiminin dəyişməsində maraqlı olan qüvvələr var. Və onlar da hadisələrin bu cür inkişafına müəyyən istiqamət verməyə çalışırlar. Yəni, məsələn, Güney Azərbaycanda soydaşlarımız milli mədəniyyətinin sərbəstləşməsini, Azərbaycan türkcəsində məktəblərin olmasını, idarəçiliyin onlara verilməsini tələb edirlər. Təbii ki, son mərhələdə də Cənubi Azərbaycanın müstəqil dövlət olmasını istəyənlər də çoxdur, getdikcə də artır və o istiqamətdə də hərəkat gedir. Ancaq hələ ki, hərəkat başlanğıc mərhələsindədir. Və hazırda milli liderlərin formalaşması, üzə çıxması, tanınması və xalq tərəfindən dəstəklənməsi prosesi getməlidir. Çünki lidersiz hərəkat son nəticədə lazım olanı, qarşıya qoyulan məqsədi tam şəkildə əldə edə bilmir…

-Sizcə, yaxın gələcəkdə Güney Azərbaycan müstəqillik əldə edəcəyi halda aparıcı beynəlxalq güclər həmin dövlətin Quzeydəki mövcud müstəqil(!) Azərbaycan Respublikasıyla birləşərək daha güclü vahid bir Azərbaycan dövləti halına gəlməsinə şərait yarada bilər, yoxsa?..

- Həmişə müəyyən qüvvələr belə fikirlər yayaraq hərəkat iştirakçılarını ruhdan salmağa çalışırlar ki, guya beynəlxalq güclər buna imkan verməz. Atalarımızın gözəl bir kəlamı var: “Vuran oğul dayısına məsləhət etməz”… Bu məntiqlə qarşıya hədəf qoyulubsa, əlbəttə ki, hər bir azərbaycanlının arzusudur ki, bütöv böyük bir Azərbayca yaransın. Ancaq birinci növbədə bu vəzifə Cənubdakı qardaşlarımızın üzərinə düşür. Onlar bu hərəkatı genişləndirməli və keyfiyyət səviyyəsini yuxarı qaldırmalıdırlar. Öncə dediyim kimi, milli liderlərin yetişməsinə və xalq tərəfindən qəbul olunmasına istiqamətlənmiş fəaliyyət göstərməlidirlər. Və Azərbaycan Respublikasından da soydaşlarımıza həm mənəvi, həm başqa yönlü yardımlar olmalıdır. Bu, bizim üçün milli vəzifə və borcdur. Mən dəfələrlə demişəm ki, ümumiyyətlə, Azərbaycan Respublikası dünyadakı bütün azərbaycanlıların himayədarı missiyasını rəsmən elan etməlidir və soydaşlarımızın milli hüquqlarının müdafiəsini milli vəzifə səviyyəsinə qaldırmalıdır. Və həmçinin dəfələrlə təklif etmişəm ki, cənublu qardaşlarımızın təhsil, ixtisas inkişafı üçün də bizim ali məktəblərdə onlara görə kvotalar, yerlər ayrılmalıdır. Azərbaycan dövlətinin hesabına soydaşlarımız burada təhsil almalı və güclü mütəxəssislərə çevrilməlidirlər… Hələ ki bu proseslər baş vermədiyinə görə biz Quzey Azərbaycan olaraq üzərimizə düşən vəzifənin çoxunu yerinə yetirməmişik. Bununla belə, Cənubdakı proseslər heç vaxt dayanmayıb, həmişə aşağı, yuxarı və ya orta səviyyədə arta-arta davam edib. Və bundan sonra da getməsi, genişlənməsi gözlənilir, hadisələr də göstərir ki, ümumilikdə bu hərəkat cənublu-şimallı xalq tərəfindən dəstəklənir. Ancaq bunu sistemli hala salmaq və həm İran hakimiyyətinin onu məcburən qəbul etməsinə və bütövlükdə dünyada bu hərəkatın tanınmasına nail olmaq lazımdır…

-İran hətta indiki, daxildən çalxalandığı bu təlatümlü dövründə də Quzey Azərbaycanın işlərinə müdaxilə etməyə çalışır. Məsələn, rəsmi Tehran xüsusən son aylar Ermənistan ərazisindən Zəngəzur yolunun açılmasına imkan verməyəcəyini ciddi şəkildə ifadə edir. Hətta bu günlərdə İranın Azərbaycana, Zəngəzura yaxın sərhədlərinə 50 minə yaxın qoşun cəmləşdirməsi, hərbi təlimlər keçirməsi haqda xəbərlər yayılır. Necə hesab edirsiz, Azərbaycan dövləti beynəlxalq güclərin də dəstəyi ilə bu mövzuda İran dövlətinin müqavimətini qıra biləcəkmi?

-Əvvəl-axır Zəngəzurdan Naxçıvan və Türkiyəyə yol açılmalıdır. Heç Ermənistan da buna müqavimət göstərə bilməz. Sadəcə, bu gün əsas məsələ odur ki, həmin yolun statusu ətrafında müzakirələr gedir; Zəngəzur yolu eks-territorial olsun, yəni Ermənistan dövlətinin nəzarətindən kənarda 9 noyabr razılaşmasında göstərildiyi kimi, Rusiya federal sərhəd xidmətinin nəzarətində dəhliz olsun, yoxsa Ermənistanın bilavasitə öz nəzarəti altında adi yol kimi qalsın… Gec-tez bu məsələ həllini tapmalıdır. Və əgər dəhliz statusunu qəbul etmirlərsə, o zaman Lamın dəhlizinin də statusu dəyişdirilməlidir və oradakı “sülhməramlı” adı altındakı Rusiya qoşunları çıxmalıdır. Nəticədə həmin yol da adi yol statusu almalı və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlanandan sonra həmin yol Azərbaycanın qanunları çərçivəsində idarə olunmalıdır…

Bütün hallarda İran Zəngəzurdan Türkiyəyə yol açılmasını özü üçün təhlükə hesab edir. Guya ki, bu halda sərhədlərin dəyişilməsi baş verəcək. Halbuki heç bir sərhəd dəyişməyəcək. Və hətta əgər sərhəd dəyişikliyindən söhbət gedirsə və İran buna etiraz edirsə, 30 il ərzində digər qonşusu Azərbaycan Ermənistanın işğalına məruz qaldığında həmin sərhədlərin faktiki dəyişilməsinə və açıq qalmasına göz yummasını ona xatırlatmaq lazımdır. Əgər 30 ol ərzində rəsmi Tehran bir dəfə də Azərbaycan ərazilərinin işğalına, sərhədlərinin dəyişdirilməsinə etiraz etməyibsə, bu, onu göstərir ki, İranı əsas qıcıqlandıran həmin Zəngəzur dəhlizinin Türk körpüsü statusunda olması, yəni yalnız Türkiyə ilə Azərbaycanı birləşdirməsi deyil, bütövlükdə Türk dünyasının birbaşa Türkiyəyə çıxışını təmin etməsidir… Eyni zamanda bu dəhliz yalnız Azərbaycana lazım deyil, o, Rusiyanın da tələblərinə cavab verir. Əslində Zəngəzur yolunun açılması bizdən çox Ermənistanın özünə lazımdır ki, ermənilər iqtisadi baxımdan ondan faydalansınlar və onun vasitəsilə Azərbaycandan da Rusiyaya çıxış əldə etsinlər. Çünki Ermənistanın özü kommunikasiya əlaqələri baxımından tam qapalı, təcrid olunmuş vəziyyətdədir…

-Etibar bəy, İranla yanaşı, hazırda Ukraynada savaş apardığı və hərbi baxımdan məğlubiyyətə uğramaqda olduğu bir zamanda Rusiyanın da parçalanması haqda ehtimallar, proqnozlar səslənir. Hətta bu günlərdə Ukrayna Xarici Kəşfiyyat İdarəsinin keçmiş rəisi general Malomuj Rusiyanın 26 dövlətə bölünəcəyi, hətta onlardan bəzilərinin Ukraynaya birləşmək ehtimalının olması ehtimalını bildirdi. Ötən söhbətlərimizdən birində bildirmişdiniz ki, 1990-cı illərin əvvəllərində ABŞ əslində SSRİ-nin parçalanmasını istəməyib. Bəs indi necə Rusiyanın onlarla xırda dövlətə parçalanması Qərbin maraqlarına uyğun olacaqmı?

-Bu yaxınlarda Amerika nümayəndələri mənim uzun illər öncə dediyim fikri bir daha təsdiqlədilər ki, 1990-cı illərin əvvəllərində ABŞ SSRİ-nin parçalanmasına hazır olmayıb. Və əlavə etdilər ki, ona görə də biz müəyyən planlama işləri aparmalıyıq ki, Rusiyanın parçalanmasına hazır olaq. Ancaq böyük imperiyaların, xüsusi ilə də indiki dövrdə Rusiya kimi nüvə silahına malik bir imperiyanın dağılması olduqca təhlükəli bir prosesdir. İmperiyalar dağılan zaman çox sayda problemlər, suallar ortaya çıxır. Həmin imperiyanın yerində əmələ gələcək dövlətlər nə cür olacaq, onlar buna hazırdırlar-hazır deyillər? Bununla bağlı onların daxilində vətəndaş müharibəsi baş verə, müxtəlif terrorçu qruplar meydana çıxa bilər. İndiki halda məsələn, Azərbaycanın şimal sərhədlərində - şimali Qafqazda bir vətəndaş müharibəsinin başlaması ölkəmiz üçün təhlükə yarada bilər. Bundan əlavə, müharibələr nəticəsində ətraf dövlətlərə qaçqın axını ola bilər. Və s. və i.a. Bir sözlə, hər hansı bir imperiyanın parçalanması çox ağır və ağrılı bir prosesdir. Lakin Rusiya kimi bir imperiyanın dağılması labüddür və bu, əvvəl-axır baş verəcək. Ona görə də yalnız Amerika yox, Avropa yox, biz də Rusiyanın parçalanmasına hazır olmalıyıq. Ümumiyyətlə, mən öncələr də dəfələrlə dediyim kimi, Azərbaycan dövləti Rusiyanın da, İranın da parçalanmasına hazır olmalıdır. Və bir dövlət olaraq dövlət təhlükəsizlik konsepsiyamızda gizli də olsa, bu prosesə hazırlığı qeyd etməliyik. Hesablamalıyıq ki, hər iki ölkədə bəhs edilən parçalanma hadisələri baş verəndə Azərbaycana hansı təsirlər göstərə bilər və belə bir vəziyyətdə özümüzü necə aparmalı, hansı tədbirlər görməliyik…

Onu da deyim ki, Rusiyanın parçalanması məsələsi bu dəqiqə aktual olmasa da, yaxın gələcəkdə aktuallığa çevrilə bilər. Çünki Rusiyanın öz içərisində digər sosial-iqtisadi problemlərlə yanaşı, Ukraynaya təcavüzdən narazılıq prosesi də getdikcə artmaqdadır. Xüsusən son “qismən səfərbərlik” adlanan tədbirlərlə bağlı etirazlar bu narazılığı daha da gücləndirməkdədir. Korrupsiya, rüşvət olan bir ölkədə isə 300 minlik səfərbərlik o deməkdir ki, təxminən 1,5 milyon adamı həmin prosesə cəlb edirlər və onların 1 milyonundan rüşvət alıb səfərbərlikdən kənarlaşdırırlar, 300 min nəfəri isə hərbi əməliyyatlara göndərirlər. Bu da insanların incidilməsi, təqib olunması ilə müşayiət olunur. Rusiya isə onsuz da işçi qüvvəsi çatışmayan ölkələrdən biridir. Və azı 300 min kişinin orduya cəlb olunması eyni sayda işçinin iş yerindən kənarlaşdırılması deməkdir. Bəs bunun yerini Rusiya hökuməti doldura biləcək, yoxsa yox? Bu da sual altında olan bir məsələdir. Ümumiyyətlə, Rusiyanın iqtisadiyyatı hazırda satılan qazın, neftin hesabına itkilərin yerini doldurur. Bir azdan yeni itkilərin yerini doldura biləcək, yoxsa bilməyəcək? Qərbin tətbiq etdiyi sərt sanksiyaların nəticəsi bir müddət sonra daha ağır şəkildə özünü göstərəcək. Digər tərəfdən isə Ukraynanın ciddi müqaviməti və ək-hücuma keçməsi də göstərir ki, Rusiyanın ordusu bu günədək təriflənən, qorxudulan səviyyədə bir ordu deyil. Təəssüf ki, Kreml rəhbərliyi də bunun əvəzini nüvə şantajıyla kompensasiya etmək istəyir ki, bu da bütün planet üçün təhlükədir. Bütün bunlar kompleks şəkildə bir-birinə bağlı məsələlərdir. Və birlikdə Rusiyanın bir imperiya olaraq sarsılmasına doğru aparır…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Bu gün, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Bu gün, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Bu gün, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Bu gün, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Bu gün, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Bu gün, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Bu gün, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Bu gün, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Bu gün, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Bu gün, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Bu gün, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Bu gün, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Bu gün, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Bu gün, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Bu gün, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Bu gün, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Bu gün, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Bu gün, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Bu gün, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Bu gün, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Bu gün, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Bu gün, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Bu gün, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Bu gün, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Bu gün, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Bu gün, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Bu gün, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Bu gün, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Bu gün, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Bu gün, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Bu gün, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Bu gün, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Bu gün, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Bu gün, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Bu gün, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Bu gün, 12:07
Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 12:00
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56
Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47
“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43
Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36
İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib - "Mossad" direktoru
Bu gün, 11:31
“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTO
Bu gün, 11:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru